24 Dekabr 2024, Çərşənbə axşamı

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin taleyində oynadığı roldan danışılıb. Vurğulanıb ki, 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyətinin dövründə ilk milli ordumuzun yaradılmasına nail olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərovun təbrik məktubu şəxsi heyətə çatdırılıb.
Vurğulanıb ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu qorumaq lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət və qazanılan uğurlar müstəqilliyimizi daha da möhkəmləndirir.
Sonda Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən sənədli filmə baxıb.

Xəbərlər şöbəsi

Çətindir… Çox çətindir. Dəyərli insanlar dünyalarını dəyişəndən sonra onlar haqqında söz söyləmək, ələ qələm almaq çox çətindir. Üstəgəl ki, mövzunun qəhrəmanı sənə dərs deyən dəyərli müəllimin ola. Dəyərli ziyalı, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov da aramızdan ayrıldı. Bu acı xəbəri eşidəndə düz 13 il bundan əvvələ qayıtdım. Ali məktəbdə ilk dərs günü auditoriyaya daxil olan Elbəyi müəllimin mühazirəsi hamımızı ovsunladı. Doxsan dəqiqəlik mühazirədə ondan çoxlu şeir nümunələri eşitdik. Bu şeirlərin hamısı mövzunun izahı ilə bağlı idi. Dərsin sonunda: “Müəllim, bu şeirləri kim yazıb?” sualımız cavabsız qaldı. Sonradan öyrəndik ki, şeirlərin müəllifi də müəllimimizin özüdür…
Ana dili elminin qrammatikasını poetik dillə təsvir və tərənnüm edən Elbəyi müəllim elmə olan sevgisi, alim hünəri, ləyaqətli vətəndaş olması ilə müəllim və tələbələr arasında böyük hörmətə sahib idi. Dost kimi sədaqətinə, insan kimi kamilliyinə, alicənablığına, vətəndaş kimi xalqına, torpağına bağlı bir ziyalı kimi “kiçikdən böyüyə” hamı ona hörmət edirdi. Onu yaxından tanıyanlar bilirlər ki, o, dəyərli insan olduğu qədər də pak biri idi. Ona görə də onun bir pedaqoq kimi təbliğ etdiyi mənəvi keyfiyyətləri müəlliminin öz davranışında və fəliyyətində görən tələbələrin bir insana qarşı rəğbəti birə-beş artır və onun hörmətini ucadan­-uca tuturdular.

Ardını oxu...

Bahar fəsillərin ən gözəlidir. Təbiətin nazlı qızı bahar Naxçıvanı yenə də al-əlvan rənglərə bürüyüb, yaşayış məntəqələrimizə ecazkar çalarlar qatıb. Belə yaşayış məntəqələrimizdən biri də Babək rayonunun Güznüt kəndidir. May ayının günəşli günlərinin birində bizim də yolumuz buraya düşdü. Elə ilk təəssüratımız əkin sahələrində insanların çalışmasından, axarlı-baxarlı həyətlərdən, geniş və abad küçələrdən, müasir inzibati binalardan yarandı.

Bu yaşayış məntəqəsi haqqında ilk olaraq onu qeyd edək ki, Naxçıvan dialektində “güznüt” sözü “payız əkini üçün ayrılan yer” mənasını bildirir. AMEA-nın müxbir üzvü, mərhum dilçi-alim Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında kəndin tarixi haqqında yazılır ki, bu yaşayış yeri 1727-ci ildə “Güznüd məzrəsi” (Əlincə nahiyəsi) adı ilə qeydə alınıb. Babək rayonunun qədim kəndlərindən sayılan Güznütün hazırda 1800-ə yaxın sakini var. Onların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Bu gün Güznüt kəndi müasir görünüşü ilə buraya yolu düşən hər kəsin diqqətini çəkir. Belə ki, son illərdə muxtar respublikada aparılan genişmiqyaslı abadlıq-­quruculuq işlərindən Güznütün sakinləri də bəhrələniblər. 2014-cü ildə müasir tələblərə cavab verən kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün binalar tikilib, orta məktəb binası əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə kənddaxili yollar genişləndirilib, asfalt örtük salınıb. Kənddəki bütün evlər mavi yanacaqla təmin edilib, fasiləsiz elektrik enerjisinin verilməsi üçün transformatorlar quraşdırılıb, yararsız elektrik dirəkləri yeniləri ilə əvəzlənib.

Ardını oxu...

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Türkiyənin Qars şəhərindəki ­Qafqaz Universitetində yubiley mərasimi keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq müxtəlif dövlət orqanlarında çalışan kollektivlər muzey ziyarətlərini davam etdirirlər.
Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Duz Muzeyində olublar. Məlumat verilib ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş etdirilir. Eyni zamanda ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti cənab İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.

Ardını oxu...

Respublika fənn olimpiadalarının qalibi olan Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinə və qaliblərin müəllimlərinə Əlahiddə Ümumqoşun Ordu komandanı tərəfindən mükafatlar təqdim edilib.

Mükafatlandırma mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan tədbirdə liseyin rəisi, general-mayor Elman Orucov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov çıxış edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlərdən hər iki təhsil ocağına xüsusi pay düşdüyünü bildiriblər. Qeyd edilib ki, diqqət və qayğının nəticəsində kursant və şagirdlərimiz fənn olimpiadalarında sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr qazanırlar.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoyub, iqtisadi potensial inkişaf etdirilib, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilib, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılıb. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib, bu sahədə kompleks islahatlar həyata keçirilib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən də təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 100 illiyi respublikamızda geniş şəkildə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxəsrlik tariximizdə mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi məsələlərini diqqət mərkəzində saxlayırdı. Təsadüfi deyil ki, hökumət hələ Gəncədə fəaliyyət göstərərkən 1918-ci il 30 iyun tarixli qərarla Xalq Maarifi Nazirliyinin ştat tərkibi təsdiqlənmişdi. Nazirliyin səlahiyyətinə xalq maarifinə aid qanun layihələri hazırlamaq, ölkədə maarifin və elmin inkişafı üzrə tədbirlər planı müəyyənləşdirmək, ümumiyyətlə, təhsillə bağlı məsələlərin icrası daxil idi. Nazirliyin nəzdində ali və orta ixtisas, xalq və peşə təhsilləri işləri üzrə üç şöbə yaradılmışdı. Gənc respublikada milli təhsil quruculuğu istiqamətində nazirlik tərəfindən sistemli, ardıcıl tədbirlər həyata keçirilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dili dövlət dili elan edildi. Buna uyğun olaraq məktəblərdə tədrisin Azərbaycan dilində aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarı bir vəzifə olaraq qarşıya qoyurdu ki, bütün ibtidai məktəblərdə təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Tədrisi dövlət dilində olmayan məktəblərin yuxarı siniflərində Azərbaycan dili həftədə 4 saatdan az olmamaqla məcburi fənn kimi tədris edilirdi. Azərbaycan hökuməti ölkədə yaşayan digər xalqların övladlarının öz dillərində təhsil almasına da müvafiq şərait yaradırdı.

Ardını oxu...

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il 16 may tarixdə Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli başqa bir Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Bir əsr bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlərboyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Müsəlman Şərqində, türk aləmində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi.
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunlar yekun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
1918-ci ilin yanvarında Sovet hökuməti Rusiya Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respublikanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və Seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi. Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. İstiqlaliyyət Bəyannaməsinin verildiyi elə həmin gündə Milli Şuranın tapşırığı, Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi. Azərbaycan Milli hökuməti 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsini bağladı. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçilən növbəti interaktiv dərsdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib. Dərs Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq təşkil edilmişdi.
Bölmənin sədri, ­akademik İsmayıl Hacıyev dərsdə Azərbaycan xalqının 1918-ci il may ayının 28-də gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaratdığı, türk-­müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan geniş danışıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının iştirakı ilə keçirilən konfransdan öncə bu münasibətlə təşkil edilmiş sərgiyə baxış olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Rektor tarixi gün münasibətilə konfrans iştirakçılarını təbrik edib.
“Cümhuriyyətə işıq saçan qadınlar” mövzusunda məruzə edən Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova qeyd edib ki, cümhuriyyət dövrünün ziyalı qadınları, əsasən, mədəni-maarif, sosial, ictimai sahədə fəaliyyət göstəriblər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımların dövrün kişilərindən geri qalmadığını önə çəkən məruzəçi buna cümhuriyyət hakimiyyətinin qadın hüquqları istiqamətində apardığı düzgün siyasət nəticəsində nail olunduğunu vurğulayıb.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ardıcıl ekoloji tədbirlər bu gün dünya miqyasında nümunə kimi götürülür. Yeni yaşıllıq zolaqlarının və meşələrin salınması, təbiətin mühafizəsi, flora və fauna ehtiyatlarının qorunması, ova qadağanın tətbiqi, aparılan ardıcıl maarifləndirmə işləri nəticəsində insanların təbiətə doğma münasibətinin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə muxtar respublikamızda bu sahədə əldə edilən uğurlu nəticələrin tərkib hissəsi kimi dəyərləndirilir.
Ötən günlərdə “Real” televiziyasının “Ekskluziv” proqramının qonağı olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev muxtar respublikada bu sahədə görülən işləri ölkəmiz üçün model adlandırıb və əldə edilən müsbət təcrübənin ümumi Azərbaycan miqyasında yayılmasının vacib­liyini vurğulayıb.
Nazirin müsahibəsinin Naxçıvana aid hissəsi “Ölkə üçün təbii Naxçıvan modeli” başlığı ilə təqdim edilib. Əməkdar jurnalist Mirşahin Ağayevin suallarını cavablandıran Muxtar Babayev deyib: “Müqayisə etsək, görərik ki, Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunmasına, yaşıl­lıqların salınmasına çox böyük diqqət göstərilir. Orada insanlar hər bir ağaca sevgi və məhəbbətlə yanaşır, ona qayğı göstərir. Yaşıllıqların qorunması üçün hərtərəfli tədbirlər görülüb. Ən əsası isə, qeyd etdiyim kimi, uşaqlar da, böyüklər də yaşıllıqların salınmasına çox böyük diqqət yetirir. Onu da qeyd etmək yerinə düşərdi ki, Naxçıvanda münbit torpaq çox azdır. Bu mənada, orada belə bir yaşıllıqların salınması və qorunması çətin bir prosesdir”.
Nazir Azərbaycanda ekoloji vəziyyət, təbii sərvətlərdən istifadə, yaşıllıqların qorunması, bu sahədə cərimələrin tətbiqi, ekoturizmin inkişafı və qarşıdakı dövr ərzində görüləcək işlər barədə danışarkən bir daha Naxçıvan Muxtar Respublikasına bu günlərdə etdiyi səfəri xatırladıb və Naxçıvanda bu sahədə görülən işləri yüksək dəyərləndirib. O deyib: “Naxçıvanda istər qoruqlarda, istər milli parklarda, istərsə də digər ərazilərdə biomüxtəlifliyin qorunması, ekoturizmin inkişaf etdirilməsi yüksək səviyyədə təşkil olunub. Mən Naxçıvana səfərdə real olaraq hiss etdim ki, bizim xalqımız təbiəti sevən, təbiətə qiymət verən bir xalqdır. Naxçıvanda biz bunu gördük, hiss etdik və həm də fəxr etdik ki, bizdə – Azərbaycanın gözəl bir guşəsi olan bu qədim diyarda təbiətə israfçılıq prizmasından baxılması demək olar ki, yoxdur. Ona görə ki, həm böyük təbliğat işləri aparılır, həm də tələbkarlıq var”.
Nazir Muxtar Babayev çıxışının sonunda Naxçıvanda əldə edilən müsbət təcrübənin ümumrespublika miqyasında yayılmasının vacibliyini vurğulayıb. “Azərbaycanın digər bölgələrində təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların salınması, bu sahələrdə tarazlığın qorunması və digər bu kimi məsələlərdə Naxçıvan təcrübəsini tətbiq etməyə çalışacağıq”, – deyə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib.

“NUHÇIXAN” İnformasiya Agentliyi

Bu gün hər birimiz iftixar hissi ilə deyirik: “Bura Naxçıvandır!” Hər daşı-qayası min bir tarix danışan, qoynunda əzəmətli yadigarlara böyük sədaqətlə qucaq açan, nura, yaraşığa, güllük-gülüstana qərq olan doğma şəhərimiz – qürur, iftixar yerimiz! Qədim diyarımızın milli zənginliyindən xəbər verən, hər biri bir memarlıq incisi olan tarixi abidələr, muzeylər, yeni tikilən modern səhiyyə, təhsil mədəniyyət ocaqları şəhərimizin mənzərəsinə gözəllik, müasirlik, yenilik bəxş edir. Ələlxüsus da, küçə və parklarda, prospekt və meydanlarda məxsusi elementlərdən, o cümlədən ağaclar, bəzək kolları və müxtəlif gül-çiçəklərdən yüksək zövqlə istifadə olunması bu qədim şəhəri sehrli bir nağıl dünyasına çevirib.
Şəhərimizdə son illərdə, sözün əsl mənasında, yaşıllıqlar sürətlə genişlənməkdə, bir-birindən gözəl istirahət, əyləncə parklarının və xiyabanların sayı artmaqdadır. Bu gün abad şəhərin yaraşığı olan yaşıllıqlar, kölgəsində sərinlədiyimiz əzəmətli ağaclar, parklarda, xiyabanlarda gözoxşayan təmizlik və abadlıq şəhərin səliqə-sahmanına, gözəlliyinə sığal çəkən əllərin bəhrəsidir. Bu abad diyarda şəhər sakinlərinin hər mövsümdə, xüsusilə də yaz-yay mövsümlərində mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Cümhuriyyətimiz – qürur mənbəyimiz

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk-müsəlman dünyasının ilk müstəqil demokratik respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə XX əsr dünya siyasi arenasına səs saldı. Ümummilli liderimiz Heydər Əliyev cümhuriyyət tarixini “İstiqlaliyyətimizin sübhü” adlandırırdı. Artıq bizləri o sübhdən 100 illik bir zaman fasiləsi ayırır. Ötən 100 ildə o istiqlalın canımıza, qanımıza hopan şirinliyi bizi mübarizəyə səsləyib, xalqımıza yenidən müstəqillik bəxş edib.
“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəin­ki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu böyük tarixi hadisəni qeyd etmək üçün “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncam imzalayıb. Həmçinin 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən bu yubiley diyarımızda da silsilə tədbirlərlə qeyd olunur.

Ardını oxu...

Naxçıvan sürətli inkişaf yolundadır

Minilliklərə söykənən tarixə və dövlətçilik ənənələrinə, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan keşməkeşli və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycanın dövlətçilik tarixinə layiqli töhfələr vermiş hər bir yurdumuz kimi, Naxçıvanın da öz yeri var. Bu qədim Azərbaycan diyarı ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb.

14-cü səfər

Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır günlərini yaşayan, blokada şəraitində olan Naxçıvan məhz Heydər Əliyevin sayəsində bütün təhlükələrdən xilas oldu, düşmən qarşısında mətanətlə dayandı. Vaxtilə ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Çünki ilk dəfə olaraq məhz ulu öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi, Yeni Azərbaycan Partiyasının yaradılması bu qədim diyarın müstəqilliyimizə və dövlətçiliyimizə layiqli töhfəsidir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təşkilat sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, bu il müsəlman Şərqində ilk demokratik və parlamentli respublikanın yaranmasının 100-cü ildönümünün qeyd olunması dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
Qeyd olunub ki, Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycan xalqının milli və mənəvi, mədəni yüksəlişi mərhələsinin və həmin dövrdə gedən proseslərin məntiqi nəticəsi kimi yaranıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.
Vurğulanıb ki, XX yüz­illikdə artıq ikinci dəfə müstəqillik qazandıq. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gedən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, milli dövlətçilik quruculuğu siyasətini uğurla həyata keçirdi.
Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə aparılan təhsil islahatları haqqında danışıb.
Sonra məktəblilərin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib, “Əbədi ezamiyyət” sənədli filminə baxılıb.

Xəbərlər şöbəsi

Mayın 22-də Bakı şəhərindəki “Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı ­fotosərgisi açılıb.
Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş ­videoçarxa baxıblar.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı tərəfindən təşkil olunan tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “Müasir, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda çıxış edib. Çıxışda tariximizin parlaq səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, süquta uğraması səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində yaxın keçmişimizdə görülən işlərdən bəhs edilib.
Qeyd olunub ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin kökləri qədim, müstəqilliyə gedən yol isə çox çətin və keşməkeşli olub. Təcrübə göstərir ki, bu istəyə çatmaq üçün, ilk növbədə, xalqın məqsəd birliyi, daha sonra isə münbit ictimai-siyasi şərait mövcud olmalı idi. Nəhayət, ötən əsrin əvvəllərində belə bir imkan yarandı və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul olundu. 24 səslə qəbul edilən qərar və 6 bənddən ibarət İstiqlal Bəyannaməsi müstəqil Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı qəbul olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdud­ları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının ­suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bəyannamənin qəbulu ilə Azərbaycan siyasi-hüquqi və mənəvi-psixoloji statusa qədəm qoydu.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri və rolu” mövzusunda keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. ­ XX əsrdə xalqımız bu böyük sərvəti – dövlət müstəqilliyini iki dəfə qazanıb: birinci dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, ikinci dəfə isə 1991-ci ildə müstəqil Azərbaycan Respublikası kimi. Tarixi ictimai-siyasi səbəblər üzündən cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətini qoruyub saxlamaq həmin dövrdə mümkün olmayıb. Əsrin sonunda yenidən öz dövlət müstəqilliyini elan edən Azərbaycan özünü 1918-1920-ci illərdə mövcud olmuş cümhuriyyətin varisi hesab edərək müstəqil dövlət kimi tarixdə özünə yer qazanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında son 15 ildə ÜDM istehsalı 10 dəfə artıb 

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin ­rəhbərliyi ilə sürətlə inkişaf etməyə başladı. Bu inkişaf bölgələrin simasını dəyişdi, potensialını hərəkətə gətirdi. Ölkəmizin digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da nəhəng sosial-iqtisadi layihələr həyata keçirildi. Bunun nəticəsidir ki, hazır­da muxtar respublikada istər sənaye, istərsə də kənd təsərrüfatı məhsullarının istehsalı artır, əhalinin sosial müdafiəsi güclənir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Naxçıvana göstərdiyi misilsiz qayğını davam etdirir. Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına cari ayın 16-dakı səfəri də bu qayğının təzahürüdür. Prezident səfər zamanı “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılış mərasimində iştirak etdi. Bildirildi ki, tikintisinə 2012-ci ildə başlanmış layihəyə əsasən Şərur şəhəri, Mahmudkənd kəndi və Zeyvə kəndinin bir hissəsində su şəbəkəsi, Şərur şəhərində kanalizasiya şəbəkəsi qurulub. Layihə çərçivəsində rayon əhalisinin su təminatını yaxşılaşdırmaq məqsədilə Arpaçay subölücü­sündə gölün dibindən 6 metr dərinlikdə qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litrdir. Çaydan çəkilən kəmər vasitəsilə gələn su dezinfeksiya edilərək su anbarlarına yığılır və öz axını ilə fasiləsiz ötürülür. Ümumiyyətlə, layihənin bölgə üçün böyük əhəmiyyəti var. Belə ki, birinci mərhələdə işlər başa çatdıqdan sonra adları çəkilən ərazilərdə 13,5 min nəfər 24 saat ərzində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilir.

Ardını oxu...

Xatırlatma

Ötən əsrin 90-cı illərinin sərt sazağı Naxçıvanın təbiəti kimi insanlarının da sabaha olan ümidlərini dondurmuşdu. Dağa-daşa, buz bağlayan çaylara belə, lal sükut hakim kəsilmişdi.
Ermənistan tərəfindən real işğal təhlükəsi, aclıq, çörəksizlik, dərin iqtisadi böhran həyatı iflic etmişdi. Ən pisi də o idi ki, həmişə sonda ölən ümidlər öz yerini ümidsizliyə verirdi. Qırılıb kömür peçlərində yandırılan ağacların da gücü ürəklərimizi isitməyə çatmırdı. Bir də o dövrdən yaddaşımızda xıs verə-verə yanan neft lampaları qalıb. Ölkəmiz dünyanın neft səltənəti olsa da, Naxçıvan qonşu ölkələrdən zor-bəla ilə gətirilən bir qırıq neftin ümidinə qalmışdı.
Xəfif və nigaran-nigaran közərən neft ­lampalarının…

Təəssürat

Naxçıvana mayın 16-da 14-cü səfərini edən Prezident İlham Əliyev 25 il əvvəlki yaxın tarixi vərəqləyir: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır”.

Ardını oxu...

İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, qarşıya qoyulan strateji hədəfləri uğurla reallaşdıran, Naxçıvan Muxtar Respublikasının tarixinə mayın 16-sı daha bir əlamətdar hadisə kimi yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfərə gəldi. Ölkə rəhbərinin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etməsi Naxçıvanın sürətli sosial-iqtisadi yüksəlişinin bariz nümunəsidir. Azərbaycan Prezidenti qədim diyarımızda müxtəlif sahələr üzrə həyata keçirilən kompleks quruculuq tədbirlərini növbəti səfərində də  yüksək qiymətləndirdi. Muxtar respublikanın tanınmış ictimaiyyət nümayəndələri dövlət başçısının Naxçıvana səfərinin xoş təəssüratlarını bizimlə bölüşdülər.

İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – Ölkə başçısının Naxçıvana hər səfəri muxtar respublikamızın daha da inkişafına əsaslı təsir edir, görülmüş işlər təqdir olunur, yüksək qiymətləndirilir, görüləcək işlərə stimul verilir, əlavə vəsaitlər yönəldilir.
Müstəqilliyin ölkəmiz üçün yaratdığı imkanlardan məqsədyönlü şəkildə istifadə olunması, düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dünyada rolunu və nüfuzunu artırıb. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və bu kursu qətiyyətlə həyata keçirən Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasını Cənubi Qafqazın lider dövlətinə çevirib. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı iki dövlət proqramı uğurla və ən yüksək səviyyədə yerinə yetirilib, üçüncü proqramın icrası isə artıq yekunlaşmaq üzrədir.
Respublikamızın dinamik və hərtərəfli inkişafında Naxçıvan Muxtar Respublikasının öz yeri və rolu vardır. Ötən illər ərzində qədim diyarımızda çox böyük nailiyyətlər əldə olunub. Dövlət başçısı cənab İlham Əliyev hər səfərində burada görülən işlərin yüksək məhəbbət və zövqlə yerinə yetirildiyini qeyd edib. Həmin səfərləri zamanı ölkə rəhbərinin çıxışlarından sitatlara nəzər salaq: “Blokada şəraitində yaşayan Naxçıvan böyük addımlarla irəliləyir. Çox sevinirəm ki, bu qədim diyar belə sürətlə inkişaf edir”, “Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan, sözün əsl mənasında, inamla və uğurla inkişaf edir”, “Burada hər bir sahədə gözəl inkişaf vardır. Naxçıvan şəhəri gözəlləşir, yaşıllaşır, abadlaşır. Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar”, “Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”, “Naxçıvan çiçəklənən bir diyardır”. Bütün bunlar muxtar respublikada görülən işlərə Prezident cənab İlham Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda verilən yüksək qiymətdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, dünyanın aparıcı telekanallarından olan “Euronews” Naxçıvanın tarixi-­mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb, Möminə xatın türbəsi, Haçadağla bağlı reportajların ardınca telekanalın rusdilli versiyasının saytında Duzdağ barədə “Azərbaycan açıqcaları – Duzdağ dağının sirri” başlıqlı videoreportaj da yerləşdirilib.

Ardını oxu...

Prezidentin qayğısı muxtar respublikanın hərtərəfli yüksəlişinin əsas zəminidir

“...Yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq”.
Mayın 16-da Prezident kimi 14-cü dəfə Naxçıvana səfər edən cənab İlham Əliyev Müəllimlər İnstitutunun yeni binasının açılışında çox da uzaq olmayan zaman kəsiyini xatırlayaraq muxtar respublikanın keçmişi ilə bu günü arasında müqayisə apardı. Təxminən 26-27 il öncə Naxçıvanın yaşadığı çətin və ağrılı günlərlə bugünkü durumunu dəyərləndirən dövlət başçısının fikirləri hər kəsi qürurlandırdı. Çünki bir zamanlar şam, lampa işığına möhtac olan Naxçıvanda bu gün istehsal edilən elektrik enerjisi nəinki özünə bəs edəcək qədərdir, hətta ixracına da imkanı çatır.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan ağır illərdən şərəflə çıxa bilib

Muxtar respublikanın uğurlu inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərib. Prezident səfərində vurğuladı ki, 1990-cı illərin əvvəllərində ulu öndər çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilib: “Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar ulu ­öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə, Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilmişdir”.

Ardını oxu...

Mayın 19-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin ­müdiri Ülvi Hüseynli muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətləri barədə çıxış edərək demişdir ki, dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətləri üçün lazımi şərait yaradılmış, əməkdaşlar iş otaqları, avadanlıqlar və sürətli internetlə təmin olunmuşlar. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları istifadəyə verilmişdir ki, bu da işin daha səmərəli təşkilinə imkan yaradır. Lakin bəzi mətbuat xidmətləri fəaliyyətlərini yaradılan şəraitə uyğun qura bilməmiş, mərkəzi icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində informasiya-məlumatlandırma işini lazımi səviyyədə təşkil etməmişlər. Hazırda muxtar respublikanın 32 mərkəzi icra hakimiyyəti orqanında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsi vardır. Onlardan 11-də – Nazirlər Kabinetində, Daxili İşlər Nazirliyində, Vergilər Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Nəqliyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyində, Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Dövlət Energetika Xidmətində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında və “Naxçıvanqaz” İstehsalat Birliyində mətbuat xidmətləri vəzifələri vakantdır.

Ardını oxu...

Muxtar respublika sakinlərinin vətəndaşlıq borcuna çevrilən iməciliklər hesabına diyarımızda yaşıllıq sahələrinin həcmi dəfələrlə artırılıb, bu tədbirlərdə xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər həftənin şənbə günləri davam etdirilən iməciliklərdə salınmış yaşıllıqlara qulluq edilir, müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir.
Mayın 19-da keçirilən növbəti şənbə iməciliklərində də əvvəlki dövrlərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb. Belə ki, Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının aşağı hissəsində, həmçinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunda Kürkənddə yaşıl­lıq ərazilərində, həmçinin kənd qəbiristanlığında ağaclara aqrotexniki qulluq göstərilib, suvarma və ağartma işləri aparılıb.
Babəklilər Naxçıvan-Şahbuz magistral yolunun sağ və sol hissələrindəki yaşıllıqlarda ağacların diblərini alaq otlarından təmizləyib, ağartma işləri görüblər.

Ardını oxu...

Regionların tarazlı və dinamik inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Elə buna görə də ötən 15 il ərzində mühüm dövlət proqramlarının icrası nəticəsində sosial-iqtisadi sahələrdə ciddi dönüşə nail olunub, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi sayəsində insanların həyat şəraiti və rifahı yüksəlib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin müddətdə regional inkişaf proqramları çərçivəsində Azərbaycanda yaradılan 1,9 milyon yeni iş yerinin 72 faizi re­gionların payına düşüb. Bu dövr ərzində 52,6 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilib, ümumilikdə isə regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə çatıb. 2826 məktəbdə və 300-dən çox məktəbəqədər təhsil, habelə 451 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bunlarla bərabər, 38 Olimpiya-İdman Kompleksi inşa olunub, 11 min kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti işləri aparılıb, 366 körpü və tunel tikilib, yaxud təmir edilib. Mehmanxana və mehmanxanatipli müəssisələrin sayı 96-dan 550-yə çatıb ki, bunun da 400-ü regionlarda yerləşir.

Ardını oxu...

Mayın 12-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, həmin dövrdə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqlarının tanınmasından, qadınlara seçki hüququnun verilməsindən və digər tədbirlərdən bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi geniş qeyd edilir.
Baş konsul ötən əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqillik qazandığını və bu zaman üzləşdiyi çətinlikləri diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd etmişdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində o, muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub, tarixi abidələri ziyarət edib. İsveçli diplomatın Naxçıvan Dövlət Universiteti tələbələri üçün oxuduğu mühazirə böyük maraqla qarşılanıb.
Mayın 18-də İsveçin ölkəmizdəki səfiri İnqrid Tersmanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
“Şərq qapısı” qəzetinə müsahibəsində qonaq Naxçıvanla bağlı təəssüratları barədə danışıb:
– Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası və buradakı istehsalat müəssisələri ilə tanış olmaqdır. Muxtar respublikada bir sıra görüşlər keçirdim, təhsil və mədəniyyət müəssisələrində oldum. Naxçıvanda olarkən bu qədim diyarın iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olduğuna şahidlik etdim. Muxtar respublikanın gələcəkdə də bu nailiyyətləri davam etdirməsi üçün güclü potensialı var.
Hazırda İsveç hökumətinin Azərbaycan vətəndaşları olan tələbələr üçün təqaüd proqramı həyata keçirilir. Bu təqaüd proqramından naxçıvanlı tələbələr də yararlanıb İsveçdə təhsil ala bilərlər.
Onu da qeyd edim ki, Naxçıvan Muxtar Respublikası ilə İsveç arasında mədəniyyət sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcək və gələcəkdə ola bilər ki, teatr, musiqi və film nümayişi sahəsində birgə layihələr reallaşdırılsın.
Müsahibənin sonunda muxtar respublikanın çox gözəl təbiəti, gülərüz və qonaqpərvər insanları olduğunu vurğulayan İnqrid Tersman qədim diyarın böyük turizm potensialına malik olduğunu qeyd etdi.

Tural AĞAYEV

XX əsrin bəşəriyyət üçün sürprizlər sandığından bir-bir çıxardığı çox möcüzələrin şahidi olmuşuq. Fantastik xəyalların gerçəkliyə çevrilməsi yaşadığımız dövrün ən nəzərəçarpan əlaməti kimi özünü təsdiq etməkdədir. Dünyada bəzən elə kəşflər olur ki, onların müəllifləri həmin dövr üçün öz tapıntılarının mahiyyətini və miqyasını doğru-dürüst dəyərləndirə bilmirlər.

Yazının ixtirası, kağızın kəşfi, kitab çapının meydana çıxması bəşər tarixində yeni inqilabların təməli, bünövrə daşıdır. Daşlardan perqamentə, papirusdan kağıza və kitaba qədər təkamül edən informasiya daşı­yıcısının ilkin vasitələri bizi qəzetdən radioya, televiziyadan internetə qədər gətirib çıxardı. Radio bir möcüzə kimi meydana gəldi, bəşər övladı XX əsrin ortalarınadək – tele­viziya meydana çıxana qədər onu çox əzizlədi. Gizli rəqabət nəticəsində televiziyanın sürətlə inkişaf edərək sayı milyardı ötən tamaşaçı auditoriyasını ələ keçirməsi çox da uzun zaman almadı. Ağ-qara televizorlardan başlayaraq bugünkü rəngli və yüksək yayım keyfiyyətli televizorlara qədər keçən təkamülə şahidlik edənlərin sayı çoxdur.

Ardını oxu...

Mayın 1-dən 15-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib.
Müsabiqəyə çıxarılan 294 vakant vəzifənin tutulması üçün 395 namizəd sənəd təqdim edib, onlardan 370-i test imtahanında iştirak edib. Test imtahanlarında keçid balını toplayan 136 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlikləri, Televiziya və Radio Şurası, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi üstünlük təşkil edib.
İmtahanlar başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Hər imtahanda qanunvericilik üzrə 40, informasiya texnologiyaları üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə ­videoçəkilişlər aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Nəticələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Qanunvericiliyə uyğun olaraq müsahibə mərhələsi üçün sənədlərin qəbulu 30 gün ərzində davam ­edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında qazanılan uğurlar qədim diyarımızda çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasını, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, elmin, mədəniyyətin dinamik inkişafını təmin edib. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində görülən bütün işlərin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi tərəqqisinin bariz nümunəsidir. Bu mənada, mayın 16-da dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri əlamətdar hadisələrlə yadda qaldı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində muxtar respublikanın vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il fevral ayının 19-da elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqəyə 25 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 28 namizəd sənəd təqdim edib. Test imtahanında keçid balını toplamış 7 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verildikdən sonra ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və nəticəyə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) ­yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Mayın 17-də İran İslam Respublikasının müdafiə nazirinin müavini Mehdi Kərbəlayinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ­səfərdə olub.
Əvvəlcə nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar Naxçıvan Biznes Mərkəzi ilə də tanış olublar. Burada qonaqlara məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən mərkəz muxtar respublikada biznesin inkişaf etdirilməsi, sahibkar­lar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsinə xidmət edən mühüm məkandır.
Bildirilib ki, 1995-ci ildən başlayaraq muxtar respublikada 12 min­dən çox sosial infrastruktur obyekti, 900-dən çox istehsal və xidmət sahəsi istifadəyə verilib. Yaradılmış şərait nəticəsində bu gün muxtar respublikada 372 növdə məhsulun istehsalına nail olunub, 344 növ məhsul hesabına daxili tələbat ­ödənilməkdədir.
Qeyd olunub ki, hazırda muxtar respublikada istehsal olunan ixracpotensiallı yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları Türkiyə, İran, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan, Çin, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və İraqa ixrac edilir.

Ardını oxu...

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agent­liyinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək deyib ki, ötən 25 illik zaman kəsiyi bir neçə özünəməxsus cəhətləri ilə səciyyəvi olsa da, bu dövrün ən böyük uğurlarından biri də ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, mediaya qayğı siyasətinin uğurla davam etdirilməsidir. Bunun bariz nümunələrindən biri də Naxçıvan televiziyası və radiosu, eləcə də bu inkişafın məntiqi davamı kimi meydana çıxan “Nuhçıxan” İnformasiya Agentliyidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə teleradio əsl inkişaf dövrünü yaşayır. Mərhələ-mərhələ hərtərəfli şəraitlə təmin olunan Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, montaj və kompüter dəstləri alınıb, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

  May ayının 29-dan 31-dək Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan ilə Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimi keçiriləcək. Təlimə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

May ayının 10-da Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən bayraq təhvil verildikdən sonra bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi Sədərək ­sərhəd­-keçid məntəqəsinə doğru hərəkət edib.
May ayının 13-də “Ümid” körpüsündə Azərbaycan-Türkiyə Dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Bayraqdəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.

Nəriman NƏCƏFOV

Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimində çıxış edən alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Mərasimdə çıxış edən baş leytenant Nicat Seyidzadə, əsgər Əhməd Əhmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, valideyn Cabbar Əliyev gənc əsgərləri təbrik ediblər. Mərasimdə Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışılıb. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin əhəmiyyətini vurğulayıb.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Xəbərlər şöbəsi

Azərbaycan dövlətinin memarı, qurucusu, xilaskarı və əbədiyaşar lideri, milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti, Onun Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında qədim Azərbaycan torpağı Naxçıvana bağlılığı, tükənməz məhəbbəti və ardıcıl qayğısı gələcək nəsillər üçün örnəkdir. 1990-1993-cü illərdə Naxçıvanda yaşayan, Ali Məclisin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət bu diyarı təkcə təhlükələrdən xilas etmədi, həm də siyasi məktəbinin layiqli məzunlarını yetişdirdi, onlara böyük əhəmiyyətə malik gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasını ərməğan etdi. Məhz bunun nəticəsində hazırda Naxçıvan Muxtar Respublikası tərəqqi dövrünü yaşayır. 

Ardını oxu...

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində müsabiqə yolu ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qulluğa yeni qəbul olunan gənc əməkdaşların andiçmə mərasimi olub.
Gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza və digər qanunlara ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb. Xidmət rəisi qurumun fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər və perspektiv planlar haqqında danışıb, gənc əməkdaşların qarşısında duran vəzifələrdən söhbət açıb.
Şahin Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətində yüksək səviyyəli iş şəraitinin yaradıldığını, xidmət aparılması üçün müasir və şəffaf sistemin formalaşdırıldığını, yaradılan imkanların müqabilində əməkdaşlardan səmərəli fəaliyyət tələb olunduğunu deyib, miqrasiya orqanları əməkdaşlarının üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib. O qeyd edib ki, xidmətdə şəffaflıq, operativlik, nəzakətlilik və məsuliyyət prinsipləri əsas prioritetdir.
Sonra xidmətin gənc əməkdaşları Dövlət Bayrağı Muzeyindəki eksponatlarla tanış olublar.
Xatırladaq ki, bu il fevralın 20-22-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı, aprel ayının 16-18-də isə müsahibə mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçıları olmuş
tanınmış şahmatçılar bu fikirdədirlər 

Xəbər verdiyimiz kimi, mayın 1-i 10-u arası Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı keçirilib. Festivalda 15 ölkədən 300-dən çox şahmatçı birincilik uğrunda mübarizə aparıb. Onlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Müsahiblərimiz bizimlə öz təəssüratlarını bölüşdülər.
Nicat Məmmədov – “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının “A” qrupunun qalibi, beynəlxalq qrossmeyster, Azərbaycan: – Festival yüksək səviyyədə təşkil olunmuşdu. Hər şey mükəmməl idi. Yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Uzun müddət idi ki, Naxçıvana gəlmə­mişdim. Bu dəfə burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Buranın təmiz havası, sakitliyi, şəhərdəki parklar və yaşıllıqlar insanda xoş təəssürat yaradır. Muxtar respublikanın paytaxtında çoxsaylı idman obyektləri fəaliyyət göstərir. Onlar arasında Şahmat Mərkəzi mənim diqqətimi xüsusilə cəlb etdi. Bu mənada, Naxçıvan şahmatçılar üçün ideal məkandır.
Keçirdiyim bütün oyunlar mürəkkəb idi, çünki “A” qrupunda, demək olar ki, zəif oyunçu yox idi. Ağ fiqurlarla oynadığım oyunlardan fərqli olaraq qara fiqurlarla oynadığım oyunlar çətin keçdi. İsrailli qrossmeyster İlya Smirinə qarşı keçirdiyim oyunun xüsusilə çətin olmasına baxmayaraq, qalib gəlməyi bacardım, bu da mənim liderliyə yüksəlməyimə səbəb oldu. Bu festivalda ilk dəfədir, iştirak edirəm. Təşkilatçılıq yüksək səviyyədə olduğuna görə növbəti festivallarda da öz iradə və bacarığımı sınamağı düşünürəm.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublika gənclərinin “Qurtuluşdan Əlincəqalaya” devizi altında  yürüşü təşkil olunub. Yürüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Əlincəqaladakı Dövlət Bayrağının önündə ümummilli lider ­Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Azərbaycanda gənclər siyasətinin formalaşmasının, gənclərə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsinin əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam­düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Ulu öndərin rəhbərliyi ilə hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan gənc­liyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur.

Ardını oxu...

Şərur rayonu

Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti boyu ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatlar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da silinməz izlər qoyub. Rayon sakinləri ulu öndərin rəhbərliyi ilə 1969-1982-ci və 1993-2003-cü illərdə həyata keçirilən tədbirləri bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar.
Rayon sakinləri ulu öndərin tövsiyələrinə layiqincə əməl edirlər. Hər il istifadəyə verilən yeni infrastrukturlar, sosial-mədəni obyektlər, sənayedə və aqrar sahədə əldə olunan uğurlar bunu təsdiqləyir. Ötən əsrin 90-cı illərinin ortalarından başlanan tərəqqi, yüksəliş bu gün də davam etdirilir. Rayonun 45-dən artıq yaşayış məntəqəsi yeniləşən kəndlər siyahısına daxil edilib.
Ötən il rayonun sosial-iqtisadi həyatının bütün sahələrində müsbət irəliləyişlər müşahidə olunub. İl ərzində tikinti-quruculuq işlərində istifadə olunan investisiyanın həcmi 73 milyon 571,2 min manat təşkil edib, rayonda istehsal olunan sənaye məhsullarının həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 92 milyon 193,3 manata çatdırılıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da müsbət irəliləyişlər qeydə alınıb. Bu sahədən əldə edilən gəlir 140 milyon 477,2 manat olub. Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın 220 ümumtəhsil məktəbi, eyni zamanda ümummilli liderin adını daşıyan Hərbi Lisey arasında canlı bağlantı yaradılaraq “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda interaktiv dərs keçilib.
Dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olub. O illərdə həyatımızın bütün sahələrində misligörünməmiş canlanma baş verib, qısa müddət ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib.

Ardını oxu...

Şərur rayonu

Alman faşizmi üzərində tarixi Qələbənin ildönümü Şərur rayonunda bu il də geniş şəkildə qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Şərur şəhərində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər. 

Şərur Olimpiya-İdman Kompleksində davam etdirilən tədbirdə əvvəlcə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların da göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də fəal iştirak etdiyini faktlarla nəzərə çatdırıb.
Vurğulanıb ki, faşist ordusu 1941-ci il iyun ayının 22-də Sovet İttifaqına qəflətən hücum edib. Bu müharibədə Hitlerin əsas məqsədi qısa müddətdə, daha dəqiqi, 1941-ci il sentyabrın sonunadək Bakını ələ keçirmək, burada çıxarılan və emal olunan nefti alman şirkətlərinin istifadəsinə vermək idi. Lakin onlar bu məqsədlərinə çata bilmədilər. Müharibədə 300 mindən çox azərbaycanlı həlak oldu. Döyüşən orduda iştirak edən ağır hərbi texnika, xüsusilə təyyarələr Bakı nefti ilə işləyirdi. Arxa cəbhədə fədakarlıq göstərən azərbaycanlılar isə ordunu müxtəlif isti paltarlar, ərzaq məhsulları, digər zəruri ləvazimatlarla təmin edirdilər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 222-ci məşğələsi keçirilib. “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusuna həsr olunmuş məşğələni açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışıb, onun milli dövlətçilik konsepsiyasından bəhs edib.
Vurğulanıb ki, ölkəmizin müstəqilliyinin əsasları dahi şəxsiyyətin uzaqgörənliyi sayəsində hələ ötən əsrin 70-ci illərində qoyulub. Məhz həmin dövrdən başlayaraq elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə edilib, Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit olunub, milli kadrların hazırlanması üçün mühüm addımlar atılıb. Ümummilli liderin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini xatırladan rektor cənab İlham Əliyevin növbəti prezident seçkilərində də qalib gəlməsini Heydər Əliyev ideyalarının təntənəsi, xalqın bu ideyalara daim sadiq qalacağını təsdiqləyən amil olduğunu qeyd edib.

Ardını oxu...

Xalqın və ölkənin çətin günlərində öz xilaskarlıq missiyasını yerinə yetirən liderlər adlarını mənsub olduğu xalqın tarixinə əbədi yazırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev yeganə dünya şöhrətli siyasi xadimdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə – 1969-1987, 1990-1993 və 1993-2003-cü illərdə eyni qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır.
1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan, gəncliyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, sovet dövlət təhlükəsizlik orqanlarında çalışmaqla siyasi yetkinlik qazanan, dövlət idarəçiliyi sirlərinə yiyələnən ulu öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-­təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-­varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.
Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi fəaliyyəti tənəzzül içərisində olan Sovet Azərbaycanı üçün dirçəliş dövrü kimi tarixə düşmüşdür. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, bunun nəticəsində Azərbaycanda 250-dən çox yeni sənaye müəssisəsi işə salınmış, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir. Dahi şəxsiyyətin milli kadrların formalaşdırılması istiqamətində apardığı işlər, həyata keçirdiyi məqsədyönlü siyasət xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsasını qoymuşdur. Bu dövrdə elm, təhsil, səhiyyə və mədəniyyətə qayğı da ön planda olmuşdur. Azərbaycanın bugünkü hərbi uğurlarının, milli hərbi kadrların formalaşdırılmasının əsası da ümummilli liderin qeyri-adi cəsarəti, şəxsi təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəbin yaradılması ilə qoyulmuşdur.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirmişdir ki, bu il xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə muxtar respublikamızda müxtəlif tədbirlər keçirilir. “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda keçirilən elmi konfrans da dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə siyasi liderlikdən ümummilli liderliyə gedən yolda misilsiz xidmətlərinə bir daha nəzər salmaq məqsədi daşıyır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov elmi konfransda çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada bir sıra tədbirlər keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamında yeniyetmə və gənclərin hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərə biləcək əsərlər seçilib mütaliə üçün tövsiyə olunmuşdur. Siyahıda qeyd edilən kitablarda yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi, tarixi keçmişə, milli kökə bağlılığının möhkəmləndirilməsi, siyasi dünyagörüşünün yetkinləşməsi, müstəqil dövlət quruculuğu prosesində iştiraka ­hazırlanması, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsi və sair kimi çox mühüm vəzifələr öz əksini tapmışdır. 

Oxunması zəruri olan kitabların siyahısı ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 29 dekabr tarixli “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” ilə başlanır. Biz bu əhatəli, konseptual və möhtəşəm müraciətdə Azərbaycan xalqının keçdiyi inkişaf yolunun elmi şəkildə təhlil olunub siyasi-iqtisadi, ideoloji-mədəni aspektlərdən dəyərləndirilməsini, eradan əvvəlki çağlardan başlayaraq bizim dövrümüzə qədər hər bir tarixi mərhələnin qiymətləndirilməsini, eyni zamanda müstəqil dövlət quruculuğu prosesində qarşıda duran gələcək vəzifələrin dəqiqliklə müəyyənləşdirilməsini görürük. Müraciətlə tanış olan hər bir vətəndaş, sözün əsl mənasında, vətənpərvərlik dərsi alır.
Görkəmli dövlət xadimi Heydər Əliyev həmin müraciətində qədim tarixə malik doğma Azərbaycanımızı bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biri kimi səciyyələndirmişdir: “Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.

Ardını oxu...

Doğma Azərbaycanımızın mərd oğul və qızları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbə qazanılmasında fəal iştirak etmişlər. Xalqımızın mərdliyinin və igidliyinin ifadəsi idi ki, minlərlə azərbaycanlı müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalanlar isə yaşlı kişilər və qadınlar idi. Onlar döyüşə gedənləri əvəz etmək üçün bütün qüvvələri ilə çalışırdılar. Bu da qanlı-qadalı döyüşlərdə vuruşan, qələbə əzmi ilə düşmənə ciddi zərbələr vuran igid eloğullarımıza mənəvi dəstək idi.

Müharibəyə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşən əsgərlərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, müharibədə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşmuş, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilmişdir. Azərbaycandan 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür.

Ardını oxu...

“Naxçıvan” Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Lektoriyanı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət kimi milyonlarla insanın qəlbində əbədi yaşayır.
Lektoriyada AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, ulu öndər tərəfindən müəyyənləşdirilən daxili və xarici siyasət bu gün Onun layiqli ­davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nuray ƏSGƏROVA

Görkəmli rus yazıçısı və dramaturqu Qoqol yazırdı: “Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”. Yəqin ki, hər kəs böyük mütəfəkkirin bu fikirləri ilə razılaşar. Amma bir həqiqət də var ki, gənclik təkcə gələcəyi olduğu üçün yox, etibarlı və sağlam əsaslara malik gələcəyi olduğu üçün xoşbəxt sayıla bilər.
Gələcəyimizi gəncliyə etibar etməklə iş bitmir. Əsas şərt gənclərin qayğısına qalmaq, onlara təhsil vermək, peşə öyrətmək, Vətənə və xalqa yararlı vətəndaş kimi formalaşdırmaqdır. Yalnız bundan sonra onun xoşbəxt gələcəyi haqqında fikir söyləmək olar.
Böyük ingilis şairi Uilyam Şekspir isə gənclik mövzusunda belə bir qənaətə gəlmişdi ki, “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları təhsil və tərbiyədən asılıdır”. XX əsrin əvvəllərində “Füyuzat” jurnalı da gənclik mövzusuna öz səhifələrində geniş yer verərək diqqəti daha çox ona çəkirdi ki, “Zamanın hər parçasını millətinə, Vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR