24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov məruzə ilə çıxış edib.
Bildirilib ki, “Muxtariyyət ili”ndə mədəniyyət müəssisələri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert proqramları və teatr tamaşaları hazır­layıblar. Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu, vokalistlər və musiqiçilərdən ibarət 12 nəfər üzvü, o cümlədən Şərur Xalq Yallı Ansamblı Naxçıvan nümayəndə heyətinin tərkibində Polşa Respublikasının Krakov şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert proqramları ilə çıxışlar ediblər. Ötən ilin iyun ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikada fəaliyyət göstərən yallı kollektivlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illiyi münasibətilə “Milli dəyərlərimiz – yallı” adlı festival keçirilib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və xor kollektivi Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş konsert proqramları ilə çıxış ediblər.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bəstəkarlar Təşkilatı və Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları müsabiqəsi keçirib. Ötən ilin sonlarında isə “İstedadlar sorağında” baxış-müsabiqəsi keçirilib.
2014-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında teatrsevərlərə göstərilən tamaşalar barədə də məlumat verən Mədəniyyət və Turizm naziri əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyilə bağlı şair-dramaturq Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş”, Norveç dramaturqu Henrik İbsenin “Kuklalar evi” psixoloji dramı teatrsevərlərə təqdim edilib. Teatr ilin sonunda repertuardankənar tamaşa kimi M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” adlı tamaşa ilə teatrsevərlərin görüşünə gəlib. İlin sonlarında isə teatr şair-publisist Taleh Həmidin “Yəhyabəy Dilqəm” tamaşasını da ictimaiyyətə təqdim edib. Hesabat dövründə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” IV Beynəlxalq Kukla Teatrları Festivalında “Arşın mal alan” tamaşası ilə iştirak edib və diploma layiq görülüb.
Turizm sahəsində görülən işlərdən də danışan Sarvan İbrahimov bildirib ki, ötən ilin aprel ayında Bakıda keçirilən 35-dən çox ölkənin, 260-a yaxın şirkətin iştirak etdiyi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası da təmsil olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR