24 Dekabr 2024, Çərşənbə axşamı

İyunun 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bəhruz Kəngərli adına rəsm dərnəyinin üzvlərinə rəssamlıq sənətinə və rəsm çəkmək texnikasına aid təcrübi dərs keçilib.
Mərkəzdə keçilən dərs Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və muxtar respublikanın Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
30-dək dərnək üzvünün iştirak etdiyi təcrübi dərsdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov görkəmli Azərbaycan rəssamları barədə ətraflı məlumat verib. Ölkəmizdə realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli barədə ətraflı söhbət açan rəssam bildirib ki, Bəhruz Kəngərli təsviri incəsənət tariximizə adı qızıl hərflərlə yazılmağa layiq nadir istedad sahiblərindən biri olub. Görkəmli rəssamdan bizə yadigar qalan “Atabəy məqbərəsi”, “İmamzadə”, “Nuhun qəbri”, “İlanlıdağ”, “Qızlar bulağı”, “Qoca kişi” kimi əsərlər ifadəliliyi, bədii-estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu yaradıcılığında öz mükəmməlliyi ilə əks etdirən böyük rəssam olub.
Sonra rənglərin qatılması, rəsm əsərinin quaş boyalarla rənglənməsi əyani olaraq izah edilib. Əli Səfərov uşaqlara nağıl qəhrəmanı göyçək Fatma obrazının təsvirinin çəkilmə qaydasını göstərib. O, uşaqların fantaziyasının inkişaf etdirilməsi üçün nağıllara müraciət etməsinin vacibliyini bildirib.
Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR