24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyə Gözəl Sənət Əsərləri Sahibləri Peşə Birliyinin (GESAM) 30 nəfər üzvünün rəsm sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə yağlı, sulu boyalarla, qrafika üsulu ilə çəkilmiş, eyni zamanda fotoşəkillərdən və heykəltəraşlıq nümunələrindən ibarət 70 əsər sərgilənir.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, bu gün Naxçıvanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahələrində də böyük nailiyyətlər əldə olunub. Son illərdə muxtar respublikada Azərbaycanın tanınmış rəssamı Bəhruz Kəngərlinin adını daşıyan muzeyin yaradılması, muxtar respublikanın Rəssamlar Birliyi üçün yeni binanın tikilərək istifadəyə verilməsi, Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda isə Təsviri incəsənət müəllimliyi ixtisaslarının açılması da bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Erşen çıxışında sərginin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib.
Türkiyə Respublikasının Turizm Nazirliyinin nümayəndəsi və TRT-nin İdarə Heyətinin üzvü Orhan Kalkan, Türkiyə Respublikası Nazirlər Kabinetinin dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət qurumunun üzvü Metin İlyas Aksoy çıxış edərək bu cür tədbirlərin keçirilməsinin iki qardaş ölkə arasında mədəniyyət əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini deyiblər.
GESAM-ın üzvü və Türkiyə Respublikası Turizm Nazirliyinin əməkdaşı Nezih Demirtepe mərasim iştirakçılarına GESAM haqqında ətraflı məlumat verib və sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra GESAM-ın rəhbəri, professor Osman Altıntaş tərəfindən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə təşəkkür plaketi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən sərgidə iştirak edən türkiyəli rəssamlara isə təşəkkürnamələr təqdim olunub.
Sonra sərgiyə baxış olub.
Sərgi iyun ayının 25-dək davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR