Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənc nəslin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, qəhrəmanlıq tariximizin, Qarabağ həqiqətlərinin gələcək nəsillərə çatdırılması məqsədilə “Son nəfəsədək” bədii filminin nümayişi keçirilib.
Filmə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası əsgərləri də daxil olmaqla, ümumilikdə, 410 gənc baxıb. Film maraqla qarşılanıb.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Ceyhun MƏMMƏDOV