2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla, növbəti komanda-qərargah təlimi keçirilir.
İyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktik fəaliyyətə cəlb olunmuş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul olunmuş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.
İyunun 24-dək davam edəcək təlimdə məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Nəriman NƏCƏFOV