10-15 iyun 2015-ci il tarixlərində İran İslam Respublikasının Mədəniyyət, Əl İşləri və Turizm Təşkilatının dəstəyi ilə İranın paytaxtı Tehran şəhərinin Beynəlxalq Sərgi Mərkəzində Dördüncü Beynəlxalq Əl İşləri Sərgisi keçirilib.
Sərgidə dünyanın müxtəlif yerlərindən gəlmiş 450-dən çox sənətkar öz əl işini nümayiş etdirib. Muxtar respublikadan isə taxta üzərində oyma sənəti üzrə Akif Həsənov və Afət Əhmədova sərgidə iştirak ediblər.
Sərgidə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən xalq yaradıcılığı emalatxanasının sənətkarlarının hazırladığı 25 adda taxta üzərində oyma sənətinə dair əl işləri nümayiş olunub. Muxtar respublika sənətkarlarının əl işləri sərgidə maraqla qarşılanıb, həmin işlər yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti