24 Dekabr 2024, Çərşənbə axşamı

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Sayca yetmiş doqquzuncu məşğələni giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məruzə edib. O, ulu öndərimizin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, Onun milli dövlətçilik konsepsiyasından ətraflı danışıb.
İsmayıl Hacıyev bildirib ki, Azərbaycanın azad, ədalətli, demokratik, siyasi plüralizmin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi formalaşmasında ümummilli liderin əvəzsiz xidmətləri vardır. Görkəmli dövlət xadimi Heydər ­Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını işləyib hazırlayıb və həyata keçirib, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimin – Azərbaycançlıq ideologiyasınının da əsasını qoyub.

Ardını oxu...

Biz Azərbaycanın bu dilbər guşəsinə yenidən qayıdacağıq

26 il bundan əvvəl – 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Şuşada həmin dövrdə 25 min nəfərədək azərbaycanlı yaşayırdı. Mayın 8-nə keçən gecə təcavüzkar erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə Şuşa şəhərini işğal etmək planını həyata keçirməyə başlayıb. Səhər saat 6-dək şəhər intensiv artilleriya atəşinə məruz qalıb. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Nəticədə, dağlar gözəli, Azərbaycanın musiqi beşiyi olan qədim şəhərimiz xain düşmənin əlinə keçib.
Gözəlliyi ilə gözoxşayan əsrarəngiz Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənah­abad” adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda elmi-praktik konfrans keçirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev, Yeni Azərbaycan Partiyası və varislik” mövzusundakı çıxışında bildirib ki, şəxsiyyətlər tarixi yaradır və bu proses qanunauyğun şəkildə cəmiyyətin sonrakı inkişaf proseslərinə təkan verir. Bu şəxsiyyətlərin içindən elə parlaq dühalar çıxır ki, onların ictimai-siyasi fəaliyyəti və siyasi irsi hələ sağlığında millət və cəmiyyət üçün aktual olur. Yeni Azərbaycan Partiyasının banisi, müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev də məhz belə dahi şəxsiyyət­dir. Onun müəllifliyi ilə partiyanın 6 prinsipi: müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq və vətənçilik, varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri 1993-cü ildən etibarən, bütövlükdə, dövlətin ideoloji bünövrəsi rolunda çıxış etməyə başlayıb.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçılarının Naxçıvan şəhərindəki tarixi abidələrə və mədəniyyət müəssisələrinə gəzintiləri təşkil olunub.
Mayın 2-dən başlayaraq festival iştirakçıları Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı, Rəsm Qalereyası, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli muzeyləri, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi, həmçinin “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində olublar. Onlara tarix və mədəniyyət abidələrimiz haqqında ətraflı məlumat verilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində azyaşlı festival iştirakçıları və onların valideynləri ilə həmsöhbət olduq.
8 yaşlı şahmatçı Ömər Qədirli bu festivalda ilk dəfə iştirak etdiyini bildirdi. “İştirak etdiyim hər üç oyunda qələbə qazanmışam. Ümidvaram ki, festivalda yüksək nəticə əldə edəcəyəm”, – deyən Ömər Qədirli qarşıdakı illərdə də təşkil olunacaq yarışlarda iştirak etmək arzusunda olduğunu vurğuladı.
Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlığı barədə də danışan balaca şahmatçı burada Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən çoxsaylı tarixi nümunələrə maraqla baxdığını dedi.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi ­keçirilib.
Sayca iyirmi beşinci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular ulu öndər Heydər Əliyevlə reallaşıb. Ümummilli lider özünün də dediyi kimi, ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etdirilməsinə sərf edib. Bu dahi şəxsiyyət Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndərin reallaşan arzusunun ifadəsinə çevrilib.
“Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ictimai­-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçiri­lən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Bursa Bölgə Dövlət Simfonik Orkestrinin kollektivi Naxçıvan Muxtar Respublikasına qastrol səfərinə gəlib. Səfər çərçivəsində onlar qədim diyarın bir çox gəzməli-görməli yerləri ilə tanış olublar. Orkestr üzvləri ilə görüşüb həmsöhbət olduq, qonaqlardan bir neçəsinin Naxçıvanla bağlı təəssüratlarını öyrəndik:
Yalçın Adıgözəlov – orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti: – Bu, Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Azərbaycana ilk qastrol səfəridir. Səfərin Naxçıvandan başlanması heç də təsadüfi deyil. Çünki Nuhun vətəni sayılan qədim diyar həm də Türk dünyasının böyük tarixi-mədəni mərkəzlərindəndir. Bu yurd tarix səhnəsinə neçə-neçə qəhrəman igidlər, vətənpərvər el­oğulları, böyük mütəfəkkirlər, elm adamları, ictimai-siyasi xadimlər bəxş edib. Məhz dahi rəhbər Heydər Əliyevin də bu diyarda dünyaya gəlməsi, siyasi fəaliyyətinin daim Naxçıvanla bağlı olması qastrol səfərinin ilk olaraq buradan başlanmasını şərtləndirən əsas amil oldu.
Onu da qeyd edim ki, mən dəfələrlə Naxçıvana gəlmişəm və sevindirici haldır ki, hər gəlişimdə buranın daha da ­gözəlləşdiyinin şahidi oluram. Ən çox diqqətimi çəkən yüksək qonaqpərvərlik, Naxçıvan şəhərinin səliqə-sahmanı, küçələrin təmizliyi oldu. Bir sözlə, Naxçıvanda olmaq mənə xüsusi zövq verdi. Gəzintinin təşkilində əməyi keçən hər kəsə minnətdaram.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumundan sonra elm sahəsində başlanan inkişaf özünü aparılan elmi-tədqiqat işlərində, yeni monoqrafiya və kitabların nəşrində də göstərir. Ötən dövr ərzində Naxçıvanın tarix və mədəniyyətinin müxtəlif problemləri ilə əlaqədar çoxlu ümumiləşdirici əsərlər, məqalələr hazırlanıb, kitablar, monoqrafiyalar nəşr etdirilib. Bu günlərdə Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslıq elmi xəzinəsi yeni bir sanballı əsər ilə, akademik İsmayıl Hacıyevin uzun illərdən bəri apardığı gərgin və səmərəli tədqiqatların məhsulu olan “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası ilə zənginləşib.

Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri və rolu məsələsinin əhəmiyyətini və aktuallığını nəzərə alan akademik bu mövzunu keçən yüzilliyin 90-cı illərində elmlər doktorluğu dissertasiyası üçün tədqiqat obyekti seçərək hazırladığı dissertasiyanı 1999-cu ildə uğurla müdafiə edib. Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan dövlətçilik tarixi, Naxçıvanın bu prosesdə rolu və mövqeyinə dair əlavə tədqiqatlar aparılıb, bir sıra nəticələr əldə olunub. Müasir dövrdə dövlətçilik tarixinə artan maraq və aparılan tədqiqatlar kontekstində Azərbaycan dövlətçiliyi, onun xüsusi istiqaməti kimi bu prosesdə Naxçıvanın rolu məsələsi bu gün də aktual olaraq qalmaqdadır. Bunu nəzərə alan müəllif yenidən bu mövzuya müraciət edərək çox dəyərli bir monoqrafiya hazırlayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayı ərzində də davam etdirilib.
Ötən ay Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 49 əcnəbi aşkar­lanıb. Onlardan 46-sı barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdud­larından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 680 müraciət daxil olub. Bu müraciətlərdən 86-sı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Aprel ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 594 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 252-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçirilib.
Muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, Yeni Azərbaycan Partiyası rayon (şəhər) Qadınlar Şurasının, Heydər Əliyev adına Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasəti məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində konseptual şəkildə müəyyənləşdirilib və həyata keçirilib. Elə bu səbəbdəndir ki, ölkəmizin ən çətin dövrlərində Azərbaycan qadınları cəmiyyətin həyatında fəal rol oynayaraq müstəqil dövlətçiliyimizin sabahı uğrunda səylə çalışıblar. Bu isə onların geniş fəaliyyəti üçün dahi şəxsiyyətin birbaşa diqqət və qayğısı ilə yaradılan şərait nəticəsində mümkün olub. Ulu öndərin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq uğurla inkişaf etdirilir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci il­dönümü ilə əlaqədar “Yolumuz Heydər Əliyev yoludur” mövzusunda elmi-praktik konfrans keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov mövzu ilə bağlı məruzə edib. Məruzədə qeyd olunub ki, ümummilli liderin ömrünün siyasət və hakimiyyət zirvəsində keçmiş bir qərinəni aşan hər ilinin arxasında xalqın işıqlı və xoşbəxt gələcəyi naminə uzaqgörənliklə görülmüş işlər sonsuz nur kimi parlayır.
Vurğulanıb ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli­-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndərin adı ilə bağlıdır. Bu gün ulu öndərimizin zəngin ­ictimai-siyasi fəaliyyəti, irsi hərtərəfli öyrənilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan bu gün iqtisadi potensialı baxımından regionun lider ölkəsidir. Respublikamız beynəlxalq aləmdə sabit, nüfuzlu bir dövlət kimi öz xüsusi yerini tutub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursu müvəffəqiyyətlə bitirən zabitlər yuxarı ­vəzifələrə təyin olunublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə zabit İsmayıl Mədətov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif ixtisaslar üzrə dərslər keçilib, trenajorlarda şəxsi heyətin sürücülük və atəş qabiliyyəti praktik olaraq daha da artırılıb. Kursa cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda keçirilən lektoriyanı kollecin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Sona Məmmədova açıb. Bildirib ki, bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil məhz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli dövlətçilik ənənələrinin uğurla davam və inkişaf etdirilməsi, eyni zamanda xalqımızın Heydər Əliyev ideyalarına bəslədiyi sonsuz sədaqətidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıx­əliyevin məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, dahi şəxsiyyət bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinə və hərtərəfli inkişafına həsr edib. Ölkəmizin gələcəyi naminə gördüyü nəhəng işlər görkəmli dövlət xadiminə öz xalqının ­qəlbində əbədi yaşamaq hüququ qazandırıb.
Qeyd olunub ki, ulu öndər ­Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsindəki xidmətləri əvəzsizdir. Dahi şəxsiyyətin fədakarlığı və uzaqgörən siyasəti sayəsində həmin dövrdə mövcud olan problemlər aradan qaldırılıb və ölkəmizin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb.

Ardını oxu...

Bu ünvanda yaşayanlar dövlətimizə minnətdardırlar

Hər il muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri gündən-günə cavanlaşan, müasirləşən qədim paytaxt şəhərimizin simasına xüsusi gözəllik və yaraşıq verir. Belə quruculuq tədbirləri həyatımızın bütün sahələrini əhatə edir. Bu sırada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirləri xüsusilə vurğulamaq lazımdır. 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan şəhərində son illər bu istiqamətdə xeyli iş görülüb. Yeni ictimai yaşayış binaları inşa olunur, mövcud binalar tamamilə yenidən qurulur, burada dünya standartlarına uyğun şərait yaradılır. Bu qayğıdan daha çox yeni ailə quranlar bəhrələnir.

Bütün bunların timsalında şəhərimizin Əziz Əliyev prospektində yeni yaradılan “Gənclər şəhərciyi” yaşayış kompleksində müasir standartlara cavab verən binaların tikilməsi, xidmət və istirahət sahələrinin yaradılması əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaqla rahat və firavan həyat tərzi formalaşdırıb. Yeni yaşayış kompleksinin təhsil müəssisələrinə, ticarət mərkəzlərinə yaxın ərazidə yerləşməsi binada yaşayan sakinlərin asudə vaxtlarının da səmərəli təşkili üçün böyük imkanlar yaradıb. Yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvan şəhərinin ən yararsız ərazilərindən biri olan yaşayış kompleksinin yerləşdiyi sahə indi böyük dövlət qayğısı, insan əməyi nəticəsində qədim yurd yerinin ən abad ünvanlarından birinə çevrilib. Dövlətin böyük qayğısının ifadəsi olan yaşayış kompleksi gənclərin və aztəminatlı ailələrin doğma yuvasına çevrilməklə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bəhrəsi kimi dəyərləndirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir.

Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kadr siyasətinin aparılması, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi və digər sahələrdə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bildirilmişdir ki, komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqə nəticəsində 983 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 38,2 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr ­tarixli qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Ölkəmizdə söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirmiş, bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur. Müdrik dövlət rəhbəri deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.

Ardını oxu...

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.
Festival iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə tər gül dəstələri düzmüş və Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, şahmatçıları və qonaqları salamlayaraq demişdir ki, Azərbaycanda şahmatın qədim tarixi var. Lakin intellektual idman növü kimi şahmatın inkişafına ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə nail olunmuş, ötən əsrin 70-ci illərində Azərbaycan şahmat məktəbi formalaşmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə müasir tələblər səviyyəsində şahmat məktəbləri, şahmatın inkişafı ilə bağlı maddi-texniki və tədris bazası yaradılmışdır. Şahmatın inkişafı hər bir ölkənin və xalqın ümumi intellektual potensialını göstərir. Qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası da şahmatın dövlət səviyyəsində himayə olunduğu ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda keçirilən lektoriyanı kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açıb. Bildirilib ki, XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər Əliyevin mənalı həyat yolu və siyasi fəaliyyəti gələcək nəsillər üçün böyük bir məktəbdir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi Musa Quliyevin məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi görkəmli dövlət xadimi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həll­edici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunədir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.

Əvvəlcə qonaqlar ulu öndər ­Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüblər.
“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində təşkil edilən konfransda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu çıxışında qeyd edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndə­liyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Kestutis Yankauskas “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirib. Səfərin məqsədi “Peşə Təhsili və Təlimi Seminarı”nda iştirak etməkdir. Bu seminarda avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə aparacaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tərdbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, – deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq.
Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəal iştirak edirlər. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik.

Ardını oxu...

Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Şəhər Poliklinikasının foyesində akademik Zərifə xanım Əliyevanın büstü önünə gül qoymuş, görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxmışlar.
Poliklinikanın iclas zalında keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün görkəmli ­oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 95 illiyi tamam olur. Bununla bağlı olaraq muxtar respublikada görkəmli akademikin həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilir, əziz xatirəsi yad edilir. Rəhman Məmmədov Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin nümayəndələrinə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etdiklərinə görə minnətdarlığını bildirmişdir.

Ardını oxu...

  Xəbər verdiyimiz kimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə  tanış olub, muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələri ilə maraqlanıblar. Nümayəndə heyətinin üzvləri Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” ­qəzetinin oxucuları ilə bölüşüblər.

Valentina Antonenko – İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru:
– Mən, ilk növbədə, bu səfərin təşkilində bizə göstərdiyi köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımı bildirirəm. Biz burada muxtar respublikanın bir çox təhsil və mədəniyyət müəssisələrində olduq, Duzdağ Fizioterapiya Mərkəzinə getdik. Bizim üçün maraqlı olan Naxçıvanın çox qədim tarixə və mədəniyyətə malik olmasıdır. Daha maraqlısı isə buradakı insanların öz tarixinə, dəyərlərinə böyük sevgi ilə sahib çıxması, onu təbliğ etməsi, tanıtdırmasıdır. Məsələn, biz Şərq memarlığı incilərini özündə əks etdirən və hazırda bərpa olunan Qarabağlar Türbə Kompleksi ilə tanış olduq. Bu kompleksin timsalında tarixi abidələrə göstərilən bu qayğı dövlətinizin tarixi keçmişinizə verdiyi önəmin ifadəsidir. Naxçıvan həm tarixi keçmişi və mədəniyyəti, həm də müasir sürətli inkişafı ilə bizi özünə valeh etdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin aprel ayında bir sıra qərarlar qəbul etmişdir. Nazirlər Kabinetinin 2018-ci il 5 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 3 avqust tarixli 79 nömrəli və “Naxçıvan Muxtar Respublikasında bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 15 mart tarixli 46 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.

Ardını oxu...

Dünya Şahmat Federasiyasının vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasında bu ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib.
Bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin inamlı qələbə qazandığını qeyd edən Elman Cəfərli bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının üzvləri bu seçkilərdə də yüksək fəallıq nümayiş etdiriblər.
2018-ci ilin birinci rübündə görülmüş işlər barədə danışan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri deyib ki, təşkilat öz fəaliyyətində Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tendensiyası ilə ayaqlaşmağa səy göstərərək 2017-ci ili qənaətbəxş şəkildə başa vurduqdan sonra, 2018-ci ilin ilk rübündə də partiyanın yuxarı orqanlarının qərar, sərəncam, tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq öz fəaliyyətini partiya rəhbərliyinin tələbləri səviyyəsində qurmağa çalışıb. Bu baxımdan, ilk növbədə, partiya fəaliyyətinin əsasını təşkil edən partiya sıralarının kəmiyyət və keyfiyyət baxımından inkişafı məsələsi daim diqqət mərkəzində olub. Nəticədə, 2018-ci il aprelin 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 366 nəfərə çatıb. Onların 9 min 128-ni, yaxud 52,6 faizini qadınlar, 10 min 384-nü, yaxud 59,8 faizini 18-35 yaşlı gənclər təşkil edir. Üzvlərimizdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarıdır. Təşkilatımızda, həmçinin ­ 2 akademik, 6 AMEA-nın müxbir üzvü, 27 elmlər doktoru, 162 müxtəlif elmlər üzrə fəlsəfə doktorları təmsil olunur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi və təşkilatın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi siyasətinin Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva “Simvolik Azərbaycan qadını obrazında akademik Zərifə xanım Əliyeva: həyatı və yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan qadını Zərifə xanım Əliyeva timsalında daim axtarışda olan, yenilikçi, inkişafa meyilli, gözəl ana, qayğıkeş valideyn kimi diqqətdə olub.
Qeyd olunub ki, görkəmli akademik klinik və nəzəri oftalmologiya sahəsində fundamental tədqiqatlar aparmaqla bu sahənin inkişafının əsasını qoyub.
“Azərbaycanda gender bərabərliyi siyasəti” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev ölkəmizdə aparılan qadın siyasəti, gender bərabərliyi barədə qəbul olunan qərarlar, fərmanlar, sərəncamlar haqqında ətraflı söhbət açıb. Bildirilib ki, Azərbaycanda aparılan gender siyasəti beynəlxalq arenada qəbul edilən bütün prinsipləri özündə ehtiva edir.

Ardını oxu...

Aprelin 26-da Naxçıvan şəhərində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Vəkillər kollegiyalarının, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım ­Əliyev muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yaradılmış şəraitdən danışmış, demokratik dövlət quruculuğu istiqamətində görülən işləri diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının təminatı sahəsində bir sıra işlər görülmüşdür. Ombudsman institutunun yaradılması, insan hüquqlarının təminatı ilə bağlı Konstitusiya nəzarəti institutunun formalaşdırılması, məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi və Müvəqqəti Saxlama Təcridxanasının tikilməsi, ahılların, əlillərin, fiziki imkanları məhdud uşaqların hüquqlarının qorunması və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada insan amilinə verilən diqqətin bariz nümunəsidir. Muxtar respublikada kompleks inkişafa nail olunması, məşğulluğun təmin edilməsi, səhiyyə və təhsil müəssisələri üçün binaların tikilməsi, kənd mərkəzlərinin istifadəyə verilməsi, yeni yolların çəkilməsi və bütün sahələrdə müasir infrastrukturun yaradılması insanların layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində görülən işlərin davamlı olduğunu göstərir.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində şanlı bir səhifə olduğunu vurğulayıb, ümummilli lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması, 2018-ci ilin Azərbaycan Respublikasında “Cümhuriyyət ili” elan edilməsi dövlətçilik tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvan Milli Komitəsinin fəaliyyəti cümhuriyyət dövründə” mövzusunda çıxışında qeyd edib ki, bu komitələr milli hərəkatın qarşısında duran vəzifələri müəyyən edən tələblər hazırlamaqla yanaşı, şəhər dumaları və digər təşkilatlarla birgə Naxçıvan diyarında yerli hakimiyyət orqanlarının möhkəmləndirilməsinə də kömək ediblər. Onların başçılığı ilə silahlı qüvvələrin yaradılması dinc əhalinin daşnakların fitnəkar hərəkətlərindən qorunmasında böyük rol oynayıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənc nəslin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, qəhrəmanlıq tariximizin, Qarabağ həqiqətlərinin gələcək nəsillərə çatdırılması məqsədilə “Son nəfəsədək” bədii filminin nümayişi keçirilib.
Filmə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası əsgərləri də daxil olmaqla, ümumilikdə, 410 gənc ­baxıb. Film maraqla qarşılanıb.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhər “Gənclik” Mərkəzində aprel şəhidlərinə həsr olunmuş “Şəhidim – sənsən uğurum” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Heydər Əliyev adına Hərbi Lisey kursantlarının Vətənə sədaqət andı nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanların, gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsinin, qəhrəmanlıq nümunələrinin gənc nəslə təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov və Mətbuat şöbəsinin müdiri, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Səadət Əliyeva, Regional İnformasiya Mərkəzinin gözdən əlillərin kompüter mütəxəssisi Elməddin Kərimov çıxış ediblər. Qeyd ediblər ki, 2016-cı ilin aprel hadisələri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərən döyüş­lər kimi tarixin yaddaşına həkk ­olunub.
Bədii hissədə Jurnalistika ixtisası üzrə I kurs tələbələrinin iştirakı ilə Universitet Televiziyasında aprel şəhidləri haqqında hazırlanmış qısa­metrajlı film göstərilib. Universitetin Tələbə Teatr Studiyasının, İncəsənət fakültəsi tələbələrinin çıxışları, şəhid Rasim Məmmədovun oğlu Asim Məmmədovun atasına ünvanladığı şeir tədbiri daha da yaddaqalan edib. Sonda universitetin Jurnalistika ixtisası üzrə ­ I kurs tələbələrinin 2018-ci ilin fevralında Cocuq Mərcanlıya səfərindən hazırlanan videoçarx nümayiş olunub.

Taleh HAXVERDİYEV

Bu ilin oktyabr ayında Babək rayonunun yaradılmasının 40 illiyi tamam olur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamın preampula hissəsində qeyd olunur: “Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq xətti Azərbaycanın regionlarını da əhatə etmiş, Naxçıvan Muxtar Respublikasında yeni rayonun yaradılması qərara alınmışdı. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi...”

Bəli, 40 il bundan əvvəl keçmiş Naxçıvan rayonunun tərkibindən ayrılaraq təşkil olunan yeni rayonun xalq qəhrəmanının adına rəsmiləşdirilməsi o dövr üçün çox riskli bir addım idi. Həm də nəzərə alaq ki, bu ad hər hansı bir küçə, prospekt və yaxud meydan kimi ünvanlara deyil, birbaşa ərazi vahidi kimi təşkil olunmuş yeni rayona verilirdi. O dövrdə SSRİ-nin tərkibində yaşayan xalqların, xüsusilə türk xalqlarının tarixi keçmişi ilə bağlı bütün əlaqələrin kəsilməsinə yönəlmiş ideoloji xətt aparılan dövlət siyasətinin mühüm hissəsini təşkil edirdi. Bu ideologiyanın nəticəsi idi ki, sovet tarixşünaslığında Babək sadə xalq kütlələrinin müdafiəçisi qismində çıxış edən üsyançı kimi qələmə verilirdi. Babəkə sinfi qəhrəman donu geyindirməyə çalışan bu ideoloji konsepsiya, təbii ki, Azərbaycanın milli dövlətçilik tarixində baş verən prosesləri mahiyyəti ilə çatdırmağa imkan verə bilməzdi. Halbuki Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz adını qızıl hərflərlə yazmış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Azadlığı, müstəqilliyi hər şeydən üstün tutan, zülmə boyun əyməyən, Vətəni üçün canından keçən Babək, eyni zamanda özünün ən məşhur kəlamı ilə azərbaycançılıq ideologiyasının xarakterini təsvir etmişdir: qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır!

Ardını oxu...

Son dövrlər geniş yayılan şəbəkə biznesi cəmiyyətdə ciddi narahatçılıq doğurmaqdadır. Hətta insanların aldadılma faktları çox olduğu üçün bu cür əməllərə görə cinayət işi də açılır.
Məsələnin mahiyyəti bundan ibarətdir ki, şəbəkəyə daxil olan şəxslər məhsulu baha qiymətə aldıqdan sonra onun satışına əlavə şəxsləri cəlb edir. Cəlb etdiyi hər şəxsə görə əlavə faiz alır, cəlb olunanlar da yeni insanlar şirnikləşdirməklə asan yolla qazanc əldə etməyə çalışırlar. Nəticədə, piramidanın başında olan şəxslər külli miqdarda qazanc əldə etsələr də, aşağıda olanlar fırıldaqçılığın qurbanına çevrilirlər.
Türkiyədə aparılan araşdırmalar zamanı bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur, yalnız 17 faizi udur. Udanlar şəbəkə biznesinin başında duran dələduzlar, uduzanlar isə onlara aldanmış sadə vətəndaşlardır. Türkiyədə, təqribən, 20 min insanın hər birindən müəyyən məbləğdə pul alan belə “şirkətlərdən” birinin üst-üstə 15 milyon ABŞ dollarına qədər vəsaiti mənimsədiyi bəlli olub. Məhkəmə zamanı insanlardan 570 dollarla 2500 dollar arasında pul alındığı açıqlanıb.

Ardını oxu...

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir.
Biliklərə əsaslanan XXI əsr iqtisadiyyatında əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. İnkişaf etmiş ölkələrdə artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. Vaxtilə xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilmiş və nəticədə, əqli mülkiyyət fenomeni prioritet fəaliyyət və təhlil istiqaməti kimi formalaşmışdır.
Bu gün əqli mülkiyyət hər bir ­ölkənin davamlı inkişafında əsas rol oynayır. Çünki elm, texnika və mədəniyyətin inkişafı əqli mülkiyyət hüququnun qorunmasından asılıdır. Bu mənada, əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının inkişafı və bu potensialdan səmərəli istifadəyə səbəb olur. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunmaqdadır.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunveri­ci­­­lik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. Davamlı inkişafın “Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. “İndi dünyada inkişaf təbii sərvət üzərində deyil, bilik, müasir texnologiya üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər də öz əksini tapıb.
Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və ­piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcılıq fəaliyyəti nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında əqli mülkiyyətin qorunması və inkişafı sahəsində həyata keçirilən siyasət, sahibkarlığın və elmin inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaratmışdır. Muxtar respublikada iqtisadi siyasətin həyata keçirilməsi istiqamətində, o cümlədən intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın ­stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi üzrə ardıcıl tədbirlər bu gün də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında muxtar respublikada əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və müasir trendə uyğunlaşdırılaraq sənayedə tətbiqi kimi mühüm vəzifələr dayanır. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur.
Fəaliyyəti dövründə komitəyə ixtiraya dair iddia sənədinin qeydiyyata alınması ilə bağlı 72, sənaye nümunəsinə dair 124, faydalı model üçün isə 6 müraciət daxil olmuş və dövlət ekspertizası aparılmışdır. Qüvvədəolma müddəti 20 il olmaqla, 28 ixtira, qüvvədəolma müddəti 10 il olmaqla, 46 sənaye nümunəsi və 1 faydalı model patentləşdirilmişdir. Əmtəə nişanlarına və coğrafi göstəricilərə mühafizə sənədi almaq üçün 1744 iddia sənədi qəbul edilmiş, onlardan qüvvədəolma müddəti 10 il olmaqla, əmtəə nişanlarına dair 1056, coğrafi göstəricilərə dair 5 şəhadətnamə dövlət reyestrində qeydiyyata alınmışdır. Komitənin tərkibində fəaliyyət göstərən Elmi-Texniki Kitabxananın patent fondu da komplektləşdirilmişdir. Fondda xarici ölkələrə məxsus 3 min 655 ixtira, həmçinin əmtəə nişanları və coğrafi göstəricilər, ixtiralar, faydalı modellər və sənaye nümunələrinə dair rəsmi bülletenlər toplanmış və yeni ədəbiyyatlarla zənginləşdirilmişdir. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri­-qanuni istifadənin qarşısının alınmasına da xüsusi diqqət yetirilir.
Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və alınmış patentlərin beynəlxalq mühafizəsi tədbirləri bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun bir neçə birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimi başa çatıb.
Təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktik həyata keçirilib.
Təlimdə döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və təminatın təşkilinə xüsusi diqqət yetirilib. Təlimin ssenarisinə əsasən praktik fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliy­yat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onları öz mövqelərinə çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə yüksəklik və hüdudları ələ keçirib.
Tabor və bölük taktiki qruplarının hücumunu artilleriya bölmələri praktik atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Taktiki qrupların fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.
Zabitlərin və qərargahların komanda­-qərargah təlimində iştirakının yüksək səviyyədə təşkil olunması məqsədilə ­Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərindən məşqi keçirilən fəaliyyətlərin nəticələri təhlil edilib.
Tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində komanda-qərargah təlimi uğurla başa çatıb.

Nəriman NƏCƏFOV

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev əvvəlcə respublikamızda bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrindən danışıb. Qeyd edib ki, ölkəmizdə yüksək səviyyədə baş tutan bu siyasi kampaniyada təşkilat üzvləri də fəallıq nümayiş etdiriblər. Şərur rayonundakı seçicilər seçkilərdə fəallıqları ilə diqqəti cəlb ediblər. Respublika üzrə seçicilərin, ümumilikdə, 86 faizindən çoxunun ölkənin taleyini növbəti dəfə cənab İlham Əliyevə etibar etməsi isə xalq-hakimiyyət birliyinin sarsılmaz olduğunu bir daha sübut edib.
Əmir Babayev daha sonra Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının 2018-ci ilin birinci rübündə gördüyü işlər və qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, iş planına uyğun olaraq idarə heyəti və şura üzvləri fəaliyyətlərini ərazi ilk təşkilatları ilə birgə davam etdirib, yerlərdə sakinlərlə görüş­lər keçirib, partiyanın siyasi xəttinin təbliği istiqamətində işlər aparıblar. Həmin görüşlərdə, əsasən, ölkəmizdə, eləcə də muxtar respublikada, o cümlədən Şərur rayonunda regional inkişaf proqramlarının icrası istiqamətində görülən işlərin, tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərinin əhəmiyyəti vurğulanıb, aqrar sahənin inkişafı, yazlıq əkinlərin optimal müddətdə başa çatdırılması, məhsul istehsalının artırılması, daxili bazarın yerli məhsullar hesabına tənzimlənməsi, yaşıl­lıqlara qulluq və yeni meyvə bağlarının salınması sahəsində qarşıya qoyulmuş vəzifələr və görülən işlər müzakirə olunub. Təşkilat üzvləri yaz iməcilikləri çərçivəsində ağacəkmə kampaniyasında, yaşıllıqlara qulluq işlərində də fəallıq nümayiş etdirirlər.

Ardını oxu...

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.
Narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Davut Korkmazın idarə etdiyi 27 V 7249 dövlət nömrə nişanlı DAF markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən ­olunub.
Gömrükçülər tərəfindən 27 V 7250 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçiri­lərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kiloqram narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandırdığı Azərbaycan və Türkiyənin qardaşlıq, dostluq ənənələri zəngin tarixə malik olmaqla əsrlərin sınağından çıxmış, daim möhkəmlənmişdir. Bu dostluğun ən unudulmaz və ibrətli səhifələri sırasında Birinci Dünya müharibəsi illərindəki qarşılıqlı əlaqələr özünəməxsus yer tutur. Məlumdur ki, 1914-cü ildə başlanmış Birinci Dünya müharibəsində qardaş Türkiyə çox ağır zərbələr almışdı. Cənub-qərbi Qafqazın, Şərqi Anadolunun əsrlərdən bəri türklərin məskunlaşıb yaşadığı geniş bölgələrində o zaman qanlı döyüşlər baş vermiş, nəticədə, on minlərlə ­müsəlman-türk yurd-yuvasını itirərək qaçqın vəziyyətinə düşmüş, ən ağır məhrumiyyətlərə düçar olmuş, yaxud öldürülmüş, yaralanmış, əsir götürülmüşdü. Belə bir vaxtda özləri də problemlər məngənəsində sıxılan azərbaycanlılar türk xalqına yardım əlini uzatmağı qardaşlıq borcu sayaraq əhəmiyyətli tədbirlər həyata keçirməyə başladılar. 

Ardını oxu...

Tədbirdən əvvəl komissiyanın kollektivi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan möhtəşəm abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə dövlət qulluğu siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb, “Elektron hökumət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilib, dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilib, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılıb. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin aparılması, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi və yerləşdirilməsindən ibarətdir. Komissiya Ali Məclis Sədrinin müəyyənləşdirdiyi tapşırıqları prinsip və istiqamət kimi öz fəaliyyətində rəhbər tutur.

Ardını oxu...

Yengicə Şərur rayonunun orta əsrlərə aid edilən yaşayış məskənlərindən biridir. Kənddəki köhnə hamam, üstüörtülü çarşı, buzxana və karvaransaray o dövrdə tikilib. Kənddə sənətkarlara məxsus xüsusi məhəllə də olub. Onlardan biri xalq arasında “Çölməkçilər küçəsi” adı ilə hələ də qalmaqdadır. Uzun illər boyu burada binaların tikintisində tağbənd və günbəzlərdən geniş istifadə olunub.

Şərq memarlığı üslubunda inşa edilmiş, XVIII əsrə məxsus qiymətli tarixi abidələrdən biri – Yengicə hama­mının burada yerləşməsi kəndin tarixinin qədimliyinini bird aha təsdiq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüs və qayğısı ilə muxtar respublikadakı digər tarixi abidələr kimi Yengicə hamamının da bərpası artıq tamamlanmaq üzrədir. Ümumi sahəsi 650, içərisinin sahəsi 545 kvadratmetr olan hamamın zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verib. Milli memarlıq ənənələri əsasında aparılan işlər nəticəsində tarixi abidənin əvvəlki görünüşünün bərpası uğurla tamamlanmaqdadır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş 221-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tibb elminin oftalmologiya sahəsində görkəmli alim, elm təşkilatçısı və ictimai xadim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın nümunəvi həyat yolundan danışıb. Qeyd olunub ki, aprel ayının 28-də 95 illiyi tamam olacaq görkəmli akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Rektor yüksək keyfiyyətlərə malik səmimi və xeyirxah insan, fədakar ömür yoldaşı və ana – Zərifə xanım Əliyevanın şərəfli həyat yolunun gənc nəsil üçün əsl nümunə olduğunu vurğulayıb.
Tibbi kliniki fənlər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənovun “Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti” adlı məruzəsində bildirilib ki, görkəmli akademik oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb. Vurğulanıb ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan ­akademik Zərifə xanım Əliyeva, həmçinin yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Sonda görkəmli oftalmoloq-alimin həyat yolunu əks etdirən film nümayiş olunub.

Nərmin CABBAROVA

Budur, Azərbaycanın ən yeni tarixinin daha bir parlaq səhifəsi vərəqlənir. Prezident cənab İlham Əliyevin əlini ali qanunumuza və Qurani-Şərifə basaraq and içməsi ilə xalqımız öz taleyini və gələcəyinin daha 7 ilini ulu öndər Heydər Əliyevin siyasi kursuna etibar etdi.
Bəli, bu, həmin Azərbaycandır. Min illər bundan əvvəl bəşər sivilizasiyasının ilkin közərtiləri bu torpaqda alovlanmış, Qobustanda, Gəmiqayada başlayan böyük mədəniyyət bu xalqın geninə, ruhuna hopmuşdur. Vaxtilə böyük ərazilərə və torpaqlara malik Azərbaycan xalqı Xürrəmilərlə ərəb xilafətinə qarşı döyüşmüş, Eldənizlər, Səfəvilər kimi qüdrətli dövlətlər yaratmış, dünya mədəniyyətinə, elminə, Nizami, Füzuli, Nəsirəddin Tusi kimi böyük dühalar vermiş, Möminə xatın, Qız qalası kimi incilər bəxş etmişdir. Zəngin təbiət, əlverişli coğrafi mövqe, bir-birindən qiymətli təbii sərvətlər bu yurdu tarixən işğalçı, talançı pəncəsi ilə üz-üzə, göz-gözə qoymuşdur.

Həyat güclüləri bəzən büdrədir ki,
onlar ayağa qalxsınlar və başa düşsünlər ki, nə qədər güclüdürlər

Və uzun sözün qısası, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd ­Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər Planına əsasən təhsil və mədəniyyət müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sərgilər təşkil edilmişdir. Bununla yanaşı, may ayında yubiley tədbirinin, ümumtəhsil məktəbləri üçün akademiyanın Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda interaktiv dərsin keçilməsi, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunması nəzərdə tutulmuşdur. “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il ­ 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilir.

Ardını oxu...

Aprelin 17-də Caspian Energy International Media Group və Caspian European Club Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasının lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını keçiriblər.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin Caspian European Clubun idarə heyətinin və üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.
Caspian European Clubun Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev xatırladıb ki, sözügedən reytinqdə regionlar 18 parametr üzrə altı qrupa bölünüblər: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı. “Bu reytinqi biz bir neçə il ərzində Caspian European Clubun Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini “Caspian Energy” jurnalının yekun nömrəsində dərc edirik”, – deyə Telman Əliyev əlavə edib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirlərinin “Caspian Energy” jurnalına verdikləri müsahibələr zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə vurğulayaraq, muxtar respublika rəhbərinin alternativ və bərpaolunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətdən valeh olduqlarını qeyd ediblər. Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərilən səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

Ardını oxu...

2018-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusu üzrə keçirilmiş “Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları yüksək nəticələr əldə ediblər.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 mart tarixli ­Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Ardını oxu...

“Duzdağ” otelində mehmanxana nümayəndələrinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və qeydiyyat proseduru” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Zakir Məmmədov açaraq bildirib ki, bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla xidmət arasında yaradılmış “Elektron hökumət” portalı üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qey­diyyata alınmasında böyük rolu vardır.
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov və “Duzdağ” otelin icraçı direktoru Novruz Novruzov çıxış edərək qeyd ediblər ki, mehmanxana təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Belə ki, burada turistlərə lazım olan əsas yerləşmə xidmətləri göstərilir. Bu baxımdan Naxçıvandakı mehmanxanalarda yaradılmış komfortlu şərait re­giondakı turizm və qonaqpərvərlik xidmətlərinin yüksək səviyyəsindən xəbər verir. Bu otellərdə göstərilən xidmətlər, ümumilikdə, regionda turizmin inkişafına mühüm təsir edir.

Ardını oxu...

Muxtar respublikanın ən böyük kəndlərindən olan Nehrəm qədim tarixə malikdir. Kəndlə bağlı əldə etdiyimiz ilk yazılı mənbə “İrəvan əyalətinin müfəssəl dəftəri”dir. 1727-ci ilə aid bu mənbədə həmin kəndin Qışlağat nahiyəsində olduğu qeyd edilir. 

Bu nahiyənin çox hissəsi Araz çayının sağ sahilində qalmışdır. Nehrəm yaxınlığında olan Dendabad (Didivar), Uzunoba (bu kəndlər eyni vaxtda həm də Naxçıvan nahiyəsinə daxil idi), Molla Həmdi Məzrəsi, Hocamverdi Məzrəsi, Qiyaslı, Qaraca və digər kəndlər XVI əsrin sonlarından XVIII əsrin əvvəllərinədək davam edən Osmanlı-Səfəvi, 1813-1828-ci il İran-Rusiya müharibələri dövründə boşalmışdı.
Əldə etdiyimiz məlumata görə, həmin illərdə Nehrəmdə 234 ailə yaşayıb və bura o dövr üçün də böyük kəndlərdən hesab edilib. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kəndin təsərrüfatı haqqında da geniş məlumat vardır. Burada buğda, arpa, sumaq, darı, mərcimək, müxtəlif noxud növləri, pambıq, bostan əkinləri, üzüm becərilməsi haqqında statistik məlumat verilir. Mənbədə başqa yerlərdən gəlib buradan qışlaq kimi istifadə edənlərdən vergi alınması, ümumilikdə, Nehrəm kəndinin 35 min 141 axça vergi ödəməsi haqqında faktlara da rast gəlinir.

Ardını oxu...

Ölkəmiz milli dövlətçiliyin taleyi baxımından çox mühüm bir siyasi kampaniyanı – aprelin 11-də keçirilən növbəti prezident seçkilərini uğurla başa vurdu. Öz quruluşuna görə unitar, prezidentli-parlamentli respublika olan gənc Azərbaycan dövləti üçün müstəqillik dövründə keçirilən hər bir seçki taleyüklü əhəmiyyətə, mühüm perspektiv nəticələrə malikdir. Bu baxımdan prezident seçkilərində xalqın verdiyi səslər yalnız ölkənin mövcud durumunu qiymətləndirmək anlamına gəlmir, eyni zamanda və bəlkə də, daha çox onun bilavasitə perspektivinə, bu gələcəyə, özünün ümidlərinə olan inam və etibarı ifadə edir.
Müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, dahi Heydər Əliyev xalqına 1 ok­tyabr 2003-cü il tarixli məşhur müraciətində demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ardını oxu...

Muxtar respublikamızın ictimaiyyət nümayəndələri cənab İlham Əliyevin yenidən
dövlət başçısı seçilməsini məhz belə qiymətləndirirlər

Ölkəmizdə aprelin 11-də keçirilən prezident seçkiləri uğurla başa çatdı. Azərbaycan seçicilərinin çox böyük əksəriyyəti görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə önümüzdəki 7 il ərzində daha sürətli inkişafa, sabitliyə, əmin-amanlığa, rifaha səs verdilər. Heydər Əliyev yoluna daim sarsılmaz sədaqət nümayiş etdirən naxçıvanlı seçicilər isə bu dəfə də seçkilərdə fəal iştirak edib, ilkin nəticələrə görə, seçicilərin 94,2 faizi cənab İlham Əliyevə səs veriblər. Bu, Azərbaycan üzrə ən yüksək göstəricidir. İlkin nəticələr bir daha belə deməyə əsas verir ki, muxtar respublika sakinləri ötən illər ərzində dövlət başçısının həyata keçirdiyi siyasətin bundan sonra da davam etdirilməsini istəyirlər. Məhz bütün bunlara görə, naxçıvanlılar 11 aprel tarixini demokratik dəyərlərin, xalqın iradəsinin və dövlətçilik maraqlarımızın qələbəsi günü olduğunu vurğulayırlar.

Əbülfəz Quliyev – AMEA-nın müxbir üzvü: – Biz ölkəmizin bütün bölgələrində, həmçinin Azərbaycanın tarixi dövlətçiliyinin, milli və mənəvi dəyərlərin qorunub yaşadıldığı Naxçıvan Muxtar Respublikasında haqqın, ədalətin, demokratiyanın təntənəsinin şahidi olduq. Heydər Əliyev yolunu davam etdirən dünya səviyyəli siyasətçinin möhtəşəm qələbəsi Azərbaycanımızın gələcək inkişafını ürəkdən istəyən hər bir Vətən övladının hədsiz sevincinə səbəb oldu.
Bu seçkilər təkcə ölkəmiz üçün deyil, Cənubi Qafqaz, ümumilikdə, Türk dünyası üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki seçkilərin nəticəsində həm də Azərbaycanın növbəti 7 il ərzində daxili və xarici siyasətinin istiqamətləri müəyyənləşəcəkdi. Azərbaycandakı, o cümlədən muxtar respublikamızdakı seçicilər də bunu yaxşı bilirdi ki, düzgün seçim bütün sahələrin, həmçinin ­sosial-iqtisadi yüksəlişin möhkəm bünövrədə davam etdirilməsinə yol açacaq. Məhz buna görə də 11 aprel prezident seçkilərində növbəti dəfə seçicilər ən layiqli namizədə səs verdilər.

Ardını oxu...

 Qəlbi günəştək odlu,

qəlbi aytək nurludur,
Xalqımın özü kimi
vüqarlı, qürurludur.
Hər işi könül açan,
əməli uğurludur,
Bir kimsə ola bilməz
əvəz ona, tay ona,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

Ardını oxu...

Naxçıvanın strateji mövqeyi və təbii sərvətləri hələ qədim dövrlərdən Yaxın Şərq və Cənubi Qafqazda məskunlaşan ulu əcdadlarımızın diqqətini cəlb etmişdi. Əlverişli təbii-coğrafi mövqedə yerləşdiyi üçün Naxçıvan həmişə Azərbaycanda baş verən ictimai-siyasi proseslərin mərkəzində olmuşdur. Rusiyada çar hakimiyyətinin devrilməsi əsarət altına alınmış xalqlar arasında, o cümlədən Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda azadlıq hərəkatını genişləndirmiş, milli istiqlala ümidləri artırmışdı.
Həmin dövrdə Azərbaycanda olduğu kimi, Naxçıvanda da Milli komitələrin yaradılmasına başlanmışdı. Naxçıvan, Culfa və Ordubad şəhərlərində yaradılan bu komitələrin başlıca məqsədi milli hərəkatın əsas istiqamətlərini müəyyənləşdirmək və seçkili yerli idarəetmə orqanları yaratmaq idi. Bununla yanaşı, həmin komitələr bədxah qonşularımızın bəd niyyətlərindən müdafiə olunmaq üçün silahlı dəstələr də formalaşdırmağa çalışırdılar. Bolşeviklərin daxil olmadığı Milli komitələr o vaxtlar Naxçıvanın idarə edilməsində mühüm rol oynayırdı. Erməni Milli Komitəsi Naxçıvan Milli Komitəsinin nüfuzundan qorxduğu üçün hətta onun rəhbərlərini ələ almaq məqsədilə rüşvət də təklif etmişdi. Lakin Milli Komitənin üzvləri ermənilərin göndərdiyi pulu qəbul etməmiş və onu geri qaytarmışdılar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR