24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bu mövzuda dünən seminar-treninq keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdikləri seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoyun “Teleradiolarda Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması prioritet məsələdir”, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Mətbuat orqanlarında ədəbi dil normalarından istifadə”, Naxçıvan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsənovanın “Kütləvi informasiya vasitələrində ədəbi dilin normalarından istifadə qaydaları”, “Şərq qapısı” qəzetinin Baş redaktor müavini Səyyar Məmmədovun “Müasir ədəbi dilimizin tələbləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, dilimiz öz zənginliyi ilə digər dillərdən əsaslı surətdə fərqlənir. Min illər boyu inkişaf yolu keçən dilimiz bu gün bizim ən qiymətli, heç nə ilə əvəz olunmayan milli sərvətimiz, milli pasportumuzdur. Bu qiymətli sərvətin özünəməxsusluğunu qorumaq, zənginləşdirmək, gələcək nəslə ərməğan etmək hər bir azərbaycanlının borcu və vəzifəsidir. Bu baxımdan kütləvi informasiya vasitələrində çalışanların üzərinə daha böyük vəzifələr düşür. Ədəbi dilin düzgün tətbiqində, ədəbi dil normalarının tələblərinə əməl olunmasında kütləvi informasiya vasitələrinin əməkdaşları məsuliyyət hisslərini dərindən dərk edirlər.
Bununla belə, bu sahədə hələ də bir sıra nöqsanların olduğu vurğulanıb. Qeyd olunub ki, bu gün kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısı yetərincədir. Belə qayğıdan istifadə edərək istər teleradiolarda, istər mətbuat orqanlarında çalışanlar mövcud olan nöqsanların aradan qaldırılması üçün axtarışlar aparmalı, öz üzərlərində ciddi çalışmalı, dilimizin zənginliyinin qorunmasında səylərini əsirgəməməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Röyal Məmiyev çıxış edərək keçirilən seminar-treninqin əhəmiyyətindən danışıb. Bildirilib ki, ən ali milli dəyərlərimizdən olan ana dilimizə hörmətlə yanaşmaq, ədəbi dilin normalarına düzgün riayət etmək hər bir jurnalistin vətəndaşlıq borcu olmaqla yanaşı, həm də onun fəaliyyətinin əsasını təşkil etməlidir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR