25 Dekabr 2024, Çərşənbə

Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə baş konsulluğun kollektivi, bu şəhərdə yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz ulu öndərin Qarsın mərkəzində yerləşən Heydər Əliyev Parkındakı heykəli önünə gül-çiçək düzüb, xalqımızın xilaskar oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.
Baş konsulluqda davam edən mərasimdə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş konsul Nuru Quliyev ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs edib. Qeyd olunub ki, dahi rəhbərin siyasi xətti ölkəmizi tərəqqiyə qovuşdurub, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olub. Bu gün Azərbaycan Respublikası ulu öndərin müəyyənləşdirdiyi yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndərin xidmətlərindən danışan Baş konsul deyib ki, bu gün iki qardaş ölkə arasında sarsılmaz dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub, ehsan süfrəsi açılıb.

“Şərq qapısı”

Dekabrın 10-da Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümum­milli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Baş konsul bildirmişdir ki, ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını yaratmış, ölkəmizə rəhbərliyinin ikinci dövründə isə müstəqilliyimizi qoruyub saxlamış, xalqın birliyini təmin etmiş, ölkəni anarxiya və xaosdan xilas edərək qüdrətli Azərbaycan dövlətini yaratmış, qonşu dövlətlərlə dostluq münasibətlərinin əsasını qoymuşdur. Bu gün ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi Azərbaycanı sürətli sosial-iqtisadi inkişafa və sabitliyə qovuşdurmuşdur.
Baş konsul ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan-İran əlaqələrinin əsasının qoyulduğunu bildirmiş, ölkələrimiz arasındakı münasibətlərdən danışmışdır.
Sonra mərasimdə ehsan süfrəsi açılmışdır.
Anım mərasimində İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərbi nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Təbriz Şəhər İcra Hakimiyyəti başçısının müavini Səid Bərzigər, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki Baş konsulu, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

Bütün fəsillərdə gözəl olan doğma yurdumuza bu payız fəslinin son günlərində qar yağdı – qışın gəlişindən soraq verdi. Yaşlılar: ­– Öz yerinə-öz yurduna yağır, – dedilər. Belə günlərin birində Ordubad rayonunun Üstüpü kəndinə gedirəm. Füsunkar təbiəti, özünəməxsus gözəllikləri olan bu yaşayış məntəqəsi rayon mərkəzindən 40 kilometr məsafədə yerləşir. Paytaxt şəhərimizdən yola düşərkən Naxçıvan-Ordubad magistralının Düylün kəndi ərazisindən sola ayrılan yolu gözlərimin önünə gətirirəm. Bir neçə gün əvvəl Naxçıvan televiziyasında Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolunun açılışı barədə göstərilən süjetə baxmışam. Müasir standartlara cavab verən 20 kilometrlik yol 4 yaşayış məntəqəsi sakinlərinin böyük sevincinə səbəb olub, nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin edib. Yol genişləndirilərək asfalt örtük salınıb, üzərində su keçidləri qoyulub, istinad divarı tikilib, körpülər əsaslı təmir edilib, sahilbərkitmə işləri aparılıb.
Bu kəndlərin həm də turizm üçün əlverişli olduğunu nəzərə alsaq, yeni yolun böyük əhəmiyyət daşıdığını görərik. Artıq Düylün və Çənnəb kəndlərini keçmişik. Qarşıda Üstüpü kəndidir. Bu yaşayış məntəqəsinin adının etimologiyası ilə bağlı oxuduqlarımı xatırlamağa çalışıram.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyəti qurumlar tərəfindən icra edilir.
Avqust ayının 26-da keçirilmiş analoji müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verilmə­məsindən, eləcə də bu barədə istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi, ilk növbədə, məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.

Ardını oxu...

Təbiətə isti münasibət və ya quru çöllərdən
yaşıl meşələrə aparan yol

Balta yaman moddadır

Builki şaxtalı qışda ən çox işlənən təsərrüfat aləti hansıdır? Əlbəttə, balta. 20-30 illik ağacların ömrünə vurulan balta. İndi kənd yerlərində çox adamların qoltuğunda balta görmək olar. Baxırsan ki, ikibir-üçbir cuqquldaşıb özlərini verirlər meşə zolaqlarına. Balta, mişar səsi, kökündən ayrılan ağacların “ahu-naləsi” qarışır bir-birinə. Qollu-budaqlı ağaclar yerə sərildikcə onlara sığınan körpə tinglər yetim qalmış balalar kimi əsməcə tuturlar. Sanki onlar bu titrəyişləri ilə deyirlər: “Bizi yetim qoyub hara gedirsən, ana?” Vaxtilə əzəmətinə, gözəlliyinə tamaşa etdiyimiz ağaclara indi müştəri gözü ilə baxırıq: bax bu ağac bir həftə bəs edər, o birisi isə 15 gündən də çox görər. Beləcə, ağacların kökünə balta vururuq. Kimisi sevinir, kimisinin də ürəyindən qara qanlar axır. Bəziləri də bu ağacları əkib, onları ərsəyə gətirənlərə rəhmət diləyir. Bəli, ermənilərin törətdiyi müharibənin yurdumuza gətirdiyi bu bəlalı günlərdə yenə ümidimiz ağaclara gəldi. Ağaclar insanlara həyan oldu, həyatlarını onlara qurban verdi. İllərboyu qamətinə, gözəlliyinə heyran olduğumuz meyvə və bəzək ağacları bu gün minlərlə evin istisinə, işığına çevrildi. Bu sətirləri yazarkən camaatı da qınamaq istəmirəm. Nə etmək olar? Kömür yox, neft yox, qaz yox. Zavallı insan soyuqdan donmamaq üçün çarpışır, mübarizə aparır. Baxırsan ki, cavan bir qadın balaca uşağı ilə bərabər iri bir budağı sürüyüb aparır. Ağsaqqal kişi əl arabası ilə çırpı daşıyır. Nə etməli? Lənətə gəlsin bədnam, yüzsifətli qonşuları, bu müharibəni törədənləri. Amma nə qədər ağır olsa da, ağacları qorumalıyıq. Axı ağaclar bizim həyatımız, yaşayışımız, sağlamlığımızdır. Bir ağacı ərsəyə gətirmək üçün azı 15-20 il vaxt lazımdır. Gəlin heç olmasa, o körpə tinglərə qıymayaq. Cah-calalı dağılmış, viran olmuş meşə zolaqlarının içərisindən tək-tük göyə boylanan köməksiz körpə tinglərə. Heç olmasa, kənd yollarındakı, dayanacaqlardakı ağaclara dəyməyək. Yayın qızmar günlərində körpələrimizə həyan olar, onlara sərinlik gətirər.
Çətin günün ömrü az olar. Budur, kiçik çillənin də qurtarmasına bir şey qalmadı. Bir azdan baharın ilıq nəfəsi duyulacaq, yamyaşıl yamaclar, laləli-nərgizli dağ ətəkləri göz oxşayacaq. Lakin bu gözəlliyin içərisində məzar daşları kimi görünən ağac kötüklərinin miskin görkəmi illərboyu qəlbimizi ağrıdacaq.

“Şərq qapısı” qəzeti,
13 fevral 1993-cü il

Dünənlə bu gün arasında salınan yaşıl körpülər

İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. 600 min ildən artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desək, Yer üzündə əhalinin sayı artdıqca və insan öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən çox mənfəət götürür, müqabilində isə ona az şey verir, insan təbiəti dəyişdirir, qırır, tökür, dağıdır, əvəzini qaytarmırsa, demək bu xeyrə dəyişmə əslində onun zərərinədir.

Akademik Həsən Əliyev
(“Həyəcan təbili”, Bakı, 1982-ci il)


Körpülər insanoğlunun ən yaradıcı kəşflərindən biridir. Bu qurğular insanlara gur çayların, hətta boğazların üzərindən keçməklə yeni məkanlar, yeni sivilizasiyaları tanımaq imkanı yaradıb. “Şərq qapısı” qəzetində dərc olunan, 90-cı illərin əvvəllərinin acı mənzərəsini gözlər önündə canlandıran yazını da bir körpüyə bənzətmək olar. Çünki bu körpü vasitəsilə biz keçmişə qayıdaraq Naxçıvan təbiətinin o illərdəki mənzərəsi haqqında ürəkağrıdıcı da olsa, məlumat ala bilirik.

Ardını oxu...

Dəmiryol nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə hər zaman yük və sərnişin daşınmalarının həcminə, eyni zamanda təhlükəsiz mənzilbaşına çatdırılmasına görə seçilib. Ona görə də bu nəqliyyat növü mövcud olduğu bütün dövrlərdə ölkə iqtisadiyyatında mühüm yer tutub. Bu sahə, eyni zamanda strateji və siyasi tərəfləri ilə də hər zaman maraq doğurub. Azərbaycanda dəmiryol nəqliyyatının yaranması XIX əsrin ikinci yarısına təsadüf edir. Çünki ilk dəmiryollarının çəkilişi ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı olub. Naxçıvanın isə mühüm geostrateji ərazidə yerləşməsi bu nəqliyyat dəhlizinin yaradılmasında məxsusi rol oynayıb. Xüsusilə keçmiş çar Rusiyasının İranla iqtisadi əlaqələrində Naxçıvanın əhəmiyyəti danılmaz fakt olaraq tarixin yaddaşına keçib. Naxçıvan dəmir yollarında isə Culfa stansiyası keçmişdən bu günümüzədək tranzit qovşaq kimi şöhrət qazanıb. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XVII konfransı keçirilib.
Konfransa şura sədrinin müavini Xatirə İbrahimli sədrlik edib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzovun hesabat məruzəsi dinlənilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası son beş ildə öz işini tədbirlər planı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri əsasında qurub, təşkilati baxımdan möhkəmlənərək ilk təşkilatların say tərkibini artırıb. Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 6 muxtar respublika, 10 birləşmiş Həmkarlar İttifaqları Komitəsini və 1500-dən çox ilk təşkilatı öz ətrafında birləşdirir. İttifaq üzvlərinin sayı 72 mindən çoxdur.
Muxtar respublikamızda əhalinin məşğulluğunun artırılması istiqamətində ardıcıl surətdə həyata keçirilən tədbirlər, yeni xidmət və istehsal sahələrinin yaradılması həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti üçün geniş imkanlar açıb. Sucaxan Novruzov yaradılan bu şəraitə və Həmkarlar İttifaqları Şurasına göstərdiyi diqqət və qayğıya görə konfrans iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq bildirib.

Ardını oxu...

Şərur rayonu

Bu qədim oğuz-türk yurdu öz inkişaf yoluna ötən əsrin 70-ci illərində – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qədəm qoyub. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, ulu öndərimizin bilavasitə rəhbərliyi ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib.

Məhz ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində ötən əsrin 70-ci illərindən başlayaraq Şərur rayonunda kənd təsərrüfatında mühüm irəliləyişlər əldə olunub. Həmin dövrdə respublikamızda bərqərar olan sosial-iqtisadi inkişaf rayona da sirayət edib. Geniş aqrar sənaye komplekslərinin yaradıldığı bu bölgə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Buna görə də rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər Şərur rayonuna yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.

Ardını oxu...

Vətənini, xalqını zamanın sərt sınaqlarından çıxaran dahilər tarixin əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucu lideri Heydər Əliyev belə dahilərdəndir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasətdən danışıb. Bildirib ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərib. O, hər zaman dəyərli fikir və tövsiyələr irəli sürüb, böyük əməli işlər görüb. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərin izi olmasın.
“Ümummilli lider Heydər Əliyev ideyası Azərbaycanın uğurlu gələcəyidir”, – deyən akademik İsmayıl ­Hacıyev dahi öndərin siyasətinin, əbədiyaşar ideyalarının bu gün ölkə başçısı cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyev irsi – əbədiyaşar təlim”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzularında məruzələr ediblər.

Ardını oxu...

Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin gündən-günə möhkəmlənməsi, güclənməsi, ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi baxımdan sürətlə inkişaf etməsi dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qorunduğu, yaşadıldığı Naxçıvanda müstəqil respublikamızın memarı və qurucusu olan ulu öndərimizin siyasi irsinin öyrənilməsinə, təbliğinə, gənc nəslə aşılanmasına xüsusi əhəmiyyət verilir, görkəmli dövlət xadimi ilə bağlı tarixi günlər yüksək səviyyədə qeyd edilir. Ötən ayın ən əhəmiyyətli hadisələrindən biri kimi, noyabrın 21-də Naxçıvanda qurucusu görkəmli dövlət xadimi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbir də muxtar respublikada ulu öndərin yoluna, onun ideallarına sədaqətin növbəti təzahürü idi.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş ­meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.
Noyabr ayında xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 21 əcnəbi aşkarlanıb. Onlardan 19-u barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 2-si barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 637 müraciət daxil olub. Bu müraciətlərdən 117-si əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlər ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 520 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 218-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli ­lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmişdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, dekabrın 6-da Naxçıvan şəhərində “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Konfrans nümayəndələrindən aldığımız müsahibələri təqdim edirik.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə: – Müqəddəs Naxçıvan torpağı bir çox dahilər yetişdirib. Xalqımızın ümummilli lideri ­Heydər Əliyev də bu torpaqda doğulub boya-başa çatıb. Ulu öndərimiz ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Heydər Əliyev ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də ulu öndərimizin əsasını qoyduğu dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının ­Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunması da həmin məqsədyönlü siyasətin davamıdır. “İslam Həmrəyliyi ili” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans bu baxımdan əhəmiyyətlidir.

Ardını oxu...

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə xüsusi vurğulayıb. Dahi şəxsiyyətin milli və dini-mənəvi dəyərlərimizin qorunması və onların təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Multikulturalizmin, tolerantlığın mövcud olduğu ölkəmizdə bu gün təkcə islami dəyərlər təbliğ olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Artıq başa çatmaqda olan 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” olması da bunun məntiqi davamıdır. Bu, mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn böyük təşəbbüsdür. Dünyada çoxmədəniyyətlilik – multikulturalizm ətrafında geniş fikir mübadiləsinin getdiyi, bəzilərinin bunu öz mədəniyyətləri üçün təhlükə hesab edərək etinasız yanaşdığı bir dövrdə ölkə başçısının elan etdiyi Multikulturalizm və İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. İslam həmrəyliyi təkcə İslam ölkələri üçün deyil, bütün dünya, dinlərarası münasibətlərin yüksəlişi üçün gözəl imkan kimi dəyərləndirilir.

Ardını oxu...

Dekabrın 6-da Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçiriləcəkdir. Konfransda iştirak etmək üçün ­Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən, deputatlardan və din xadimlərindən ibarət heyət muxtar respublikaya səfərə gəlib.
Konfrans iştirakçıları dekabrın 5-də muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar.
Qonaqlar əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edib, bu abidələr haqqında ətraflı məlumat alıblar. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilib ki, müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində bəhs olunan hadisə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkə­lərində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Həmin gün qonaqlar “Duzdağ” Fizioterapiya Mərkəzi və “Came” məscidi ilə də tanış olublar.
Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Əcəmi seyrəngahındakı büstünü ziyarət edib, büstün önündə xatirə şəkli çəkdirilib. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq zamanı qeyd edilib ki, səkkiz ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Kəngərli nəslindən olan Naxçıvan xanlarının şəcərəsi, xanlığın bayrağı və xəritəsi nümayiş etdirilir.

Səbuhi HÜSEYNOV

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə:
– İslam həmrəyliyi zamanın çağırışıdır. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm də bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi ölkəmiz müsəlman intibahında mühüm rol oynayıb. Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir. Ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır. Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, islami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır.
İslam həmrəyliyi bu gün İslam dünyası qarşısında duran mühüm vəzifədir. İslam həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasını ümumi məqsəd əsasında birləşdirmək və vahid mövqedən çıxış etmək Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ardını oxu...

... Göyün yeddinci qatındayam. Buludların ənginliyində ətraf ağappaq görünür.
Zülmətə bürünmüş dünyanın bir parçasında bu bəyazlığı seyr etmək qəlbi nə qədər rahatladırsa, düşüncələrdəki saysız-hesabsız təəssüratları ipə-sapa düzmək, sanki gecənin zülmət rəngli qələmi ilə pənbə buludların sinəsinə yazdığı xəyali kəlmələrə əl yetirmək bir o qədər qayğılandırır adamı.
Elə təyyarəyə də “bəyaz dünya”dan – məmləkətin başlanğıc nöqtəsindən, qoca Şərqin qapısından, illərdir blokada durumunda qalmasına baxmayaraq, intibahın, quruculuğun rəmzinə çevrilən vətən torpağından qədəm qoymuşam.
Naxçıvandan qayıdıram...
Artıq növbəti günün ilk dəqiqələridir. Zaman yeni bir sabaha doğru irəliləyir. Birgünlük Naxçıvan səfərimin qəlbimdəki isti təəssüratları isə o qədər möhtəşəmdir ki, xoş duyğular mənə təyyarənin rahat kreslosunda bir anlıq uyğuya dalmağa, mürgüyə təslim olmağa imkan ­vermir.
Və təyyarə bələdçisindən kağız istəyirəm. Xahişimi yerinə yetirmək üçün gedir. O gələnə qədər səbrim təhəmmül etmir, kreslonun ön cibindən çıxardığım kiçik salfet kağızını qarşımdakı balaca masanın üzərində iki qatlayıb əbədi yol yoldaşım olan mürəkkəbli qələmlə ilk təəssüratlarımı yazıram:
Heyrət... Təəccüb... Məmnunluq...

* * *

Yaradıcı adam üçün səfərlər bir qida kimidir. Keçib getdiyin yollar düşüncələrinin sərhədlərini genişləndirir. Rastına çıxan, ömrünün cəmi bir neçə dəqiqəsindən ötüb keçən insanları da bəzən hansısa əsərin unudulmaz qəhrəmanına, xarakterlər və portretlər dünyasının bir sakininə çevirir.

Ardını oxu...

Şərur rayonunun Şahbulaq kəndində bir neçə dəfə olmuşam. Bir neçə il əvvəl müasirliyə qovuşub. “Abad yurd yolundan tanınar”, – deyimi buna ən gözəl misaldır. Müasir tələblər səviyyəsində yenidən qurulmuş yol şahbulaqlılara dövlətimizin böyük qayğısıdır, 2013-cü ildə istifadəyə verilib. Həmin il bu sərhəd yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. 

Zəngin təbiətə, saf suya və təmiz havaya malik olan, rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən Şahbulağın axarlı-baxarlı yerində görünən kənd məktəbinin binasıdır. Məktəbin direktoru Salman Cəfərov söhbətə şahbulaqlı uşaqların dərsə, məktəbə, təhsilə olan həvəsindən söz açmaqla başlayır:
– Bu balaca kənddən 30 nəfərdən çox ali təhsilli mütəxəssis Bakıda, Naxçıvanda, Şərur şəhərində göstərilən etimadı doğruldur. Son dövrlərdə elə il olmayıb ki, məzunlarımız ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərməsinlər. Ötən dərs ilində kənd məktəbini üç məzun bitirib, üçü də ali məktəblərdə təhsillərini davam etdirir. 110 şagird yerlik məktəbdə 47 şagird təhsil alır, onların təlim-­tərbiyəsi ilə 21 müəllim məşğul olur.
Salman müəllim təkcə təzə tikilən məktəbdən, burada şagird və müəllimlər üçün yaradılan şəraitlə yanaşı, ümumiyyətlə, Şahbulağa və şahbulaqlılara göstərilən dövlət qayğısından ürəkdolusu söhbət açır:

Ardını oxu...

Bu ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir. Toplantıda əsas diqqət kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.
Məşğələlər zamanı hədəfin aşkar edilməsi, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər diqqətdə saxlanılır.
Əlahiddə Ümumqoşun Ordunun silahlanmasındakı müxtəlif ölkələrin, eləcə də milli müdafiə sənayemizin istehsalı olan müasir snayper tüfəngləri tapşırıqdan, ərazidən, məsafədən və digər amillərdən asılı olaraq təyinatına görə tətbiq edilir.

Nəriman NƏCƏFOV

Naxçıvan Muxtar Respublikasının bölgələri içərisində Ordubad rayonu qədimliyi və özünəməxsusluğu ilə seçilir. Abadlıq və quruculuq işləri sayəsində bu yurd yerimiz simasını dəyişir, günü-gündən gözəlləşir və yeni quruculuq dövrünü yaşayır. Zəngəzur dağlarının ətəyində yerləşən rayon mərkəzi isə təkcə Qafqazın deyil, bütövlükdə, Şərqin və Avrasiyanın köksündə özünə yuva qurmuş müasir Azərbaycan şəhəridir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Bura təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə yox, həm də yüksək mədəniyyətdən, mənəvi irsdən xəbər verən, tarixilik baxımından diqqəti cəlb edən qədim yurd yerləri və məskənləri ilə də tanınır.
Yolumuzu Ordubaddan saldığımız zaman Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağından, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, “Şıxı yurdu”, “Qurban yurdu” və “Salabun”dan keçərək “Zəvvar” arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, yol kənarında yeni əkilmiş ağaclar, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri gözümüzü, könlümüzü oxşayır.

Ardını oxu...

` Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin noyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 112 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilmiş, 113 nömrəli qərarı ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən (ödənişlərdən) daxil olan vəsaitin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qaydalara əsasən büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq dövlət rüsumunu tutan və cərimə (ödəniş) tətbiq edən təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, habelə maddi­-texniki bazanın yaxşılaşdırılması məqsədilə istifadə edilir. Gəlirlər və xərclər smetasının təsdiq edilməsinə qədər büdcədənkənar vəsait­lərin xərclənməsinə yol verilmir.

Ardını oxu...

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Kənan Tağızadə “Sosial şəbəkələrin gənclərə təsiri” və Əkbər Novruzov “Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu” mövzularında çıxış ediblər. Bildirilib ki, bu gün inkişaf etməkdə olan texnologiyalar sürətlə həyatımızın bir hissəsinə çevrilməkdədir.
Qeyd edilib ki, internetdə Naxçıvan Muxtar Respublikasında mədəniyyət və turizm sahəsi ilə bağlı təbliğat missiyasını da bu texnologiyaların köməyilə, internet şəbəkəsindən istifadə etməklə tam həcmdə həyata keçirmək olar. İnternet resurslarından istifadə edərək qədim diyarımızın mədəniyyətini və turizm potensialını geniş təbliğ etmək üçün hər cür imkanlarımız vardır.
Sonra tədbir iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıblar.

Əli RZAYEV

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının inzibati binasında “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda təşkil edilən dəyirmi masada fəal gənclər doğma yurdumuzun təbliği ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev açaraq qeyd edib ki, turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Turizm səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki, sadaladığımız amillər artıq muxtar respublikamızda bu sahənin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. Məmməd Babayev gənclərin Naxçıvanın turizm imkanlarının tanıdılmasında fəal olmalarının əhəmiyyətini qeyd edib.

Ardını oxu...

Naxçıvan Dövlət Televiziyası ingilis dilində xəbər buraxılışlarının yayımına başlayıb. İlk xəbər buraxılışı noyabrın 27-si, saat 2100-da yayımlanıb.
Buraxılışlarda muxtar respublikanın ictimai-siyasi, sosial­-iqtisadi, ictimai-mədəni həyatında baş verən həftəlik yeniliklər xronoloji ardıcıllıqla izləyicilərə təqdim edilir. Naxçıvan televiziyasının əməkdaşları Firuzə Nuriyeva və Zülfiyyə Əhmədovanın hazırlayaraq efirə təqdim etdikləri xəbər buraxılışı naxcivantv.az saytında yerləşdirilməklə bərabər, televiziyanın sosial şəbəkələrdəki səhifələrində də paylaşılır.
Məlumat üçün bildirək ki, xəbər buraxılışı hər həftənin bazar ertəsi günü saat 2100-da yayımlanacaq. 2018-ci ildən isə xəbərlərin rus dilində yayımı nəzərdə tutulur.
İngilis dilində xəbərlərin təqdimatı Naxçıvanla bağlı dəqiq və operativ informasiyaların daha geniş auditoriyada yayılmasına və muxtar respublikanın turizm potensialının xarici ölkələrdə təbliğinə yeni imkanlar açacaq. Xəbər buraxılışlarında, həmçinin Naxçıvanın tarix və mədəniyyət abidələri barədə ingilis dilində süjetlər də yayımlanacaq.
Qeyd edək ki, bu gün dünyanın istənilən yerindən Naxçıvan Dövlət Televiziyasını internet vasitəsilə izləmək mümkündür. Belə ki, 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində televiziya internet üzərindən yayıma başlayıb. Bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib.

Xəbərlər şöbəsi

Ötən həftə tanınmış amerikalı jurnalist, Paraqvay Milli Konqresinin xarici işlər üzrə xüsusi məsləhətçisi Peter Tase muxtar respublikamıza gəlib. Jurnalist dostumuzu redaksiyamıza dəvət edib, səfərinin məqsədi və təəssüratları ilə tanış olduq. 

– Sizi Naxçıvanda yenidən xoş gördük. Budəfəki səfərinizin məqsədi haqqında nə deyə bilərsiniz?
– Bu mənim qədim Nuh yurdu Naxçıvana üçüncü səfərimdir. Xatırlayıram, sonuncu dəfə ötən ilin mayında görüşmüşdük. O vaxt da burada indiki kimi gözəl günəşli günlər var idi. Bu dəfə də səfərimin ikinci günündə bir çox yerlərə baş çəkmək imkanımız oldu. Əsas məqsədim Naxçıvanın dünya əhəmiyyətli abidələri ilə tanış olmaq, bunlar haqqında müxtəlif yazılar hazırlayıb nəşr etdirməkdir. Bilirsiniz, mən artıq iki aydır, ölkənizdəyəm və Azərbaycanda mövcud olan multikulturalizm ənənələri və onun dünya mədəniyyətinə təsiri barədə araşdırmalar aparıram. Azərbaycanın tərkib hissəsi olan Naxçıvanın da bu baxımdan dünya mədəniyyətinə çox güclü töhfələri olduğuna inanıram. Ona görə də bu qədim Azərbaycan torpağını daha yaxından tanımaq üçün bir daha Naxçıvana gəldim.

Ardını oxu...

Qayalarından xınalı kəkliklərin səsi gələn, füsunkar təbiəti, buz bulaqları, “bəstəkar” şəlalələri, qollu-budaqlı “pir” ağacları, təmiz ab-havası ilə insanda xoş duyğular oyadan Havuş kəndinə doğru irəlilədikcə Şərur-Dərələyəz silsiləsinin özünəməxsus gözəllikləri, uca dağları, xoş təbiəti, təravətli havası insanı sanki sehrli bir aləmə aparır. Yolboyu adları əfsanəyə çevrilən Sırfadaşını, Əncirliyi, Hadıqayıbı, Danaqalasını seyr edə-edə Axura kəndindəki Yuxarı Bulaqdan Havuşadək olan 12 kilometr yolu, 20-dən artıq sərt döngəni və aşırımı keçib kəndə çatırıq. Kənd Havuşçayın sol sahilində, Dərələyəz sıra dağlarının ətəklərində yerləşir. Kəndi üzük qaşı kimi dövrəyə alan dağlar payız fəslində daha ecazkar görünür.

Muxtar respublikamızın ucqar kəndlərindən biri olan bu yaşayış məntəqəsi boz və sərt zirvələrin fonunda səməni kimi görünür. Bəlkə, elə buna görə kəndin adının etimoloji mənası “ovuc” kimi ifadə olunur. Ovuc-avuc-avuş söz dəyişmələrindən sonra kənd indiki Havuş adını alıb. Bu toponimin mənası dağlarla əhatə olunmuş məskən və ya “Dağ dibi” deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar 26 avqust 2017-ci il tarixdə keçirilən müşavirədə aidiyyəti qurumlarla yanaşı, “Naxçıvanqaz” İstehsalat Birliyinə də bir sıra tapşırıqlar verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Təbii qazın şaxtalı hava şəraitində nəqli üçün hazırlıq işləri vaxtında başa çatdırılmalı, istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanmalı, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir”. Həmin tapşırıqlara əsasən muxtar respublikada təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq, istehlakçıları fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə birlikdə tədbirlər planı hazırlanıb. Plana əsasən muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün birlik 2017-ci ilin ötən dövründə nəzərdə tutulmuş tədbirləri reallaşdırıb.

Ardını oxu...

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının VIII konfransı keçirilib.
Konfransa Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası sədrinin müavini Sultan İsmayılov sədrlik edib. Konfransın gündəliyi təsdiq edildikdən sonra Sultan İsmayılovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, fəaliyyətini təşkilatın Nizamnaməsinə və iş planına əsasən quran Şura 1 şəhər və 7 rayon veteranlar təşkilatını əhatə edir. Təşkilatlarda 33 Böyük Vətən müharibəsi, 641 arxa cəbhə, 101 Silahlı Qüvvələr, 3938 əmək veteranı, 543 Böyük Vətən müharibəsi iştirakçılarının dul arvadları qeydiyyatdadır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası hesabat dövründə dörd dəfə idarə heyətinin iclasını keçirmişdir. Həmin iclaslarda iş planları, tədbirlərin icrası müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Şura şəhər və rayon veteranlar təşkilatları ilə birlikdə gənclərin hərbi xidmətə yola salınmasında və gənc hərbçilərin andiçmə mərasimlərində iştirak edir, gənclərə hərbi-vətənpərvərlik ruhunda tövsiyələr verir. Veteranlar mütəmadi olaraq hərbi hissələrdə olur, əsgərlərlə görüşlər keçirir və onlarda yüksək hərbi-vətənpərvərlik ruhu yaradır.

Ardını oxu...

“Hörmətli Sədr! Kəndimizə gəlişiniz biz uşaqları sevindirir. Çünki bizim üçün müasir məktəb binası istifadəyə verilir. Qürur duyuruq ki, gələcəkdə bu məktəbdə təhsil alacağıq. Söz veririk ki, müstəqil Azərbaycan üçün layiqli övladlar olacağıq. Yaşasın Müstəqil Azərbaycan!”.

Bu sözləri bu günlərdə Ordubad rayonunun Üstüpü kənd tam orta məktəbinin açılış mərasimində məktəbəqədər hazırlıq qrupunun şagirdi, 5 yaşlı Bəkirin dilindən eşitdik. ­Bəkirin sözləri ictimaiyyət, xüsusilə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılandı. Balaca Bəkirin görüntüləri qısa zamanda minlərlə insan tərəfindən izləndi, xoş rəylər yazıldı. Əslində, Bəkirin sevinci təkcə Üstüpü kəndinin deyil, Ordubadın, Naxçıvanın, nəticə etibarilə, ölkəmizin sevinci idi. Hər bir xalqın inkişafında vacib və başlıca şərt olan təhsilin inkişafı yolunda atılmış daha bir addımın sevinci idi.
Deyirlər ki, uşaq gülürsə, demək, bəşəriyyət gülür. Uşaqların gülüşü, rahatlığı cəmiyyətin xoşbəxtliyidir. Bəkirin xoşbəxtliyi kimi. Onunla bərabər sevinən sinif yoldaşlarının xoşbəxtliyi kimi. Hələ Bəkirin 5 yaşı var. O, xalqımıza, dövlətimizə layiqli övlad kimi yetişəcəyinə söz verdi. Vaxt gələcək, böyüyüb boya-başa çatacaq, anlayacaq və qürur duyacaq ki, qurucu şəxsiyyət və rəhbər cənab Vasif Talıbov məktəbinin yetirməsidir. 21 noyabr 2017-ci il tarixdəki görüşün təkcə muxtar respublika rəhbəri ilə yox, eyni zamanda uşaqların və gənclərin, bütün naxçıvanlıların hamısı ilə görüş olduğunu biləcək. Həmin gün yaşadığı sevinci ikiqat yaşayacaq...

Ardını oxu...

Havaların soyuq keçməsi ilə əlaqədar olaraq muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artıb. Qış mövsümündə yaşayış sahələrində vətəndaşlar tərəfindən qaz cihazlarından və sobalarından geniş istifadə olunur. Həmin cihazlardan istifadə zamanı təlimata və təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən bir çox hallarda insan itkisinə səbəb olan partlayış, yanğın və dəm qazından zəhərlənmə kimi bədbəxt hadisələr baş verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını tövsiyə edir.
İstənilən mağazadan və ticarət obyektindən qaz cihazlarını alan zaman diqqətli olmaq lazımdır. Hər bir vətəndaşın aldığı qaz cihazı sənaye üsulu ilə istehsal olunmalı (yəni kustar yolla hazırlanmamalı) və Azərbaycan dilində istifadə təlimatı olmalıdır. Cihazlarda təhlükəsizlik sistemi, qaz təzyiqi nizamlayıcısı, müəyyən səbəblərdən qaz kəsildikdə və təkrar verildikdə sistemi bağlayan qurğunun olması vacibdir.

Ardını oxu...

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndə­liyinin rəhbəri Elena Aymone Sessera və nümayəndəliyin Müdafiə İşləri üzrə kordinatoru Byorn Oliver Ram Naxçıvan Dövlət Universitetində olublar.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Seymur ­Talıbov qonaqları salamlayaraq ali təhsil ocağının strukturu və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti yüksək dövlət qayğısı ilə əhatə olunub, burada distant və elektron təhsilin inkişafı üçün lazımi şərait yaradılıb. Universitetin beynəlxalq əlaqələrindən danışan Seymur Talıbov ali məktəbin “Erasmus+”, “Mövlana” mübadilə proqramlarına qoşulduğunu və proqramlar çərçivəsində həyata keçirilən müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb, bütün bunların dünya universitetləri ilə müəllim-tələbə mobilliyinin həyata keçirilməsinə geniş imkanlar açdığını bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera təmsil etdiyi qurumun ümumi iş prinsipi və Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Nümayəndəliyin rəhbəri universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini bildirib.

Naxçıvan Dövlət Universitetinin
mətbuat şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində muxtar respublikada ilk dəfə olaraq Su Təsərrüfatı İdarəsinin yaranmasının 85 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl komitə əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Komitədə keçirilən tədbirdə komitə sədri Əsgər Əsgərovun məruzəsi, məruzə ətrafında komitənin aparat rəhbəri Əli Hacıyevin və Layihə-ekspertiza şöbəsinin məsləhətçisi Əli Abbaszadənin çıxışları olub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 1932-ci il noyabr ayının 22-də ilk dəfə olaraq Su Təsərrüfatı İdarəsi yaradılıb. Bir neçə kiçiktutumlu sututarlar tikilib. Buna baxmayaraq, muxtar respublika ərazisində meliorasiya və irriqasiya sahəsində həllini gözləyən məsələlər qalmaqda idi.

Ardını oxu...

Noyabrın 17-də Tbilisi Açıq Universitetində azərbaycanlı alim, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Batumi Dövlət Universitetinin fəxri doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimatı keçirilib.

Ardını oxu...

Azərbaycan dövlətinin nail olduğu ən böyük uğurların təminatçısına çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Tarixi vərəqlədikcə bir daha aydın olur ki, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən əsas səbəb Azərbaycanı üzləşdiyi mürəkkəb və fəlakətli vəziyyətdən xilas etmək istəyi ilə əlaqədar idi. Ona görə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı ən yeni tarixində fərqli vəziyyətlə üzləşmiş, Azərbaycan dövlət müstəqilliyinə qovuşmuş və xalqımız uzun illər həsrətində olduğu müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Lakin 1990-cı illərin əvvəllərində cərəyan edən arzuolunmaz hadisələr və meydana çıxmış yeni reallıqların qiymətləndirilməməsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. İqtisadi sahədə tənəzzül, dövlət hakimiyyətində dərinləşən böhran, milli maraqlarımıza zidd addımların atılması, Dağlıq Qarabağ münaqişəsində ağır vəziyyətin yaranması və vətəndaş müharibəsi təhlükəsinin artması ölkədə ümumi vəziyyəti daha da gərginləşdirmişdi. Onilliklər ərzində yaradılmış iqtisadi potensial iflic vəziyyətinə salınmışdı.

Azərbaycanın xilası üçün güclü liderə və siyasi qüvvəyə ehtiyac duyulurdu. Belə siyasi qüvvə Azərbaycanın ağır dövründə, 1992-ci il noyabrın 21-də meydana çıxdı. 1992-ci il oktyabrın 24-də ziyalıların “Səs” qəzetində ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciətinə cavab məktubunda ümummilli liderin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirdi. Ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransının keçirilməsi və ulu öndərin partiyanın sədri seçilməsi tarixi əhəmiyyətli addımlardan biri idi. Ona görə ki, real təhlükəni görən xalq ümummilli lider Heydər Əliyevin rəhbəri olduğu siyasi qüvvənin xilaskar missiya üçün yarandığını bilir və Yeni Azərbaycan Partiyasının təsis edilməsinə dəstək verirdi.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının 50 illiyi ilə bağlı yubiley tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimizin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Həmkarlar İttifaqları Şurasının yaradılmasının 50 illiyi münasibətilə həmkarlar ittifaqlarının üzvlərini təbrik edib.
Bildirilib ki, Naxçıvanda həmkarlar hərəkatı böyük və şərəfli yol keçib, insanların əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edib. Naxçıvanda həmkarlar hərəkatı 1921-ci ildən təşkilatlanıb, ­20-dən artıq şəhər və rayon həmkarlar ittifaqları komitəsi, ­3 vilayət həmkarlar ittifaqları komitəsi yaranıb. Bunlar isə öz ətrafında həmkarların 400-ə yaxın ilk təşkilatını birləşdirirdi. Genişlənməkdə olan böyük bir hərəkatın mərkəzləşmiş qaydada idarə olunmasma ciddi ehtiyac yarandığından 1967-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası təşkil olunub. Artıq 50 ildir ki, Həmkarlar İttifaqları Şurası Naxçıvanda həmkarlar hərəkatına rəhbərlik edir, bu təşkilatın potensialından məqsədyönlü şəkildə istifadə olunmasına öz töhfəsini verir.

Ardını oxu...

Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. 

Tarixdə iz qoyan igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır. Və istənilən siyasi şəraitdə bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Muxtar respublikamızda erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi bu gün məktəblərdə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Naxçıvan şəhərində yerləşən muzeylərimiz, eləcə də Xatirə Muzeyi ilə məktəblər arasında yaradılan inter­aktiv əlaqələr, distant dərslərin keçilməsi dediklərimizə sübutdur. Bu dərslər vasitəsilə şagirdlərə bir daha aşılanır ki, yaxın keçmişin acı təcrübəsi müstəmləkə siyasətinə xidmət edən, əslində, Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsinin, sən demə, genosid planının və antitürk siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirib. İnteraktiv dərslərdə o da qeyd edilir ki, rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün.
Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində tədris olunan təbiət və cəmiyyət elmləri, humanitar fənlər gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanlara malikdir. Məktəblilərə hərbi-vətənpərvərlik tərbiyəsi ona görə daha yaxşı aşılanır ki, bu gün orta məktəblərin X-XI siniflərində oxuyan şagirdlərə ayrı-ayrı fənləri tədris edərkən hərbi məzmunlu biliklər də öyrədilir, xüsusən tarix fənnində bu məlumatlara geniş yer verilir.

Ardını oxu...

1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin ilk iclası milli dirçəliş tariximizdə mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdə ölkəmizdə xalqın milli iradə və əzmini, birliyini nümayiş etdirən milli azadlıq hərəkatı geniş vüsət almışdı. Lakin Azərbaycana rəhbərlik edənlər öz hakimiyyətlərini və imperiyanın maraqlarını milli maraqlardan üstün tutduqları üçün xalqın dirçəlişini mütərəqqi istiqamətə yönəldə bilmədilər. Xalqın müstəqillik arzularını, dövlətçiliyimizin dirçəliş ideyasını gerçəkləşdirə biləcək yeganə milli lider isə yalnız ulu öndər Heydər Əliyev idi.

Ümummilli liderimizin ­1990-cı ilin iyulunda Naxçıvana qayıdışı milli azadlıq uğrunda mübarizədə mühüm mərhələ təşkil etdi. Naxçıvandan başlanan milli dirçəliş prosesi bütünlükdə Azərbaycan siyasi mühitini əhatə etməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Naxçıvana qayıdan ulu öndər milli oyanış və dirçəlişin əsasını qoymaqla nəinki bu bölgəni, bütün Azərbaycanı real təhlükədən xilas etdi. 1990-cı il noyabrın 17-də “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – deyən ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən Ali Məclisin sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji mahiyyət daşıyan tarixi qərarlar qəbul edildi. Həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul olundu”.

Ardını oxu...

1996-cı ildən etibarən hər il noyabrın 10-17-si ölkəmizdə Beynəlxalq Tələbə-Gənc­lər Həftəsi kimi qeyd olunur.
Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc nəslin intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan gəncliyinə müraciətlə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, inkişaf etdirənlərisiniz, biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan torpağını yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.
Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərlə iş intensiv xarakter almış, bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sonrakı dövrlərdə də ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün ardıcıl tədbirlər görülmüş, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar qəbul edilmişdir. Bu gün ölkəmizdə gənclərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 17 noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov tədbiri giriş sözü ilə açıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilib. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Evinin Şərur Xalq Yallı Ansamblının kollektivi tərəfindən xalq yallılarımız ifa edilib, uşaqlar tərəfindən bayrağımıza həsr olunan şeirlər bədii qiraət olunub.

 Səbuhi HÜSEYNOV

Ardını oxu...

Noyabrın 16-da Naxçıvan şəhərindəki “Təbriz” otelində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən keçirilən “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi üzrə seminara başlanılıb.
Tənzimlənməyən miqrasiya ilə mübarizəyə dair təcrübələrin bölüşülməsi üzrə keçirilən seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev açaraq tədbirin əhəmiyyəti haqqında danışıb, miqrasiya prosesinin tənzimlənməsində beynəlxalq əməkdaşlığın mühümlüyünü qeyd edib.
Seminarın birinci günü BMqT-nin Azərbaycandakı səfiri Serhan Aktoprak, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestuti Yankauskas təhlükəsiz, qaydalı və tənzimlənməyən miqrasiyanın bu gün üçün əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu layihə tərəfdaşlarla birgə həyata keçirilir və bununla sərhəd idarəçiliyinin gücləndirilməsinə çalışılır.

Ardını oxu...

Noyabrın 15-16-da İsveçrə Konfederasiyasının Türkiyə Respublikasındakı səfirliyinin müdafiə məsələləri üzrə, eyni zamanda Gürcüstan və Azərbaycan respublikalarında akkreditə olunmuş ataşşesi Hans Eberhart Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, eyni zamanda mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
Naxçıvan Muxtar Respublikasından xoş təəssüratlarla ayrılan diplomat “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Muxtar respublikaya səfərim çərçivəsində bir çox tarixi yerləri böyük həvəslə gəzdim. Buradakı muzeylər Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunun göstəricisidir. Möhtəşəm Əlincəqala isə əzəməti ilə məni valeh etdi. Bu qala xalqınızın mübarizlik rəmzidir. Düşünürəm ki, Naxçıvandakı tarixi abidələrin qorunması, bu cür bərpa edilməsi bir çox ölkələr üçün nümunə olmalıdır. Mənim diqqətimi cəlb edən digər bir məqam isə naxçıvanlıların çox mehriban və gülərüz olmasıdır. Bu səmimiyyətə və qonaqpərvərliyə görə hər kəsə öz minnətdarlığımı bildirirəm”.

 Səbuhi HƏSƏNOV

Noyabrın 14-15-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, təhsil, mədəniyyət və istehsal müəssisələri ilə tanış olub. 

Diplomat əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, hazır­da burada muxtar respublikada istehsal olunmuş 900-dən çox məhsul nümayiş etdirilir. Eyni zamanda mərkəzdə xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma işləri də ­sərgilənir.
Duzdağ Fizioterapiya Mərkəzində olan qonağa məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil edilib.
Noyabrın 15-də isə rumıniyalı diplomat ilk olaraq Naxçıvan Dövlət Universitetinə gəlib. Ali təhsil ocağı ilə tanış olan səfir universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün Rumıniya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisasının tələbələri ilə görüş keçirib.
Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən tədbiri nazir Azad Cabbarov açaraq ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi sərəncamda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri davam etdirir.
“Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi idmana da qayğı ilə yanaşıb. Müstəqillik illərində idmanla bağlı qanunvericilik təkmilləşdirilib, maddi-texniki baza yaxşılaşdırılıb, böyük idman kompleksləri, idman-sağlamlıq mərkəzləri tikilib”, – deyən nazir vurğulayıb ki, bu gün muxtar respublikada da uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Vətənpərvər gənc nəslin yetişdirilməsi, onların intellektual potensiallarının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait gənclərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmalarına geniş imkanlar açır. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar muxtar respublikada gənclərin intellektual səviyyəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gəncliyə dövlət qayğısı sabaha və gələcək uğurlara hesablanan bir siyasətdir.

Ardını oxu...

Dövlət Bayrağı Muzeyində dəyərli eksponatlar saxlanılır

Xalqımızın ləyaqətli, tükənməz duyğularından biri, heç şübhəsiz, bayraq sevgisidir. Bu sevgi tarix boyunca Azərbaycan xalqının canından belə əziz tutduğu müqəddəs duyğu olub, böyük dəyərə çevrilib. Vətənin bütövlüyünü, millətin müstəqilliyini ifadə edən bayraq əsrlər boyu xalqın milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının milli ideologiyası kimi dəyərləndirilib. 

1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı zirvələrə ucaldılıb. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət bayrağımız milli suverenliyimizin simvolu kimi təsdiq olunub. Həmin dövrdən başlayaraq bayrağımızın qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncam imzalanıb. Bu gün dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza həmin ehtiramın davamı kimi ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir sıra təqdirəlayiq işlər görülür, genişmiqyaslı tədbirlər həyata keçirilir. Elə paytaxt Bakı şəhərində Bayraq Meydanının yaradılması bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Ölkəmizdə dövlət rəmzlərinə hörmət və ehtiramın göstəricisi olaraq hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluğunu daim qorumuşdur. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Ona görə də bu gün dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Müstəqil Azərbaycan türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən üçrəngli bayrağımız altında inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır.

Ardını oxu...

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, müəyyən inkişaf yolu keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində vacib rol oynamışdır. Qloballaşan dünyada isə ayrı-ayrı xalqların, dövlətlərin sülh, əmin-amanlıq, tərəqqi məqsədilə yaxınlaşdığı, habelə bəşər sivilizasiyasının yeni-yeni mənəvi dəyərlər, humanizm çalarları ilə zənginləşdiyi bir vaxtda milli özünüdərkin təsdiqi, insanların öz kökünə bağlılığı getdikcə daha böyük əhəmiyyət daşıyır. XX əsrin sonlarında Azərbaycan Respublikası da öz dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni tarixi mərhələ başlanmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini ulu öndər hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən 1991-ci ilin son günü – 31 de­kabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur. Bayramın bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edildiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.
Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının ilk dəfə yaranması tarixindən danışan rektor dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir.
Universitetin Elmi şurasının elmi katibi, dosent Elçin Zamanov, Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov çıxış edərək bildiriblər ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR