24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Tibb Kollecində “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda keçirilən lektoriyanı kollecin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Sona Məmmədova açıb. Bildirib ki, bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil məhz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli dövlətçilik ənənələrinin uğurla davam və inkişaf etdirilməsi, eyni zamanda xalqımızın Heydər Əliyev ideyalarına bəslədiyi sonsuz sədaqətidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıx­əliyevin məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, dahi şəxsiyyət bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinə və hərtərəfli inkişafına həsr edib. Ölkəmizin gələcəyi naminə gördüyü nəhəng işlər görkəmli dövlət xadiminə öz xalqının ­qəlbində əbədi yaşamaq hüququ qazandırıb.
Qeyd olunub ki, ulu öndər ­Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsindəki xidmətləri əvəzsizdir. Dahi şəxsiyyətin fədakarlığı və uzaqgörən siyasəti sayəsində həmin dövrdə mövcud olan problemlər aradan qaldırılıb və ölkəmizin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb.

Vurğulanıb ki, ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin həyatında çox zəruri olan ictimai-siyasi sabitliyin yaradılması, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması kimi xarakterizə olunur. 1994-cü ildən etibarən ölkə­mizdə iqtisadi inkişafın əsas prinsipləri formalaşdırılıb, Azərbaycanın həyata keçirdiyi böyük layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan məhz ulu öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi nəticəsində regionun aparıcı dövlətinə çevrilib, dünya ölkələri sırasında öz layiqli yerini tutub. Xalqımızın növbəti prezident seçkilərində ölkə Prezidenti cənab İlham ­Əliyevə böyük etimad göstərməsi ulu öndərin siyasi xəttinə sadiqliyin ifadəsidir.
Sonda dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR