24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçilən növbəti interaktiv dərsdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib. Dərs Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq təşkil edilmişdi.
Bölmənin sədri, ­akademik İsmayıl Hacıyev dərsdə Azərbaycan xalqının 1918-ci il may ayının 28-də gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaratdığı, türk-­müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan geniş danışıb.

İnteraktiv dərsdə cümhuriyyət dövründə milli təhsil sisteminin formalaşdırılmasından, təhsilin ana dilində aparılmasından, ali təhsilli milli kadrların hazırlanması üçün Bakı Dövlət Universitetinin yaradılmasından, xarici ölkələrin qabaqcıl ali məktəblərində oxumaq üçün 100 azərbaycanlı gəncin Türkiyəyə, İngiltərəyə, İtaliyaya, Fransaya, Rusiyaya və başqa ölkələrə göndərilməsindən də bəhs olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyəti ərzində ölkədə insan hüquq və azadlıqlarının, sülh və demokratiyanın təmin olunması, milli dəyərlərimizin təbliği, milli mədəniyyətimizin inkişafı, tarixi yer adlarımızın bərpası kimi mühüm işlər görülüb.
Müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirən İsmayıl Hacıyev ilk müstəqil dövlətimizin tarixinin öyrənilməsi və xalqımızın bununla bağlı məlumatlandırılması sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident cənab İlham Əliyevin bu istiqamətdə gördüyü məqsədyönlü işlərdən də danışıb, bu tarixin öyrənilməsinin çox böyük tarixi-siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR