24 Dekabr 2024, Çərşənbə axşamı

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Heydər Əliyev Sarayında təşkil olunan konsert proqramının aparıcıları bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkə başçısının bu sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın bariz ifadəsidir. 

 Qeyd olunmuşdur ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev əsl vətənpərvərliklə və lider təəssübkeşliyi ilə milli dövlət quruculuğu üçün mühüm qərarlar qəbul etmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş, bir sıra tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmz­ləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur.

Vurğulanmışdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdur.
Diqqətə çatdırılmışdır ki, bu gün ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət rəmzlərimizə olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, hər il noyabr ayının 17-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun, Azərbaycan Respublikasının Əməkdar artistləri İlqar Muradovun, Nuriyyə Hüseyn­ovanın və Cahangir Qurbanovun, “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin ifa etdikləri bəstəkar və xalq mahnıları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR