24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublika sakinlərinin vətəndaşlıq borcuna çevrilən iməciliklər hesabına diyarımızda yaşıllıq sahələrinin həcmi dəfələrlə artırılıb, bu tədbirlərdə xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər həftənin şənbə günləri davam etdirilən iməciliklərdə salınmış yaşıllıqlara qulluq edilir, müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir.
Mayın 19-da keçirilən növbəti şənbə iməciliklərində də əvvəlki dövrlərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb. Belə ki, Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının aşağı hissəsində, həmçinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunda Kürkənddə yaşıl­lıq ərazilərində, həmçinin kənd qəbiristanlığında ağaclara aqrotexniki qulluq göstərilib, suvarma və ağartma işləri aparılıb.
Babəklilər Naxçıvan-Şahbuz magistral yolunun sağ və sol hissələrindəki yaşıllıqlarda ağacların diblərini alaq otlarından təmizləyib, ağartma işləri görüblər.

Ordubad rayonunda keçirilən iməciliklərdə isə Əylis düzündəki üzüm və qızılgül bağlarında, rayonun girişindən Ordubad şəhərinədək yol kənarlarında ərazilər alaq otlarından təmizlənib, ağaclar suvarılıb.
Culfa rayonunun sakinləri tərəfindən rayonun kənd yaşayış məntəqələrində ağaclara aqrotexniki qulluq göstərilib.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun Qıvraq qəsəbəsi hissəsində yaşıl­lıqlara qulluq edib, qəsəbədə məhəlləarası yollarda hamarlama işləri aparıb, rayon mərkəzindəki yol kənarlarına 50 ədəd gül kolu əkiblər.
Şahbuzlular Naxçıvan-Şahbuz-Batabat magistral yolunun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq ediblər.
Naxçıvan-Sədərək magistral yolunun sağ hissəsində, Qaraağac kəndindəki 0,5 hektarlıq bağda, Heydər­abad qəsəbəsində 1,5 hektarlıq bağda və qəsəbə tam orta məktəbinin həyətində ağacların dibləri alaq otlarından təmizlənib, yaşıllıqlar ­suvarılıb.
Həmin gün muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində yaşayan ahıl vətəndaşların həyətlərində də təmizlik işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR