24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetində “Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri və rolu” mövzusunda keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. ­ XX əsrdə xalqımız bu böyük sərvəti – dövlət müstəqilliyini iki dəfə qazanıb: birinci dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, ikinci dəfə isə 1991-ci ildə müstəqil Azərbaycan Respublikası kimi. Tarixi ictimai-siyasi səbəblər üzündən cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətini qoruyub saxlamaq həmin dövrdə mümkün olmayıb. Əsrin sonunda yenidən öz dövlət müstəqilliyini elan edən Azərbaycan özünü 1918-1920-ci illərdə mövcud olmuş cümhuriyyətin varisi hesab edərək müstəqil dövlət kimi tarixdə özünə yer qazanıb.

Konfransda Ümumi tarix kafedrasının müəllimləri Elçin Zamanovun, İlhami Əliyevin, Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə I kurs magistrantı Qorxmaz Hacızadənin çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbycan dövlətini yaradıb. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacarıb, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülüb. Qürurverici haldır ki, bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutur.
Konfransda vurğulanıb ki, bu gün ümummilli liderimizin yolunu ölkə başçısı İlham Əliyev layiqincə davam etdirir. Ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar muxtar respublikamızda da öz bəhrəsini verməkdədir. Muxtar respublikada atılan məqsədyönlü addımlar nəticəsində doğma diyarımız əsl inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikasının son illərdəki inkişaf tempi Heydər Əliyev ideyalarının gerçəkləşdiyini, onun arzularının həqiqətə çevrildiyini bir daha sübut edir.
Sonda tarixi günü əks etdirən slayd nümayiş olunub.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR