24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Özəl Universiteti tələbələrinin naxçıvanlı şair və yazıçılarla görüşü keçirilib. Tədbiri kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova acaraq tədbirin mahiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan tarixində folkloru, elmi, incəsənəti, memarlığı, hərb sənəti, dövlətçiliyi və digər sahələri ilə seçilən qədim Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühiti də formalaşıb. Bu ədəbi mühitin müxtəlif dövrlərdəki nümayəndələrinin yaradıcılığında milli və mənəvi dəyərlərə hörmət, vətənpərvərlik hissinin təbliği, doğma el-obaya məhəbbət mövzuların əsas xəttini təşkil edib.
Bildirilib ki, müasir dövrdə də ədəbi qüvvələrimiz böyük bir ziyalı potensialı olmaqla müasir tariximizi ədəbiyyatda əks etdirmək funksiyasını yerinə yetirirlər. Xüsusilə muxtar respublikamızın bugünkü sürətli inkişafı, təbiətin bu diyara bəxş etdiyi təbii gözəlliklər şair və yazıçılarımızı bir daha bu gözəllikləri vəsf etməyə çağırır.
Tədbirdə poeziya nümayəndələri çıxış edərək öz şeirlərinin bir qismini bədii qiraət edib və oxucuları maraqlandıran sualları cavablandırıblar.
Sonda tələbələrin və kitabxana əməkdaşlarının təqdimatında şairlərin yaradıcılığından nümunələr səsləndirilib, “Naxçıvan ədəbi mühiti” adlı sərgiyə baxış olub.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR