24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb. Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, 1984-cü ildə Lənkəran şəhərində doğulmuş Bakı şəhər sakini Həmidoğlu Taleh Əli oğlu əldə etdiyi narkotik vasitəni gizli yolla Naxçıvana keçirmək istəyib.
Ondan 71 bükümdə ümumi çəkisi 178,9 qram olan narkotik vasitə – heroin və 15 bükümdə ümumi çəkisi 14 qram metamfetamin aşkarlanaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in birinci siyahısına daxil ­­ edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük ­nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR