25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev iyunun 14-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İki gün davam edən səfəri çərçivəsində səfir muxtar respublikanın istehsal və təhsil müəssisələri ilə tanış olub.
Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Burada qonağa məlumat verilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Ulu öndər tərəfindən qəbul edilən qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, ümummilli liderə göndərilmiş məktub və teleqramlar mənalı ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə də dolğun təsəvvür yaradır.
Naxçıvan Biznes Mərkəzinə gələn Beybit İsabayevə bildirilib ki, burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sekto­run inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də gənclərin Naxçıvan şəhərində yürüşü keçirilmişdir.
Əvvəlcə yürüş iştirakçısı olan bir qrup gənc ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur.
Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin gənc fəallarından və idmançılardan ibarət minə yaxın gənc Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev prospekti boyunca Heydər Əliyev Sarayına və geriyə qədər olan yolu Hərbi Orkestrin təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər.
Ulu öndərin ali hakimiyyətə qayıdışı ilə tarixə yazılmış Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, vətənimizi qorumağa qadir olan nizami ordu yaranmış, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmiş, vətəninə və dövlətinə sadiq gənclik yetişmişdir. Ümummilli liderimiz Heydər Əliyev milli qurtuluşun mükəmməl fəlsəfəsini yaratmış və onu müstəqil Azərbaycanın gələcək müqəddəratına çevirmişdir. Azərbaycan tarixinin 1969-cu ildən başlanan intibah dövrü 1993-cü ilin 15 iyununda özünün Milli Qurtuluş mərhələsinə yüksəlmişdir.

Ardını oxu...

Kəngərli rayonunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Ali Məclisin deputatı Sevda Quliyeva məruzə ilə çıxış edib. Bildirib ki, dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını xalqının yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib.
Qeyd edilib ki, 1993-cü il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi ölkənin formalaşdırılmasına hesablanmışdısa, onun ikinci hakimiyyəti əsl qurtuluş erasını yaratdı.

Ardını oxu...

Hər bir xalqın taleyində çətin məqamlar olur. Onu bu mürəkkəb şəraitdən qurtara biləcək milli liderə, ümumxalq məhəbbəti qazanmış şəxsiyyətə zərurət də xalqın iradəsinin nəticəsi kimi meydana çıxır.
XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir siyasi böhran vəziyyətində idi. 1991-1993-cü illərdə ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Azərbaycan doğma torpaqlarımızın işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri azmış kimi, siyasi qarşıdurmalar, vətəndaş müharibəsi məngənəsində də boğulurdu. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti isə ölkəyə rəhbərlik etmək iqtidarına malik deyildi. Azərbaycan sonu görünməyən dəhşətli bir uçurum – minlərlə qurbanlar bahasına qazandığı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda xalqın ümid dolu baxışları sövq-təbii olaraq bəşər həyatının yeni başlanğıc məskəni, qədim Nuh yurdu, görkəmli dövlət xadimi Heydər Əliyevin yaşayıb fəaliyyət göstərdiyi Naxçıvana yönəldi. Bunun da əsası vardı. Çünki ölkəni ağır vəziyyətdən yalnız əsl rəhbər xilas edə bilərdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə gələcək müstəqilliyin hazırlanması, milli iradə və özünüdərkin formalaşması naminə məqsədyönlü fəaliyyət göstərməsi hamıya yaxşı məlum idi. Digər tərəfdən bu dahi şəxsiyyət 1987-ci ildə Moskvada olarkən təhlükə və təhdidlərə baxmayaraq, Sovet İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa verərək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirmişdi.

Ardını oxu...

Bəşəriyyətin müasir dövr siyasi və dövlət idarəçiliyi təcrübəsi göstərir ki, gənc demokratiyaların söykəndiyi mühüm ideoloji dayaqlardan biri hakimiyyət fəlsəfəsidir. Bu həqiqəti bizim üçün Azərbaycanın müstəqilliyini və demokratiyasını tarixi fəlakətdən xilas etmiş ulu öndər Heydər Əliyevin siyasi fəlsəfəsi daha bariz şəkildə sübut etmişdir. Ümummilli liderin hakimiyyət fəlsəfəsinin maddi-mənəvi resursunu Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyət fəlsəfəsi və psixologiyası barədə fikir, ideya və müddəaları konseptual şəkildə xalqımızın tarixi nikbinlik ideologiyasından bəhrələnmişdir. Onun Azərbaycana ­rəhbərliyinin birinci mərhələsini əhatə edən 1969-1982-ci illər dövrü də məhz mübarizlik prinspi ilə xarakterizə olunur.

Ulu öndər öz dövlətçilik fəaliyyətində həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının keyfiyyəti xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır. O, müdrik tarixi şəxsiyyət kimi tarixi keçmişi düzgün qiymətləndirdiyindən, öz dövrünün həqiqətləri ilə keçmişin dialektikasını aydın dərk etdiyindən sosializm sisteminin məhvini irəlicədən görmüş və özünün Azərbaycana ilk rəhbərliyi dövründə bütün fəaliyyətini gələcək müstəqil Azərbaycanın möhkəm bünövrəsinin hazırlanmasına həsr etmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq qeyd edib ki, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. Böyük öndər xalqımıza həm də zəngin maddi və mənəvi dəyərləri olan, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini əmanət edib. Qədirbilən xalqımız Onun Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü işləri heç vaxt unutmayacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı idarə heyətinin üzvü Ünbülbanu Musayeva, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev, partiya fəalı Sevda Seyidova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra siyasi müdrikliyi, polad iradəsi və yüksək səviyyədə idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf edib,

Ardını oxu...

Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın 215 ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Qurtuluş Günü mənim həyatımda” mövzu­sunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb. Muzey həmin ilin may ayının 10-dan fəaliyyət göstərir.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndərimizin ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, tədqiq və təbliğini həyata keçirən elmi-tədqiqat müəssisəsidir. Muzey ekspozisiya zalından və kitabxanadan, muzey fondundan ibarətdir. Burada kitabxana yaradılıb, ümummilli liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi avadanlıqlar, kompüter dəstləri quraşdırılıb. Həmçinin muzeyin internet saytı yaradılıb.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.

Qədim diyarda dünyaya göz açan, boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda alıb, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirib. Ulu öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.
Dahi şəxsiyyət yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu olub. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə     31 may-2 iyun tarixlərində ölkəmizin aparıcı media nümayəndələri muxtar respublikada səfərdə olublar. Səfər çərçivəsində onlar qədim diyarımızın tarixi abidələri, istehsal, təhsil, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olublar. Media nümayəndələri Naxçıvan televiziyasının baş redaktoru Təhminə Babayevaya müsahibələrində Naxçıvan təəssüratları barədə danışıblar.

Vüqar Səfərli – KİVDF-nin icraçı direktoru: “Biz artıq ikinci dəfədir ki, müxtəlif mətbuat orqanlarının nümayəndələri ilə Naxçıvana səfər edirik. Birinci səfərimiz keçən ilin oktyabr ayına təsadüf etmişdi. 20 nəfərdən ibarət, əsasən, baş redaktorların təmsil olunduğu bir heyətlə gəlmişdik. Burada media qurumları ilə əlaqələrin genişləndirilməsi məqsədilə konfrans keçirdik. Naxçıvanı gəzdik, onları buradakı tarixi abidələrlə tanış etdik. İlk səfərdən sonra ölkə mətbuatında Naxçıvan, onun inkişafı haqqında yazılar verilmişdi.
Budəfəki gəlişimizin məqsədi Naxçıvanda turizmin inkişafı ilə bağlı medianın roluna həsr olunmuş tədbirin keçirilməsidir. Naxçıvan güclü turizm potensialına malikdir. Bu, mediada geniş işıqlandırılmalıdır. Qərara almışıq ki, media rəhbərləri buradan qayıdandan sonra Naxçıvanın turizm potensialı ilə bağlı geniş məqalələr yazsınlar”.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Qayıdış” sənədli filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkil etdiyi tədbirdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.
Filmdə ölkəmizə rəhbərlik etdiyi illər ərzində ümummilli lider Heydər Əliyevin Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımasından, xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarmasından, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etməsindən və onun həyata keçirilməsi üçün mühüm addımlar atmasından bəhs edilir. Eyni zamanda filmdə Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan ulu öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli və mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı rolu öz əksini tapıb.

 Ceyhun MƏMMƏDOV

Müasir həyatı yeni texnologiyalarsız təsəvvür etmək çox çətindir. Texnologiyadan istifadə elə bir tələbatdır ki, o, iqtisadi-mədəni inkişafın bütün sahələrində cəmiyyətin demək olar ki, bütün üzvləri üçün özünü göstərir, ümumi həyat səviyyəsinə və ölkənin iqtisadi-hərbi gücünə bilavasitə təsir edir. Bütün bunlar ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların geniş tətbiqi ilə əldə olunan nəticələrdə açıq şəkildə görünməkdədir.

Bəzən tarixi dövrləri müqayisə edərkən keçmişdəki insanların həyat tərzi, mədəniyyəti, yaşadıqları dövrün iqtisadi-texnoloji inkişaf səviyyəsi arasındakı fərqdən bəhs olunur. Cəmiyyətin inkişaf yoluna nəzər saldıqda görürük ki, məhz iqtisadi inkişaf və onun mühüm hərəkətverici qüvvəsi olan texnoloji yeniliklər insan həyatına özü ilə yeni standartlar gətirib, mədəniyyəti zənginləşdirib. Ancaq insanın özü isə Uca Yaradandan ona bəxş olunan keyfiyyətləri ilə elə bugünkü kimi eyni ali duyğulara, sevgiyə və şəfqətə, fəlsəfi və dini düşüncələrə malik olub. Tək fərq isə zaman içində baş verən texnoloji yeniliklərlə iqtisadi sahədə əldə olunan sürət, komfort və təhlükəsizlik, təhsildə və mədəniyyətdə, idman, səhiyyə və turizmdə, bir sözlə, ictimai və sosial həyatın bütün sahələrindəki keyfiyyət dəyişiklikləridir. Elmin inkişafı ilə dünyanı dəyişdirən texnologiyalara sahib olmaqla bu gün insan yerin dərinliklərindən uzaq ulduzlara qədər hər yerə nüfuz edə bilir, minlərlə və hətta yüz minlərlə kilometr uzaqdan bir an içində informasiya mübadiləsi həyata keçirir, ən müasir nəqliyyat vasitələri ilə, əslində, o qədər də böyük olmayan Yer kürəsini boydan-boya keçib dolaşır. Cəmiyyət həyatında heyrətamiz dəyişikliklər yaradan bütün bu yeniliklər son onilliklər içərisində daha da sürətlənib və əvvəlki dövrlərdən fərqli olaraq bir nəslin insanlarının da öz həyatında hiss edə biləcəyi bir fərqlə görünməkdədir. Qloballaşan dünyanın bir parçası kimi ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da yeni texnologiyalar cəmiyyətin bütün sahələrində, dövlət idarə­etməsindən tutmuş vətəndaşların fərdi istehlakınadək hər yerdə geniş tətbiq olunur, insanların rifahını yaxşıya doğru dəyişdirir.

Ardını oxu...

Müstəqillik dövründə Azərbaycanın demokratik dövlət kimi xarici siyasətinin müəyyənləşdirilməsi, sosial-iqtisadi, ictimai-siyasi münasibətlərinin formalaşdırılması, milli qanunvericiliyinin yaranması ilə bağlı müxtəlif mövzular ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılmışdır. Bu tədqiqatlardan bəziləri isə regional əməkdaşlıq məsələlərinə, onun müxtəlif sahələrinə – Xəzərin enerji resurslarının hasilatı, nəqli sahəsində dövlətlərarası, dövlətlərlə beynəlxalq şirkətlər arasındakı münasibətlərin ümumi geosiyasi istiqamətlərinə həsr edilmişdir. Lakin konkret olaraq enerji təhlükəsizliyi, o cümlədən Xəzər regionunun enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri indiyədək ayrıca, sistematik şəkildə tədqiq olunmamışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun yenicə çapdan çıxmış “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası öz elmi əhəmiyyəti ilə seçilir.

Monoqrafiya ilk olaraq qarşıya qoyulan problemin ümummilli liderimiz Heydər Əliyevin enerji siyasətinin formalaşması və inkişafındakı tarixi xidmətləri kontekstində öyrənilməsi ilə diqqəti cəlb edir. Yeni tədqiqat əsərinin yazılmasında çoxsaylı Qərb müəlliflərinin, beynəlxalq hüquq üzrə tanınmış ekspertlərin ingilis və rus dillərində olan əsərlərinə, eləcə də digər elmi mənbələrə müraciət edilmiş, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarına geniş yer verilmişdir.
Azərbaycan Respublikasının Xəzər regionunda enerji təhlükəsizliyi sferasında əməkdaşlığa üstünlük verdiyi məsələlərin yalnız bərabərhüquqlu, beynəlxalq-hüquqi vasitələrlə həllinə maraqlı olması mono­qrafiyada bir daha öz elmi-nəzəri təsdiqini tapmışdır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 31 may -2 iyun tarixlərində ölkənin aparıcı media nümayəndələri muxtar respublikaya səfər ediblər. Səfər çərçivəsində onlar Naxçıvan Dövlət Universitetində “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda keçirilən konfransda iştirak edib, qədim diyarımızın tarixi-mədəni abidələri, istehsal, mədəniyyət, təhsil müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olublar. Media nümayəndələri səfər təəssüratlarını bizimlə bölüşüblər. 

Hikmət Məmmədov – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı: “Gördüklərimizə əsasən deyirəm ki, Naxçıvan nə qədər qədim diyar olsa da, bir o qədər də müasir, bir o qədər də modern bir şəhərdir. Bu gün Naxçıvanda qədimdən bəri yaşadılan qurucu­luq ənənələri çox uğurla davam etdirilir. İnsanın ürəyində qürur, fəxarət hissi yaradır ki, bu gün üç dövlətin sərhədində olan Naxçıvan inkişaf edir, böyüyür, abadlaşır. İnsanlar rifah içərisində yaşayırlar. Muxtar respublikanın çox böyük turizm potensialı var. Naxçıvan Azərbaycan xalqının tarixinin, siyasi keçmişinin mərkəzlərindən biri olubdur. Amma mən düşünürəm ki, Naxçıvan haqqında danışanda onu təkcə Azərbaycan xalqının siyasi tarixi ilə əlaqələndirmək bir qədər ədalətsizlik olar. Çünki Naxçıvan şəhəri və Naxçıvan Muxtar Respublikası bütövlükdə Yaxın Şərqin, müsəlman dünyasının mühüm mədəniyyət mərkəzlərindəndir. Ona görə də Naxçıvan bu gün inkişaf etməkdə olan turizm mərkəzlərindən birinə çevrilib. Çünki Şimali Afrikadan tutmuş Yaxın Şərqə qədər böyük müsəlman coğrafiyasında yaşayan bütün xalqlar burada öz keçmişlərinə, mədəniyyətlərinə aid nə isə tapa bilərlər.
Naxçıvan haqqında bilgilər və yaxud Naxçıvan haqqında turistləri maraqlandıracaq məsələlər bununla məhdudlaşmır. Biz bilirik ki, ezoterik bilgilərdən olan “Nuh əfsanəsi” də Naxçıvanla bağlıdır. Əgər bunu və Naxçıvanda Nuh Peyğəmbərin məzarının olduğunu da nəzərə alsaq, bu, hər bir vətəndaş üçün, hər bir turist üçün olduqca maraqlı faktdır. Naxçıvan bütövlükdə bizim milli yaddaşımızın ensiklopediyasıdır. Burada beşminillik şəhərsalma tariximizin hər bir səhifəsi ilə qarşılaşmaq olar. Təkcə Qarabağlar türbəsi Naxçıvanın qədim tarixi və mədəniyyəti haqqında insanlara kifayət qədər informasiya verir.

Ardını oxu...

Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq

Müstəqil Azərbaycan Respublikası bugünkü mövcudluğunu və inkişafını xalqımızın ümummilli lideri Heydər Əliyevə borcludur. Müstəqilliyə, Milli Qurtuluşa gedən yolda Onun fəaliyyətinin Naxçıvan dövrü isə xüsusi əhəmiyyətə malikdir. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlayıb, 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra respublikamızı Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etməklə milli dövlətçilik irsimizə, milli prinsiplərimizə, tariximizə sahib çıxıb. Ümummilli liderin fəaliyyəti milli ideyanı gerçəkliyə və tarixi taleyə çevirib, Onun Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında ölkəmizə, həmçinin doğulub boya-başa çatdığı Naxçıvana bağlılığı, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbəti və ardıcıl qayğısı nəsillərə nümunə olub. Bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü bütün bu işləri heç vaxt unutmur, dahi şəxsiyyətin siyasi məktəbinin layiqli məzunları Onun əziz xatirəsini daim yad edir, Heydər Əliyev irsinin təbliğinə xüsusi diqqət yetirirlər. Məhz buna görədir ki, hələ sağlığında Naxçıvanda ulu öndərin abidəsi ucaldılıb, həyat və fəaliyyətinə həsr olunmuş muzey yaradılıb. 

Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında ümummilli liderin anadan olmasının 94-cü ildönümü təntənəli tədbirlərlə qeyd olunub.

Ardını oxu...

İyunun 4-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Nuh yurdu” qəzeti redaksiyasının, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və Naxçıvan Şəhər Polis İdarəsinin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.
Burada onlara muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan 360-dan çox növdə müxtəlif məhsullar nümayiş etdirilir. Burada milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də sərgilənir.
Diqqətə çatdırılıb ki, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artmasına səbəb olub. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də sahibkarlıq müəssisələrinin ixrac imkanlarını artırır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 de­kabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada muzeylərə kollektiv gedişlər davam etdirilir.

Xəbərlər şöbəsi

İyunun 2-də Naxçıvan Dövlət Universitetində “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” kitabının təqdimatı olub.

Ardını oxu...

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, istehsal müəssisələri ilə maraqlanıb.

Ardını oxu...

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbirdə xidmətin rəisi, miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Xidmətin müasir standartlara cavab verən inzibati binası istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurub. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Xidmətin müasir standartlara cavab verən inzibati binası istifadəyə verilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uço­tunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurmuş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısına çevrilmişdir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqın­lıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Vətəndaşların dövlət qulluğuna qəbulunun yeni qaydaları” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi (Dövlət qulluğuna qəbul) Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanunu ilə dəyişdirilərək yeni redaksiyada verilmişdir. Qanunun muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması” təsdiq edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin may ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 3 may tarixli 35 nömrəli qərarı ilə 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında, 36 nömrəli qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə, 37 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda, 38 nömrəli qərarı ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də və 39 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir. Sonuncu qərara görə qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən sərnişin daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsi təmin edilməlidir.
Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 41 nömrəli qərarı ilə “Dövlət arxivlərinin maddi-texniki bazasının gücləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə göstərdiyi xidmətlərə görə Ödənişlər” və həmin vəsaitin istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 18 may tarixli 43 nömrəli qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və 44 nömrəli qərarı ilə “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə dəyişiklik edilmişdir.

Ardını oxu...

Mayın 30-da Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirmişdir ki, yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən, yüksək səviyyədə hazırlanaraq işıq üzü görmüşdür. Aid dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətinin nəticəsi olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin və digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infra­struktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir.

Ardını oxu...

Mayın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, həmin dövrdə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının tanınmasından, qadınlara seçki hüququnun verilməsindən və digər tədbirlərdən bəhs etmişdir. Baş konsul ötən əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqillik qazandığını və bu zaman üzləşdiyi çətinlikləri diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, dahi şəxsiyyət xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz düşdüyü bəlalardan xilas olmuş, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılmış və əbədi xarakter almışdır. Bu gün ulu öndərin siyasi xətti Azərbaycanda davam etdirilir, dünya ölkələri ilə münasibətlər genişləndirilir. Dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafı da bu mənada mühüm əhəmiyyət daşıyır. Son illər hər iki ölkə prezidentinin həyata keçirdiyi rəsmi səfərlər, imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ardını oxu...

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, həmin gün öz müstəqilliyinə qovuşdu. Birinci Dünya müharibəsinin gedişində Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. Həmin dövrdə Çar Rusiyasının ağır vəziyyətə düşməsi, eyni zamanda imperiya mərkəzində baş vermiş inqilab imperiyanın müstəmləkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdi. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşdı. Fraksiya Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bəyannamədə bildirilirdi ki, Azərbaycan tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyətidir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənədlərində və materiallarında əks olunan məlumatların xalqımıza çatdırılması istiqamətində ulu öndərimiz Heydər Əliyevin göstərdiyi xidmətlərdən söz açıb. İsmayıl Hacıyev milli tarixi yaddaşımızın bərpa edilməsi istiqamətində ümummilli liderin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” 1998-ci il yanvarın 30-da və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” 2003-cü il fevralın 1-də imzaladığı sərəncamlarını xatırladıb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı Sərəncamın əhəmiyyətini qeyd edib.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq bildirib ki, muxtar respublikada əhalinin və infrastruktur obyektlərinin mühafizəsi, fövqəladə hallardan qorunması, eyni zamanda baş verə biləcək fövqəladə hallara qarşı əvvəlcədən vahid elmi-praktik şəkildə mühafizə olunmanın təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 17 mart tarixli Sərəncam imzalayıb. Atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır.

Ardını oxu...

Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin ilkin variantı 1919-cu ildə Azərbaycan Xalq Mətbəəsində nəşr olunmuş “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə dərc edilmişdir. Həmin marş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Müvafiq Konstitusiya qanunları və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur. 

Milli dövlət qurmaq hər bir xalqın ən böyük və ülvi arzularından biridir. Lakin dünya xalqlarının heç də hamısı milli dövlətini qura və ya qoruyub saxlaya bilməmişdir.
Qədim dövlətçilik ənənələri, milli dəyərlər xalqları, millətləri bir-birlərindən fərqləndirən ən üstün keyfiyyətlərdir. Azərbaycan xalqının da özünəməxsus zəngin milli dəyərləri vardır – dilindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş dünya şöhrətli şəxsiyyətlərinə qədər. Bu mənada, Azərbaycan xalqının milli dəyərlərindən ən alisi, müqəddəsi, heç şübhəsiz, əbədi qürur yerimiz olan üçrəngli bayrağımız, gerbimiz, himnimizdir. Bu gün Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycançılıq ideologiyasının parlaq rəmzinə çevrilib.

Ardını oxu...

Mayın 25-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barəsində tədbir keçirib. 

Dövlət Baş Sığorta Agent­liyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikada ümumi sosial-iqtisadi inkişafın nəticəsi kimi sığorta sahəsində görülmüş işlərdən danışıb, sığortanın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası da bu baxımdan vacibdir. Ona görə də bu sahədə təbliğat-maarifləndirmə işləri mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, ötən müddət ərzində Dövlət Yol Polisi ilə birgə aparılmış tədbirlər nəticəsində muxtar respublikada avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilib. Belə ki, ötən dövrlə müqayisədə Naxçıvan Muxtar Respublikasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılan müqavilələrin sayında 1088 ədəd artım olub.

Ardını oxu...

Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar həkimi Nüsrət Həsənov məruzə edib, partiyanın rayon təşkilatı sədrinin müavini İbrahim Hənifəzadənin və Cəlilkənd ərazi ilk partiya təşkilatının sədri Günel Babayevanın çıxışları dinlənilib. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində görülən işlərdən danışıblar.
Qeyd olunub ki, xalqımız daim öz qəlbində azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin kökləri qədim, müstəqilliyə gedən yol isə çox çətin və keşməkeşli olub. Tarixi təcrübələr göstərir ki, bu istəyə çatmaq üçün, ilk növbədə, xalqın məqsəd birliyi və münbit ictimai-siyasi şərait mövcud olmalıdır. Nəhayət, ötən əsrin əvvəllərində belə bir imkan yaranıb və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə müstəqil Azərbaycan dövlətinin yaradıldığı bütün dünyaya bəyan edilib. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya Aktının qəbulu ilə Xalq Cümhuriyyəti forması elan olunub.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, mayın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Diplomat muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov tədbiri açaraq 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, xalqımızın tarixində mühüm rol oynadığını diqqətə çatdırıb. Belə ki, demokratik respublika dövründə həyata keçirilən islahatlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Milli dövlətçiliyin bərpası – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış edən ali təhsil ocağının Ümumi tarix kafedrasının müəllimi, doktorant Arzu Abdullayev bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin varisidir.
Qeyd edilib ki, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ardını oxu...

Naxçıvan özünün zəngin mədəniyyəti, incəsənət ənənələri, istedadlı insanları ilə tanınan bir diyardır. Bu diyarın gözəlliyi haqqında şeirlər yazılıb, mahnılar bəstələnib, burada çəkilən rəsm əsərləri hər kəsi valeh edib. Təsadüfi deyil ki, Xalq rəssamı Səttar Bəhlulzadə Naxçıvan haqqında “Bu ulu torpaq canlı təbiət muzeyidir”, – demişdir. Bu gün Naxçıvanın səsini, sorağını eşidən insanlar böyük həvəslə bura gəlir, qədim yurd yerimiz haqqında ürəkdolusu danışırlar.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin sədri Rasim Məmməd­ov bu günlərdə muxtar respublikamıza gəlib. O, öz təəssüratlarını bizimlə belə bölüşdü:
– Naxçıvan haqqında danışmaq hər bir azərbaycanlı üçün şərəfdir. Çünki bu diyar ölkəmizin alınmaz qalası, parlayan ulduzudur. Naxçıvan gündən-günə gözəlləşir. Mən 6 ay bundan əvvəl müqəddəs Əshabi-Kəhfi ziyarət etmək üçün qədim diyara gəlmişdim. İnanın ki, 6 ay sonra mən Naxçıvanı fərqli görkəmdə görürəm. Bunun səbəbi Naxçıvanda yaradılan yeni infra­struktur, tikilən binalar, çəkilən yeni yollardır. İstənilən halda muxtar respublika aybaay deyil, günbəgün daha da gözəlləşir.
Mən bura gələndən sonra bir daha əmin oldum ki, Naxçıvan bir çox cəhətdən, o cümlədən qonaqpərvərlikdə də nümunədir. Bu diyarın təbii gözəllikləri qarşısında söz aciz qalır. Bu gün muxtar respublikanın kəskin iqlim şəraitinə baxmayaraq, aparılan yaşıllıq işləri öz bəhrəsini verir. Bir vaxtlar məlum səbəblərdən kəsilən ağacların yerində bu gün yüzlərlə ting əkilir. Muxtar respublika inkişaf edir, burada olan nizam-intizam, qayda-qanun cəmiyyətin də inkişafından xəbər verir.

Ardını oxu...

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.

Ardını oxu...

  

Mayın 20-də “Nəqşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları təqdim olunub.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Qonaq səfər çərçivəsində muxtar respublikanın mədəniyyət və tarixi abidələri ilə tanış olub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 213-cü məşğələsi keçirilib.
“Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti” mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə açan universitetin rekto­ru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərimiz Heydər Əliyevin hələ SSRİ dövründə təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, milli maraqlarımızın qorunması naminə göstərdiyi xidmətlərdən danışıb. “Ölkəmizdə dövlət təhlükəsizliyinin təmin olunması ümummilli liderimizin ənənələrinə əsaslanır”, – deyən rektor vurğulayıb ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Ardını oxu...

Milli və mənəvi dəyərlər hər bir xalqın dünyagörüşünün, adət-ənənələrinin, xaraktеrik xüsusiyyətlərinin min illər ərzində formalaşması, qorunması, inkişaf еtdirilməsi, yaşadılaraq bu günə çatdırılması nəticəsində var olub. Hər bir xalqın milli və mənəvi dəyərləri, yaşayış tərzi, adət-ənənəsi onun dünyagörüşündə, şifahi xalq yaradıcılığında, ədəbi-bədii nümunələrində öz əksini tapır. Vətən və torpaq kimi milli dəyərlər də qorunur, nəsildən-nəslə miras olaraq ötürülür. 

Adət-ənənələri, kеçmişinə bağlı­lığı ilə nümunə olan Azərbaycan xalqı zaman-zaman öz qonaqpərvərliyi ilə ölkəmizə gələn başqa xalqların nümayəndələrini hеyrətləndirib. Burada yaşayan qədim еtnos və tayfalar haqqında məlumat vеrən səyyah və tarixçilər öz qеydlərində xalqımızın dini-dünyəvi görüşlərindən ətraflı söhbət açıb, onun əxlaqi kеyfiyyətlərinə, adət-ənənələrinə hörmətlə yanaşıb, öz hеyranlıqlarını ifadə еdiblər.
Xalqımızın ən böyük mənəvi dəyərlərindən biri də milli gеyimlərimizdir. Tarixboyu istər qadınların, istər kişilərin gеyimlərində xalqımızın nümayəndələri əxlaqi dəyərləri ön planda tutublar. “Kitabi-Dədə Qorqud” dastanında da bunun şahidi oluruq. Vətən darda olanda, ər döyüşlərində qadınların kişilər kimi at çapması, ox atması, döyüş paltarı gеyinməsi və digər belə tarixi faktlar məhz Azərbaycan qadınının milli mənliyinə sədaqətini, mənəvi cəhətdən kişilərlə bərabərliyini, əyilməzliyini əks еtdirib.

Ardını oxu...

Mayın 18-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yüksək poliqrafik səviyyədə nəşr olunan atlas böyük əhəmiyyətə malikdir. Yeni nəşrdə muxtar respublikamızın ərazisində gözlənilə bilən təbii, texnogen səciyyəli fövqəladə hallar, aqroiqlim təhlükələri və sosial-bioloji risklər haqqında elmi məlumatlar verilib. Atlas həm də normativ-metodik və tənzimləmə funksiyasına malikdir.
Müzakirədə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti sədrinin müavini Şamı Abdullayev çıxış edərək bildirib ki, atlasın hazırlanması zamanı əhalinin mülki müdafiəsi, ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarına, qüvvədə olan nizamnamələrə və təlimatlara istinad edilib. Yeni nəşr təbii fəlakətlərin, qəza və faciələrin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, əhalinin və işçilərin fövqəladə hallardan qorunmasına öz töhfəsini verəcək.

Ardını oxu...

Naxçıvan istiqamətində hərəkət edən təyyarəmiz ağ pambıq buludların üzərində süzüldükcə xəyalımda ağ rəngin harmoniyası dolanır, qeyri-iradi olaraq düşüncələrim məni bir gün əvvələ aparırdı. IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi və bu tədbirdə Azərbaycanın dünyaya verdiyi, daha çox da çağırış etdiyi sülh və həmrəyliyin, İslam əxlaqı və mədəniyyətinin, tolerant fikir və düşüncənin, qədimlik və müasirliyin harmoniyası, Azərbaycanın İslam aləmində yeri və İslam sivilizasiyasına töhfələri barədə düşünürdüm.

Dünyanın nəhəng fikir adamları İslam dininin gözəlliyi, ali dəyərləri haqqında həmişə heyranlıqla danışıblar, bu dinə yüksək ehtiram göstəriblər. Zamanın sərt küləklərı yüz illər boyu nəinki İslam dininin dəyərini azaldıb, əksinə, onun əbədiyaşarlığını təsdiq edib. Zaman göstərib ki, bu qüdrətli din axar su kimi, işıq kimi bir zərrə belə, ləkə götürmür. Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının insan və cəmiyyətlə bağlı qəbul etdiyi hüquqi və demokratik prinsiplər daha əvvəllər, daha ali formada “Qurani-Kərim”də öz əksini tapıb. Bəşəriyyəti haqqa, ədalətə, dostluğa, sülhə, insanpərvərliyə çağıran İslam dininin inkişafı sivilizasiyalararası dialoqa və mədəniyyətlərin harmoniyasına daim öz töhfəsini verir.
İslam dini dünyəvi dinlərin sonuncusu və ən mükəmməlidir. İslam özündən əvvəlki bütün dünyəvi dinlərin, həm xristianlığın, həm də musəviliyin ən müsbət tərəflərini əxz edib onların harmoniyasını yaradır. İslam dünya dinləri arasında ən tolerantı və böyük dözümlülük nümayiş etdirən dindir. Bəlkə də, İslamın bu tolerantlığı onun qısa bir müddət ərzində geniş arealda yayılmasının başlıca səbəbi olub. İslam ailə dəyərlərinə, eyni zamanda Qərbin başlıca dəyər olaraq qabartdığı insan azadlıqlarına üstünlük verən, müqəddəsləşdirən bir dindir.

Ardını oxu...

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski mayın 16-17-də Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın istehsal, mədəniyyət, təhsil müəssisələrində olub, tarixi abidələri ­ziyarət edib.

Ardını oxu...

Ermənilər tarixboyu Azərbaycanın dilbər guşələrindən olan Laçını “Qarabağın qara qapısı” adlandırıblar. Onlar heç xəyallarına gətirə bilməzdilər ki, nə vaxtsa bu yerlərin əhalisini dədə-baba torpaqlarından didərgin sala biləcəklər. Çünki hələ 1905-ci, 1918-1920-ci illərdə Xosrov və Sultan bəy qardaşlarının rəhbərliyi altında bu yurdun qəhrəman oğulları Qarabağda, Laçında erməni təcavüzkarlarına ağır zərbələr vurub, xüsusi qəhrəmanlıqlar göstərib, uzun müddət ermənilərin çirkin niyyətlərinin həyata keçirilməsinin qarşısını alıblar. Ona görə də bu rayon həmişə ermənilərin yaddaşında qorxulu və sehrli məkan kimi qalıb. Düz 25  il əvvəl bu gün – 1992-ci il may ayının 18-də Laçının ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qurbanına çevrilməsi həmin dövrdə hakimiyyətdə olanların səriştəsizliyi və xəyanətkarlığı üzündən baş verib. Laçın Azərbaycanda siyasi böhranın, hakimiyyətsizliyin, AXC-Müsavat cütlüyünün vəzifə hərisliyinin qurbanı olub.

Ardını oxu...

Kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 150 ölkəsində 300 mindən çox kompüter sistemində yayılıb.
“WannaCry” adlandırılan bu virusun, əsasən, “Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb. Yoluxmuş server və kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifrələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir. Bu məbləğ 3 gün ərzində ödənilmədikdə qarşıdakı 7 gün ərzində ikiqat ödəniş tələb olunur, əks-təqdirdə məlumatların tamamilə silinəcəyi barədə xəbərdarlıq edilir.
Qısa müddətdə bütün dünyada geniş yayılan bu virusdan hazırda qorunmaq üçün istehlakçılara öz server və kompüterlərində bəzi profilaktik işlər həyata keçirmələri tövsiyə edilir.
Qeyd edək ki, “Microsoft” şirkətinin “Windows” əməliyyat sistemində bu ilin mart ayında aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı 14 mart tarixdə “Microsoft Security Bulletin MS17-010-Critical” adlı yenilənməsi hazırlanıb. Virusun bu qədər sürətlə yayılması onu göstərir ki, heç də bütün istifadəçilər bu əlavəni öz kompüterlərinə yükləməyib. Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb. Kompüter sistemlərini təhlükədən qorumağınız üçün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:

Ardını oxu...

Keçmişə qısa ekskurs

Müstəqilliyimizin ən çiçəkli, ən əlvan dövrünü yaşadığımız bu günlərdə haqqında danışacağımız yaşayış yeri təkcə Kəngərli rayonunun deyil, həm də muxtar respublikamızın ən qədim yaşayış məskənlərindən biri olan Şahtaxtı kəndidir. Bu kəndlə bağlı istər muxtar respublika, istərsə də ölkə miqyasında fəaliyyət göstərən mətbuat orqanlarında, tarixi-elmi mənbələrdə xeyli məlumat verilib. Əvvəllər “Qarahasar” adlanan bu qədim yurd yerində aparılan arxeoloji qazıntıların nəticələrinə əsasən belə elmi qənaətə gəlinib ki, bu ərazidə eramızdan əvvəl VI-IV minilliklərdə yaşayış olub, eradan əvvəl II min­illikdə isə ətrafı qala divarları ilə əhatə edilən bir yaşayış yerinə çevrilib. Bu, belə deməyə əsas verir ki, o dövrlərdə Şahtaxtı kəndi Cənubi Qafqazda strateji əhəmiyyətə malik bir bölgə olub və daim ciddi şəkildə qorunması böyük əhəmiyyət daşıyıb. Bunu ətrafının qala divarları ilə qorunması faktları da təsdiq edir ki, Qarahasar, yəni Şahtaxtı nə qədər böyük tarixi keçmişə, əlverişli mövqeyə malik olub. Qala divarlarının rayonun Qarabağlar kəndinə qədər uzandığı haqda məlumatlar var. Bu da Qarahasar və Qarabağların bir-birindən ayrı yaşayış yeri olduğu yox, vahid bir yaşayış yeri ola biləcəyi qənaətini yaradır. Qeyd etmək lazımdır ki, XVII əsrdə yaşamış görkəmli türk səyyahı Övliya Çələbi bu ərazilərdə 50 minə yaxın əhalinin yaşaması haqda məlumat verib. Bütün bunlar buranın qədim Azərbaycanın mədəni mərkəzlərindən biri olduğunu sübut edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, ötən ay xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 654 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 90-ı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 564 müraciət qeydə alınaraq icrası təmin edilib. Həmin müraciətlərin 159-u xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra olunub.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri davam etdirilir.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinin baş meydanında əzəməti və memarlıq quruluşu ilə diqqəti cəlb edən bir bina var. Üzərində böyük hərflərlə “MUZEY” yazılmış bu abidə­-binada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi yerləşir. Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərsə də, bunlar içərisində Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini yeni yaranmış digər muzey və mərkəzlərdən fərqləndirən əsas cəhət budur ki, bu muzey ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Həmçinin bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Naxçıvandakı Heydər Əliyev Muzeyinin özünəməxsus səciyyəvi cəhətlərindən biri də burada ulu öndərin muzeyin yerləşdiyi regionla əlaqələrinə dair xeyli eksponatların mövcud olmasıdır.
Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Bu sərəncamın imzalanması Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsi kimi tarixi, siyasi və mənəvi zərurətdən irəli gəlmişdir. Sərəncamın imzalanmasından ötən qısa zamanda Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılmış və muzey 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin yurdu olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ümummilli liderin ən böyük arzusu doğma Naxçıvanı bugünkü kimi hərtərəfli inkişaf etmiş abad bir diyar kimi görmək idi.
Qədim diyarda dünyaya göz açan, boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda aldı, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirdi. Ulu öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.

Ardını oxu...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Diviziyanın zabiti, polkovnik-leytenant Hamlet Qurbanov çıxış edərək vurğulayıb ki, dahi öndər Heydər Əliyev tərəfindən milli ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması və torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atılıb. Azərbaycanda milli sərhəd qoşunlarının yaradılması və fəaliyyətinin səmərəli təşkili də ulu öndərin adı ilə bağlıdır.
Bu gün hər bir Azərbaycan sərhədçisi sərhədlərimizin toxunulmazlığını qorumaq üçün bütün qüvvə və bacarığını səfərbər edir.
Tədbirin bədii hissəsində hərbi hissənin orkestri, Culfa Rayon Uşaq Musiqi Məktəbinin kollektivi, hərbi hissənin uşaq bağçasının balaca fidanları konsert proqramı ilə çıxış ediblər.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
İncəsənət fakültəsində təşkil olunan tədbirdən əvvəl ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış olub. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov ömrünü Azərbaycanın müstəqilliyə qovuşmasına, onun qurtuluşuna, inkişaf və tərəqqisinə həsr edən dahi şəxsiyyətin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. “Heydər Əliyev ideyaları nəinki Azərbaycanda, ümumilikdə, dünyada sabitliyə və inkişafa xidmət edir”, – deyən rektor dahi rəhbərin gələcəkdə də dünyanın tərəqqi və sülhsevər millətləri üçün ilham qaynağı olacağını vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov “Heydər Əliyev XX yüzilliyin böyük siyasi dühası və milli istiqlalımızın banisidir” adlı məruzəsində xalqımızın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradan ulu öndərimizin fenomen şəxsiyyət kimi tarixdə iz qoyan uzaqgörən fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən Azərbaycançılıq ideyasına sadiq qalan dahi şəxsiyyət çətin vəziyyətdə belə, öz xalqına arxa durmağı bacarıb, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında, milli ruhun yüksəlişində əvəzsiz rol oynayıb. Heydər Əliyev siyasətinin bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla davam etdirilməsi ölkəmizin gələcək tərəqqisinə, Azərbaycanın daha qüdrətli dövlətə çevriləcəyinə mütləq əminlik yaradır.
Tədbir tələbələr tərəfindən ümummilli liderə həsr olunmuş şeirlərin bədii qiraəti ilə sona çatıb.

Səadət ƏLİYEVA

Şərur rayonu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonuna yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Ulu öndər Azərbaycanda hakimiyyətdə olduğu illərdə Şərurun da inkişafına böyük diqqət yetirir, burada məqsədyönlü quruculuq tədbirlərinin həyata keçirilməsini, müxtəlif sahələrdə islahatlar aparılmasını zəruri sayırdı. Rayonda ittifaq əhəmiyyətli konserv, dəmir-beton konstruksiyaları, çörək zavodları, üzümün ilkin emalı müəssisəsinin işə salınması məhz görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bölgəyə böyük qayğısının ifadəsi kimi indi də şərurlular tərəfindən minnətdarlıqla xatırlanır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR