24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının solooxuma ixtisası üzrə təhsil alan tələbələrinin 28 May – Respublika Gününə həsr edilmiş konserti olub.
Əvvəlcə Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov solooxuma ixtisası üzrə təhsil alan tələbələrin uğurlu fəaliyyətləri haqqında məlumat verib.
Konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Rauf Hacıyev, Ramiz Mirişli, Tofiq Quliyevin ölməz bəstələri səsləndirilib. Tələbələrdən Nurbəniz Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar İbrahimova, Bəhruz Quliyev, Rahim Əsgərzadə və başqalarının oxuduğu mahnılar tamaşaçı alqışları ilə müşayiət olunub. Tələbələrin ifa etdikləri musiqi nömrələri onların musiqi nəzəriyyəsinə, sənətkarlıq səriştəsinə yiyələnməkdə olduqlarını təsdiqləyib.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərov konsertlə bağlı fikirlərini bölüşüb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, tədbirin 28 May – Respublika Günü ərəfəsində keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu, tələbələrin ictimai-siyasi həyatda fəallığının ifadəsi kimi diqqət çəkir. Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Gülyanaq Fərzəliyevanın gərgin əməyinin nəticəsində ərsəyə gələn konsertdə tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılığını bildirən rektor bu cür konsertlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR