23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında bu mövzuda dəyirmi masa keçirilib.
Muxtar respublikanın ali təhsil müəssisələrinin, müxtəlif qurumların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə nazirlik aparatının rəhbəri Gülbuta Babayeva açıb.
Qeyd olunub ki, kitab idrak mənbəyi, kamillik vasitəsidir və insan əsl təhsili mütaliə etməklə qazanır. Bu vasitə ilə insan öz ruhunu qidalandırır, daxilindəki mənəvi boşluğu doldurur. Kitab oxumaqla insan özünə və başqasına hörmət etməyi öyrənir, hadisələrdən baş çıxarmağı bacarır. Bütün dünyada şəxsiyyətin hərtərəfli inkişafı üçün mütaliənin böyük rolu vardır. Müasir inkişaf bugünkü biliyə arxayın olub yerində qala bilməz. Ona görə də qlobollaşan dünyada həllivacib olan məsələlərdən biri də insanlarda mütaliə mədəniyyətinin daim inkişaf etdirilməsi ilə bağlıdır. Ancaq nədənsə, mütaliə getdikcə dəyişikliyə məruz qalır. Dünyanın ən böyük nüfuzlu təşkilatlarından olan YUNESKO təsdiq edib ki, hazırda mütaliəyə laqeydlik halları bütün dünyada mövcuddur.

Bildirilib ki, muxtar respublikamızda mütaliə üçün geniş imkanlar vardır. Belə ki, mütaliə həvəskarlarının ixtiyarına regionumuzda 222 kitabxana verilib. Oxucular ənənəvi kitabxanalarla yanaşı, elektron kitabxanalardan da istifadə edə bilərlər. Belə mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsi, mövcud binaların yenidən qurulması, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kitabxana fondlarının həm tədris, həm də bədii ədəbiyyatla zənginləşdirilməsi, kitabxanalara ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, həmçinin müasir dövrün şair və yazıçılarının ən qiymətli əsərlərinin pulsuz verilməsi bunun bariz ifadəsidir.
Dünyəvi bir bəlaya çevrilən mütaliədən soyumaq halından necə xilas olmaq olar? Bütün bu məsələləri müzakirə etmək, mütaliəyə olan marağın azalma səbəblərini araşdırmaq, uşaq, yeniyetmə və gənclərdə mütaliəyə maraq oyatma yollarını aramaq üçün belə dəyirmi masaların təşkilinə böyük ehtiyac var. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il üçün tərtib edilmiş iş planında rübdə bir dəfə “Müasir gənclik və mədəniyyətimiz” adlı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Nazirliyin baş məsləhətçisi Pərvin Həsənovun “Mütaliə və onun əhəmiyyəti” mövzusunda çıxışı dinlənilib.
Dəyirmi masada mütaliəyə marağın azalması ilə bağlı müxtəlif səbəblər üzərində müzakirə aparılıb. Kitabxana-oxucu əlaqələrinin az olması, kitab müzakirələrinin keçirilməməsi, mütaliənin sevdirilməsində ailənin, məktəbin rolu barədə geniş danışılıb. Sosial şəbəkələrdən düzgün olmayan istiqamətdə istifadə hallarının genişləndirilməsinin, günü-gündən artan telekanallarda özünə yer alan bəzi verilişlərin də mütaliəyə mənfi təsiri vurğulanıb. Bu problemin yaranmasında kitabxanaçı kadrların qeyri peşəkarlığı da diqqətə çatdırılıb.
Dəyirmi masada təkliflər səsləndirilib və nazirliyin gələcəkdə həyata keçirəcəyi tədbirlər barədə söhbət gedib.
Tədbirin sonunda kitabxanada təşkil edilmiş sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR