25 Dekabr 2024, Çərşənbə

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndə­liyinin rəhbəri Elena Aymone Sessera və nümayəndəliyin Müdafiə İşləri üzrə kordinatoru Byorn Oliver Ram Naxçıvan Dövlət Universitetində olublar.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Seymur ­Talıbov qonaqları salamlayaraq ali təhsil ocağının strukturu və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti yüksək dövlət qayğısı ilə əhatə olunub, burada distant və elektron təhsilin inkişafı üçün lazımi şərait yaradılıb. Universitetin beynəlxalq əlaqələrindən danışan Seymur Talıbov ali məktəbin “Erasmus+”, “Mövlana” mübadilə proqramlarına qoşulduğunu və proqramlar çərçivəsində həyata keçirilən müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb, bütün bunların dünya universitetləri ilə müəllim-tələbə mobilliyinin həyata keçirilməsinə geniş imkanlar açdığını bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera təmsil etdiyi qurumun ümumi iş prinsipi və Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Nümayəndəliyin rəhbəri universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini bildirib.

Naxçıvan Dövlət Universitetinin
mətbuat şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR