24 Dekabr 2024, Çərşənbə axşamı

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi Naxçıvan Dövlət Universitetində maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunur. Həftə ərzində təşkil olunan idman yarışları, Azərbaycan filmlərinin nümayişi, keçirilən konfranslar tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının foyesində keçirilən rəsm sərgisi də bu baxımdan xüsusi maraq doğurub.
Sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dəfələrlə müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, bu ali təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib.
Ali təhsil ocağının IV kurs tələbəsi Turanə Hüseynova çıxış edərək muxtar respublikada gənc istedadların üzə çıxarılmasına, onların istedad və bacarıqlarının inkişafına göstərilən dəstək və qayğıdan bəhs edib.
Sonra sərgiyə baxış olub. Sərgidə universitetin tələbələrindən Nuray Rüstəmlinin “Müasir Naxçıvan”, Nailə Səfərovanın “Türk xalqları”, Güllü Məmmədovanın “Sülh”, Türkan Haşımovanın “Gülüstan türbəsi”, Könül Babayevanın “Dekorativ kompozisiya”, Əfsanə Mehdiyevanın “Gənc qızlar” və digər rəsm əsərləri nümayiş etdirilib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR