25 Dekabr 2024, Çərşənbə

Noyabrın 15-16-da İsveçrə Konfederasiyasının Türkiyə Respublikasındakı səfirliyinin müdafiə məsələləri üzrə, eyni zamanda Gürcüstan və Azərbaycan respublikalarında akkreditə olunmuş ataşşesi Hans Eberhart Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, eyni zamanda mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
Naxçıvan Muxtar Respublikasından xoş təəssüratlarla ayrılan diplomat “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Muxtar respublikaya səfərim çərçivəsində bir çox tarixi yerləri böyük həvəslə gəzdim. Buradakı muzeylər Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunun göstəricisidir. Möhtəşəm Əlincəqala isə əzəməti ilə məni valeh etdi. Bu qala xalqınızın mübarizlik rəmzidir. Düşünürəm ki, Naxçıvandakı tarixi abidələrin qorunması, bu cür bərpa edilməsi bir çox ölkələr üçün nümunə olmalıdır. Mənim diqqətimi cəlb edən digər bir məqam isə naxçıvanlıların çox mehriban və gülərüz olmasıdır. Bu səmimiyyətə və qonaqpərvərliyə görə hər kəsə öz minnətdarlığımı bildirirəm”.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR