Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası Babək rayonunun teatrsevərləri qarşısında nümayiş etdirilib.
Babək Rayon Mədəniyyət Evində nümayiş etdirilən tamaşada illər öncə baş verən hadisələr canlandırılır. Tarixilik, müasirlik və elmiliyin vəhdət təşkil etdiyi bu səhnə əsərində ölkəmizin təlatümlər, təhlükələr içərisində, daxili çəkişmələr, xarici təsirlər nəticəsində dağılmaq üzrə olduğu bir vaxtda xalqın və bir çox ovaxtkı dövlət rəhbərlərinin dəvəti, xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya, ikinci dəfə ali hakimiyyətə qayıdışı əks olunur.
Qeyd edək ki, tamaşa Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təqdim olunmuşdur.
Səbuhi Hüseynov