Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində bu qrupun konsert proqramı təşkil edilib.
Konsertdən əvvəl çıxış edən ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Emi Peterson bildirib ki, “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin xaricdə Amerika musiqisi proqramının bir hissəsi olaraq konsertlər verir və yerli musiqiçilər üçün ustad məşğələləri keçir. Hara səfər etməklərindən asılı olmayaraq, qrup dərk edir ki, qlobal inkişafın əsas zamini təhsildir və musiqi uşaqları öyrənməyə həvəsləndirəcək ilk qığılcımdır. Bu konsert prqoramını təşkil etməkdə məqsəd həm də mədəniyyətlərarası dialoqu və əməkdaşlığı təbliğ etməkdir.
Qeyd edək ki, “The Exchange” qrupu vokal-pop oğlan qrupudur. Onlar musiqi alətlərindən istifadə etmirlər və kapellada oxuyurlar. 2014-cü ildə qrup ilk debüt səsyazmalarını buraxdırıb. Onların ən böyük uğurları isə “Backstreet Boys” qrupu ilə üçaylıq Avropa turuna çıxmaları və NBC kanalında Sing-Off musiqi yarışmasında finala kimi yüksəlmələridir.
Ceyhun Məmmədov