25 Dekabr 2024, Çərşənbə

Bir neçə il əvvəl Babək rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir neçə yaşayış məntəqəsi Naxçıvan şəhərinin tabeliyinə verildi. Tumbul kəndi də bu yaşayış məntəqələrindən biri idi. 

Bu gün Naxçıvan şəhərinin Tumbul kəndi müasir yaşayış məntəqələri sırasındadır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əcəmi Tağıyev deyir ki, yeni il onlar üçün düşərli illərdən biridir. Belə ki, yanvar ayının 5-də kənddə bayram əhval-ruhiyyəsi yaşanıb. Həmin gün kənddə bir neçə obyektin açılışı olub. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi üzrə kənddə içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. İki kilometrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınıb, beton kanal çəkilib və 5 su keçidi qoyulub. Kənddə rabitə xətləri də yenilənib, 2740 metrlik müxtəlif tutumlu kabel xətti, 800 metrlik elektrik xətti, 230 metr yeraltı elektrik xətti çəkilib, qaz xətlərində təmir işləri aparılıb. Bütün bunlar 2003 nəfər sakini olan Tumbula böyük dövlət qayğısının ifadəsi kimi dəyərləndirilib.
Həmin gün istifadəyə verilən obyektlərdən biri yeni kənd mərkəzidir. Binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, statistika otağı, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı fəaliyyət göstərir. Kənddə müasir rabitə sistemi yaradılıb, fiber-optik xətt çəkilib, 512 yerlik ATS quraşdırılıb və poçt bölməsi fəaliyyətə başlayıb.

Ardını oxu...

Azərbaycanın bu gününü yaşadan, gələcəyi üçün güclü zəmin hazırlayan, respublikamızın milli intibahını təmin edən Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir. Dünyada baş verən aramsız geosiyasi gərginliklərin və qlobal risk amillərinin şaxələnməsi, maliyyə böhranının yeni məcrada inkişafı fonunda ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf tendensiyasının qorunub saxlanılmasının, yeni-yeni nailiyyətlərin əldə edilməsinin əsas səbəbi də budur.

­ Bu gün yüksək iqtisadi potensiala malik olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyası uğurla davam etdirilir, qədim diyar əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, dinamik iqtisadi inkişafa nail olunub, infra­struktur yenilənib, enerji və ərzaq təhlükəsizliyi təmin edilib, etibarlı müdafiə sistemi yaradılıb. Bu gün ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur, ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq Ordubad rayonunda gənc­lərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli açaraq gəncləri təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib və əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yaxından yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Vüqar Rəhimli deyib ki, hərbi xidmət hər bir insanın Vətən qarşısında müqəddəs borcudur. Bu gün xalqımızın gənc övladları bu müqəddəs vəzifəni üzərlərinə götürməyə, müstəqil dövlətimizin və xalqımızın əmin-amanlığının keşiyini çəkməyə yola düşürlər. Bu gün hər bir azərbaycanlı işğal edilmiş torpaqlarımızın geri qaytarılmasına və sərhədlərimizin bərpa edilməsinə hazır olmalıdır.

Ardını oxu...

Məktəbli olanda odun-kömür daşımaq, valideynlərə şaxtalı qış günlərində kömək etmək biz kiçiklərin böyük vəzifəsi idi. Ona görə də çöldə-bayırda oynamaq, qarda sürüşmək bizim üçün daha xoş idi, nəinki məktəbə getmək, evdə oynamaq. O illərin çətin günləri uşaqlığımızın şirin günlərini əlimizdən almışdı.

Şahbuz rayonunun Biçənək kəndi dağların əhatəsindədir. Hələ payızın son aylarından başlayaraq dağların başına qardan papaq qoyulur. Qışda isə kənd çəməni, düzü, bağ-bağatı ilə bərabər ağ örpəyə bürünür. Bir dağ kəndinin qış mənzərəsini seyr etmək həvəsi də vardı bu səfərimdə. Biçənəyə soyuq bir qış günündə üz tutmuşdum. Bu kəndə uzanan yol rəvan və rahatdır. Kəndə getməkdə məqsədim həm də dağlıq ərazidə yaşayan insanların qış qayğıları, həyat tərzi, gündəlik yaşayışı ilə tanış olmaq idi. Elə bu istək məni qışın oğlan çağında Biçənəyə apardı. Biçənəklə bağlı təəssüratlarımı qələmə almazdan əvvəl oxucularımıza kənd haqqında bəzi məlumatları çatdırmaq istəyirəm.

Ardını oxu...

Ötən il qədim diyarda keçirilən çoxsaylı mühüm tədbirlər bunu bir daha təsdiq edir

Azərbaycanın qədim guşəsi olan Naxçıvan diyarı müxtəlif sivilizasiyaların, mədəniyyətlərin kəsişdiyi geostrateji baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Beş min illik şəhər mədəniyyətinə malik olan, milli dəyərlərimizin yaşadıldığı Naxçıvan bu gün mədəniyyətlərarası dialoqun formalaşmasında önəmli rola malikdir. Blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlərə imza atan muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib. Qədim diyarın şanlı tarixinə “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” kimi daxil olan 2016-cı ilin ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq.

Naxçıvan dünyanın idman xəritəsində də özünün layiqli yerini tutub, beynəlxalq yarışların keçirildiyi məkana çevrilib, bu sahədə şöhrət qazanıb. Burada hər ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış idmançı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir, Azərbaycan qonaqpərvərliyinin şahidi olurlar. Qədim diyara səfər edən idmançı ikinci dəfə də bura gəlmək arzusunda olur.

Ardını oxu...

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi naxçıvanlılarla yanaşı, muxtar respublikaya ölkəmizin digər regionlarından və başqa dövlətlərdən gələn qonaqların ən çox üz tutduqları ünvandır. Muzey görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla zəngindir və daim muzeyə yeni eksponatlar gətirilir. Bu gün onların sayı 4 min 629-a çatdırılıb. Eksponatlardan 41-i 2016-cı ildə muzeyə verilib.
Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderin siyasi irsi ilə maraqlananlar dəyərli məlumatlar əldə etmək üçün bu mədəniyyət müəssisəsinin kitabxana fondundan da səmərəli istifadə edə bilirlər. Bu gün kitabxanada 595 adda 1212 kitab var.
Hər il muzeyi minlərlə insan ziyarət edir. 2016-cı il də bu baxımdan yaddaqalan olub. Belə ki, bu dövrdə Heydər Əliyev Muzeyinə 1189 ekskursiya təşkil olunub. Muzeyi ziyarət edənlərin sayı 16 min 864 nəfərə çatıb. Onlardan 2204-ü 29 xarici ölkədən gələn vətəndaşlardır. Muzeyi internet üzərindən 36 min 740 nəfər izləyib.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi, 2016-cı ildə də muzeydə müxtəlif tədbirlər keçirilib. Bəhs olunan dövr ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələrinin, həmçinin orta məktəblərin şagirdlərinin iştirakı ilə muzeydə 104 açıq, 5 interaktiv dərs təşkil olunub, 10 tədbir keçirilib.

Xəbərlər şöbəsi

Xəbər verdiyimiz kimi, 2016-cı il dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb.

Ardını oxu...

 “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordumuz vardır. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi ordumuzun istənilən anda işğal altında olan torpaqları­­mızı azad etməyə qadir olduğunu göstərir.

Ardını oxu...

Amerikalı tədqiqatçı və jurnalist Peter Tasenin dekabrın 25-də Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən foreignpolicy.org və eurasiareview.com qəzetlərində, həmçinin Rusiya Federasiyasında fəaliyyət göstərən vestikavkaza.ru, eləcə də Avropanın ən nüfuzlu portalı moderndiplomacy.eu və caspiantimes.com xəbər saytlarında “Ordubad: Qafqaz regionunda dini tolerantlığın beşiyi” adlı məqaləsi yerləşdirilmişdir. Həmin məqaləni qəzetin bugünkü nömrəsində dərc edirik. 

Ardını oxu...

Vətən doğma torpaq, ana yurddu. Üzərində yaşadığımız torpaq, bu dünyada güvəndə olduğumuz tək yerdi. Bu kainatda tək səcdəgahımız, tək istinadgahımızdı. Vətən bu eldə-obada gördüklərimizin məcmusudu.
Saniyələr dəqiqələrə, dəqiqələr saatlara, saatlar günlərə, günlər aylara, aylar illərə, illər qərinələrə dönüb, hər şey dəyişilib. Ancaq Vətən öz yerini dəyişməyib. Bəzən bu torpaqlar yağılar arasında dörd-beş yerə bölünüb, ancaq xalqın düşüncəsində Vətən bütöv olaraq qalıb.
İnsan bir zaman yurdundan-yuvasından ayrı düşə bilər. Dünyanın hansısa nöqtəsində şad-xürrəm, bütün nemətlərdən dadaraq gün keçirə bilər. Ancaq bu hal bir müddət davam edər, həmin insanın ürəyində keçmişlə bağlı xatirələr baş qaldırar, həsrət ürəyini göynədər, özünü insanlar içində yad, şəhərlər içində qərib hiss edər. Və elə o zaman hansısa qüvvə onu geri, doğulub boya-başa çatdığı torpaqlara çəkər, bu qüvvə get-gedə qarşısıalınmaz gücə çevrilər, bu gücün qarşısında dünyanın bütün naz-nemətləri gözdən düşər. Həmin insan hər şeyi buraxıb öz yurduna qayıdar, bu dünyadan gedənlərinin məzarını ziyarət edər, doğmalarına baş çəkər, ağsaqqalının əlindən, gəncinin üzündən öpər. Hiss edər ki, o, yenidən yaşayır, çünki o, Vətənə qayıdıb, illər uzunu həsrətində olduğu Vətənə.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Abbas oğlu Fərzəliyev 2017-ci il yanvarın 2-də ömrünün 94-cü ilində vəfat etmişdir.
Qara Fərzəliyev 1923-cü il ok­tyabrın 22-də Naxçıvan şəhərində anadan olmuş, 1941-ci ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. O, İkinci Dünya müharibəsi illərində 402-ci Azərbaycan diviziyasının 678 saylı istehkamçı batalyonunda, 77-ci Azərbaycan diviziyasının 105-ci atıcı polkunda Krasnodar və Rostov vilayətlərindəki şəhər və kəndlərin alman faşistlərindən azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1944-cü ildə kiçik leytenant rütbəsi alan Qara Fərzəliyev bundan sonra döyüş yolunu 417-ci diviziyanın 5-ci bölüyünün taqım komandiri kimi davam etdirmiş, Baltikyanı respublikaların azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmişdir.
Göstərdiyi şücaətlərə görə Qara Fərzəliyev “Qırmızı Bayraq” ordeni və müxtəlif medallarla təltif edilmişdir.
Qara Fərzəliyev müharibədən sonra 1957-ci ilədək Uralda, Şərqi Sibirdə, Stavropol və İrkutsk vilayətlərində rota komandiri, siyasi işlər üzrə müavin, 1957-1961-ci illərdə Naxçıvan Şəhər Mülki Müdafiə İdarəsinin rəisi, 1961-1995-ci illərdə Naxçıvan Mülki Müdafiə Qərargahında məxfi işlər üzrə rəis, 1995-ci ildən isə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri vəzifəsində çalışmışdır.
Qara Fərzəliyev istər hərbi xidmət, istərsə də sonrakı fəaliyyəti dövründə daim öz təşəbbüskarlığı ilə seçilmiş, ictimai işlərdə fəallıq göstərmiş, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində yaxından iştirak etmişdir.
Böyük Vətən Müharibəsi veteranı Qara Fərzəliyevin xatirəsi unudulmayacaqdır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Naxçıvan Şəhər İcra Hakimiyyəti

Bu il Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır”.
XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyev dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik idi. Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə almış, 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxumuşdur. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasına qəbul edilmişdir. 1918-ci ildə İrəvana gələn Əziz Əliyev burada dəhşətli mənzərə ilə üzləşmiş, erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirmiş, bir müddət sonra Şahtaxtı kəndinə köçmüşdür.

Ardını oxu...

Şərur rayonu

Artıq 25 ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Yeni il ərəfəsində keçirilən bu bayram bütün dünyada yaşayan azərbaycanlıların bir bayraq altında birləşən həmrəyliyinin və gücünün göstəricisidir.
Ötən dövrdə əldə edilən uğurlar xalqımızı daha gözəl günlərə səsləyir, hər kəs yeni ili xoş əhval-ruhiyyə ilə qarşılayır, gələcəyə daha inamla baxır. Builki bayramların böyük şövqlə keçirilməsində ötən illərdə qazanılan nailiyyətlər az rol oynamayıb. Muxtar respublikamızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonu da bu sırada istisna deyil.
Ötən dövr ərzində Şərur rayonu daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyub.
2016-cı ildə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün yeni tədris korpusu, Arbatan kəndində yeni sosial obyektlər istifadəyə verilib. Eyni zamanda Şərur şəhər 2 nömrəli, Çəmənli kənd tam orta məktəb binalarının, Çəmənlidə həmçinin kənd və xidmət mərkəzlərinin, Arpaçay yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin tikintisi, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri davam etdirilib. Həyata keçirilən tədbirlər əhalinin gün-güzəranını, yaşayış səviyyəsini xeyli yaxşılaşdırıb, onlarda yaşadıqları yurda, torpağa olan sevgini, eləcə də el-obaya olan bağlılığı daha da artırıb. Bunun nəticəsidir ki, Şərur rayonunun sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili əldə olunan nailiyyətlərin yaratdığı yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Şaxta baba və Qar qızın, yaradıcı kollektivlərin çıxışları alqışlarla qarşılanıb. Bayram tədbirində ən çox sevinən isə uşaqlar olublar. Onlar çil-çıraqla bəzədilmiş küknarlar ətrafında rəqs edib, mahnılar oxuyub, şeirlər söyləyiblər.

Ardını oxu...

Dekabrın 28-də Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə yerləşən Heydər Əliyev adına Liseydə “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Azərbaycanın tarixi, mədəniyyəti və müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.
Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində apardığı siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir.
Qafqaz Universitetinin dosenti Ellada Gərayzadə, Heydər Əliyev Liseyinin direktoru Rəcəb Uğurluel, bu təhsil ocağının müəllimləri Gökay Şimşir və Abdullah Duman çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən, qarşıya qoyduğu vəzifələrdən bəhs ediblər.
Sonra Heydər Əliyev Liseyinin şagirdləri Azərbaycana və xalqımızın həmrəyliyinə həsr olunan şeirlər oxuyublar.
Konfransda Heydər Əliyev Liseyinin kollektivi, Qars Qafqaz Universitetində çalışan Azərbaycandan olan görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri, KİV əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır. Həmin gün saat 1100-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına yola salınmışdır. 

 Qeyd edək ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə fəaliyyət göstərəcəkdir. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir. Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunmuş və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılmışdır. Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır. 

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

 

Bu gün dünyada yaşayan milyonlarla azərbaycanlının bir Vətəni var – bu, Azərbaycandır. Dünyada yaşayan bütün azərbaycanlılar ölkəmiz üçün həlledici məqamda həmrəylik nümayiş etdirərək haqq səslərini ucalda bilirlər. Bu birliyin, həmrəyliyin təməlinin atıldığı tarix isə hər il böyük təntənə ilə qeyd edilir. Bu tarix dekabrın 31-i, indi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunan gündür. Bu günün qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir.

Müdriklərimiz deyib ki, iki cür əməl var: biri insanlar üçün, biri də Vətən qarşısında əməldir. Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu torpağa nə qədər dərin köklərlə bağlansan, bu torpaq üzərində yaşayanlar da səni unutmayacaq. Başqa sözlə, harada yaşasan da kökünü unutmamalısan, ürəyin Vətən torpağı ilə döyünməlidi. Ulu öndərimizin bütün dünya azərbaycanlılarına ən böyük əmanətlərindən biri də elə budur; müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşmək ideyası.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.

Nazirlik ötən dövrdə inkişaf edərək maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirən şəxsi heyət formalaşmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər.
Ötən dövrdə nazirliyin müvafiq struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. Belə ki, 2007-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajları yenidən qurularaq istifadəyə verilmiş, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələrinin, 2013-cü ildə Şərur və Babək rayon şöbələrinin, 2014-cü ildə isə Sədərək rayon şöbəsinin inzibati binaları və texniki qarajları tikilərək istifadəyə verilmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin inzibati binasının açılışı olmuşdur. Ötən dövrdə Mülki Müdafiə Alayının maddi-tədris bazasının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə təlim mərkəzi istifadəyə verilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası tikilmişdir. Həmçinin bu günə kimi Mülki Müdafiə Alayına, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarına müasirtipli yanğınsöndürmə avtomobilləri və müxtəlif təyinatlı nəqliyyat vasitələri verilmişdir. 2010-cu ildə isə vertolyot gətirilmiş, Mülki Müdafiə Alayında və Batabat qoruğu ərazisində uçuş-enmə meydançaları hazırlanmışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində keçirilən “Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışıb. Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.
“Dünya azərbaycanlılarının həmrəyliyi milli birliyin möhkəmləndirilməsi yolunda mühüm amildir” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi və dünya azərbaycanlılarının vahid ümummilli ideologiya – Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev­­ xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin dekabr ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 27 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 dekabr tarixli qərarı qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 dekabr tarixli qərarı ilə “Şahtaxtı və Xıncab bələdiyyələri ərazisində köhnə məktəb binası üçün ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətindən bələdiyyənin ehtiyat fonduna keçirilməsi haqqında” Kəngərli Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 13 dekabr tarixli 61 nömrəli, “Nəzərabad bələdiyyəsi ərazisində Didivar kənd köhnə məktəbi üçün ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətindən Nəzərabad bələdiyyəsinin ehtiyat fonduna keçirilməsi haqqında” Babək Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 13 dekabr tarixli 94 nömrəli sərəncamları təsdiq edilmişdir.

Ardını oxu...

Bu münasibətlə Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda dövlət və din münasibətləri yüksək səviyyədədir. 

Muxtar respublikamızda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verilməsi, dini etiqad azadlığı, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün yaradılan şərait haqqında danışan Vüqar Babayev qeyd edib ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.
Bildirilib ki, cari ildə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətinə nəzarət edilməsi məqsədilə hər ay Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində 17 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunub. Bu tədbirlərdə yas mərasimlərinin keçirilməsinin qanuni çərçivəyə salınması, din xadimləri tərəfindən vahid geyim formasına riayət olunması, dini və məzhəb ayrı-seçkiliyi zəminində baş verə biləcək halların vaxtında qarşısının alınması istiqamətində müzakirələr aparılıb, yerlərdə profilaktik tədbirlər həyata keçirilib.

Ardını oxu...

Qədim Naxçıvanın ən yeni tarixində növbəti, 2016-cı il də arxada qaldı. Bu günlərdə bütün Azərbaycan vətəndaşları kimi, Naxçıvan Muxtar Respublikası sakinləri də müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin ideyaları ətrafında daha sıx birləşərək qurub-yaratmaq əzmi ilə növbəti ilə qədəm qoyurlar. 2016-cı il, ümumilikdə, dünya iqtisadiyyatında çətin sınaqlar ili olsa da, bu, bütövlükdə, ölkəmizdə və muxtar respublikamızda əldə olunmuş iqtisadi yüksəliş tempinə təsir edə bilmədi, tam əksinə, insanların sosial-mədəni həyatında keyfiyyət sarıdan müsbət irəliləyişlər daha da çoxaldı. 

2016-cı il Naxçıvan Muxtar Respublikası üçün nə ilə əlamətdar oldu? İllər ərzində çəkilən gərgin zəhmət hesabına muxtar respublikada yaradılmış güclü istehsal-iqtisadi potensialdan səmərəli istifadə edilməsi ilə 2016-cı ildə diyarımızın daha da çiçəklənməsi üçün xeyli işlər görüldü, yeni layihələr həyata keçirildi. Naxçıvanda əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar muxtar respublikada bərqərar edilmiş ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə və iqtisadi sahədə sabit artım tempinin qorunub saxlanılmasına imkan yaratdı. Blokada vəziyyətində olan bir region üçün həyati əhəmiyyət daşıyan ərzaq və enerji təhlükəsizliyi məsələlərinin daha etibarlı şəkildə həll olunması üçün atılan yeni addımlar, bütövlükdə, Naxçıvana xas olan idarəetmə imicinin daha da yüksəlməsi baxımından bu ili də yaddaqalan etdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2016-cı il ərzində də uğurla həyata keçirib. İl ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, dövlət orqanlarının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib. 

Naxçıvan Muxtar Respublikasında mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil edilib. Bu dövrdə də dövlət qulluğuna yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik, vətənpərvər, geniş dünya­görüşlü və yaradıcı kadrların seçilməsi komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olub. Belə ki, il ərzində dövlət orqanlarında 593 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən elan olunmuş 4 müsabiqənin test və müsahibə mərhələləri keçirilib, müsabiqədə iştirak edən 987 namizəddən 249-u vakant vəzifələrə təyin olunub.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldıran ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri, doğma Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır, soydaşlarımızın problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün özünün siyasi təcrübəsindən və dövlətin imkanlarından yetərincə istifadə edirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən dekabrın 31-nin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” kimi qeyd olunması barədə tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu missiyası, bütünlüklə, milli diasporun formalaşmasına zəmin yaradıb. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. 

Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi özəl sеktоrun ümumi dахili məhsuldаkı pаyının ilbəil artması ilə müşahidə olunur. Bu artım, öz növbəsində, dахili bаzаrın yеrli istеhsаl hеsаbınа kеyfiyyətli məhsullаrlа təmin оlunmаsınа rəvac verib.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparıcılar muxtar respublika əhalisinin 30 faizdən çox hissəsinin gənclər olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu gün qədim diyarda aparılan siyasət nəticəsində gənclərin dövlət idarəetmə orqanlarına, o cümlədən cəmiyyətin bütün aparıcı sahələrinə inteqrasiyası diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bu il də muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Bildirib ki, tezliklə daha bir təqvim ili tarixin əlamətdar səhifələrindən birinə çevriləcək. Sevindirici haldır ki, yola saldığımız 2016-cı ili də respublikamız üçün çox uğurlu il kimi qiymətləndirmək olar. Məhz bu ildə də ölkəmiz həm ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə dünya ölkələri sırasındakı mövqeyini daha da möhkəmləndirib.

Ardını oxu...

Budəfəki məqaləmə iki Tusinin sözləri ilə başlayacağam. Onlardan birincisi böyük Səlcuqlu sultanları Alparslan və Məlikşahın vəziri olmuş, Nizamülmülk adı ilə tanınmış Həsən ət-Tusi, digəri isə qüdrətli Elxanilər dövlətinin qurucusu Hülakü xanın vəziri olmuş, Nəsirəddin Tusi kimi tanıdığımız Məhəmməd ət-Tusidir. Adıçəkilən hər iki şəxs öz dövrünün hökmdarlarına ən yaxın köməkçi olmuş, Nizamülmülk “Siyasətnamə”ni, Nəsirəddin Tusi isə “Əxlaqi-Nasiri”ni yazmaqla təkcə öz dövrləri üçün yox, bütün dövrlər üçün aktual olan idarəçilik prinsiplərindən bəhs etmişlər. Hər iki mütəfəkkirin əsərlərində isə hər bir dövlətin inkişafı, tərəqqisi üçün önəmli olan bir məqam var: nizam-intizam. Bu barədə Nizamülmülk “Siyasətnamə”nin 41-ci fəslində yazır: “Adil və sayıq hakimlər öyrənmədən, götür-qoy etmədən heç bir iş görməzlər, sələflərin adət-ənənələrini soruşar, kitablar oxuyar, işləri öz nizam-intizamı ilə aparmağı əmr edərlər...” Nəsirəddin Tusi isə “Əxlaqi-Nasiri”nin “Əflatunun vəsiyyətləri haqqında” adlanan səkkizinci fəslində işlərə nizam-intizamlı münasibəti belə ifadə edir: “Heç bir işə vaxtı çatmamış başlama. Bir işə girişəndə onu ağıllı-başlı, şüurlu şəkildə, namus, vicdanla yerinə yetir”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq XX yüzilliyin 90-cı illərinin əvvəllərində Azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət aldığını, Naxçıvanda baş verən hadisələrlə müstəqillik uğrunda şərəfli mübarizənin təməlinin qoyulduğunu, xalqın mütəşəkkillik, milli əqidə və bütövlük nümayiş etdirdiyini xatırladıb. Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin xalqımızın milli birlik əldə etməsində, Azərbaycan diasporunun müstəqil Azərbaycan dövlətinin siyasətinin, milli maraqlarımızın müdafiəsi məqsədilə birləşməsi və koordinasiyasında misilsiz xidmətləri olduğunu vurğulayıb.
Konfransda Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Şəmil Mahmudovun “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyevin “Milli birlik və Azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir”, universitetin Tələbə-Gənclər Təşkilatının sədri, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayevin “Həmrəyliyimiz birliyimizdir” mövzusunda məruzələri dinlənilib.

Ardını oxu...

Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilir.
Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşları Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalamışdır. Muzeydə Cəlil Məmmədquluzadənin özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, yaşadığı dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanıma məxsus piano, hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. 2060 eksponatı özündə cəmləşdirən muzeyin ekspozisiyasında hazırda 273 ədəd eksponat nümayiş olunur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət etmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yol təsərrüfatında idarəetmə strukturunun yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi əvvəlcə ümummilli liderimizin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra tədbir Avtomobil Yolları Dövlət Şirkətində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov qeyd edib ki, Azərbaycan SSR Avtomobil Yolları Təmiri və İstismarı Nazirliyinin 1986-cı il 25 dekabr tarixli əmri ilə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsi fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 9 dekabr tarixli Fərmanına əsasən isə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsinin bazasında Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti yaradılıb. Ötən dövr yol təsərrüfatında çalışan işçilər üçün uğurlu olub. Naxçıvanda müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Asəf Məmmədov qazanılan uğurlara, əldə olunan nailiyyətlərə görə kollektivi təbrik edib.

Ardını oxu...

Şərur Rayon Olimpiya-İdman Kompleksində rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayonun ictimai həyatında və idman sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyid­ov çıxış ediblər. Çıxış edənlər muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətindən, bu siyasətin nəticəsi olan uğurlardan, gənclərin ictimai həyatdakı fəallıqlarından danışıblar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında yaşayan gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, onların ixtisaslı mütəxəssislər kimi yetişməsi, dövlətimizə və dövlətçiliyimizə sədaqət ruhunda formalaşdırılması bu gün prioritet vəzifələr sırasındadır.

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində muxtar respublikanın inzibati ərazi dairələrində statistika uçotunun aparılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqədən keçən şəxslərlə görüş keçirilib.

Görüşdə çıxış edən komitənin sədri Kamal Cəfərov deyib ki, komitə əsas fəaliyyət istiqamətlərini, vəzifə və hüquqlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun qurub.
Bildirilib ki, son dövrlər komitədə kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində 2 yeni idarə – Naxçıvan Şəhər və Kəngərli Rayon Statistika idarələri yaradılıb, komitə aparatına yeni ştat vahidləri verilib. Ötən dövr ərzində komitənin aparatı və Naxçıvan Şəhər Statistika İdarəsi üçün yeni inzibati bina inşa olunub, Şərur, Kəngərli, Ordubad, Şahbuz və Sədərək Rayon Statistika idarələrində çalışan işçilərin iş şəraiti yaxşılaşdırılıb.
Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafını, cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilər sisteminin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Pro­qramı” təsdiq olunub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində görkəmli alim Aqil Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq elmi-praktik konfransın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq keçirildiyini deyib.
Rektor bildirib ki, görkəmli alim səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib. Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub.

Ardını oxu...

Dünyada idarə olunan iqtisadi böhranın tüğyan etdiyi, neft istehsalı üzrə ixtisaslaşmış ölkələrin uzun illər nefti idxal etmiş ölkələr tərəfindən ciddi sınağa çəkildiyi bir dönəm çətinlikləri ilə yanaşı, həm də bir sıra müsbət tərəfləri ilə xarakterizə edilə bilər. Belə ki, böhran dövrünün şərtləri daxilində istehsalçılar yeni mexanizmləri düşünüb tapmaq məcburiyyətindədirlər. Məhz belə model və mexanizmləri tapan və bu mexanizmləri uğurla gerçəkləşdirən iqtisadi subyektlər postböhran dövrünün (böhrandan sonrakı dövrün) yeni iqtisadi qüdrətləri roluna sahiblənə biləcəklər. Deməli, böhran həm də insanları daha dərindən və məntiqli düşünməyə, əldə olan resurslardan qənaətlə, məqsəd­yönlü və səmərəli istifadə etməyə məcbur edəcəkdir. Bu da nəinki ayrı-ayrı ölkələrin, ümumilikdə, dünyanın gələcəyi üçün çox vacibdir.

Naxçıvanın isə hər hansı çətin iqtisadi şəraitə uyğunlaşması üçün strateji işlər son 20 il ərzində reallaşdırılıb. Lazımi infrastruktur yaradılıb, yerli istehsal stimullaşdırılıb, mövcud iqtisadi resurslardan istifadə imkanları və hansı sahələrin prioritet ola biləcəyi ilə bağlı tövsiyələr dəfələrlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışlarında öz əksini tapıb. Düşünürük ki, bugünkü şəraitdə bu istiqamətlərin sahibkarlara xatırladılmasına ehtiyac var.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Dünya azərbaycanlılarının həmrəyliyi – ideyadan gerçəkliyə” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Mövzu ilə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirmişdir ki, XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Bu ideyanın müəllifi ulu öndərimiz Heydər ­Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin ilin son günü həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ide­ologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gələcəyimizi qoruyaq” adlı tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.

Mərkəzin direktoru Namiq Novruzov zərərli vərdişlərdən olan siqaret asılılığı barədə danışaraq bildirib ki, iyirmi birinci əsrin taunu adlandırılan siqaretin səbəb olduğu xəstəliklərdən hər gün dünyada 600 min insan dünyasını dəyişir. Odur ki, bu gün dünyanın bir çox dövlətlərində siqaretə qarşı məhdudiyyətlər qoyulur, onun sağlamlığa vurduğu zərərlər barədə maarifləndirmə tədbirləri aparılır. Erkən yaşlardan başlayan zərərli maddələrin istifadəsinin həm fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə vurduğu ziyandan bəhs edən Namiq Novruzov yeniyetmələrin maarifləndirilməsi istiqamətində muxtar respublikamızda həyata keçirilən tədbirlərdən bəhs edib.

Ardını oxu...

Son günlər Naxçıvan Muxtar Respublikasında hökm sürən qarlı və şaxtalı hava şəraiti təbii qaza tələbatı artırıb. Muxtar respublikada bütün yaşayış məntəqələrinin qazlaşdırılması yaradılmış şəraitdən lazımınca istifadə etməyə imkan verir. 2016-cı il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinin qarşısına da mühüm vəzifələr və tapşırıqlar qoyulub.

Birlikdən aldığımız məlumata görə, bu sahədə mühüm tədbirlər həyata keçirilib, muxtar respublikanın qaz təsərrüfatında 2016-cı il oktyabr ayının 20-nə qədər payız-qış mövsümü ilə bağlı bütün işlər başa çatdırılıb. Hazırda “Naxçıvanqaz” İstehsalat Birliyi əhalinin mavi yanacağa olan tələbatının artmasını nəzərə alaraq təbii qazın verilişini qış rejiminə uyğun olaraq tərtib olunmuş texnoloji rejimlə tənzimləyir. İstər Naxçıvan şəhərinə, istərsə də muxtar respublikanın rayonlarına təbii qaz texnoloji rejimə uyğun olaraq verilir və təbii qaz istehlakçıları keyfiyyətli və dayanıqlı mavi yanacaqla təmin olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının müalicə turizmi potensialı” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbiri xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq keçirilən görüşün əhəmiyyəti haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicəvi turizm potensialına malikdir. Qədim diyarımızda yüzlərlə mineral su mənbələrinin, Duzdağın mövcudluğu bu potensialın əhəmiyyətini daha da artırır. Qeyd olunub ki, Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılıb. Mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Burada yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında duz oksigen havanın 20 faizini təşkil edir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.

Ardını oxu...

Əzm və səbir – problemi aradan qaldırmağın gücü bundadır

Bakıdan Naxçıvana hava yolu ilə getmək olar. Təyyarənin salonunda bütün yerlər tutulub, sərnişinlər arasında həm uşaqlar, həm də yaşlılar var. Nə etmək olar? Avtonəqliyyatla yol daha uzun və çətindir: istər İran, istərsə də Türkiyə vasitəsilə. Artıq üçüncü onillikdir ki, Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunandan bəri, vəziyyət belədir. Bu, kimə lazım idi? “Yalnız bizə, sadə adamlara, lazım deyil”, – Naxçıvan Muxtar Respublikasında yaşayan ahıllar belə deyir. Bizim hekayəmiz Naxçıvanda insanların necə yaşaması haqqındadır.

Muzeylərin mənası haqqında

Naxçıvanda belə bir adət var: muxtar respublikaya gələn qonaqlara Heydər Əliyev Muzeyini ziyarət etməyi təklif edirlər. Əvvəlcə, sözün düzü, tərəddüd etdim. Axı biz Naxçıvan Muxtar Respublikasına təhsil və elmlə tanış olmaq üçün gəlmişik. Lakin muzeydə olduqdan sonra bu nəticəyə gəldim ki, əbəs deyilmiş. Əslən bu torpaqdan olan ümummilli lider Heydər Əliyev SSRİ ayrı-ayrı dövlətlərə parçalandıqdan sonra bura qayıtmış, Onun Naxçıvan əhalisinin dəstəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dirçəliş dövrü başlanmışdır.

Ardını oxu...

Yeni obyektlərin istifadəyə verildiyi Hacıvar və Badaşqan kəndlərindən reportaj

Ölkəmizin ən qocaman mətbuat orqanlarından biri olan “Şərq qapısı”nda işlədiyim 15 ildən artıq bir müddət ərzində bu qəzet mənim həm də muxtar respublikanın bütün yaşayış məntəqələrini, o cümlədən ən ucqar dağ və sərhəd kəndlərini yaxından tanımağıma, bir-birindən fərqli xarakterli insanlarla görüşməyimə, yol baxımdan 1-2 kilometr məsafədə yerləşən kəndlərin bir-birindən gözəl, bəzən də fərqli adət-ənənələri ilə tanış olmağıma imkan verib. Gördüklərimdən çıxardığım nəticə bir olub: harada yaşamasından asılı olmayaraq, torpağa bağlılıq, dünənə ehtiram, sabaha cavabdehlik hissi, insana qayğı varsa, orada bütün çətinliklərə qalib gəlmək, yeni həyat qurmaq, böyük uğurlar   qazanmaq olar. 

Bu hissləri doğma Naxçıvanı sevən hər bir insan yaşaya bilər. Fəxrlə deyim ki, bəhs etdiyim dövr ərzində həmin duyğuları, bəlkə də, yüz dəfə yaşamışam. İstər paytaxt şəhərimiz Naxçıvanda, istərsə də ucqar dağ və sərhəd kəndlərimiz Nürgütdə, Şadada, Teyvazda, Gərməçataqda, Yuxarı Buzqovda...
Son vaxtlar Babək rayonunun Məzrə, Ordubad rayonunun Baş Dizə kəndlərində bu hissləri yenidən yaşadım. Ardınca isə paytaxt şəhərimizin bir addımlığında yerləşən Hacıvar və Badaşqan kəndlərində.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 210-cu məşğələsi keçirilib.
“Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, hər hansı bir xalqın siyasi iradə və qətiyyət nümayiş etdirərək müstəqil dövlət yaratması onun milli birliyinin nəticəsidir. Rektor Azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən, əhəmiyyətindən danışaraq vurğulayıb ki, tarixin ən böyük azərbaycanlısı olan ümummilli lider Heydər Əliyev xalqımızın milli həmrəyliyə nail olmasında, dünyada Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında misilsiz xidmətlər göstərib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov mövzu ilə bağlı məruzə edərək milli müstəqillik, milli həmrəylik uğrunda mübarizənin bünövrəsinin Naxçıvanda qoyulduğunu xatırladıb. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da­ 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb.

Ardını oxu...

Dekabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Ardını oxu...

Dekabrın 16-da Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarının 25-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirib.
Konfransı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açaraq bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla bayram elan edilib. Bu gün həmin qərarın qəbul olunmasının 25-ci ildönümü tamam olur. Bu qərarın Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna əhəmiyyəti bu gün artıq özünü onda göstərib və təsdiq edib ki, dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlanıb.

Ardını oxu...

Mən böyük Vətənin bir parçasıyam, tarix yadigarı ulu torpağam, bundan illər öncə, günün birində, paytaxta aparan yol kəsiləndə, qatarlar ünvana yetişməyəndə, ümidsiz, çarəsiz baxıb qalmışam, elə bil əbədi unudulmuşam.
... Mən əsir olmadım yadlar əlində, qəm-qüssə tapmadım darda- çətində. Qırdım qollarımın polad buxovun, dayandım ellərin köçhaköçündə. Mənə uzaqlardan sonsuz həsrətlə, torpaq itkisiylə, böyük kədərlə, baxmaq istəmədi mərd oğullarım, düşmənə sədd oldu uca dağlarım. Zülmətdə qalanda elim, şəhərim, atəşdə yananda uca sərvlərim, bir çıraq közərdi mənim yurdumda, isindi yüz minlər onun odunda. Beləcə, döyündü zəif ürəyim, gündən-günə artdı arzum, diləyim, şahidi oldum mən böyük işlərin, bunlar əməliydi cəfakeşlərin.
Min illər ərzində mən yurd olmuşam, ululardan ulu böyük xalqıma. Başlar üstə səma, bulud olmuşam, mən yağış olmuşam öz torpağıma. Uca qalalarda mən daş olmuşam, bu xalqla dar gündə sirdaş olmuşam. Bu xalq da dar gündə qədrimi bilib, məndən bir qarış da yada verməyib. Ucaldıb qoynumda saraylar, evlər, qalalar, türbələr və məqbərələr, bu gün mənzərəmə heyrandır ellər. İndi mən gerçək bir Nəqşi-Cahanam, yaşı ululardan ulu, ruhu cavanam.

 Səbuhi Hüseynov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib ki, adıçəkilən komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu ilin oktyabr ayının 11-də elan olunan müsabiqənin müsahibə mərhələsinə yekun vurulub.
Müsahibə mərhələsinə dekabrın 11-də start verilib. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilib. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertin, komissiyanın və müvafiq dövlət orqanının nümayəndəsinin iştirakı təşkil edilib, müsahibə prosesinin videoçəkilişi aparılıb. Müsahibənin nəticələri haqqında məlumatlar komissiyanın rəsmi internet saytında yerləşdirilib, müsahibələrdə iştirak edən 84 namizəddən 56 nəfəri müvəffəqiyyət qazanıb.
Müsabiqəyə 74 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 192 nəfər sənəd təqdim edib. Müsabiqənin test imtahanları mərhələsində iştirak edən 170 namizəddən 108-i keçid balını toplaya bilib. Onlardan 89-u müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim edib. Namizədlərin hazırlığı məqsədilə müvafiq dövlət orqanı üzrə müsahibə proqramları komissiyanın rəsmi internet saytında yerləşdirilib və lazımi ədəbiyyat siyahıları göstərilib.
Məlumat üçün bildirək ki, müsahibə başa çatdıqdan dərhal sonra namizədlərin yekun bal arayışları hazır­lanır və şəxsi işlərinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə Dövlət Statistika Komitəsinə təqdim ediləcək.

Xəbərlər şöbəsi

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra siyasi və iqtisadi sabitlik bərqərar edildi.

Ardını oxu...

Məşhur ingilis filosofu Herbert Spenser yazırdı ki, xаlqın аzаd оlmаyıncа, sən də özünü аzаd sаyа bilməzsən, xаlqın xоşbəxt оlmаyıncа, sən də özünü xоşbəxt sаyа bilməzsən. 1995-ci il dekabrın 16-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasından sonra əməl və əqidə birliyi muxtar respublika əhalisini sabitlik və əmin-amanlığa qovuşdurdu, hər sahədə davamlı yüksəlişə nail olundu. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən muxtar respublika rəhbəri ulu öndərin xəttinə sədaqətin gücünü yaradıcı dühası ilə reallığa çevirdi.
Naxçıvanı düşdüyü ağır sosial-iqtisadi durumdan çıxarmaq üçün real fəaliyyətə ehtiyac var idi. İdeoloji yol məlum idi – ulu öndər Heydər Əliyev tərəfindən təməl prinsipləri müəyyənləşdirilmiş Azərbaycançılıq yolu. Əvvəlcə muxtar respublikanı ağır vəziyyətdən qurtarmaq, sonra isə gələcək inkişafını təmin etmək lazım idi. O dövrdə vəziyyət birmənalı deyildi. Mavi yanacağın, elektrik enerjisinin olmaması, park və xiyabanlarda ağacların kəsilməsi, üstəlik mağazalarda tüğyan edən ərzaq qıtlığı əhalini çox çətinə salmışdı, çörək növbələri gündəlik həyat tərzinə çevrilmişdi. Dağıdılan infrastruktur əhalinin iş imkanlarını, demək olar ki, minimuma endirmişdi.
Məhz belə bir dövrdə Naxçıvan davamlı inkişaf yoluna qədəm qoydu. Bu diyarın hər bir guşəsində tikinti-quruculuq işləri geniş vüsət aldı, şəhərlərin siması dəyişdi, yeni inzibati obyektlər, məktəblər, xəstəxanalar tikildi, kənd mərkəzləri istifadəyə verildi, yollar, körpülər salındı. Ötən müddətdə yeni açılan iş yerlərinin sayında dəfələrlə artım müşahidə olundu, əhalinin sosial rifah halı yaxşılaşdı. Əhalinin elektrik, qaz və su təminatında böyük dəyişikliklər əldə edildi. Naxçıvan elektrik enerjisini idxal edən bir diyardan ixrac edən muxtar respublikaya çevrildi. Zəruri infrastrukturun yaradılmasından sonra sənayenin, kənd təsərrüfatının inkişafı üçün bütün imkanlar səfərbər olundu, aqrar və sənaye sektorunun əlaqəli fəaliyyəti təmin edildi, muxtar respublikada ixracyönümlü məhsulların istehsalına başlandı. Əgər əvvəllər Naxçıvan yalnız bir neçə məhsulu – “Sirab”ı, “Badamlı”sı, daş duzu ilə tanınırdısa, indi Naxçıvanda əsas ərzaq məhsullarına tələbat yerli istehsal hesabına ödənilir, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə Naxçıvanda istehsal olunan yüzlərlə çeşiddə məhsul öz keyfiyyətinə, rəqabətədavamlığına görə ən böyük mükafatlara layiq görülür. Təbii ki, bütün bunlar muxtar respublikanın iqtisadi imkanlarının artmasına və ixrac potensialının yüksəlməsinə öz təsirini göstərir. Nəticə isə göz önündədir. Bir vaxt ərzaqla, enerji ilə sınağa çəkilən Naxçıvanda bu gün ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub.

Ardını oxu...

İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynayıb, ölkəmizdə islami dəyərlərin qorunub yaşadılmasına xüsusi önəm verilib.
Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər mərasimləri kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur. Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir. Təsadüfi deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bu bayramın böyüklüyünə diqqət çəkərək deyib: “İslam dininin banisi həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü bizim böyük bayramımızdır”.
Dekabrın 15-də Naxçıvan şəhərindəki “Came” məscidində həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, ölkəmizə, xalqımıza əmin-amanlıq, inkişaf və tərəqqi arzulanıb.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.

 Səbuhi Həsənov

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirəsgər Seyidova həsr olunmuş sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl bildirilib ki, Mirəsgər Seyid­ov 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulub. 1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra bir müddət təsərrüfatda çalışıb. 1988-ci ildə ordu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə hərbi xidmətini başa vurub, öz doğma yurdu Naxçıvana qayıdıb. Bu, o dövr idi ki, “böyük Ermənistan” yaratmaq xülyası ilə erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparmağa çalışırdılar. O çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşməndən qoruyurdular. Mirəsgər Seyidov da könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə fərqlənirdi. O, bir neçə dəfə, ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmışdı. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də oldu. Mirəsgər bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralandı və şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 dekabr tarixli Fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sonra film nümayiş etdirilib.

Ceyhun Məmmədov

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsiz və əvəz­olunmazdır. Misilsizdir ona görə ki, bu xidmətlərin həcminin miqyası yoxdur. Əvəz­olunmazdır ona görə ki, Vətəni və xalqı qarşısında taleyüklü xidmətləri Onun qədər kimsə etməyib. Tarixdə öz ölkəsini çətinliklərdən qurtaran, ona yeni həyat bəxş edən liderlər çox olub. Heydər Əliyev dühasının gücü isə ondadır ki, O, ölkəsinə iki fərqli siyasi quruluşda, ancaq tək amalla xidmət edib. Hansı ki, bu amalın kökündə əsas yeri Azərbaycanın azadlığı və müstəqilliyi tutub. Buna görə də müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafında vaxtilə Onun qurub-yaratdığı, əsasını qoyduğu siyasi kurs dayanır.

Bu kursun əsas və öndə gələn istiqamətlərindən biri, daha doğrusu, birincisi ordu quruculuğu ilə bağlıdır. Çünki ordu olmadan heç bir ölkənin təhlükəsizliyindən, müstəqilliyindən, deməli həm də inkişafından söhbət gedə bilməz. Ordu quruculuğunu isə bu sahənin bilikli mütəxəssisləri olmadan həyata keçirmək mümkün deyildir. Elə buna görədir ki, hələ Sovet İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığı zamanlarda ulu öndərimizin əzmi və təşəbbüskarlığı sayəsində ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılıb, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılıb. 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi isə ümummilli liderimizin gələcək müstəqil Azərbaycanın milli ordusunu formalaşdıracaq hərbçi kadrların yetişdirilməsi üçün atdığı ilk addımlar idi.

Ardını oxu...

Şərur rayonu

Şərur rayonu Naxçıvan Muxtar Respublikasının ən böyük bölgələrindəndir. Bu qədim oğuz-türk yurdu barlı-bərəkətli torpaqları, gözəl və abad yurd yerləri, əsrarəngiz təbiət abidələri ilə göz oxşayır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlaması Şərur rayonunun da dirçəlməsinə səbəb olub, bölgədə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirlərinin həyata keçirilməsi geniş vüsət alıb. Ulu öndərin bilavasitə rəhbərliyi ilə Arpaçayın üzərində su anbarı tikilib. Burada yaradılmış su ehtiyatı rayonun on minlərlə hektar əkinəyararlı sahələrinin suvarılmasına imkan verib.
Məhz ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində ötən əsrin 70-ci illərindən başlayaraq Şərur rayonunda kənd təsərrüfatı inkişaf etdirilib, yeni meyvə və üzüm bağları salınıb, hektarlarla ərazidə müxtəlif məhsullar yetişdirilib. Geniş aqrar sənaye komplekslərinin yaradıldığı Şərur rayonu həmin illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Buna görə də rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR