24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 223-cü məşğələsi keçirilib. “Qurtuluşdan başlanan tərəqqi yolu” mövzusunda məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla müstəqilliyimizi məhv olmaqdan xilas edib. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı bu tarixi dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli ­liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
“Milli qurtuluşumuzun zəfər yürüşü” adlı məruzəsində tədris­-tərbiyə işləri üzrə prorektor, dosent Rafiq Rəhimov ulu ­öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazıldığını vurğulayıb. Qeyd olunub ki, ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin mənalı ömür yolu xalq və Vətən naminə fəaliyyətə həsr olunub.
Diqqətə çatdırılıb ki, bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderin ideyalarına sədaqət muxtar respublikanı hərtərəfli inkişafa qovuşdurub. Bütün bunlar isə dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin təməlinin qoyulduğu Milli Qurtuluş Gününün bəhrələridir.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR