24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində o, muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub, tarixi abidələri ziyarət edib. İsveçli diplomatın Naxçıvan Dövlət Universiteti tələbələri üçün oxuduğu mühazirə böyük maraqla qarşılanıb.
Mayın 18-də İsveçin ölkəmizdəki səfiri İnqrid Tersmanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
“Şərq qapısı” qəzetinə müsahibəsində qonaq Naxçıvanla bağlı təəssüratları barədə danışıb:
– Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası və buradakı istehsalat müəssisələri ilə tanış olmaqdır. Muxtar respublikada bir sıra görüşlər keçirdim, təhsil və mədəniyyət müəssisələrində oldum. Naxçıvanda olarkən bu qədim diyarın iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olduğuna şahidlik etdim. Muxtar respublikanın gələcəkdə də bu nailiyyətləri davam etdirməsi üçün güclü potensialı var.
Hazırda İsveç hökumətinin Azərbaycan vətəndaşları olan tələbələr üçün təqaüd proqramı həyata keçirilir. Bu təqaüd proqramından naxçıvanlı tələbələr də yararlanıb İsveçdə təhsil ala bilərlər.
Onu da qeyd edim ki, Naxçıvan Muxtar Respublikası ilə İsveç arasında mədəniyyət sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcək və gələcəkdə ola bilər ki, teatr, musiqi və film nümayişi sahəsində birgə layihələr reallaşdırılsın.
Müsahibənin sonunda muxtar respublikanın çox gözəl təbiəti, gülərüz və qonaqpərvər insanları olduğunu vurğulayan İnqrid Tersman qədim diyarın böyük turizm potensialına malik olduğunu qeyd etdi.

Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR