24 Dekabr 2024, Çərşənbə axşamı

Döyüş hazırlığı planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində ­təlim-məşq uçuşları keçirilib. Uçuş hazırlığının müxtəlif növləri üzrə keçirilən təlimdə əsas məqsəd heyətin vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi olub. Təlim-məşq uçuşlarında qarşıya qoyulan məqsədə nail olunub.

* * *

Hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında praktik məşğələlər keçirilib. Şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazır­lığının yüksək səviyyədə saxlanılması məqsədilə sinif şəraitində nəzəri cəhətdən keçilən dərslər praktik məşğələlərdə daha da təkmilləşdirilib. Məşğələlər zamanı xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi və ­xilasedici qayıqların taktiki-texniki göstəriciləri üzrə bilikləri daha da artırılıb.

Fövqəladə hadisə baş vermiş ərazidə kəşfiyyat işləri aparılıb, zərərçəkənlərin yerləri və dağıntının miqyası müəyyənləşdirilib, uçqunlar altında qalmış zərərçəkənlər xilas edilərək ilk tibbi yardım göstərilib.
Xilasedicilərin fiziki hazırlıqlarının artırılması məqsədilə mülki müdafiə qoşunlarının maneələr zolağı dəf edilib, pirotexniki heyət minalanmış sahələrdən keçid­­lər açaraq partlamayan minaları zərərsizləşdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yüksək dağlıq ərazilərdə və hündürmərtəbəli binalarda xilasetmə işlərinin aparılmasını və zərərçəkmişlərin təxliyəsini praktik icra edib.
Müasir yanğınsöndürmə avtomobillərinin taktiki-texniki imkanları və yanğınsöndürmə avadanlıqları üzrə şəxsi heyətin bilikləri təkmilləşdirilib.

* * *

Həftə ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri yüksək nəticələrə görə nümunəvi xidməti ilə seçilən əsgərlərimiz hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında həvəsləndirilərək fəxri fərmanla təltif olunublar. Həmin əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintiləri də təşkil olunub. Gəzinti çərçivəsində əsgərlər Dövlət Bayrağı Muzeyini ziyarət edib, burada sərgilənən eksponatlarla yaxından tanış olublar.

* * *

Naxçıvan Qarnizonu tam orta məktəbində şagird elmi cəmiyyətinin növbəti konfransı keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak edib. Cəmiyyətin hər tədris ilinin sonunda keçirilən konfransında bu dəfə 9 şagird müxtəlif fənlər üzrə elmi məruzə üzərində işlərini yekunlaşdıraraq müzakirəyə təqdim edib.
Müzakirələrdə şagirdlərin video­slaydlar vasitəsilə elmi məruzələri dinlənilib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR