24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Oruc Qafar oğlu Həsənli 2018-ci il iyunun 18-də ömrünün 68-ci ilində vəfat etmişdir.
Oruc Həsənli 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olmuş, 1967-ci ildə orta məktəbi bitirmiş, 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır.
1972-1979-cu illərdə Şərur rayon Xanlıqlar kənd məktəbində müəllim, 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində işləyən Oruc Həsənli 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olmuşdur. 1993-2008-ci illərdə “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru işləyən Oruc Həsənli 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.
1992-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru, 2006-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alan Oruc Həsənli 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Oruc Həsənli uzun illər Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda gənc pedaqoji kadrların ­hazırlanmasında böyük əmək sərf etmişdir.
220-dən artıq elmi əsərin, o cümlədən 26 kitab və mono­qrafiyanın müəllifi olan Oruc ­Həsənlinin əməyi yüksək qiymətləndirilmiş, 2007-ci ildə o, “Tərəqqi” medalı ilə təltif edilmiş, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Muxtar respublikanın ictimai həyatında yaxından iştirak edən Oruc Həsənli 3-cü, 4-cü və 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı ­seçilmişdir.
Ömrünü elmin inkişafına həsr edən gözəl insan, fədakar alim Oruc Həsənlinin xatirəsi unudulmayacaqdır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR