25 Dekabr 2024, Çərşənbə

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının VIII konfransı keçirilib.
Konfransa Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası sədrinin müavini Sultan İsmayılov sədrlik edib. Konfransın gündəliyi təsdiq edildikdən sonra Sultan İsmayılovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, fəaliyyətini təşkilatın Nizamnaməsinə və iş planına əsasən quran Şura 1 şəhər və 7 rayon veteranlar təşkilatını əhatə edir. Təşkilatlarda 33 Böyük Vətən müharibəsi, 641 arxa cəbhə, 101 Silahlı Qüvvələr, 3938 əmək veteranı, 543 Böyük Vətən müharibəsi iştirakçılarının dul arvadları qeydiyyatdadır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası hesabat dövründə dörd dəfə idarə heyətinin iclasını keçirmişdir. Həmin iclaslarda iş planları, tədbirlərin icrası müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Şura şəhər və rayon veteranlar təşkilatları ilə birlikdə gənclərin hərbi xidmətə yola salınmasında və gənc hərbçilərin andiçmə mərasimlərində iştirak edir, gənclərə hərbi-vətənpərvərlik ruhunda tövsiyələr verir. Veteranlar mütəmadi olaraq hərbi hissələrdə olur, əsgərlərlə görüşlər keçirir və onlarda yüksək hərbi-vətənpərvərlik ruhu yaradır.

Hesabat məruzəsi ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Babək və Sədərək Rayon təşkilatlarının sədrləri Həsən Həsənov və Teymur Quliyevin çıxışları dinlənilib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Nizamnaməsi oxunub və səsə qoyularaq yekdilliklə qəbul olunub.
Konfransda idarə heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağıyev Firudin Süleyman oğlu Süleymanovun Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədrliyinə namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və qəbul olunub.
Firudin Süleymanov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, gənc nəsillə bağlı işə diqqətini artıracaq, vətənpərvər gəncliyin yetişdirilməsinə, milli dəyərlərin, adət-ənənələrin yaşadılmasına öz töhfəsini verəcəkdir.
Konfransda Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Nəzarət-Təftiş Komissiyasının da yeni tərkibi müəyyənləşib. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. İsmayıl Yaqub oğlu Hüseynquliyev Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının İdarə Heyətinə yeni seçilən üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası, onun şəhər və rayon təşkilatları dövlət qayğısı ilə əhatə olunmuş, fəaliyyət üçün zəruri iş şəraiti yaradılmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublika veteranlarının sosial problemləri həll edilir, onların yubileyləri qeyd olunur, veteranlarla görüşlər keçirilir, onlar sanatoriya və kurortlara göndərilir, mənzillərlə, minik avtomobilləri ilə təmin olunurlar. 1941-1945-ci illər müharibəsində qələbənin ildönümləri ilə bağlı hər il muxtar respublikada tədbirlərin keçirilməsi də yaşlı nəslin, veteranların əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Vurğulanıb ki, cəmiyyətimizdə yaşlı nəslə böyük hörmət var. Şura, onun şəhər və rayon təşkilatları yaradılan şəraitdən səmərəli istifadə edir, şuranın nüfuzunun yüksəldilməsi, veteranların ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atır, tədbirlər keçirir, gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik və milli-mənəvi tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətlərinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində yaxından iştirak edir. Bu istiqamətdə fəaliyyət daha da artırılacaqdır.
Gündəlikdə duran məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının VIII konfransının qərar layihəsi oxunub və qəbul olunub.
Bununla da, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının VIII konfransı öz işini başa çatdırıb.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR