24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində müsabiqə yolu ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qulluğa yeni qəbul olunan gənc əməkdaşların andiçmə mərasimi olub.
Gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza və digər qanunlara ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb. Xidmət rəisi qurumun fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər və perspektiv planlar haqqında danışıb, gənc əməkdaşların qarşısında duran vəzifələrdən söhbət açıb.
Şahin Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətində yüksək səviyyəli iş şəraitinin yaradıldığını, xidmət aparılması üçün müasir və şəffaf sistemin formalaşdırıldığını, yaradılan imkanların müqabilində əməkdaşlardan səmərəli fəaliyyət tələb olunduğunu deyib, miqrasiya orqanları əməkdaşlarının üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib. O qeyd edib ki, xidmətdə şəffaflıq, operativlik, nəzakətlilik və məsuliyyət prinsipləri əsas prioritetdir.
Sonra xidmətin gənc əməkdaşları Dövlət Bayrağı Muzeyindəki eksponatlarla tanış olublar.
Xatırladaq ki, bu il fevralın 20-22-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı, aprel ayının 16-18-də isə müsahibə mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR