25 Dekabr 2024, Çərşənbə

Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin qarantıdır. Bu gün ordumuzda döyüş ruhu yüksəlib, güclü maddi-texniki baza yaradılıb.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən gənclərin hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan Şəhər Təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar. Bildirilib ki, gənclərimiz yaxşı xidmət etməli, xidmət dövründə hərbi texnikanın sirlərinə yiyələnməli və Ali Baş Komanda­nın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməyə hər zaman hazır olmalıdırlar.

Ardını oxu...

Bayram əhval-ruhiyyəsi ilə yola saldığımız mart ayı bu baxımdan mühüm hadisələrlə yadda qaldı

Ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışlarına səs verərək müstəqilliyimizi qorumaq və daha da möhkəmləndirmək, ölkənin parçalanmasının qarşısını almaq və respublikamızın düşdüyü ağır sosial­-iqtisadi böhrandan xilas etmək üçün 1992-ci ildə Naxçıvanda möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratması müstəqillik tariximizin ən parlaq səhifələrindən birinə çevrilib. Partiya 25 illik şərəfli bir yol keçib. Bu gün üzvlərinin sayı muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edən partiyanın muxtar respublika təşkilatının 52 mindən çox üzvü vardır. Bu, partiyanın yarandığı ilk dövrdəki göstəricidən 47 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov martın 16-da keçirilən Təşkilatın Siyasi Şurasının iclasındakı çıxışında bu barədə deyib: “Yeni Azərbaycan Partiyası böyük inkişaf və təşkilatlanma yolu keçib. Yeni Azərbaycan Partiyasının gücü onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideyalarının uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək ümummilli liderimiz deyirdi ki: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”. Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir. Bu proseslərdə partiyamızın hər bir üzvünün əməyi və fəaliyyəti təsirsiz qalmamış, ölkəmiz, onunla birlikdə partiyamız, eləcə də onun Naxçıvan Muxtar Respublika Təşkilatı böyük inkişaf yolu keçmişdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçiril­məsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu sahənin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə muxtar respublikada xalq yaradıcılığı ilə bağlı silsilə tədbirlər təşkil olunur. Aprelin 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edən “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşidli kətə növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətli hadisə olub.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 mart tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini Emin Səfərov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrə metodik köməkliklər göstərilməsi məqsədilə maarifləndirmə tədbirlərinə başlanılıb. İlk belə tədbir Ordubad rayonunun Sabirkəndində keçirilib. Kənd mərkəzində təşkil olunan tədbirdə Ordubad rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə nazirliyin şöbə rəisi Səttar Zamanov açıb. Muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, rayonda bələdiyyələrin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilib. Bunun müqabilində bələdiyyə üzvləri məsuliyyətlərini dərindən dərk etməli, fəallıq göstərməlidirlər.
Nazirliyin əməkdaşlarından Xəyal Eyvazov “Bələdiyyələrin fəaliyyətində qanunvericilikdən irəli gələn vəzifələrin yerinə yetirilməsi”, Ayaz Məhərrəmov “Bələdiyyə orqanlarında vətəndaşların müraciətləri barədə münasibətləri tənzimləyən qanunvericilik” mövzularında çıxış ediblər.

Ardını oxu...

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Birinci Avropa Oyunlarından sonra ölkəmizdə növbəti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi isə həm də Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu yarışların ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təşkil edilməsi idman şöhrətimizi artıracaq, beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirəcəkdir.

Qeyd edək ki, 2013-cü ilin iyulunda Bakı İslam dünyasını birləşdirən idmanın çox növü üzrə möhtəşəm tədbir – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək şəhər elan olunub.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizdə təşkil edilən “Xəzərdən başlayan su səyahəti”nin ilk dayanacağı aprelin 7-də Naxçıvan Muxtar Respublikası olub və “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsinə start verilib.

Ardını oxu...

Məişətdə və istehsalatda baş verən yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi səbəbindən baş verir. Artıq yüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və sair yanğınların baş verməsinə şərait yaradır. Məişətdə və istehsalatda elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq elektrik cihazları və elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına istehlakçılar, idarə, müəssisə, təşkilat rəhbərləri və vətəndaşlarımız tərəfindən əməl olunmasını tövsiyə edir.
Qeyd etmək lazımdır ki, bütün elektrik qurğularının quraşdırılması və onun istehlakçılar tərəfindən istismarı müvafiq qayda və normativ sənədlərə, təlimatlara uyğun həyata keçirilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib. 

Aprelin 7-də universitetin bu ixtisas üzrə 3-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tələbələr əvvəlcə buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlb­etmə, ittihamı elan­etmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.

Ardını oxu...

Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.

Serqqapisi.az xəbər verir ki, muxtar respublikada səhayətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.

Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürülüb və səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.

Saat 12:00-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Domestic Grassroots” proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində “Su festivalı” keçiriləcək, konsert proqramı təşkil olunacaq.

Ardını oxu...

İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının martın 16-da keçirilmiş iclasında qarşıya qoyulan vəzi­fələr və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının bu ilin birinci rübündə gördüyü işlər müzakirə olunub.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf bəxş edən, ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə təsis olunub. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya böyük inkişaf yolu keçib, üzvlərinin sayı xeyli artıb.
Vurğulanıb ki, bu il mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov partiyanın yarandığı gündən indiyədək keçdiyi şərəfli yolu yüksək qiymətləndirib.

Ardını oxu...

Hər bir ölkənin təhlükəsizliyi onun Silahlı Qüvvələrinin hərtərəfli inkişafından asılıdır. Güclü, nizami ordu bu təhlükəsizliyin qarantı olmaqla yanaşı, həm də sülhün, firavan və rahat yaşayışın təməl prinsiplərindən sayılır. Tarixdən də məlumdur ki, istənilən dövrdə güclü ordusu olan ölkələr daim inkişaf edib, iqtisadi və siyasi qüdrətini artırıb, nüfuz sahibi olub. Ordusu zəif olanlar isə əksinə. Dünyanın qədim xalqlarından olan Azərbaycan xalqının istər uzaq, istərsə də yaxın tarixi keçmişi ərzində baş verən hadisələr ordu quruculuğu işinin bir daha zəruri olduğunu sübut etməkdədir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğuna bu gün dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı bu prosesin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib. Ordu quruculuğu prosesində ölkə ərazilərinin geostrateji mövqeyi mühüm rol oynayır. Çünki mühüm coğrafi ərazilər təkcə iqtisadi-siyasi deyil, həm də hərbi-strateji əhəmiyyətinə görə seçilir. Buna görə də sülh və müharibə şəraitində ölkə­nin hava, dəniz və quru sərhədlərinin etibarlı qorunması aidiyyəti ərazilərdə müvafiq qoşun birləşmələrinin dislokasiyasından və döyüş hazırlığından birbaşa asılıdır. Məhz bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir.

Ardını oxu...

Muxtar respublikada son illər iqtisadi və sosial sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilib. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyəti və ən əsası iqtisadiyyatın yüksək gəlirli sahəsi olan turizmin inkişafı üzrə də məqsədyönlü işlər görülüb.
Muxtar respublikada qədim dövrlərin yadigarı olan tarixi abidələr – Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu və Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlubedilməzliyinin simvolu olan Əlincəqala, möhtəşəmliyi ilə seçilən Haçadağ, misilsiz təbiət abidələrindən Göygöl, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır. Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açıb.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə gəncliyin qüvvəsini, potensialını yüksək qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və qayğı göstərmiş, gənclərin vətənpərvər, fiziki və mənəvi cəhətdən sağlam, hərtərəfli biliyə malik olmaları üçün hər cür şərait yaratmışdır.
Ümummilli liderimiz gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların qarşısında ən mühüm vəzifə kimi qoymuş, müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dəfələrlə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını vermişdir. Ulu öndər demişdir: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt Vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Dahi şəxsiyyət gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Onun 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanı gənclərə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Həmin fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapıb. Bu qanun ölkəmizdə gənclərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Ümummilli liderin müəyyənləşdirdiyi gənclər siyasətinin əsasında Azərbaycançılıq ideologiyasından qaynaqlanan dövlətin inkişafı, xalqımızın rifahının yüksəldilməsi yönündə fəaliyyət və tolerantlığın inkişaf etdirilməsi dayanır.

Ardını oxu...

Martın 28-də İsveçrənin Bern şəhərindəki Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib.
Tədbiri Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı açaraq ölkəmizin əsrlərboyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını bildirib. Azərbaycanda multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini qeyd edən səfir dövlət başçısının müvafiq sərəncamları ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdırıb.

Ardını oxu...

Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, gələcək nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunsa da, müstəqil dövlətimiz həm də milli və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. İslam ölkələri ilə qurulan mədəni əlaqələr də respublikamızın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir. Beş min il yaşı olan Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olması həm də bu siyasətin uğurlu nəticəsidir. Qədim şəhərin bu adı daşıması diyarımızın sosial-iqtisadi inkişafının, turizm potensialının tanıdılması ilə bərabər, milli və mənəvi dəyərlərimizin təbliğinə də şərait yaradır.

Əlbəttə, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün müəyyən şərtlər var. Bu ada namizəd olan şəhərin region və öz ölkəsi səviyyəsində zəngin tarixi olmalı, o, elm, incəsənət və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməli, həm İslam, həm də bütövlükdə, dünya mədəniyyətində yeri olmalıdır. Eyni zamanda bu ada layiq şəhərdə elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməlidir. Həmçinin şəhərdə qədimliklə müasirliyin birləşərək vəhdət təşkil etməsi də əsas şərtlər sırasındadır. Qədim yurdumuz Naxçıvan tələb edilən bütün şərtlərə cavab verdiyindən bu ulu diyar İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Ardını oxu...

Düz bir il bundan əvvəl, aprel ayının ilk günlərində bütün gözlər cəbhəyə, Vətən övladlarının gecə-gündüz keşik çəkdiyi döyüş bölgələrinə dikilmişdi. Aprelin 1-dən 2-nə keçən gecə mənfur düşmən mövqelərimizə hücuma keçmişdi. Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, aprel savaşında qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Atəşkəsdən keçən əsrin dörddəbiri qədər zaman kəsiyindən sonra cəmi dörd gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına onların anlayacaqları tərzdə başa saldı ki,  bu xalq heç bir zaman işğala dözməyəcək, heç bir güc qarşısında boyun əyməyəcək, gec-tez ata-baba əmanəti olan torpaqları azad edəcəkdir. 

Həmin dövrdə torpaqlarımızın azadlığı, dövlətimizin bütövlüyü, müstəqilliyi uğrunda düşmən qarşısında canlarını sipər edərək şəhidlik zirvəsinə ucalan əsgərimizin qəhrəmanlığı isə dillərə dastan oldu. Xalq öz qəlbində bu qəhrəmanlara möhtəşəm bir abidə ucaltdı, onların hər biri ölməzlik, əbədiyyət qazandı. Bu döyüşlərdə Naxçıvan torpağı da iki şəhid verdi. Mayor Rasim Məmmədov və leytenant Qabil Oruc­əliyev aprel döyüşlərində şücaət və rəşadət nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəldilər. Bəli, qədim Naxçıvanın igid övladları ana Vətənin hər qarışının onlar üçün əziz və müqəddəs olduğunu bir daha sübuta yetirdilər.

Ardını oxu...

Bu il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirədə Ali Məclisin Sədri televiziyanın və radionun efir vaxtının bir saat artırılması, rayonlarda müxbir postlarının yaradılması və radionun internet üzərindən yayıma başlaması barədə tapşırıqlar verib. Verilən tapşırıqlar icra olunub, teleradionun efir vaxtı daha bir saat artırılıb, müxbir postlarının fəaliyyəti təmin edilib və Naxçıvan Dövlət Radiosu internet üzərindən yayıma başlayıb.
Aprelin 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində bu münasibətlə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək televiziyanın keçdiyi inkişaf yolundan danışıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb, televiziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib, rəqəmsal formatda – HD yayımı təmin edilib. İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki baza, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 65-70 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və televiziya filmi çəkilib. Sahil Tahirli yaradılan şəraitə və göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından dərin minnətdarlığını bildirib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə komanda-qərargah təlimi başa çatıb. Təlimə 3 min nəfərədək şəxsi heyət, 200-dən artıq avtomobil və döyüş texnikası cəlb olunub.
Üç mərhələdə keçirilən təlimin birinci mərhələsinə uyğun olaraq, birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Cəmləşmə rayonlarında qoşunların idarə olunması praktik şəkildə həyata keçirilib.
Təlim planında Naxçıvan Muxtar Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədilə müdafiə əməliyyatının aparılması, düşmənin darmadağın edilməsi üzrə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili, müdafiənin dərinliyinə soxulmuş düşmənin məhv edilməsi və müdafiənin əlverişli hədd üzrə bərpa olunması əsas məqsəd kimi qarşıya qoyulub.
Döyüş əməliyyatlarının planlaşdırılması zamanı komandir heyətinin kəskin dəyişən döyüş şəraitində çevik qərar qəbul­etmə üzrə bilik və bacarıqlarının artırılmasına nail olunub. Eyni zamanda qərargahlararası məlumat mübadiləsinin vaxtında həyata keçirilməsi məqsədilə müasir texnoloji vasitələrdən istifadə edilib.

Ardını oxu...

Yaz-yay mövsümünün başlanması ilə əlaqədar AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, bağın təcrübə sahəsinə yeni ağac və dekorativ gül bitkiləri salınır.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və Nəbatat bağının şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tərəfindən AMEA-nın Dendrologiya İnstitutundan, İran və Türkiyə respublikalarından, Batumi Botanika Bağından gətirilən, xüsusi sahələrə əkilən yeni bitki növlərinin arasında xeyli sayda otaq bitkiləri, müxtəlif kaktus növləri, palma tingləri, müxtəlif şam ağacı növləri və digər bitki nümunələri var.
Əkilən bitkilərin yerli şəraitə uyğunlaşması müəyyən ediləcək, əldə olunan yeni növlər artırılaraq yaşıllaşdırma işlərində, müxtəlif təşkilatların ərazilərində və fermer təsərrüfatlarında istifadə olunacaq.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə təcrübə sahələrinə ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik bəzək, dərman və digər bitki nümunələri əkilərək üzərlərində elmi-tədqiqat işləri həyata keçirilir. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin artırılması və bu bitkilərin qorunması tədbirlərinə xüsusi önəm verilir.

Ardını oxu...

85 il bundan əvvəl – 1932-ci il aprelin 1-də Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, ­avqust ayının 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapdı, verilişlərin qəbulu üçün 10-dan çox radio-tele­viziya xətti və yarımstansiyalar quraşdırıldı. Bununla da, teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olundu.

Ardını oxu...

Tarixçilər bildirirlər ki, “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçer” kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayonda “Türk qəbir­is­tanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Tədqiqatçılara görə, Kəlbəcər ərazisində ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu da 4 milyon ildən artıq bir tarix deməkdir. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı şəhəri ilə yanaşı, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda və digər bölgələrdə dinc əhaliyə qarşı törədilən tarixdə görünməmiş kütləvi qətl və qırğınlar barəsində ətraflı məlumat verib. Bildirib ki, mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biri olub. 1918-1920-ci illərdə xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış yerləri talan edilərək yandırılıb, dağıdılıb, eyni zamanda qadın, uşaq, qocalar vəhşicəsinə qətlə yetiriliblər. Bir çox dövlətlərin arxivlərində belə faciələrlə bağlı arxiv materialları var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının memarlıq abidələri barədə tədbir iştirakçılarına məlumat verib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvanın ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmləri, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın təsərrüfat, ictimai və mənəvi həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən tədbiri şuranın sədri Sucaxan Novruzov açıb.
Bildirilib ki, 1918-ci ilin mart qırğınları mənfur ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından biridir. 31 mart soyqırımı isə milli faciə tariximizin heç zaman unudulmayacaq səhifəsini təşkil edir. Xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “böyük Ermənistan” dövlətinin yaradılması idi. Ermənilər XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya, etnik təmizləmə siyasəti yürüdərək 1905-1907, 1918-1920-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda dəhşətli qırğınlar törədiblər. 1918-1920-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı qətlə yetirilib. Lakin yerli özünümüdafiə dəstələri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparıblar. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən mənfur ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçılıq müharibəsinə başlayaraq 20 faiz torpaqlarımızı işğal ediblər.

Ardını oxu...

Culfa rayonunun Yaycı kəndindən reportaj


Culfa rayonunun Yaycı kəndi Naxçıvan Muxtar Respublikasının ən böyük yaşayış məntəqələrindən biridir. Arazın sahilində Qızılqaya dağının ətəyində yerləşən bu kənd qədim tarixə malikdir. Doqquzuncu əsrdə yaradıldığı ehtimal olunan Yaycıda bu gün 7 minə yaxın sakin yaşayır. Yaycı həm də 1918-ci ildə ermənilərin hücumları vaxtı ən çox qırğınlara məruz qalan yurd yerlərindən biridir. Bunu tarixi faktlar və canlı şahidlərin söylədikləri də təsdiq edir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir vaxtlar təhrif edilən tarixi həqiqətlər yenidən araşdırılmağa başlanıldı, ötən əsrin əvvəllərində başımıza gətirilən müsibətlər barədə tarixi faktlar ortaya çıxarıldı. 1918-ci ildə erməni cəlladların törətdiyi soyqırımı aktı barədə də tarixi mənbələrdə qeyd edilən dəhşətli hadisələr barədə ictimaiyyət məlumatlandırıldı, tariximiz yenidən yazıldı. Bu gün 1918-ci ildə baş vermiş hadisələr haqqında təhsil ocaqlarında yeniyetmə və gənclərə ətraflı məlumat verilir, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi diqqətdə saxlanılır, tarixi yaddaşın qorunması üçün tədbirlər həyata keçirilir.
Həmin il daşnaklar muxtar respublikanın bir sıra bölgələrində olduğu kimi, Culfa rayonunun Yaycı kəndində də kütləvi qətllər törədiblər. Məhz buna görə Yaycıda böyükdən-kiçiyə hamı soyqırımı qurbanları uyuyan ərazidə abidə ucaldılması arzusunda olub. 2007-ci ildə yaycılıların arzu və istəyi gerçəkləşdirilib. Kənddə soyqırımı qurbanlarının xatirəsinə abidə inşa olunub, ətrafında park salınıb. İndi bura kənd sakinlərinin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib. Kəndin meydanında ucaldılmış həmin abidə bu gün hər bir yaycılının və bura gələn qonaqların ziyarət etdiyi yerlərdən biridir.

Ardını oxu...

Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrasına uyğun olaraq gənclərin Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüşü təşkil olunub.

Yürüş başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış ediblər.
Bildirilib ki, verilən tapşırıqlara uyğun olaraq Gənclər Fondu ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə hazırladığı qrafikə əsasən gənclərin dağlıq ərazilərə, qoruq və yasaqlıqlara yürüşünün təşkil edilməsi nəzərdə tutulub. Ayda bir dəfə olmaqla muxtar respublikamızın tarixi və təbiət abidələrinə həyata keçiriləcək yürüşlərin məqsədi Naxçıvanın turizm potensialının gənc­lərə tanıdılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi və bacarıqlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bu tədbirlər həm də gənclərin fiziki hazırlıqlarının möhkəmləndirilməsi və bu sahədə bacarıqlı gənclərin üzə çıxarılmasında da əhəmiyyətli rol oynayacaqdır.

Ardını oxu...

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən
törədilən soyqırımı siyasəti


XIX əsrdən başlayaraq еrmənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata kеçirmək və tarixi tоrpaqlarımız hеsabına “böyük Еrmənistan” xülyasını rеallaşdırmaq üçün ardıcıl оlaraq hərbi və idеоlоji vasitələrdən istifadə etmiş, XX əsr bоyu Azərbaycan xalqına qarşı sоyqırımı cinayətləri həyata kеçirmişlər. Еrməni daşnakları törətdikləri sоyqırımları yüz illərdir ki, öz üzərlərindən götürməyə can atır, başqa xalqları günahkar çıxartmağa səy göstərirlər. Əslində isə tarix bunun tamamilə əksini dеyir.

Еrmənilərin Qafqaza köçürülməsi, yеrləşdirilməsi və dövlətlərinin yaradılması idеyası I Pyоtrdan başlayır. Lakin Rusiya bu məqsədə XX əsrin əvvəllərində nail оla bildi. 1802-ci ildə çar I Alеksandr N.D.Sisianоva göndərdiyi məktubda göstərirdi ki, nə оlursa-оlsun еrmənilər Azərbaycanın xanlıqlarında istifadə оlunmalıdır. IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik оlmayan еrmənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın impеriya siyasətinin həyata kеçirilməsində alət rоlunu оynayırdılar.

Ardını oxu...

Erməni qəsbkarları tarixən Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldıraraq zaman-zaman xalqımıza qarşı amansız qətliamlar, soyqırımı törədiblər. 1918-ci ilin mart ayında törədilən soyqırımı aktı da həmin qətliamlar arasında ən dəhşətlilərindən biridir.
Bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib. Rektor bildirib ki, 1918-ci ilin mart qırğınları da ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Saleh Məhərrəmov gəncliyimizi tariximizə qanla yazılmış bu hadisələri daima xatırlamağa və həqiqətlərin dünya xalqlarına çatdırılması istiqamətində səyləri əsirgəməməyə səsləyib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində bu məsələlərlə bağlı keçirilən tədbiri komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2017-ci ilin mart ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 mart tarixli qərarı ilə Ordubad rayonunun Məzrə kənd feldşer-mama məntəqəsinin Üstüpü kənd həkim ambu­latoriyasına birləşdirilməsi, Şərur rayonunun Ələkli kənd həkim ambulatoriyasının bazasında Ələkli kənd feldşer-mama məntəqəsinin və Culfa rayonunun Dizə kənd həkim ambulatoriyasının bazasında Dizə kənd feldşer-mama məntəqəsi yaradılmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 mart tarixli qərarı ilə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilmişdir.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordusunda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin növbəti təlim-toplantısı başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi və Əlahiddə Ümumqoşun Ordusunun birgə təşkil etdiyi təlim-toplantıda əvvəlcə toplantıya cəlb edilmiş heyətin sıra hazırlığı yoxlanılıb. Fiziki hazırlıq dərsləri zamanı hərbi rəhbərlərə silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları əyani olaraq göstərilib.
Keçirilən dərslərdə diqqətə çatdırılıb ki, ölkəmiz müharibə şəraitində yaşayır. Ona görə də hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar.

Ardını oxu...

“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli lider Heydər Əliyevin bu müdrik fikirləri hər bir Azərbaycan gəncinin fəaliyyət istiqamətini müəyyənləşdirir. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi rəhbərimiz sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin potensialından səmərəli istifadə olunur, onların sosial müdafiəsinin təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilmişdir. Son illər gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı qəbul olunmuş, gənc istedadların “Qızıl kitabı” təsis edilmişdir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Fondun fəaliyyəti təmin olunmuşdur.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən olan 160 şagird Naxçıvan Muxtar Respublikasına gəlib. Həmin gündən tur-aksiya iştirakçıları muxtar respublikamızın təhsil, mədəniyyət, səhiyyə, istehsalat müəssisələri ilə, tarixi abidələrlə tanış olublar.

Martın 26-da isə Duzdağ Fizioterapiya Mərkəzində olan tur-aksiya iştirakçıları sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələrək muxtar respublika ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat alıblar.
Şagirdlər Novruz bayramı ilə əlaqədar Naxçıvanqalada keçirilən şənlikdə iştirak ediblər, xalq rəqslərini maraqla izləyiblər.
Naxçıvan Dövlət Tarix Muzeyi məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən, qədim, orta əsrləri, yeni və müasir dövrü əhatə edir.
Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyi də şagirdlərdə böyük maraq doğurub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb.

* * *

Həmin gün Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev mərkəz barədə məlumat verərək deyib ki, bu məkan 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, inter­aktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.
Məmməd Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkə­mizi tanıyaq” tur-aksiyanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, son illərdə tur-aksiyalar çərçivəsində ölkəmizin müxtəlif rayonlarından, o cümlədən paytaxt Bakıdan olan məktəblilərin muxtar respublikaya səfərləri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaradıb.
Muxtar respublikanın təhsil naziri Məmməd Qəribov çıxışında bildirib ki, qədim diyarda təhsil davamlı və müasir tələblər səviyyəsində inkişaf etdirilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müasir tədris şəraitinin yaradılması tədrisin keyfiyyətini yüksəldib.
Bakı şəhərinin Pirallahı rayonunun 168 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Təhminə Şamilova muxtar respublikada onlara göstərilən yüksək diqqət və qayğıya, qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün blokada şəraitində yaşayan Naxçıvan özünün sürətli inkişafı ilə hər kəsin diqqətini cəlb edir. Bu gün muxtar respublikada bütün sahələrdə böyük nailiyyətlər əldə olunub.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim edilib.

* * *

Dörd gün ərzində bu qədim diyarın tarixi və mədəniyyəti ilə yaxından tanış olan məktəblilər martın 26-da Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.

* * *

Bakı şəhərində səfərdə olan naxçı­vanlı şagirdlər də həmin gün muxtar respublikaya qayıdıblar.

Xəbərlər şöbəsi

Bu il mart ayının 18-dən başlayan Novruz şənlikləri yurdumuzun hər yerində olduğu kimi, Naxçıvanda da böyük coşqu ilə keçirilib. Baharın gəlişini, təbiətin oyanışını bayram edən muxtar respublika sakinlərinin bu gözəl yaz günlərindəki sevincinə tamaşa etməyə dəyərdi. Qədim diyarımıza gəlmiş turistlər də dəstə-dəstə Naxçıvanqalaya və şəhərin digər gəzməli-görməli yerlərinə axın ediblər.
Novruzun ilk günlərində olduğu kimi bayram ab-havası martın 27-dək davam edib. Havaların gözəl keçməsi də adamları sevindirirdi. Bu il nisbətən uzun və sərt keçən qışdan sonra uşaqlı-böyüklü hər kəs şəhərdə gəzib alış-veriş etməyə, ailəlikcə istirahət edib əylənməyə daha çox maraq göstərirdi. Bayram günlərində muxtar respublikaya gəlmiş çox sayda turistlər də öz asudə vaxtlarını mənalı keçirmək üçün yaxşı fürsət qazanmışdılar. Əksəriyyəti qonşu ölkələrdən gələn turistlər Naxçıvandakı gəzməli-görməli yerlərlə tanış olur, Naxçıvanqalada keçirilən bayram şənliyinə qatılır, buradakı zəngin iaşə xidmətlərindən istifadə edirdilər.

Ardını oxu...

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Naxçıvanda olan məktəblilər muxtar respublikadan zəngin təəssüratlarla ayrıldıqlarını vurğuladılar.
Bakı şəhərinin Suraxanı rayonundakı 278 nömrəli tam orta məktəbin şagirdi Xəyal Hacıyev:
– Mən Naxçıvan barədə ancaq kitablardan, kütləvi informasiya vasitələrindən nəsə eşidir, öyrənirdim. Bilirdim ki, Naxçıvan qədim tarixə malik diyarımızdır. Lakin atalarımız demişkən, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Dörd gün ərzində gəzib-gördüklərimiz indiyəcən bu torpaq haqqında eşitdiklərimdən qat-qat artıq oldu. Bura, doğrudan da, müqəddəs torpaqdır. Naxçıvanın inkişafı, buradakı abadlıq, təmizlik hər birimizi heyran etdi. Gəzinti əsnasında muxtar respublikanın rayonlarında fəaliyyət göstərən məktəblərə də baş çəkdik. Həmin məktəblərdə olan şərait, avadanlıqlar da bizi heyrətləndirdi. Bu məktəblər ölkəmizin paytaxtında fəaliyyət göstərən təhsil ocaqları kimi müasirdirlər.
Mən Naxçıvanın 26 ildir ki, blokada şəraitində yaşadığını bilirdim. Blokada şəraitində olan bir diyarda uşaqlar üçün belə təhsil şəraitinin yaradılması bizə xoş təsir bağışladı. Muxtar respublikanın yollarına isə söz ola bilməz. Nəqliyyatda da heç bir problemlə qarşılaşmadıq. Mən deyərdim ki, Naxçıvan əhalisinin ən böyük xoşbəxtliyi həm də burada tıxacların olmamasıdır.

Ardını oxu...

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 25-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna gəliblər.

Şagirdlər əvvəlcə “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olublar. Bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib. Burada il ərzində 8 ton xammal toplanılaraq emal olunur və qablaşdırılır.

Ardını oxu...

Martın 24-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Bakılı məktəblilər qədim diyarın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar.

Füsunkar təbiəti ilə diqqət çəkən Ordubad rayonu ilə tanışlıq Bakı məktəbliləri üçün xüsusilə maraqlı keçib. Əvvəlcə şagirdlər Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Burada bildirilib ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Burada şagirdlərin bilik və maraqlarına uyğun tədbirlərin keçirilməsi, onların fəal mütaliəyə cəlb olunması üçün lazımi şərait yaradılıb. Məktəbin kitabxanasında 14 minə yaxın kitab var. Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.

Ardını oxu...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvandan olan iştirakçıları martın 24-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Serqqapisi.az AZƏRTAC-a istinadla xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn tur-aksıya iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Bu il mart ayının 18-dən başlayan Novruz şənlikləri yurdumuzun hər yerində olduğu kimi, Naxçıvanda da böyük coşqu ilə davam etdirilir. Baharın gəlişini, təbiətin oyanışını bayram edən muxtar respublika sakinlərinin bu gözəl yaz günlərindəki sevincinə tamaşa etməyə dəyər. Qədim diyarımıza gəlmiş turistlər də dəstə-dəstə Naxçıvanqalaya və şəhərin digər gəzməli və görməli yerlərinə axın edirlər.

Novruzun ilk günlərində olduğu kimi bayram ab-havası hələ də davam etməkdədir. Havaların gözəl keçməsi də adamları sevindirir. Bu il nisbətən uzun və sərt keçən qışdan sonra uşaqlı-böyüklü hər kəs şəhərdə gəzib alış-veriş etməyə, ailəlikcə istirahət edib əylənməyə daha çox maraq göstərir. Bu bayram günlərdə muxtar respublikaya gəlmiş çox sayda turistlər də öz asudə vaxtlarını mənalı keçirmək üçün yaxşı fürsət qazanıblar. Əksəriyyətinin qonşu ölkələrdən olduğu turistlər Naxçıvandakı gəzməli, görməli yerlərlə tanış olur, Naxçıvanqalada keçirilən bayram şənliyinə qatılır, buradakı zəngin iaşə xidmətlərindən istifadə edirlər.

Ardını oxu...


“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən olan 160 şagird Naxçıvan Muxtar Respublikasına gəlib. Tur-aksiya iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıblar.

Məktəblilər əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Ardını oxu...

Mart ayının 18 –dən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən bayram şənliyinə gələnlərə Naxçıvan mətbəxinin nümunələri, eləcə də Novruz bayramının rəmzi olan şirniyyatlar təklif edilir. Burada ifa olunan mahnılar və rəqslər şənliyə gələnlərdə xoş ovqat yaradır.

Tədbirdə milli sənətkarlıq nümunələri, əl işləri və milli ornamentlərlə bəzədilən geyim nümunələri bayram gəzintisinə çıxanların diqqətini cəlb edir.

Xalq sənətkarlıq sahələrindən biri olan dulusçuluq da muxtar respublikada   tarixən geniş yayılıb. Bu peşə ilə məşğul olan sənətkarlarımız gözəl saxsı qablar hazırlayır, qədim dulusçuluq sənətinin yaşadılmasına öz töhfələrini verirlər. Burada dulusçuluq emalatxanası yaradılıb. Naxçıvanlı sənətkarların hazırladıqları sadə və naxışlı saxsı qablara maraq böyükdür.

Ardını oxu...

Serqqapisi.az Naxcivantv.az saytına istinadən xəbər verir ki, Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin kollektivi gücləndirilmiş iş rejiminə keçib.

Xətt nəzarətçisi Cəsarət Abdullayevin sözlərinə görə bu günlər avtobusların sayı artırılaraq 62-yə çatdırılıb. Xəttə buraxılan avtobusların təmizliyinə və sazlığına diqqət yetirilir.

Ardını oxu...

Martın 19-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.

Görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.

Ardını oxu...

Şərur rayonu

Azərbaycanda Novruz bayramı, bununla bağlı adət-ənənələr sonralar yaranmış bütün digər bayram və mərasimlərdən üstün tutulub. Ona görə ki, Novruz baharın ilk günü, köhnə ilin öz yerini təzə ilə təhvil verdiyi, gecə ilə gündüzün bərabərləşdiyi gündür. Yaz zəhmət, əmək və nemət fəslidir. İlin bu fəslində hava təmiz, Günəş bol, arzular qanadlı, qəlblər ilhamla dolu olur. İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə və süni maneələrə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib. Xəbər verdiyimiz kimi, həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib. 

Tur-aksiyanın ikinci günü Bakı məktəbliləri Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələrlə, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar.
Füsunkar təbiəti, tarixi abidələri olan Ordubad rayonu ilə tanışlıq Bakı məktəbliləri üçün xüsusilə yaddaqalan olub. Əvvəlcə şagirdlər Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Şagirdlərin diqqətinə çatdırılıb ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər.

Ardını oxu...

Novruz xalqımızın milli birlik rəmzinə çevrilmiş və milli ideologiyamızın əsas sütunlarından biri kimi əbədiləşmiş milli bayramıdır.
Sovet imperiyası dövründə Novruza “dini bayram” damğasının vurulmasını, bu bayramın keçirilməsinin yasaq edilməsini yaşlı və orta nəsil yaxşı xatırlayır. Bu qadağaya baxmayaraq, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin nüfuzu sayəsində Novruz bayramı ölkəmizdə geniş qeyd olunurdu. Bu, ulu öndərin doğma Vətəninə, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkə­mizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir.

Ardını oxu...

Tur-aksiya çərçivəsində məktəblilərlə həmsöhbət olmaq imkanı əldə etdik. Bakı şəhərinin Binəqədi rayonundakı 100 nömrəli tam orta məktəbin şagirdi Kənan Bəgəliyev bildirdi ki, bu layihə onların ölkəmiz haqqında biliklərinin artırılmasında mühüm rol oynayır: “Həmyaşıdlarım adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həqiqətən də, ölkəmizin hər bir guşəsi gözəldir. “Azərbaycanın incisi” adlandırılan Ordubad çox xoşuma gəldi. Mən burada ancaq tarix kitablarından tanıdığım və ensiklopediyalarda şəkillərinə rast gəldiyim tarixi abidələrlə daha yaxından tanış oldum, onlar haqda maraqlı məlumatlar əldə etdim. Elə Culfa rayon ərazisindəki Gülüstan türbəsi və “Əlincəqala” tarixi abidəsini yaxından gördüyüm üçün sevinirəm. Bakıya qayıdanda bu abidələr haqda öz yoldaşlarıma deməyə çox sözüm olacaq”.

Ardını oxu...

Martın 17-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin akt zalında Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.

Ardını oxu...

Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin: “Naxçıvanda görülən işlər, tarixlə müasirliyin nizamlı vəhdəti məndə xoş təəssüratlar yaratdı”

 

Martın 17-də Çin Xalq Respublikasının Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Linin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib.
Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Anar Rəsulzadə ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Anar dedi: “Prezidentimizin tövsiyəsi ilə reallaşan bu layihə sayəsində ölkəmizi daha yaxından tanıyacağıq. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR