24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada fəaliyyət göstərən muzeyləri kollektiv ziyarətlər davam etdirilir.
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin və struktur qurumlarının kollektivləri Cəlil Məmməd­quluzadənin Naxçıvan şəhərindəki ev-muzeyini ziyarət ediblər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar. Muzeydə bildirilib ki, görkəmli rəssam Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının banisi və əvəzolunmaz nümayəndəsi, istedadlı fırça ustası kimi xatırlanır. Onun çəkdiyi qiymətli rəsm əsərləri Azərbaycan incəsənətinə yeni iz gətirərək realist rəssamlığın əsasını qoyub. Rəssam ömrü boyu doğma Vətəninin gözəlliklərini öz əsərlərində tərənnüm edib.

Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. Bəhruz Kəngərli bütün ömrü boyu Vətəninə, xalqına bağlı insan olub. Buna görə idi ki, bütün varlığı ilə sevdiyi Vətəninin gözəl guşələrini məhz öz sehrli fırçası ilə kağıza köçürüb, rənglərdən yaranan bir sənət dünyası yaradıb. Sənətkarın bütün qəlbi ilə sevdiyi Naxçıvan onun əsərlərində xüsusi məhəbbətlə təsvir olunub.
Dünən Dövlət Sosial Müdafiə Fondunun və Mərkəzi Seçki Komissiyasının kollektivləri isə Hüseyn Cavidin ev- muzeyini ziyarət ediblər.
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşlarının Xatirə Muzeyi ilə tanışlığı maraqlı məqamlarla yadda qalıb. Xatirə Muzeyinin ziyarətçilərinə məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi ziyarətçilərin muzeylə daha yaxından tanış olmasına imkan yaradır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR