24 Dekabr 2024, Çərşənbə axşamı

15 mart 1962-ci ildə ABŞ-da “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edilmişdir. Hazırda bütün dünyada “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat”ın qəbul olunduğu gün – martın 15-i Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Ötən müddətdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra normativ-hüquqi aktlar da qəbul edilmiş, qanunvericilik bazası möhkəmləndirilmişdir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

Ardını oxu...

Dağlar qoynunda yerləşən Şahbuz rayonunun geniş quruculuq işlərindən bəhrələnən yaşayış məntəqələrindən biri də Badamlı qəsəbəsidir. Qəsəbə rayon mərkəzindən 12 kilometr cənub-qərbdə yerləşir, ərazisi 137 hektardır. Burada 561 sakin 170 təsərrüfatda birləşir. Son illər qəsəbədə müasir məktəb, kənd və ticarət mərkəzləri üçün yeni binalar inşa olunmuş, ötən il 6 yaşayış binası əsaslı təmir edilmiş, yollarına asfalt salınmışdır.

Şəfqətli suyun sorağına gələnlər

Badamlı qəsəbə sakini, 38 il “Badamlı” zavodunda çalışan 72 yaşlı Allahverdi Məmmədov deyir ki, əvvəllər qəsəbə Badamlı kəndinin ərazisinə daxil imiş. Badamlı mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında ərazidə elmi-tədqiqat işləri aparılaraq burada dəniz səviyyəsindən 1274 metr hündürlükdə mineral su yatağı olduğu aşkarlanmış, müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunmuşdur. Suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. Badamlı iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq sisteminin, qaraciyər xəstəliklərinin müalicəsi üçün faydalıdır.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində əmək müqaviləsi üzrə elektron informasiya sisteminin təqdimatı və sistemdən istifadəyə dair işəgötürən­lər və müəssisələrin kadr məsələləri üzrə mütəxəssisləri üçün seminar təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov çıxış edərək bildirib ki, ölkəmizdə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununa əsasən Əmək Məcəlləsinə “əmək müqaviləsi bildirişi” anlayışı daxil edilib.
Qeyd olunub ki, həmin bildiriş elektron informasiya sisteminə daxil edilməsi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işəgötürənə verilən gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində “Heydər Əliyev – Azərbaycanın müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucusu” mövzusunda keçirilən lektoriyanı xidmətin rəisi Əbil Əbilov açıb. Bildirilib ki, XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan ulu öndər Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bütöv bir xalqın dünəni, bu günü və sabahı aydın görünür.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin çıxışları dinlənilib. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ­rəhbərliyi dövründə respublikamızda hüquqi-siyasi və sosial-iqtisadi inkişaf, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlardan danışılıb.
Bildirilib ki, dahi şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, xalqımız qarşısında xidmətlərini davam etdirib. Həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törədənləri kəskin ittiham edib. Moskvadan Naxçıvana gəlməsi, 1991-ci il sen­tyabrın 3-də muxtar respublika əhalisinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı siyasi oyunlardan və erməni işğalından xilas edib. Dahi rəhbərin müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir.
Sonda ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Martın 13-də keçirilən tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov açaraq qeyd edib ki, 1992-ci ilin sonu, 1993-cü ilin əvvəllərində partiyanın yerlərdə təşkilatlarının yaradılması prosesi gedirdi. Bu çərçivədə 1993-cü il martın 13-də partiyanın Şahbuz Rayon Təşkilatı yaradıldı. Həmin gün təşkilatın I təsis konfransı keçirildi. Konfransda partiyanın yaradıcısı olan ulu öndərimiz Heydər Əliyevin iştirak etməsi tarixi bir hadisə idi.
Rizvan Məmmədov rayon təşkilatı tərəfindən ötən illər ərzində keçirilən tədbirlər barədə də ətraflı məlumat verib. Bildirilib ki, aprel ayının 11-nə təyin olunmuş prezident seçkilərində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının üzvləri də fəallıq nümayiş etdirəcəklər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənc­lər Birliyinin sədri Vüqar Muradov, birliyin üzvü Aytac Eylazova və Şahbuz şəhər 1 saylı ərazi ilk partiya təşkilatının sədri, şura üzvü Sədaqət İsmayılova çıxış ediblər.

Ardını oxu...

Azərbaycan Respublikasının 1991-ci ildən üzvü olduğu və fəal əməkdaşlıq etdiyi İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) rəsmi internet səhifəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar fotogörüntülər, həmçinin ərəb, ingilis və fransız dillərində məqalə yerləşdirilib. “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri Asiya regionu üzrə 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır” sərlövhəli məqalənin mətnini oxucularımıza təqdim edirik. 

Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər 5,5 min kvadratkilometr əraziyə və təqribən, 450 min nəfər əhaliyə malik olan, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və Ermənistan Respublikası ilə həmsərhəd Naxçıvan Muxtar Respublikasının paytaxtıdır.
Naxçıvanın muxtariyyət tarixi 1921-ci ildə imzalanmış iki mühüm beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində əks olunub. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin 5-ci maddələri muxtariyyətin və eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisinin əsaslarını müəyyən edir. Bu sənədlərə əsasən 1924-cü ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yaradılıb.

Ardını oxu...

Bu gün muxtar respublikamızda gənclərə göstərilən qayğının nəticəsidir ki, onların cəmiyyət həyatındakı rolu günü-gündən daha da artır. Gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı isə muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının parlaq ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis olunub. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli Sərəncamına əsasən incəsənət və idman sahələrində fərqlənən səkkiz gəncin adı Gənc İstedadların “Qızıl kitabı”na salınaraq onlara müəyyən edilmiş məbləğdə aylıq təqaüdün verilməsi təmin olunub. Ali Məclisin Sədri 2018-ci il fevralın 23-də isə “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 150 manat müəyyənləşdirilib. Bu, muxtar respublikamızın gənc istedadlarına göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi kimi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Biz də öz növbəmizdə belə gənc istedadlardan bəzilərini oxucularımıza daha yaxından tanıtmaq istədik.

Ardını oxu...

Bu il aprelin 11-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar martın 12-dən başlayaraq muxtar respublikada fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-­treninqlər keçirilir.
4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının iclas zalında keçirilmiş növbəti seminar-treninqi giriş sözü ilə açan dairə seçki komissiyasının sədri Cahangir Seyidov “Seçki məntəqələrinin səsverməyə hazırlanması” mövzusunda çıxış edib. O bildirib ki, seçki məntəqələrində səsvermə kabinələri və müvafiq məlumat lövhələri düzəldilməli, səsvermə qaydasına dair təlimat plakatları divara vurulmalı, səsvermə üçün zəruri olan material və avadanlıqlar yerləşdirilməlidir. Xüsusilə diqqət yetirilməlidir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Mərkəzi Seçki Komissiyasının təlimatları, seçici siyahısı, daşınan və daşınmaz seçki qutuları və digər material və avadanlıqlar seçki məntəqələrində olsun. Seçki bülleteninin doldurulmasına dair izah səsvermə kabinəsində mütləq yerləşdirilməlidir və məntəqə seçki komissiyasının sədri səsvermə saatlarında həmin plakatların yerində olmasını müntəzəm olaraq yoxlamalıdır. Səsverməyə 24 saat qalmış seçicilərin maarifləndirilməsi üçün nəzərdə tutulan məlumatlar istisna olmaqla, bütün təşviqat materialları səsvermə otağının daxilindən və xaricindən çıxarılmalıdır. Məntəqə seçki komissiyasının katibi seçki məntəqəsinə gəlmiş bütün müşahidəçilərin akkreditasiyasını və qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin və KİV nümayəndələrinin lövhəcik­lərini yoxlamalıdır.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrindən birində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Ölkəmizdə güclü, peşəkar və yüksək döyüş qabiliyyətinə malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndərimizin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun liderinə, dünyanın isə qabaqcıl ordularından birinə çevrilib.

Ardını oxu...

Martın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün 7 noyabr 2017-ci il tarixində elan olunmuş müsabiqənin test imtahanları keçirilib.
Müsabiqədə 9 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 44 namizəddən 36-sı test imtahanında iştirak edib, onlardan 22 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə ­ 20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün onlara 3 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanının əməkdaşları müşahidəçi qismində iştirak ediblər.
Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

İnsan sağlamlığında təbiət mühüm rola malikdir. Ona görə də muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Hər ilin yaz və payız iməciliklərində muxtar respublikanın idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri fəallıq göstərməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıqlara  aqrotexniki qulluq göstərilir, yeni yaşıllıqlar salınır, ağac və gül kolları əkilir. Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. 

Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub. Naxçıvan şəhərinin sakinləri Naxçıvan­-Sədərək magistral yolunun kənarındakı 4 hektarlıq ərazidə 2800 ədəd meyvə ağacı və 1000 ədəd üzüm tingi, çirkab sutəmizləyici qurğunun yaxınlığındakı 1,5 hektarlıq ərazidə 900 ədəd meyvə ağacı əkiblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Ələkli kəndindəki 0,4 hektarlıq yeni salınmış bağda 200 ədəd meyvə, Püsyan kəndindəki 15 hektarlıq bağda bərpa məqsədilə 1300 ədəd meyvə, Püsyan-Xanlıqlar avtomobil yolunun kənarlarında 300 ədəd meşə ağacı əkilib, Ələkli kənd qəbiristanlığında təmizlik işləri ­görülüb.

Ardını oxu...

Hər bölgəsi çiçəklənən bir diyardan soraq verən doğma Naxçıvanımızın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı statusunu daşıması, ötən ilin muxtar respublikada uğurla başa vurulması sevincimizin üstünə daha bir sevinc gətirib. Paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərinə, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinədək yeniliyə qovuşan regionumuz bu gün ayrı büsatdadır. Şərur rayonunda da quruculuq işlərinin, abadlıq tədbirlərinin həcmi daha da artıb. İqtisadiyyatda böyük uğurlar qazanılıb. Həyatın bütün sahələrində əldə edilən nailiyyətlər insan amilinə göstərilən qayğının ifadəsi kimi dəyərləndirilib. Fikirlərimizə 2017-ci ilin timsalında aydınlıq gətirmək istədik. Üz tutduq Şərura. 

Müasirləşmədə başlıca amillərdən biri quruculuq tədbirləridir

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 563 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 1,4 faiz artaraq 73 milyon 571,2 min manat olub.

Ardını oxu...

“Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı dediyi bu fikirlər təbiətə qlobal yanaşmanı ortaya qoymaqla yanaşı, hər bir ölkə üçün də ayrılıqda ümumi tezis kimi dəyərlidir. Məhz ulu öndərin strateji istiqamət kimi qarşıya qoyduğu ekoloji problemlərin həlli məsələləri ölkəmizdə ətraf mühitin mühafizəsində böyük rol oynamışdır. Dahi şəxsiyyətin hələ ölkəmizə rəhbərliyinin birinci dövründə bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması öz əksini tapmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

İnsanın ömrü onun əməlləri qədərdir. Alnıaçıq, başı dik yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana ikinci ömür, ikinci həyat qazandırır.
Görkəmli etnoqraf alim, dəyərli ziyalı, gözəl insan Hacı Qadir ­Qədirzadə də özünə sağlığında abidə ucaldan insan kimi ürəklərdə həmişə yaşayacaq.
O, 1948-ci ilin gözəl bir yaz günü – mayın 20-də Babək rayonunun Cəhri kəndində zəhmətkeş ailəsində anadan olmuşdu. Düz 70 il sonra – martın ­ 8-də isə aramızdan ayrıldı...
Uşaqkən kəndimizin mərkəzində, məktəblərimizdə tez-tez rastlaşdığımız bu dəyərli insan Cəhrinin sayılıb-­seçilən, yolgöstərən görkəmli zi­ya­lılarından biri idi. Şəxsiyyəti ilə əqidəsi bir-birini tamamlayan, olduğu kimi görünən, göründüyü kimi olan Qadir müəllim həm də bir iman və mənəviyyat adamı, milli vətənpərvərlik mücəssəməsi idi...
1966-cı ildə Cəhri kənd orta məktəbini bitirmiş, 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) tarix ixtisasına qəbul olmuş, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Cəhri kənd orta məktəbində müəllim işləmişdir. 1975-2018-ci illərdə AMEA Naxçıvan Bölməsində müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan elminə bir-birindən dəyərli töhfələr vermişdir. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini kimi də səmərəli fəaliyyət göstərmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə gedib çıxır. Müasir dövrümüzdə bu anlayış özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinski­nin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin tərkibində fəaliyyətini davam etdirmiş, özünəməxsus tarixi yol keçərək ölkəmizdə xeyirxah ideyaların həyata keçirilməsinə mühüm töhfələr vermişdir.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir İbrahim oğlu Qədirzadə 2018-ci il martın 8-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Qadir Qədirzadə 1948-ci il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuş, orta məktəbi 1966-cı ildə həmin kənddə bitirmişdir. 1967-1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında ali təhsil almış və həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir.
1971-1975-ci illərdə Cəhri kənd orta məktəbində müəllim işləyən Qadir Qədirzadə 1975-ci ildən elm sahəsində fəaliyyətə başlamış, Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1992-2002-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini, 2003-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
1983-cü ildə tarix üzrə fəlsəfə doktoru, 2004-cü ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsi alan Qadir Qədirzadə 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Ardını oxu...

Muxtar Respublikaların Müstəqil Futbol Federasiyaları Assosiasiyasının (CONİFA) Asiya üzrə prezidenti Filip Jens Jockel Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Qonaq səfər çərçivəsində bir sıra görüşlər keçirib, Naxçıvan şəhərinin tarixi və görməli yerlərini gəzib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində qonağa ulu öndərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verilib.
Sonra Filip Jens Jockel “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Burada Naxçıvanın qədimliyini özündə əks etdirən xalçalar, Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları, eksponatlar haqqında ətraflı məlumat verilib.
Vurğulanıb ki, burada aparılan bərpa işləri qədim tarixə malik Naxçıvan Muxtar Respublikasında tarixi irsə yüksək qiymət verildiyini göstərir. Qonaq həmçinin Nuh Peyğəmbərin məzarüstü türbəsində də olub.
Filip Jens Jockel müsahibəsində bildirib ki, Naxçıvana ilk dəfədir, gəlib. O deyib: “Burada olduğum müddətdə bir sıra görüşlər keçirdim, qədim Naxçıvan şəhərini gəzdim, tarixi abidələrlə yaxından tanış oldum. Şəhərin təmizliyi və gözəlliyi məni valeh etdi. Bizim təşkilatın 46 üzvü var və arzumuz budur ki, Naxçıvan Muxtar Respublikasını da təşkilata üzv qəbul edək. Bu məsələni müzakirə etdik. Çünki Naxçıvanda idmanın hər növü inkişaf edib, müasir komplekslər fəaliyyət göstərir”.

Ceyhun MƏMMƏDOV

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu 2018-ci il martın 6-7-də Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın istehsal, mədəniyyət müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
Martın 6-da koreyalı diplomat əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacı­yev açaraq Azərbaycan qadınlarının tarixi xidmətlərindən, bu gün qadınların cəmiyyətdəki rolundan ətraflı bəhs edib. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlarımız ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
Akademik rəhbərlik etdiyi elmi müəssisədə çalışan qadın əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, firavan həyat, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra bölmənin Elektron kitabxanasının direktoru Sahab Əliyeva dövlət qadın siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirildiyini, onların fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirib.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin statistikasına əsasən AMEA Naxçıvan Bölməsində çalışan 254 əməkdaşın 120-ni, 89 elmi işçinin 31-ni, 55 fəlsəfə doktorunun isə 18-ni qadınlar təşkil edir.
Tədbirin sonunda bölmənin bütün qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən beynəlxalq konfransda martın 8-i Beynəlxalq Qadınlar Günü kimi təsis edilmişdir. Bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bayram kimi qeyd olunur.
Tariximizin və mədəniyyətimizin xəzinəsinə nadir incilər bəxş etmiş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olmuş qadınlarımız öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənilmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Azərbaycan qadınları tarixin müxtəlif dövrlərində gözəl ana olmaqla yanaşı, həm də ictimai-mədəni həyatda yaxından iştirak etmiş, dövlət idarəçiliyində öz sözlərini demiş və adlarını tariximizə qızıl hərflərlə yazmışlar.
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Azərbaycan qadınlarının dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda qadın polislər, hərbçilər, hakimlər, vəkillər, sədrlərin sayı kifayət qədərdir. Elə polislərdən söz düşmüşkən, bu yazımızın əsas mövzusu da muxtar respublikamızda ictimai asayişin qorunmasında özünəməxsus zərif cinsin nümayəndələrindən biri haqqında olacaq. Mövzunu hazırlayarkən əldə etdiyimiz məlumatlardan aydın oldu ki, muxtar respublikamızda bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli işi özünə həyat amalı seçən qadınlarımız onilliklər bundan əvvəl də olub.

Arxiv sənədlərində rastlaşdığımız mənbələrdən Naxçıvanda bir neçə qadının ilk dəfə polis işçisi kimi fəaliyyət göstərdiyini öyrəndik. Mənbələrdə İradə Cəfərova, Gülbahar Məmmədova, Elmira Əhmədova, Validə Məmmədovanın adlarına rast gəlsək də, onlardan yalnız biri – Elmira Əhmədova ilə həmsöhbət ola bildik.
Polis peşəsini dünyada ən gözəl və müqəddəs peşə sayan Elmira Əhmədova ömrünün əhəmiyyətli bir dövrünü əhatə edən 20 illik fəaliyyəti haqqında qürurla danışdı. Əslən Ucar rayonundan olan Elmira Əhmədova orta məktəbi də elə həmin rayonda bitirib. Hələ uşaq yaşlarından polis sənətini özünə peşə seçən xanım bu arzusuna 1987-ci ildə Rusiya Federasiyasının Rostov şəhərindəki keçmiş SSRİ milis məktəbinə qəbul olunmaqla çatıb. Məktəbi fərqlənmə ilə bitirən Elmira Əhmədova təyinatla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib. Maraqlıdır, görəsən, Elmira xanım necə olub, öz fəaliyyətini muxtar respublikamızda davam etdirib?

Ardını oxu...

Ötən ayın ümumi mənzərəsini məhz belə ifadə etmək olar 

Bu gün milli inkişaf potensialının hərəkətə gətirildiyi, bu potensialın səmərəli realizə edilməsinə zəruri əsasların yaradıldığı Naxçıvan Muxtar Respublikasının yüksəlişini özündə təcəssüm etdirən sosial-­iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilib. Ulu ­öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində muxtar respublikanın genişmiqyaslı uğurları ardıcıl xarakter alıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. 30 ilə yaxındır, davam edən blokada şəraitinin yaratdığı çətinliklərə, iqtisadi resurslara çıxış imkanlarının məhdudluğuna baxmayaraq, Naxçıvanda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı layihələr, quruculuq işləri bütün sahələrdə öz səmərəli nəticələrini göstərməkdədir.

Ardını oxu...

Martın 6-da Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinə, İnzibati İqtisadi Məhkəməyə, Şahbuz Rayon Məhkəməsinə, Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinə, Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə “NAZ-­Lifan-620”, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə “NAZ-Lifan-720” markalı xidməti avtomobillər, Şərur rayonuna isə “MAZ” markalı kommunal təyinatlı avtomobil və 30 tullantı konteyneri təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək demişdir ki, muxtar respublikada dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməkdir. Bu gün 6 dövlət qurumuna yerli istehsal olan “NAZ-Lifan-620” və “NAZ-Lifan-720”markalı xidməti avtomobillərin verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır. Naxçıvan Avtomobil Zavodunun bu gün təqdim olunan “NAZ-Lifan-620” və “NAZ-Lifan-720” modelləri yüksək keyfiyyəti və rahatlığı ilə seçilir. Həmçinin bu gün Şərur rayonuna tullantıların toplanması və vaxtında daşınmasının təşkili məqsədilə “MAZ” markalı avtomaşın və 30 tullantı konteyneri təqdim olunur. Yeni xidməti avtomobillər idarə­etmədə işin keyfiyyətini daha da yüksəldəcək. Buna görə də dövlət qurumlarının əməkdaşları avtomobillərin düzgün istismarına fikir verməli, onlara vaxtında lazımi texniki qulluq göstərməlidirlər.
Naxçıvan Muxtar Respublikası İnzibati İqtisadi Məhkəməsinin sədri Hicran Muradov avtomobillərin təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlıq etmişdir.

“Şərq qapısı”

Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 21 əcnəbi aşkarlanıb. Onlardan 18-i barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 528 müraciət daxil olub. Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Fevral ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 454 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 198-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Xəbərlər şöbəsi

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçilib. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılıb, may ayının ­ 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması demək idi. Ümummilli liderimiz Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə bu məsələ ilə bağlı deyib: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan ­Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT ilə əlaqələrinin inkişaf etdirilməsinə, bu inkişafın fəal və ardıcıllıq prinsiplərə əsaslanmaqla sistemli xarakter almasına xüsusilə diqqət yetirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatın bir çox xüsusi qurum və orqanları – BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Sənaye İnkişaf ­Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı ilə fəal əməkdaşlıq əlaqələri yaradıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının sayca 77-ci məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dilimizin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb.O, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb. Bildirib ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ulu öndər dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırıb və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyanın 73-cü maddəsində öz əksini tapıb.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər ­Əliyev irsində Azərbaycan dilinin inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, ulu öndər 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” mühüm bir Fərman ­imzalayıb. Həmin fərmana əsasən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ardını oxu...

Muxtar respublikanın ən böyük rayonlarından olan Şərur tarixin bütün dövrlərini əks etdirən abidələrlə zəngin qədim yurd yerlərimizdən biridir. Bu abidələrə daha çox rast gəlinən ünvanlar içərisində Arpaçay vadisi xüsusi mövqeyə malikdir. Burada Daş dövrünü özündə yaşadan Qazma mağarasından tutmuş Eneolit, Tunc, Dəmir dövrləri, həmçinin Antik dövr də daxil olmaqla, müxtəlif nekropollar, yaşayış yerləri, maddi-mədəniyyət nümunələri də yurd yerinin qədimliyindən soraq verir. 1984-1986-cı illərdə və 2008-ci ildə arxeoloqlar Abbas Seyidov və Vəli Baxşəliyev tərəfindən aparılmış qazıntılar zamanı ərazidə Erkən Tunc dövrünə aid sürtgəc, keramikadan ibarət yerüstü materiallar, dən daşları tapılıb. 

Bir qədər sonra Vəli Baxşəliyevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Arpaçay vadisində Ərəbyengicə yaşayış yerini tədqiq edib, maraqlı elmi nəticələrə gəlinib. 0,8 hektar sahəni əhatə edən yaşayış yerində dən daşları, sürtgəc, keramikadan hazırlanmış materiallar tapılıb.
2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin arxeoloji ekspedisiyası tədqiqatların coğrafiyasını bir qədər də genişləndirib. Burada Erkən Tunc dövrünə aid olan keramika, sümük, müxtəlifformalı tikili qalıqları, ocaq yerləri, əmək alətləri, Orta Tunc dövrü qəbir abidələri aşkara çıxarılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2014-cü il 19 sentyabr tarixli Fərmanına əsasən isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılmış, nazirliyin səlahiyyətləri daha da genişləndirilmişdir.

Rabitə və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırmışdır. Son illər muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir tele­kommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 4 mərhələdən ibarət layihə artıq başa çatdırılmışdır. Belə ki, 4-cü nəsil telekommunikasiya xidmətlərindən yararlanmağa imkan verən NGN avadanlıqları istifadəyə verilmiş, telekommunikasiya şəbəkəsi üzrə sabit telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazırda istifadə olunan avtomat telefon stansiyalarının 86 faizini yeni nəsil texnologiyalar təşkil edir.

Ardını oxu...

Düz 26 ildir ki,  fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini – Xocalı soyqırımını xatırlayırıq. Ağrı ilə, acı ilə. Düz 26 ildir ki, Xocalı boyda ağrını ürəyimizdə gəzdiririk. Ötən il isə fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ­silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərdilər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirmək istəyən düşmənlə qoşunlarımız arasında ağır döyüş toqquşması baş verdi. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur etdi. Təxribatın qarşısını alarkən 5 hərbi qulluqçu ­şəhid oldu. Onların arasında Haşımlı Tural Əbdül oğlu da var idi. Ana torpaq öz şəhidlərini ağuşuna aldı. 

Ot kökü üstə bitər
Müstəqilliyimizin qazanılması və qorunması uğrunda bu günə qədər bir çox hadisələrin şahidləri və şəhidləri olduq. Kimimiz valideynlərimizi, kimimiz bacı-qardaşımızı, kimimiz övladımızı itirdik. Lakin mübarizə əzmimizi, birliyimizi, əqidəmizi, Vətənə olan sədaqətimizi itirmədik. Güclü ordu qurmağa və bu ordunu peşəkar zabit kadrları ilə, Vətəninə, elinə, obasına bağlı əsgərlərlə komplektləşdirməyə nail olduq. Ailələrdə böyüyən övladlar vətənpərvərlik ruhunda tərbiyə olundular. Vətəni qorumaq eşqi, işğal olunan torpaqları mənfur düşməndən azad etmək istəyi neçə-neçə gəncin yolunu hərbi təhsil ocaqlarından saldı.

Ardını oxu...

Düz 26 ildir ki,  fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini – Xocalı soyqırımını xatırlayırıq. Ağrı ilə, acı ilə. Düz 26 ildir ki, Xocalı boyda ağrını ürəyimizdə gəzdiririk. Ötən il isə fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ­silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərdilər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirmək istəyən düşmənlə qoşunlarımız arasında ağır döyüş toqquşması baş verdi. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur etdi. Təxribatın qarşısını alarkən 5 hərbi qulluqçu ­şəhid oldu. Onların arasında Haşımlı Tural Əbdül oğlu da var idi. Ana torpaq öz şəhidlərini ağuşuna aldı. 

Ot kökü üstə bitər
Müstəqilliyimizin qazanılması və qorunması uğrunda bu günə qədər bir çox hadisələrin şahidləri və şəhidləri olduq. Kimimiz valideynlərimizi, kimimiz bacı-qardaşımızı, kimimiz övladımızı itirdik. Lakin mübarizə əzmimizi, birliyimizi, əqidəmizi, Vətənə olan sədaqətimizi itirmədik. Güclü ordu qurmağa və bu ordunu peşəkar zabit kadrları ilə, Vətəninə, elinə, obasına bağlı əsgərlərlə komplektləşdirməyə nail olduq. Ailələrdə böyüyən övladlar vətənpərvərlik ruhunda tərbiyə olundular. Vətəni qorumaq eşqi, işğal olunan torpaqları mənfur düşməndən azad etmək istəyi neçə-neçə gəncin yolunu hərbi təhsil ocaqlarından saldı.

Ardını oxu...

Fevralın 24-də Xocalı soyqırımının iyirmi altıncı ildönümü münasibətilə Türkiyənin müxtəlif bölgələrindən gələn 26 alpinist və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyası İdman Klubunun 11 üzvü Haça­dağa yürüş təşkil ediblər.
Qardaş ölkə mətbuatında bununla bağlı geniş informasiyalar verilib. Belə ki, milliyyet.com.tr, habertürk.com, mynet.com, aa.com.tr, beyazgazete.com, sondakika.com, diyadinnet.com, haberler.com, konyaninsesi.com.tr, pusulahaber.com.tr və yenihaberden.com saytlarında “Dağçılar Xocalı qurban­ları üçün dırmandı” sərlövhəli material və yürüş zamanı çəkilən foto­şəkillər, youtube.com saytında isə videomaterial yerləşdirilmişdir.
Saytlarda dərc olunan informasiyalarda qeyd olunur ki, türkiyəli dağçılar Xocalı soyqırımı şəhidlərinin xatirəsini Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı Haçadağın zirvəsində andılar. 6 saata zirvəyə çatan idmançılar burada “Xocalı şəhidlərini hörmətlə və rəhmətlə xatırlayırıq” yazılı posterləri açaraq soyqırımı qurbanlarına ehtiramlarını bildiriblər.

Ardını oxu...

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsinin, ölkədə tolerantlıq mühitinin formalaşdırılmasının, milli-mənəvi dəyərlərə qayğı siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə diqqət və qayğı ilə yanaşmış, dövlət-din münasibətlərinin tarixi-milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsinə, ­cəmiyyətdə vicdan azadlığının maneəsiz təminatına, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğ və təşviq edilməsinə böyük əhəmiyyət vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ulu öndərimizin bu sahədəki fəaliyyətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan tolerantlıq məkanı kimi bütün dünyada böyük nüfuz qazanıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 28 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Nümayəndəliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi yaradılıb. Bu dövlət orqanı böyük bir inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə idarənin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, 2017-ci il 28 dekabr tarixdə isə Agentliyin tabeliyində “Mənəvi dəyərlərin təbliği Fondu” yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin fevral ayında bir sıra qərarlar qəbul ­etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2018-ci il 3 fevral tarixli qərarları ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda və “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişikliklər edilmiş, “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” və “Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiq edilmişdir. Sonuncu Qaydaya əsasən məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.
Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 7 fevral tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası” və 12 fevral tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi haqqında Əsasnamə” təsdiq edilmişdir. Müvafiq Əsasnaməyə görə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini və yenidən hazırlanmasını həyata keçirir, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərində işləyən mühasibat işçiləri tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir.

Ardını oxu...

Fevralın 26-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə “Xocalıya ədalət” devizi altında anım tədbiri keçirmişdir.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnləri səslənmişdir.
Tədbirdə çıxış edən Baş konsul Nuru Quliyev Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu diqqətə çatdırmış və bildirmişdir ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində misligörünməmiş vəhşiliklər törətmiş, dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmişlər. Baş konsul Xocalı faciəsinə yalnız ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini bildirmiş, soyqırımı aktının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışmışdır.
Qars Bələdiyyə sədri Murtaza Karaçanta və Qars vilayətinin digər rəsmi şəxsləri, eləcə də ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.

Ardını oxu...

Şərur rayonu 

Şərur rayonunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Şərur rayon ictimaiyyətinin nümayəndələri həmin gün Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həyata keçirilmiş soyqırımı, həmçinin ermənilər tərəfindən xalqımıza qarşı 200 ildən artıq bir müddətdə dəfələrlə törədilmiş qırğınlarla iyirmi altı il bundan əvvəl bəşəriyyət daha bir erməni vandallığının şahidi oldu. İyirmi altı ildir ki, dünyanın hər tərəfində sülhsevər insanlar bu faciənin soyqırımı kimi tanınmasını tələb edir, erməni vəhşiliyinin növbəti və dəhşətli nəticələrinin soyqırımı aktı kimi qəbul edilməsini istəyir.

Ardını oxu...

Fevralın 24-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 26-cı ildönümü ­münasibətilə anım tədbiri keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədildiyini bildirmiş, qədim tarixə malik olan Xocalıdakı tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdırmışdır. Soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər ­Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirən Baş konsul bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən danışmış, Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımının tanındığını bildirmişdir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il fevral ayının 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 1700-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dünən Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilib.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə faciədə vəhşicəsinə qətlə yetirilən həmvətənlərimizin və Xocalı şəhərinin müdafiəsində iştirak edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının dünya tarixində misligörünməmiş bir faciə olduğunu bildirib. Akademik faciənin səbəblərindən və bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin, eyni zamanda ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb.
Tədbirdə bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər – Emin Şıxəliyev “Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımların tərkib hissəsi kimi”, Zeynəb Quliyeva “Xocalı faciəsinin azərbaycanlıların milli şüuruna təsiri, nəticə və dərsləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda Xocalı soyqırımını əks etdirən kitab sərgisi də nümayiş olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Bəşəriyyət tarixinin ən qanlı hadisəsi və XX əsrin böyük faciəsi olan Xocalı soyqırımının törədilməsindən 26 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmişdir. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindəndir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min­illiklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.

Ardını oxu...

“Spero” qəzetinin əməkdaşı, eyni zamanda geosiyasi mövzulara dair səyyah məruzəçi kimi də tanınan Peter Tase Bosniya və Hersoqovinanın Travnik Beynəlxalq Universitetində Dağlıq Qarabağ müharibəsi zamanı erməni təcavüzünə məruz qalan Azərbaycan tərəfindən təbliğ edilən multikulturalizm dəyərlərinin müdafiəsinə yönələn məruzə ilə çıxış etmişdir. Ötən ilin oktyabr ayında Peter Tase “Spero” qəzetinə verdiyi müsahibədə qeyd etmişdir: “Erkən orta əsrlərdən bəri Azərbaycanda mövcud olan dini elmlər arasında İslam dininin cərəyanlarından biri olan, həmçinin Qərbdə sufizm adı ilə də tanınan kamillik və mənəvi dəyərlərin təbliğini aşılayan təsəvvüf elmi geniş yayılmışdır. Etnik və dini mənsubiyyətlərindən asılı olmadan bütün insanlar arasında sevgi, qardaşlıq və sülhü təşviq edən sufizm cərəyanı tolerantlığın İslam aləmindən digər din, mədəniyyət və irqlərə də sirayət etməsində mühüm rol oynamışdır”.
Peter Tase erməni nəzarətində olan bölgə ilə sərhəd mövqedə yerləşən Azərbaycanın Tərtər rayonuna səfərindən yenicə qayıtmışdır.
Travnik Beynəlxalq Universitetində məruzəsi zamanı cənab Tase ən qədim dövrlərdən bəri Azərbaycanın nümayiş etdirdiyi tolerantlığı örnək seçərək bildirmişdir: “Yəhudilər ilk dəfə eradan əvvəl 5-ci əsrdə qonaqpərvər diyar olan Azərbaycana pənah gətirmişlər. Eramızın 17-ci əsrində isə, qubalı Fətəli xan şimal-şərqi Azərbaycanda əsas xanlıq olan Qubaya yaxın ərazidə böyük bir qəsəbə salmaq məqsədilə yəhudilər üçün torpaq güzəştləri tətbiq etmişdir. Burada yerləşən evlərin dam örtüyünün rənginə uyğun olaraq sözügedən ərazi “Qırmızı Qəsəbə” adlanır. Qırmızı Qəsəbə dağlıq bölgədə yaşayan yəhudi icmasının ən çox və ən sıx məskunlaşdığı yer kimi tanınır. Tarix boyu Azərbaycan yəhudilər üçün, sadəcə, təhlükəsiz məkan olmaqla qalmamış, bununla yanaşı, çoxsaylı beynəlxalq mətbuat nəşrində Azərbaycan “anti-semitizmin mövcud olmadığı” yeganə ölkə kimi səciyyələndirilmişdir. Hal-­hazırda Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir”.

Ardını oxu...

Fevralın 22-də Babək rayon Mədəniyyət Evində 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairəsinin məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazır­lanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb.
Bildirilib ki, muxtar respublikada bütün dairə seçki komissiyalarının, o cümlədən 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairəsinin müasir inzibati bina ilə təmin edilməsi, seçki məntəqələrinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması seçkilərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar açır.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə açıq dərs keçilib.
Dərsdə muzeyin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda danışıb. Bildirib ki, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə ölkəmiz üçün gördüyü ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, burada Azərbaycanın ilk milli nizami ordu hissələrini yaratmasıdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edilib, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılıb. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş moto­atıcı briqada təşkil edilib. 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul olunub.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı rayonun Qabıllı kəndində tədbir keçirib. Kənd mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva tədbirdə çıxış edərək bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 26 il ötür. Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında – Sovetlər Birliyi adlandırılan nəhəng imperiya süquta uğrayan zamanda öz mənfur simalarını bir daha büruzə verdilər.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.

Ardını oxu...

Uca zirvələrin, sıldırımlı qayaların qoynunda Gəmiqayanın sərin mehiylə tumarlanan, ecazkar təbiətilə insanı ovsunlayan bu kəndin vüqarlı dağlarının əzəmətini, həzin zümzümə ilə insanın ruhunu oxşayan Əyriçay və Saqqarsu çaylarının xoş nəğməsini, qalın meşələrinin füsunkar gözəlliyini, səmimi insanlarının qonaqpərvərliyini sözlə ifadə etmək üçün coşqun təbiətli şair olmaq lazımdır, bəlkə də...

Bəli, haqqında bəhs edəcəyimiz əsrarəngiz təbiətin xəsislik etmədiyi, məharətli bir rəssam tablosunu xatırladan, qonaqpərvər, istiqanlı insanların məskəni olan bu gözəl diyar Ordubad rayonunun Xurs kəndidir. Bu kənddə hər fəslin xüsusi gözəlliyi var, lakin təbiətin insanı məst edən sükutu içində uyumuş bu gözəlliyi qış fəslində seyr etmək bir başqa aləmdir. Tənbəllik etməyib, soyuqdan, şaxtadan qorxmayıb insanı ovsunlayan ecazkar təbiətin sehrinə düşmək üçün üz tutduq Gəmiqayanın ovcunda mürgüləyən bu yurd yerinə...
Gəmiqaya dağlarının ətəyində yerləşən kəndə qış aran kəndlərinə nisbətən daha tez qədəm qoyur. Odur ki, dekabrın ilk günlərindən burada dağlar-daşlar qış libasını geyinib, ağ örpəyə bürünüb. Zirvələrdən süzülüb gələn dumduru sular, çaylar yuxuya getmiş bərəkətli torpaqlara layla çala-çala Araza doğru üz tutub. Təbiətin füsunkarlığına, gözəlliyinə vurulan, bu yurddan ayrılmaq istəməyən su damlaları donub dərənin kənarlarında qalıb. Uşaqların səs-küyündən hiss edirsən ki, qış onların ən sevimli fəslidir. Təpədən dərəyə xizək sürən uşaqlar özlərini dünyanın ən xoşbəxt, ən qayğısız insanları hesab edirlər – yıxılıb əzilsələr belə...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi-memarlıq abidələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan tədbiri xidmətin əməkdaşı Samir Abbasov açıb.

Slaydların nümayiş etdirildiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Azərbaycan türkləri Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaradıblar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnib, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdiriblər.

Ardını oxu...

2018-ci il fevralın 20-də Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia Review” və Avropanın nüfuzlu qəzetlərindən olan “Moderndiplomacy” qəzetlərində Naxçıvan Muxtar Respublikası barədə məqalə nəşr edilmişdir. Həmin məqaləni diqqətinizə çatdırırıq.

Naxçıvan Muxtar Respublikasının rəhbəri cənab Vasif Talıbov Naxçıvanın regionlarının inkişafı, turizm infrastrukturunun yenilənməsi və meşə zolaqlarının salınması layihəsini həyata keçirməklə iqlim dəyişikliyi təhlükəsinə qarşı ölkəsinin dünya qarşısındakı mövqeyini möhkəmləndirmişdir. Paris müqaviləsinin memarları və beynəlxalq ictimaiyyət Azərbaycanın qərbində yerləşən Naxçıvanı Qərbi Avropa ölkəsi kimi inkişaf etdirən Ali Məclisin Sədrinin həyata keçirdiyi layihələrə daha çox diqqət yetirməlidir.
Son on il ərzində Ali Məclisin Sədri Naxçıvanın yenilənən enerji resurslarını köklü şəkildə dəyişmişdir. Naxçıvan Muxtar Respublikası ərazi nisbəti baxımından dünyanın ən çox hidroelektrik stansiyasına sahibdir. Naxçıvanda beş hidroelektrik, bir ədəd günəş enerjisi və bir ədəd qaz-turbin stansiyası tikilib istifadəyə verilmişdir.

Ardını oxu...

Fevralın 21-də Şərur Olimpiya-İdman Kompleksində 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Seçki dairələrinin məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan 2 saylı Şərur Dairə Seçki Komissiyasının sədri İbrahim Abbasov bildirib ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Şərur rayonunda da lazımi hazırlıq işləri görülür. Bu gün 2 saylı Şərur Seçki Dairəsinin seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Hazırda Şərur Seçki Dairəsinin 78-i daimi, 2-si müvəqqəti olmaqla, ümumilikdə, 80 məntəqəsi var. Aparılan dəqiqləşdirmələr nəticəsində Şərur rayonu üzrə seçicilərin sayının 69 min 800 nəfər olduğu müəyyənləşib. Onlardan 33 min 982-si kişi, 35 min 818-i qadındır. İlk dəfə səs verənlərin sayı 338 nəfərdir, onlardan 187-si kişi, 151-i qadındır.

Ardını oxu...

Fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilmiş seminar-müşavirənin davamı olaraq, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Tədbirdə “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşı­lıqlı fəaliyyəti” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov deyib ki, Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli Sərəncamına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hazırlıq işlərinə başlanılıb.

Ardını oxu...

Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvan ölkə daxilində virtual səsvermə yolu ilə Gənclər Paytaxtı seçilib. Artıq bir çoxumuza məlumdur ki, bu müsabiqə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirilir və Naxçıvan şəhəri bu il səslərin 30 faizini toplayaraq bu adı qazanıb.
Qeyd edək ki, son illərdə dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin sosial həyatdakı fəallığına da təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gənc­liyi 2016-2020-ci illərdə” Dövlət Pro­qramı hazırlanıb. Hazırda bu proqramın icrası məqsədilə mühüm tədbirlər həyata keçirilir və ölkəmizin şəhər və rayonlarının səsvermə yolu ilə Gənclər Paytaxtı seçilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu layihənin əsasnaməsində qeyd olunur ki, Gənc­lər Paytaxtının seçilməsi gənclərə diqqətin artırılması, gənclər siyasətinin yeni səviyyədə daha da canlandırılması məqsədi daşıyır. Bir il müddətinə Gənclər Paytaxtı seçilmiş şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına xidmət edəcək yeni ideya və layihələrin həyata keçirilməsinə dəstək verir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR