24 Dekabr 2024, Çərşənbə axşamı

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olub. Xalqımız varlığını məğrurluğu, mətinliyi ilə bir daha sübut etdi. Yanvar faciəsinin 25-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət “Tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda rəsm sərgisi təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qürur tarixi kimi qiymətləndirib. Qeyd olunub ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının silahlı qüvvələri Bakıya daxil olaraq dinc əhalini, əliyalın insanları gülləbaran etdi. Bu tarix – 20 Yanvar Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunan bir tarixdir. Muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə diqqət və ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar. Bugünkü sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərimizə təqdim edilir.
Sonra sərgiyə baxış olub. Sərgidə 26 rəssamın 45 rəsm əsəri nümayiş etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR