24 Dekabr 2024, Çərşənbə axşamı

Ötən həftə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun təqdimatında ustad dərsi keçilib. Dərsin əsas məqsədi bu sahəyə marağı olan gənclərin fotoqrafiya ilə daha peşəkar səviyyədə məşğul olmalarına şərait yaratmaq idi.
Gənc fotoqraflar Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni abidələrindən, təbiət mənzərələrindən çəkilmiş ən maraqlı fotoşəkillər əsasında müzakirələr aparıb, tanınmış fotoqrafların müxtəlif müsabiqələrdə qalib seçilən fotoşəkilləri ilə tanış olublar. Həmçinin dərsdə gənclərə fotoqrafiya sənətinin peşəkar formada öyrədilməsi üsullarından da bəhs edilib.
Ustad dərsin sonunda gənclərin fotoşəkillərin çəkilməsi texnikasına aid sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin aid təşkilatlarla birgə tədbirlər planına uyğun keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR