24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətində İSESKO-nun “Yaşıl şəhər strategiyası”nın həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşü “Yaşıl şəhərlər” üzrə Fəaliyyət Planı layihəsinin panel müzakirələri ilə davam edib.
Tədbirdə Misirin “Yaşıl şəhər strategiyası” üzrə eksperti, professor Mohsen Abouelnaga “Yaşıl şəhərlər strategiyası”nın prinsipləri barədə danışaraq qeyd edib ki, onun yaradılması, həm də yeni iş yerlərinin açılması deməkdir. Bildirilib ki, bunun üçün İslam dünyasından olan təcrübəli mütəxəssislər cəlb edilməli, birgə təcrübə mübadiləsi ­aparılmalıdır.
Tədbirdə layihənin mexanizmləri, hədəfləri barədə məlumat verilib.
Sonra tədbir iştirakçıları ilkin layihə sənədləri ilə tanış olublar. Ekspertlər qruplar şəklində layihəni təhlil edib, müzakirələr aparıblar.
Sonda iştirakçılara İSESKO-nun sertifikartları verilib.

Xəbərlər şöbəsi

İyunun 20-də Naxçıvanın tarixinə daha bir möhtəşəm səhifə yazıldı. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri qədim diyarın ictimai­-siyasi və mədəni həyatında əlamətdar hadisəyə çevrildi.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktorunun, Beynəlxaq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin, 10-dan artıq İslam ölkəsinin mədəniyyət nazirinin və nazir müavinlərinin, diplomatik nümayəndələrinin iştirak etdiyi bu mötəbər tədbir bütün dünyanın diqqətini Azərbaycanın qədim və müqəddəs şəhərinə – Naxçıvana yönəltdi. Və bir daha təsdiq olundu ki, Naxçıvan qədim sivilizasiyasının beşiklərindən biri olmaqla yanaşı, həm də İslamın əsas mərkəzlərindəndir.
İlk növbədə, onu qeyd edim ki, hər bir dinə münasibət onun dəyərlərinə hörmətdən başlayır. Əgər dini dəyərlər xalqın mənəvi dəyərinə çevrilirsə, onda bu, mədəni inkişafdır. Əks-təqdirdə isə bu, cəhalət və xurafata yol açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mənəvi dəyərlər o halda fayda verə bilər ki, insanlarda bu dəyərlərə şüurlu münasibət formalaşsın”.
Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də bu diyarda tarixən İslam dəyərlərinin yaşadılmasının, müasir dövrdə isə bu dəyərlərin elmi şəkildə öyrənilməsinin və tətbiqinin məntiqi yekunudur.

Ardını oxu...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çər­çivəsində iyun ayının 21-də Naxçıvan Şəhər İcra Hakimiyyətində İSESKO-nun “Yaşıl şəhər strategiyası”nın həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.
İcra Hakimiyyətinin foyesində muxtar respublikanın fauna və florasını, müalicəvi bitkilərini, qədim diyarın zəngin təbiətini özündə əks etdirən kitablardan, şəkillərdən, bukletlərdən ibarət sərgiyə baxışdan sonra birinci texniki sessiya başlanıb.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaşıl şəhər strategiyası” üzrə eksperti Araz Bağırlı ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb, görüşün əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “Yaşıl şəhərlər”i üçün İSESKO-nun Fəaliyyət Planı layihəsi”nin təqdimat mərasimində İSESKO-nun “Yaşıl şəhər strategiyası” üzrə eksperti Foued El Aynı görüşün məqsədi və gözlənilən nəticələr barədə danışıb. Səmimi qarşılanma və yüksək qonaqpərvərlik üçün minnətdarlığını bildirib.

Ardını oxu...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçıları bu qənaətdədirlər

Xəbər verdiyimiz kimi, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya bir çox xarici ölkələrin nümayəndələri gəliblər. İyunun 20-də qonaqlar muxtar respublikanın bir sıra dini-tarixi yerləri, mədəniyyət və səhiyyə müəssisələri ilə də tanış olublar. Naxçıvandan zəngin təəssüratlarla ayrılan tədbir iştirakçıları öz fikirlərini “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüblər.
Əbdüləziz Osman əl-Tuveycri – İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru: – Azərbaycan böyük ölkə, azərbaycanlılar böyük xalqdır. Naxçıvan isə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ana vətəni, həm də çoxsaylı maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı məkandır. Bu baxımdan 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bizim üçün çox sevindirici oldu. Biz bundan şərəf duyur və əminik ki, bu il və gələcəkdə də Naxçıvan zəngin tarixi mirasının dünyaya tanıdılmasında çox işlər görəcəkdir. Çünki Naxçıvanın sahib olduğu zənginlikləri hələ çoxlarına tanıtmağa ehtiyac vardır.
Bu gün biz bu torpaqda yaşamış böyük elm və mədəniyyət xadimləri, memar və filosoflar haqqında çox şeylər öyrənirik. Bu isə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı qarşısında bu zənginlikləri bütün üzv dövlətlər arasında tanıtmaq məsuliyyəti də yaradır. Bu isə şübhəsiz, simpozium, konfrans, görüşlər və nəşrlər hesabına mümkündür. Mən, şəxsən çox məmnunluqla deyərdim ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Azərbaycan Respublikası arasında çox güclü əlaqələr vardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi hesabına bu əlaqələr daha da dərinləşir, genişlənir, daha çox işlər görülür, layihələr həyata keçirilir.

Ardını oxu...

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla, növbəti komanda-qərargah təlimi keçirilir.
İyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktik fəaliyyətə cəlb olunmuş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul olunmuş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.
İyunun 24-dək davam edəcək təlimdə məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Nəriman NƏCƏFOV

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Oruc Qafar oğlu Həsənli 2018-ci il iyunun 18-də ömrünün 68-ci ilində vəfat etmişdir.
Oruc Həsənli 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olmuş, 1967-ci ildə orta məktəbi bitirmiş, 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır.
1972-1979-cu illərdə Şərur rayon Xanlıqlar kənd məktəbində müəllim, 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində işləyən Oruc Həsənli 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olmuşdur. 1993-2008-ci illərdə “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru işləyən Oruc Həsənli 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.
1992-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru, 2006-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alan Oruc Həsənli 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Oruc Həsənli uzun illər Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda gənc pedaqoji kadrların ­hazırlanmasında böyük əmək sərf etmişdir.
220-dən artıq elmi əsərin, o cümlədən 26 kitab və mono­qrafiyanın müəllifi olan Oruc ­Həsənlinin əməyi yüksək qiymətləndirilmiş, 2007-ci ildə o, “Tərəqqi” medalı ilə təltif edilmiş, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Muxtar respublikanın ictimai həyatında yaxından iştirak edən Oruc Həsənli 3-cü, 4-cü və 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı ­seçilmişdir.
Ömrünü elmin inkişafına həsr edən gözəl insan, fədakar alim Oruc Həsənlinin xatirəsi unudulmayacaqdır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında konsert proqramı təşkil olunub.

Tədbirin aparıcıları ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gəncləri həmişə diqqət mərkəzində saxladığını vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndər daim “Gənclər həyatımızın bəzəyidir”, “Gənclər bizim gələcəyimizdir” ifadələrini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirir, dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Ulu öndərimiz Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu da onunla bağlıdır ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərlik etdiyi dövrlər xalqımızın Qurtuluş tarixidir.

­ Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən ümummilli lider Heydər Əliyev bununla xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Həmin dövrdə ulu öndərin respublikada böyük uzaqgörənliklə formalaşdırdığı potensial müstəqillik illərində davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə çevrilmişdi. Dahi şəxsiyyət uzaqgörənliklə bildirirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil. Bu baxımdan ulu öndər ­Heydər Əliyev qısa müddətdə ölkədə milli mədəni-intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirməyə nail olmuşdu.

Ardını oxu...

İyunun 13-14-də Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuka Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Səfir əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş etdirilir.
Sonra qonaq Duzdağ Fizioterapiya Mərkəzinə gəlib. Burada ona məlumat verilib ki, Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Səfir George Leuka “Şərq ­qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi və Naxçıvan təəssüratları barədə danışıb. Diplomat deyib: – Muxtar respublikaya ilk dəfədir ki, səfər edirəm. Səfərimin məqsədi Naxçıvanda keçiriləcək 6-cı “Caspian Energy Forum Nakhchivan – 2018”də iştirak etməkdir. Mən buraya bir gün əvvəl gələrək bir neçə yüksək səviyyəli görüşlər keçirdim və Naxçıvanın iqtisadi potensialı haqqında ətraflı məlumat əldə etdim. Bu görüşlərdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr apardıq. Moldova Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
“Muxtar respublikada olarkən sənaye, kənd təsərrüfatı və özəl sektorun sürətlə inkişaf etdiyinin şahidi oldum”, – deyən George Leuka vurğulayıb: “Muxtar respublika çox gözəl təbiətə malikdir. Naxçıvanda mükəmməl infrastruktur yaradılıb.”

Tural AĞAYEV

Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev mövzu ilə bağlı məruzə edib.
Məruzəçi Milli Qurtuluş Gününün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin şəraitdə yenicə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi, ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpa olunması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən söz açıb.
Vurğulanıb ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Məhz həmin gündən Azərbaycanın başı üzərini almış qara buludlar dağılmağa, respublikamız işıqlı sabahlara doğru inamla addımlamağa başladı. Beləliklə, ulu ­öndərin misilsiz fəaliyyəti nəti­­cə­­sində respublikamız hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ümummilli lider Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 223-cü məşğələsi keçirilib. “Qurtuluşdan başlanan tərəqqi yolu” mövzusunda məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla müstəqilliyimizi məhv olmaqdan xilas edib. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı bu tarixi dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli ­liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
“Milli qurtuluşumuzun zəfər yürüşü” adlı məruzəsində tədris­-tərbiyə işləri üzrə prorektor, dosent Rafiq Rəhimov ulu ­öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazıldığını vurğulayıb. Qeyd olunub ki, ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin mənalı ömür yolu xalq və Vətən naminə fəaliyyətə həsr olunub.
Diqqətə çatdırılıb ki, bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderin ideyalarına sədaqət muxtar respublikanı hərtərəfli inkişafa qovuşdurub. Bütün bunlar isə dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin təməlinin qoyulduğu Milli Qurtuluş Gününün bəhrələridir.

Səadət Əliyeva

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə çıxış edən şuranın sədri Sucaxan Novruzov bildirib ki, 15 iyun müasir Azərbaycan tarixinə xalqımızın və dövlətçiliyimizin xilası günü kimi yazılıb. Həmin gün ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdıb, ölkəmizi parçalanmaqdan, xalqımızı qardaş qırğınından xilas edib. Müdrik rəhbər dərin düşüncəsi, uzaqgörən siyasəti ilə Azərbaycanda baş vermiş xaos və anarxiyanın qarşısını alıb, ölkəmizi yeni inkişaf yoluna çıxarıb.
Qeyd edilib ki, ötən müddət ərzində respublikamız tərəqqi yolu keçib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli liderin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası, ulu öndərin ideyalarına sədaqət bu qədim diyarın müasirləşməsinə və inkişafına səbəb olub.
Məruzə ətrafında şuranın əməkdaşlarından Səbuhi Hüseynov, Gözəl Qənbərova, Sənan Hüseynov çıxış ediblər.

 Nail Əsgərov

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı tərəfindən keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyevanın məruzəsi dinlənilib. Qeyd olunub ki, bu il Azərbaycan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edir. Vətənini, xalqını, dövlətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə müstəqil Azərbaycanın gələcək inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa-dayaq olan böyük insan – ulu öndər Heydər Əliyevdir.
Bildirilib ki, ötən əsrin sonlarında Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi ölkəmizi məhv olmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizi xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi. Qısa vaxtda yaradılan siyasi sabitlik nəticəsində dahi rəhbər bütün sahələrdə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirdi. Qonşu ölkə­lərlə münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun diplomatik əlaqələr quruldu.

Ardını oxu...

Mədəniyyətlər tarixən dünya ölkələri və xalqları arasında müəyyən münasibətlərin və əlaqələrin qurulmasında mühüm rol oynayıb. Müxtəlif xüsusiyyət və dəyərlər toplusunu özündə cəmləşdirən mədəniyyətlər ayrılıqda fərqli cəmiyyətlərin dünyaya baxışını formalaşdırır. Məhz mədəniyyətlərarası transformasiyada zəngin dəyərləri ilə fərqlənən, maddi və mənəvi sərvətləri ilə digər mədəniyyətlərə təsir edən xalqlar daha mədəni xalqlar hesab olunur. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan xalqı da özünün zəngin mədəniyyət tarixini yaratmış, ölkəmiz Avropa ilə Asiyanın qovşağında yerləşdiyi üçün milli mədəniyyətimiz hər iki qütbün məxsusi elementlərini özündə birləşdirməyi bacarmışdır. 

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Muzeyi ilə birlikdə Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə “Milli Qurtuluşdan intibaha” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev “Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin Naxçıvan mərhələsi” mövzusunda çıxış edərək bildirib ki, 1990-cı ilin iyul ayında Mos­kvadan Naxçıvana qayıdan ümummilli liderimiz həmin ilin sentyabr ayında keçirilən seçkilərdə respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. Noyabrın 17-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin Onun sədrliyi ilə keçirilən ilk sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, muxtar respublika Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı muxtariyyətin Dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il sentyabrın 3-də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi müstəqil dövlətçilik tariximizdə böyük hadisə oldu.

Ardını oxu...

Muxtar respublika gömrük orqanlarında vakant vəzifələrin tutulması üçün 25 yanvar 2018-ci il tarixdə elan olunmuş müsabiqəyə yekun vurulub. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Ali Məclis Sədrinin 2010-cu il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası” əsasında təşkil edilən müsabiqə iki mərhələdən – test imtahanından və müsahibədən ibarət olub. 115 namizədin iştirakı ilə mart ayının 29 və 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təşkil olunan imtahanda keçid balını toplayanlar müsabiqənin müsahibə mərhələsinə buraxılıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh ­Məhərrəmov dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda Azərbaycanın dünya birliyinə qovuşması, aparıcı dövlətlər tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. O da vurğulanıb ki, bu gün ölkə başçısı cənab İlham Əliyev ümummilli liderin siyasi xəttini layiqincə davam etdirir.
“Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyində rolu və yeri” adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli qeyd edib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Müstəqilliyimizin əbədiliyinə isə 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısı alınıb.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib.

Səadət Əliyeva

Azərbaycanda dövlət siyasətinin bütün istiqamətləri uğurla inkişaf etdirilir. Yeni inkişaf yolları, müasir zamanın nəbzini tuta bilən və gələcəyə hesablanan addımlar ölkə­mizi regionda lider dövlətə çevirməklə yanaşı, bəzi sahələrdə dünyanın iqtisadi cəhətdən qüdrətli ölkələri ilə rəqabət aparmaq imkanı da qazandırır. Azərbaycan bir sıra sosial və iqtisadi layihələrdə hətta uğurlu nümunə etalonuna çevrilib.
Ölkəmizdə bu istiqamətlərdən biri kimi həyata keçirilən gənclər siyasəti yeni mərhələni təşkil edir. Azərbaycanda gənclərə yaradılan şərait ona əsas verir ki, hər bir gənc vətənpərvər və sağlam düşüncədə özünü inkişaf etdirsin.
Gənclik böyük qüvvədir. Tarixin bütün dövrlərində gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər. Bugünkü müasir dünyada həyatımızın ayrılmaz tərkib hissəsi olan yeni texnologiyaların kəşfi, gənclərimizin ondan müxtəlif sahələrdə uğurla istifadəsi onu göstərir ki, savadlı, zehinli, dünyagörüşlü bir nəsil yetişməkdədir. Bilikli gənc nəslin formalaşdırılması üçün güclü lider və güclü ölkənin olması ən böyük şərtdir.

Ardını oxu...

Artıq bir neçə gündür, Şərur rayonunun Günnüt kəndinin ordumuz tərəfindən azad edilməsi ölkə mətbuatında gündəlik xəbərlərin ana mövzusuna çevrilib. Hər birimizin böyük sevinc hissi ilə bəhs etdiyimiz bu qələbə xəbərinin Ermənistanda gözlənilməz şok effekti yaratdığını elə qonşu ölkənin kütləvi informasiya vasitələrindən də görmək çətin deyil. Bəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın bir dövrdə Günnüt kəndinin, eləcə də digər strateji ərazilərin nəzarət altına alınması mahiyyət etibarilə hansı gerçəklikləri özündə əks etdirir? Məsələnin siyasi tərəflərinə varmaq fikrindən uzağam. 

Ədalətin və məntiqin gözü ilə baxsaq, Azərbaycan bir müstəqil dövlət olaraq sahib olduğu bütövlüyünü heç kəslə bölüşmür və haqlı olaraq öz hüququnu bütün beynəlxalq normalara əsasən təmin edir.
Şərur rayonunun Günnüt kəndi 26 il bundan əvvəl – 1992-ci ildə işğal olunmuşdu. Digər işğal altında olan yaşayış məntəqələrimiz kimi, Günnüt kəndi də tamamilə dağıdılmış, vətəndaşlara məxsus evlər, məktəb binası, tibb məntəqəsi, kənd məscidi, hətta qəbiristanlıq belə, yerləyeksan edilmişdir. Son günlərdə isə Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər işğaldan azad olunmuşdur. Dərələyəz mahalının Arpa kəndində və Mehri­dərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülmüş, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınmışdır. Bununla da, dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliklərdə yerləşən bu ərazilər ordumuzun birləşmələrinə düşmənin hərəkət edən və etməyən çoxsaylı obyektlərinə nəzarət etməyə imkan vermişdir. Ən önəmlisi isə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuzun nəzarəti tam təmin olunmuşdur.

Ardını oxu...

Bu günlər hamımızın yaşadığımız sevinc hissləri 26 ildir ki, düşmən tapdağı altında olan 11 min hektar torpağımızın geri alınmasının ifadəsidir. Buna Şərur rayonu, onun Günnüt kəndi, doğma Naxçıvanımızla yanaşı, bütün Azərbaycan sevinir. Gec-tez belə olacağına əmin idik. Çünki ata-babalarımız “Torpaqdan pay olmaz”, – deyiblər. Və bu müqəddəs sərvət də elə bizə onlardan qalan ən qiymətli mirasdır. 

Ordumuzun yeni uğuru barədə kütləvi informasiya vasitələrində, informasiya agentliklərinin rəsmi saytlarında kifayət qədər məlumat verilib. Ona görə də bu barədə geniş danışmağa ehtiyac duymur, qısaca olaraq onu bildirmək istəyirik ki, azad olunan kəndin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Günnütü nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminatı məqsədilə quruculuq tədbirlərinə başlanılıb, 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
Söhbətimizin bu yerində artıq əbədiyyətə qovuşmuş əsgərlərimizi xatırlamamaq mümkün deyil. 1992-ci ildə Günnütün müdafiəsində “Əlibaba” ləqəbli Asəf Rəhimov və sonuncu əməliyyatda düşmən təxribatının qarşısını alarkən əsgər Adil Tatarov şəhidlik zirvəsinə ucalıblar. Ruhları şad, yerləri cənnətməkan olsun. Həmişə minnətdarlıqla xatırlanacaqlar. Çünki müqəddəs bir amal uğrunda şəhidlik zirvəsini fəth ediblər.

Ardını oxu...

Döyüş hazırlığı planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində ­təlim-məşq uçuşları keçirilib. Uçuş hazırlığının müxtəlif növləri üzrə keçirilən təlimdə əsas məqsəd heyətin vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi olub. Təlim-məşq uçuşlarında qarşıya qoyulan məqsədə nail olunub.

* * *

Hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında praktik məşğələlər keçirilib. Şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazır­lığının yüksək səviyyədə saxlanılması məqsədilə sinif şəraitində nəzəri cəhətdən keçilən dərslər praktik məşğələlərdə daha da təkmilləşdirilib. Məşğələlər zamanı xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi və ­xilasedici qayıqların taktiki-texniki göstəriciləri üzrə bilikləri daha da artırılıb.

Ardını oxu...

Vətənimizin bütövlüyü, torpaqlarımızın qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnəkdir. Bu mənada, hər bir Azərbaycan vətəndaşı öz igid qəhrəmanlarını, şəhidlərimizi tanımalı, onların keçdiyi həyat yolunu nümunə götürməlidir.
Vətənimizin hər qarış torpağının müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanların xatirəsini yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur. Son illərdə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda daha çox kitabların nəşr olunması da bu amala xidmət edir.

Şair-publisist, filologiya üzrə fəlsəfə doktoru ElxanYurdoğlunun yaxın günlərdə işıq üzü görən “İki şəhid – iki zirvə” kitabı da gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hesablanmış nəşrlərdən biridir.
Kitabda ötən əsrin 90-cı illərində mənfur ermənilərin silahlı hücumları zamanı Sədərək döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə ucalan Kəngərli rayonunun Yurdçu kəndinin iki şəhid övladı – Müşfiq Səfərov və Kamran Məmmədovun həyat yoluna işıq salınıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidovun redaktoru olduğu kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilib. Kitabın üz qabığında Azərbaycan Rəssamlar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, rəssam Fizzə Quliyevanın çəkdiyi hər iki şəhidin portretinin yer aldığı kompozisiya öz əksini tapıb.

Ardını oxu...

  “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”, – deyən fransız ictimai xadimi Qabriel Mirabo kimi mən də həmişə ədalətin zəfərinə qəlbən inanmışam. Ata-babalarımızın “haqq nazilər, ancaq üzülməz” kəlamı da min illərdir ki, ruhumuzda kök salıb.

Hər şey ordan başladı ki, biz 2016-cı ilin aprel döyüşlərində ədalətin, haqqın, qələbənin ayaq səslərini eşitməyə başladıq. İllərdir, torpaqlarımızı işğal altında saxlayan Ermənistana layiqli dərs verildi: mühüm strateji yüksəkliklər, yaşayış məntəqələri, minlərlə hektar torpaq sahəsi ordumuzun nəzarətinə keçdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulan Milli Ordumuzun böyük taktiki və texniki gücü, döyüş bacarığı, müasir silah və texnikaları Lələtəpəyə sancılan üçrəngli bayraqda, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa olunan Şuşa məscidində öz əksini tapdı.

17 oktyabr 2017-ci il

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk Milli Hərbi Hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə hərbi parad keçirilir. Yüzlərlə müasir silah və texnika, raket və artilleriya sistemləri, döyüş təyyarələri, “Sakarya”, “Smerc” kimi uzaqvuran raketlər, ayaqlarının səsi yeri-göyü titrədən xüsusi təyinatlılar meydandan keçir.

Ardını oxu...

Ötən ayın nəticələri bir daha belə deməyə əsas verir


Regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan Respublikasının, sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən, yüksək potensiala malik Naxçıvan Muxtar Respublikasının bugünkü ­mövcudiyyəti və inkişafı görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli dövlətçiliyimizin formalaşmasında, xalqımızın Qurtuluşuna gedən yolda Onun fəaliyyətinin Naxçıvan dövrü isə xüsusi əhəmiyyətə malikdir. 

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvləri iyunun 7-də Qarabağlar Türbə Kompleksində olublar.

Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri həyata keçirilib. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılıb.

Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılıb.

Təşkilat Komitəsinin üzvləri abidə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdiriblər.

“Şərq qapısı”

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə verilən müvafiq tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində gənclərə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövründən bəhs edən “Xalqa bağışlanan ömür” və “Dahi şəxsiyyət” adlı sənədli filmlər nümayiş etdirilib.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində filmə Əlahiddə Ümumqoşun Ordunun əsgərləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmaqla, ümumilikdə, 410 nəfər gənc baxıb.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetində Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov qeyd edib ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi, respublikamızda bu sahədə qazanılmış böyük təcrübə ölkəmizin bu tədbiri də lazımi səviyyədə keçirə biləcəyinə əminlik yaradır.
“Ekspo layihəsi, səhiyyənin gələcəyi” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Gənc­lər və İdman Nazirliyinin əməkdaşı Məryəm Cəfərzadə layihənin beynəlxalq əhəmiyyətindən danışıb.
“Ekspo 2025” Bakı layihəsi haqqında təqdimatı nümayiş etdirən Məryəm Cəfərzadə hazırda Azərbaycanın Rusiya və Yaponiya ilə ev sahibliyi uğrunda rəqabət apardığını bildirib. Vurğulanıb ki, layihə cəmiyyətin hər bir sahəsinin insan intellektindən faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə əlverişli şərait yaradacaq.
“Təhsilin gələcəyi” mövzusunda çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” devizi ilə Azərbaycanın ev sahibliyinin irəli sürülməsinin ölkə­mizdə insan kapitalına verilən yüksək dəyər kimi qiymətləndirib və 2025-ci ilədək dünyanı dəyişəcək texnoloji trendlərdən danışıb.
“Məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rəna Abdullayeva Beynəlxalq Əmək Təşkilatına üzv ölkə­lərdə milli dialoqların əsas müzakirə mövzuları və dünya əmək bazarında mövcud vəziyyətdən, məşğulluğun gələcək perspektivli istiqamətlərindən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

Səadət ƏLİYEVA

Bütün müsəlman dünyasını əhatə edən İslam mədəniyyətinin paytaxtı layihəsi çox genişmiqyaslıdır. İslami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar hər il İslam ölkələri şəhərlərindən birinin paytaxt seçilməsi ənənəsi çox da qədim tarixə malik deyildir. Bu məsələ ilə əlaqədar qərar İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO-nun) təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində İslam ölkələri mədəniyyət nazirlərinin III konfransında qəbul olunmuş və ilk dəfə olaraq belə bir şəhər 2005-ci ildə İslam dünyasının mərkəzi sayılan Məkkə şəhəri seçilmişdir. Bundan 4 il sonra – 2009-cu ildə isə bu hüquq Azərbaycanın paytaxtı Bakı şəhərinə verilmişdir. Şübhəsiz ki, fəaliyyətə başlamasından 4 il sonra dünyanın inkişaf etmiş İslam ölkələrinin böyük şəhərlərinin deyil, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın paytaxtı Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ölkəmizdə islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verilən töhfələrlə əlaqədardır.

Məlumdur ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Əlbəttə, bu qərar heç də təsadüfən, birdən-birə qəbul edilmə­mişdir. Sözsüz ki, Naxçıvan şəhərinə belə bir statusun verilməsini şərtləndirən bir sıra amillər olmuşdur. Bütün bu amilləri, bu qərarın hansı səbəbdən verilməsini aydınlaşdırmaq üçün İslam mədəniyyətinin yaranmasına, Naxçıvan şəhərinin keçdiyi tarixi inkişaf yoluna, ərazidəki tarix-mədəniyyət abidələrinə, onların qorunması, bərpası, tədqiqi və təbliği vəziyyətinə nəzər yetirmək lazımdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən  muxtar respublika ərazisində aparılacaq ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə bir sıra işlər həyata keçirilib. Hazırda biçin kampaniyasına hazırlıqla bağlı yerlərdə maarifləndirici tədbirlər görülür. Həmçinin biçin dövrü ərzində taxıl sahələrində işləyəcək kənd təsərrüfatı texnikalarına yanğına qarşı baxışlar, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında izahat işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarların, torpaq mülkiyyətçilərinin, fermerlərin və kəndlilərin biçin dövrü ərzində aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı texniki müayinədən keçirməli, müvafiq vasitələrlə təmin etməli və həmin texnikalar bundan sonra işə buraxılmalıdır.
Məhsul yığımına cəlb edilən hər bir şəxs yanğına qarşı təlimat keçməli, əks-təqdirdə, məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında dövlət qulluğuna qəbulla bağlı müsabiqə keçirmişdir.
Müsabiqəyə 36 dövlət orqanından 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 395 nəfər sənəd təqdim etmişdir. 1-15 may 2018-ci il tarixlərdə test imtahanları mərhələsində 370 namizəd iştirak etmiş, imtahanlarda keçid balını toplamış 136 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində vakant vəzifələrin tutulması üçün də test imtahanları keçirilmişdir. Mayın 17-də keçirilən test imtahanında iştirak edən 26 namizəddən 9-u imtahanlarda müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılmışdır. Həmçinin komissiya müvafiq dövlət orqanlarının müraciətləri əsasında vakant şöbə müdiri vəzifələrinin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanı keçirmişdir. Dövlət qulluğuna qəbul olmaq istəyən 17 namizədin və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 34 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmişdir.
Ehtiyat kadrlarla işin təşkili də diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 4-ü vakant vəzifələrə təyin olunmuşdur. May ayında Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciət və sənədlərin qəbulu istiqamətində daxil olan 409 elektron müraciət komissiya tərəfindən icra olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən may ayında muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşama, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 20 əcnəbi aşkar­lanıb. Onlardan 16-sı barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 4-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Həmçinin miqrasiya sahəsində qanun­vericiliyin tələblərini pozan bir vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barəsində cərimə inzibati tənbeh növü tətbiq olunub.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 755 müraciət daxil olub. Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. May ayında olduğu yer üzrə qeydiyyatla bağlı 681 müraciətin icrası təmin olunub. Həmin müraciətlərdən 280-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

Qardaş ölkənin Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində partiyanın Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən “Sosial Şəbəkə Akademiyası” adlı layihənin təqdimatı olub.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev tədbiri giriş sözü ilə açaraq müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə və xüsusilə gənc­lərə təsirindən, sosial şəbəkələrdən düzgün istifadə etmə vərdiş­lərinin formalaşdırılmasının əhəmiyyətindən söz açıb.
“Sosial Şəbəkə Akademiyası” layihəsi haqqında geniş məlumat verən Cəbi Quliyev bildirib ki, bu layihə çərçivəsində gənclərə sosial şəbəkələrin müsbət tərəfləri aşılanmaqla yanaşı, həm də Naxçıvanın burada təqdim edilməsi ilə bağlı müvafiq işlər aparılacaqdır. https://az.wikipedia.org virtual ensiklopediya saytına məlumatların yüklənməsi və daxil olan məlumatların yenilənməsi üçün “Sosial Şəbəkə Akademiyası” nəzdində keçirilən təlim də bu məqsədə xidmət edir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Elvin Əliyev sayt barədə məlumat verib, sayta məlumatların daxil olunması, yenilənməsi qaydalarını izah edib. Təlimin sonunda Naxçıvan şəhərində yerləşən əvvəlcədən müəyyən edilmiş yerlər haqqında məlumatlar iştirakçılar tərəfindən sayta daxil edilib.
Qeyd edək ki, təlimdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin 45 üzvü iştirak edib.
“Sosial Şəbəkə Akademiyası” nəzdində belə təlimlər bundan sonra da davam etdiriləcəkdir.

Tural AĞAYEV

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixdən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətin rəsmi kassalarına sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən bu məsələ artıq öz uğurlu həllini tapıb.
Xatırladaq ki, respublika daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

Ardını oxu...

Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq qədim diyarımıza yeni ab-havanın qədəm qoyduğunu o dövrü yaşayanlar yaxşı xatırlayırlar. Bu ab-havada diqqətçəkən məqamlardan biri muxtar respublikada tikinti-quruculuq işlərinə start verilməsi idi. İlk vaxtlarda ayrı-ayrı yaşayış məntəqələrində daha vacib olan tikintilərə başlanıldı. Bir qədər sonra isə inşaat işləri kompleks quruculuq tədbirləri ilə davam etdirildi və bu proses bu gün muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilib.

O da xüsusi vurğulanmalıdır ki, belə tədbirlərə ilk olaraq ucqar dağ və sərhəd yaşayış məntəqələrindən başlanılması insanlar tərəfindən yüksək dəyərləndirilirdi. Getdikcə quruculuq tədbirlərinin həm istiqaməti, həm də həcmi genişləndirilir, yurd yerlərimizin müasirliyə qovuşması üçün böyük fədakarlıqlar göstərilirdi. Muxtar respublikamızın ən ucqar yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunun Ağbulaq kəndinin sakinləri də bir gün yuxudan durub doğma yurd yerlərində texnikaların səsini eşitdilər, kəndə qurub-yaratmağa gələn insanlarla görüşdülər, sakinlərin bir çoxu da onlara qoşuldu. Yaşayış məntəqəsində kompleks quruculuq tədbirlərinə başlanılması kəndə əsl bayram sevinci gətirdi.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Hindistan Respublikasının ölkəmizdəki föv­qəladə və səlahiyyətli səfiri Sanjay Rana mayın 31-də Naxçıvan Muxtar Respublikasına səfər edib. İyunun 3-dək davam edən səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət müəssisələri, tarixi abidələri və gəzməli-görməli yerləri ilə tanış olub.

Ardını oxu...

Muxtar respublikaya səfər edən turistlər ölkələrinə qayıtdıqdan sonra sosial şəbəkələrdə Naxçıvan haqqında xoş təəssüratlar paylaşırlar. Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson ölkəsinə qayıtdıqdan sonra səyahətçilərin istifadə etdiyi “TripAdvisor” internet şəbəkəsində və “Facebook” sosial şəbəkəsindəki səhifəsində Naxçıvan barədə məlumatlar paylaşmışdır.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmış, ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. Həmçinin 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün qalxma-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər ­görülmüşdür.

Ardını oxu...

Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib. 

Səfir səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Qonağa ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib.
Muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşən diplomat gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyətindən danışıb.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində tələbələrlə keçirilən görüşdə səfir Hindistan-Azərbaycan arasındakı dostluq və yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən danışıb. Diplomat qeyd edib ki, bu iki ölkə arasında beynəlxalq əməkdaşlığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xatırladılıb ki, 1991-ci il dekabrın 26-da Hindistan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini tanıyıb. Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edən səfir qeyd edib ki, bu gün də bu iki ölkə arasında ticarət, iqtisadi, elmi, texnoloji, mədəni sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Enerji və nəqliyyat sahələrində əlaqələrin əhəmiyyətindən danışan diplomat Şimal-Cənub dəhlizinin Azərbaycan və Hindistan arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb. Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, 1984-cü ildə Lənkəran şəhərində doğulmuş Bakı şəhər sakini Həmidoğlu Taleh Əli oğlu əldə etdiyi narkotik vasitəni gizli yolla Naxçıvana keçirmək istəyib.
Ondan 71 bükümdə ümumi çəkisi 178,9 qram olan narkotik vasitə – heroin və 15 bükümdə ümumi çəkisi 14 qram metamfetamin aşkarlanaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in birinci siyahısına daxil ­­ edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük ­nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Ötən müddət ərzində Dövlət Miqrasiya Xidmətində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün güclü maddi-­texniki baza və kadr potensialı formalaşdırılıb. Vahid miqrasiya məlumat sisteminin qurulması isə bu proseslərin muxtar respublikada tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb edib. Hazırda muxtar respublikada sərhəd-buraxılış məntəqələrində, eyni zamanda Naxçıvan və Culfa sərnişin vağzalı binalarında miqrasiya xidmətlərinin fəaliyyəti yüksək səviyyədə təşkil olunur. Əcnəbilərin bütün hüquqları Dövlət Miqrasiya Xidməti tərəfindən təmin edilir. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin əsasını Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə qanunların aliliyinə və milli-mənəvi dəyərlərə hörmət təşkil edir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun akt zalında “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəçiliyi və siyasi sistemi” mövzusunda elmi konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, XX əsr xalqımız tərəfindən müstəqilliyimizin və milli dövlətçiliyimizin yenidən bərpa edilməsi ilə yadda qalıb. 1918-ci il mayın 28-də yaradılan müsəlman Şərqində ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti keyfiyyətcə yeni bir siyasi fenomen, milli inkişafın və təşkilatlanmanın yeni səviyyəsinin göstəricisi kimi çıxış edib. Onun tarixi missiyasındakı ən mühüm məqamlardan biri respublikanın milli dövlətçiliyinin davamlılığının və bununla, siyasi, milli dövlət varisliyinin təmin edilməsi olmuşdur.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvü, “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu: parlamentli respublika” mövzusunda məruzə edərək bildirib ki, cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli dövlətçiliyin əsaslarının möhkəm hüquqi təməllər üzərində qurulması yönündə böyük əhəmiyyətə malik olub.

Ardını oxu...

Dağlar qoynuna sığınan Şahbuzun gözəl mənzərəli, təmiz havalı, saf çeşməli, sulu, axarlı-baxarlı, qonaqlı-qaralı kəndləri çoxdur. Onlardan biri də qədim yaşayış məskəni olan Şahbuzkənddir. Aparılan arxeoloji qazıntılar burada tarixi abidələrin, yaşayış yerlərinin olduğunu, ­ümumilikdə, kəndin qədimliyini təsdiqləyir.

İllər öncə ümummilli lider Heydər Əliyev tərəfindən respublikamızda başlanan quruculuq siyasəti sonrakı illər böyük uğurla aparıldıqca, genişlənib ucqar dağ kəndlərini belə əhatə etdikcə, həmin vüsətdən Şahbuzkəndə də pay düşdü. Bu kəndi də quruculuq prosesi “ağuşuna” aldı. Rayonun digər kəndləri kimi, sovet dönəmində baxımsızlıq ucbatından bərbad vəziyyətə düşən Şahbuzkənddə başlanan quruculuq işləri yaşayış məntəqəsinin simasını tamamilə dəyişdi. Təmiz havası, yaraşıqlı mənzərəsi olan bu kənddə edilən hər bir yenilik təbii gözəlliklə harmoniya yaratdı. İnsan əllərinin yaşayış məntəqəsinə vurduğu zinət onunla nəticələndi ki, kənd öz əvvəlki görünüşündən çıxıb müasir bir ­qəsəbəni xatırlatdı. Bu gün yolu Şahbuz­kəndə düşən hər kəs dediklərimizi təsdiqləyər.
2007-ci ildə dövlət qayğısı nəticəsində kənddə həkim ambulatoriyası istifadəyə verilib. Burada ilkin səhiyyə xidməti üçün lazımi şərait yaradılıb. Tibbi heyət üçün iş otaqlarından, iki çarpayılıq palatadan ibarət olan həkim ambulatoriyasının istifadəyə verilməsi onun göstəricisidir ki, dövlətimiz kəndlərimizdə insanların sağlamlığının qeydinə qalır, bunun üçün ucqarlarda belə səhiyyə ocaqları tikilir. Həkim ambulatoriyasının açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ambulatoriyanın yaxınlığında yerləşən Şahbuzkənd orta məktəbinin vəziyyəti ilə tanış olması, köhnə məktəbin ərazisində yeni məktəb binasının inşa edilməsi, kənd mərkəzinin tikilməsi, yolda təmir işlərinin aparılması barədə verdiyi tapşırıqlar bu kəndin hərtərəfli inkişafı üçün stimul oldu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında hazırlanmış qrafikə əsasən Babək və Şahbuz rayon gənclərinin iştirakı ilə Batabatda yaşıllıqlara qulluq və təmizlik aksiyası keçirilib.
Aksiya iştirakçıları Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində yerləşən İnformasiya Mərkəzinin flora, fauna və etnoqrafiya muzeyləri ilə də tanış olublar.
Aksiya Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən keçirilib. Aksiyada 30 nəfər gənc iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xidmətin maddi­-texniki bazası gücləndirilmiş, müasir standartlara cavab verən inzibati binası tikilərək istifadəyə verilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurmuş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısına çevrilmişdir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqı­ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin may ayında bir sıra qərarlar qəbul etmişdir. Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili intizam Qaydaları”nda və “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 25 nömrəli qərarında dəyişikliklər edilmişdir. Sonuncu qərara görə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilmişdir.

Ardını oxu...

  Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aparılan məqsədyönlü sosial siyasət nəticəsində insanların maddi rifah halı yüksəlib, hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. İnsan hüquq və azadlıqlarının tərkib hissəsi olan uşaq hüquqları da, bu gün muxtar respublikamızda yüksək səviyyədə qorunur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi bu istiqamətdə aparılan işlərə həssaslıqla yanaşıldığının bariz ifadəsidir. Həmin qaydaya uyğun olaraq uşaq hüquqlarına dövlət nəzarəti sahəsində dövlət orqanlarının üzərinə müəyyən vəzifələr qoyulub. Onu da qeyd edək ki, dövlət nəzarətinin məqsədi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, bu hüquqların pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki və Tibb kolleclərinin tələbələri Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissəsində olublar. Şəxsi heyətin sosial-məişət şəraiti, əsgər və zabit yataqxanası, yeməkxana, sinif otaqları, əşya və ərzaq anbarı, idman zalı ilə tanışlıq zamanı tələbə-gənclərə ümumi məlumat verilib. Hərbi hissənin idman şəhərciyində fiziki hazırlıq dərsləri praktik olaraq göstərilib. Qonaqlara mina­atanlar, tank əleyhinə vasitələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlar haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Kolanı kənd Uşaq Musiqi Məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib, tələbə-gənclər və əsgərlər rəqs ediblər. Daha sonra qonaqlar şəxsi heyətlə birgə nahar ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Mayın 29-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi mühüm rol oynayır. Mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi muxtar respublikamızda torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəldib. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR