25 Dekabr 2024, Çərşənbə

Dekabrın 10-da Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümum­milli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Baş konsul bildirmişdir ki, ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını yaratmış, ölkəmizə rəhbərliyinin ikinci dövründə isə müstəqilliyimizi qoruyub saxlamış, xalqın birliyini təmin etmiş, ölkəni anarxiya və xaosdan xilas edərək qüdrətli Azərbaycan dövlətini yaratmış, qonşu dövlətlərlə dostluq münasibətlərinin əsasını qoymuşdur. Bu gün ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi Azərbaycanı sürətli sosial-iqtisadi inkişafa və sabitliyə qovuşdurmuşdur.
Baş konsul ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan-İran əlaqələrinin əsasının qoyulduğunu bildirmiş, ölkələrimiz arasındakı münasibətlərdən danışmışdır.
Sonra mərasimdə ehsan süfrəsi açılmışdır.
Anım mərasimində İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərbi nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Təbriz Şəhər İcra Hakimiyyəti başçısının müavini Səid Bərzigər, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki Baş konsulu, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR