24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təşkilat sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, bu il müsəlman Şərqində ilk demokratik və parlamentli respublikanın yaranmasının 100-cü ildönümünün qeyd olunması dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
Qeyd olunub ki, Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycan xalqının milli və mənəvi, mədəni yüksəlişi mərhələsinin və həmin dövrdə gedən proseslərin məntiqi nəticəsi kimi yaranıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.
Vurğulanıb ki, XX yüz­illikdə artıq ikinci dəfə müstəqillik qazandıq. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gedən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, milli dövlətçilik quruculuğu siyasətini uğurla həyata keçirdi.
Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə aparılan təhsil islahatları haqqında danışıb.
Sonra məktəblilərin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib, “Əbədi ezamiyyət” sənədli filminə baxılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR