P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dahi bəstəkarımız, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatından qəzetimizə verilən məlumata görə, konfransda Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib, onun Ü.Hacıbəyliyə ithaf etdiyi skripka və fortepiano üçün “Kapriççio” əsəri ifa olunub. Əsəri yüksək peşəkarlıqla beynəlxalq müsabiqələr laureatı, bəstəkar, skripkaçı Anastasiya Vedyakova ifa edib. Onu da qeyd edək ki, bu əsər dünya premyerasına vəsiqə qazanıb.
Konfransın ikinci mərhələsində bəstəkarın Ü.Hacıbəyliyə həsr etdiyi “Aşıqsayağı” (dörd skripka və fortepiano üçün) əsəri ifa olunub.
Xəbərlər şöbəsi