24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayı ərzində də davam etdirilib.
Ötən ay Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 49 əcnəbi aşkar­lanıb. Onlardan 46-sı barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdud­larından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 680 müraciət daxil olub. Bu müraciətlərdən 86-sı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Aprel ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 594 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 252-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR