24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikamız tarixi əlamətdar hadisələr və günlərlə zəngindir. Onların fövqündə dayanan 1990-cı ilin 22 iyulu isə təkcə Naxçıvanın deyil, ümumilikdə, ölkə­mizin tarixində xilas, nicat, qurtuluş, özünəqayıdış günüdür. Həmin gün Moskvadan Bakıya, iki gün sonra Bakıdan Naxçıvana gələn ulu öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Görkəmli dövlət xadiminin Naxçıvana gəlişi ilə qədim diyarımız işğal təhlükəsindən xilas edildi, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı.
Tarixə nəzər salsaq görərik ki, respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında ümummilli lider Heydər Əliyev xalqın yanında olmuşdur. 1969-1982-ci illərdə ulu öndər öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisini təmin etmiş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ona görə də 1990-cı il iyulun 22-də dahi şəxsiyyətin Naxçıvana gəlişi əhali tərəfindən sevinclə qarşılanmışdı. Məhz elə bu səbəbdən o dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdir.
O dövrdə cərəyan edən proseslər Azərbaycanı uçuruma aparırdı. Ölkədə idarəçiliyin itirilməsi, yaşayış səviyyəsinin getdikcə pisləşməsi, Ermənistanın hərbi təcavüzü və siyasi hərc-mərclik xalqımızın sabaha olan inamının tükənməsinə səbəb olmuşdu. Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürdü. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların təkidi ilə dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.

Ardını oxu...

1875-ci il iyulun 22-də görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən milli mətbuatın əsasının qoyulması, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixində mühüm hadisə idi. “Əkinçi” qəzetinin nəşri milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir. Azərbaycan milli mətbuatı “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi başlıca prinsiplərə sadiq qalmış, bütün dövrlərdə həqiqət carçısı kimi ictimai-siyasi, sosial problemləri üzə çıxarmış, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. 

XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. “Əkinçi”nin ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar milli mətbuatımızı çoxşaxəli inkişaf yoluna çıxarmışdır. Bu il yaranmasının 100 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə milli mətbuatımız sələflərinin formalaşdırdığı müstəqillik ideyalarını gerçəkləşdirmişdir. Azərbaycanda bolşevikləşmədən sonra milli mətbuatımız da sovet diktaturasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Bu illərdə ulu öndərin xidmətləri sayəsində mətbuatda milli dəyərlərimizin, adət-ənənələrimizin, zəngin tarixi-mədəni irsimizin təbliği istiqamətində əsaslı dönüş yaranmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatında beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən tədbiri insan hüquqları üzrə müvəkkil (Ombudsman) Ülkər Bayramova açıb. O bildirib ki, muxtar respublika vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ilin birinci yarısında da uğurla davam etdirilib. Bəhs olunan dövrdə təşkilat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsinə aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub.
Qeyd olunub ki, 2018-ci ilin ötən dövrü ərzində müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsait­lərin hazırlanması istiqamətində davam etdirib. Belə ki, 2018-ci ilin birinci yarısında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində saxlanılıb, bu səpkidə tədbirlər həyata keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasında komissiyanın sədri İsmayıl Qəribli məruzə edərək bildirib ki, 2018-ci ilin 6 ayı ərzində muxtar respublikada vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təmin olunub. Dövlət orqanlarında 294 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqənin test imtahanında iştirak etmiş 370 namizəddən 136-sı keçid balını toplayıb. Həmin namizədlərdən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplayıb inzibati vəzifə üzrə sertifikat alan 17 namizəd müsahibə mərhələsinə buraxılıb.
Cari il iyunun 25-dən iyulun 3-dək keçirilən müsahibə mərhələsində iştirak edən 123 namizəddən 64-ü müvafiq keçid balını toplayaraq uğur qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 56 nəfərin sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və onların hamısı iddia etdikləri vəzifələrə təyin olunub, ­ 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrlə bağlı Ordubad Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Ordubad rayonu da 2018-ci ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələr Ordubad rayonunda da ardıcıl olaraq həyata keçirilir.
Bildirilib ki, 2018-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29861,8 min manat və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,7 faiz artaraq 28771,6 min manat təşkil edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün bu il iyun ayının 1-də elan edilmiş müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Müsabiqəyə 9 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 20 namizəd sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib.
İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün onlara 2 saat 30 dəqiqə vaxt verilir.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanların nəticələri Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanları 17 iyul 2018-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
mətbuat xidməti

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların növbəti həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncamı respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da böyük ruh yüksəkliyi ilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şərur Rayon İdarəsində bu münasibətlə keçirilən tədbirdə çıxış edən idarənin rəisi vəzifəsinin icraçısı, polkovnik-leytenant Cəfər Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm tədbirlər ölkəmizin hərbi gücünü ildən-ilə artırır. Qeyd olunub ki, bunu cari ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndində və ətraf ərazilərdə keçirilən uğurlu əməliyyatlar da bir daha sübut etdi.
Çomaxtur kənd sakini Azər Əliyev valideynlər adından çıxış edərək hərbi xidmətə yola salınanlara Vətənin müdafiəsində uğurlar arzulayıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan muzeyin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan milli şüurunun böyük himayədarı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. Məruzədə ulu ­öndərin ölkəmizdə siyasi hakimiyyətə gəldiyi dövrlərdəki dövlətçilik baxımından fəaliyyəti, Azərbaycanın beynəlxalq imicinin artırılması üçün göstərdiyi səyləri, ölkə­də həyatın bütün sahələrində inkişafın yaranması üçün atdığı addımlardan geniş söz açılıb.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Görkəmli dövlət xadimi Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxışında ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdəki fəaliyyəti, müstəqillik illərində dövlət başçısı kimi Naxçıvana səfərləri, ulu öndərin qədim diyarla bağlı həyata keçirdiyi işlərdən bəhs edib.

Ardını oxu...

Cari ildə iyun ayının 25-dən iyulun 3-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilib.

Ardını oxu...


Dədə Qorqud meydanında düşüncələr

Asudə vaxtlarımda şəhərimizin səfalı guşələrini gəzir, bu şəhərin keçmişini gözlərim önünə gətirir, onun dünəni ilə bu gününü müqayisə etmək istəyirəm. Ancaq bunun mümkünsüzlüyünü düşünürəm. Çünki fərq, necə deyərlər, yerlə göy arasındadır...

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Şahbulaq kəndində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə YAP Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev mövzu ilə bağlı məruzə edib.
Bildirilib ki, 1969-cu il iyulun 14-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndə respublika iqtisadi cəhətdən xeyli geridə qalırdı, ölkədə ciddi sosial problemlər mövcud idi, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı ilbəil aşağı düşürdü. Elm, ədəbiyyat, mədəniyyət və digər yaradıcı sahələr qayğısızlıq nəticəsində sükunətli dövr yaşayırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə güclü canlanma və dirçəliş baş verdi. Azərbaycanda nəhəng sənaye müəssisələri tikildi, bir çox fabrik və zavodlar yenidən qurularaq məhsul istehsalı üçün yararlı hala salındı. 13 il ərzində Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi.

Ardını oxu...

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri və rolu var. Misilsiz xidmətləri ilə Azərbaycanın ən parlaq və şanlı tarixini yaratmış dünya şöhrətli siyasi xadimin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində misilsiz rola malikdir. Məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır. 

Ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmırdı. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Bundan başqa, Azərbaycanın keçdiyi tarixi yol da saxtalaşdırılır, xalqın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğinə və yaşadılmasına qadağalar qoyulur, yetişən gənc nəsil yad ideologiya altında tərbiyə edilirdi. Məhz bütün bunlara görə də ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründəki fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Dahi şəxsiyyət yaradılmış süni maneələrə sinə gərərək Azərbaycan xalqının milli əsaslar üzərində inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak­lara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazır­lanması üçün sənədlərin qəbulu aparılır.

Ardını oxu...

Müasir dövrdə dünya xalqları arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirilir. Bu sırada digərləri ilə yanaşı, ­YUNESKO tərəfindən müdafiə edilən “İslam Mədəniyyətinin Paytaxtı” layihəsini xüsusilə qeyd etmək olar. 

Məlum olduğu kimi, İslam Ölkə­lərinin Elm, Təhsil və Mədəniyyət Təşkilatına – İSESKO-ya üzv olan İslam dövlətlərində də bu gün əhəmiyyətli tədbirlər həyata keçirilir. “İslam Mədəniyyətinin Paytaxtı” layihəsi bunlardan biri və ən əhəmiyyətlisidir. Bu layihə haqqında ilk qərar İSESKO-nun təklifi ilə 2001-ci ilin sonlarında qəbul olunmuşdur. Belə ki, Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam ölkə­lərinin mədəniyyət nazirlərinin III konfransında qərara alınıb ki, İslam Mədəniyyətinin Paytaxtı İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilməlidir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam Mədəniyyəti Paytaxtı elan edilmiş, ölkəmizin paytaxtı Bakı şəhəri isə 2009-cu ildə bu ada layiq görülmüşdür. Həmin ilin oktyabrında Bakıda keçirilən İslam konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı konfransı çərçivəsində isə Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması hər birimizə qürur hissi yaşatdı.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 may tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin Çağırış bölməsinin rəisi, kapitan Müşfiq Tağıyev açıb.
Mərasimdə xidmətin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-­Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan Şəhər Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək hərbi xidmətə yola salınanlara uğurlar arzulayıblar.
Həmin gün Babək rayonunda da gənc­lər hərbi xidmətə yola salınıb.

 Səbuhi HƏSƏNOV

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən yay təlimlərinə start verilib. 

Təlimi giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev iştirakçılara tədbir haqqında geniş məlumat verərək bildirib ki, ötən ay “Sosial şəbəkə akademiyası” layihəsi çərçivəsində gənclər arasında sosial şəbəkələrin düzgün istifadəsi məsələsi haqqında təlim keçirilib, bu ay isə gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində yay təlimləri nəzərdə tutulub. Cəbi Quliyev qeyd edib ki, təlimlər 3 istiqamətdə – “İşgüzar etiket”, “Təqdimat bacarıqlarının inkişafı” və “Vaxtın düzgün istifadə edilməsi” mövzularında olacaqdır.
Daha sonra təlimçi Hüseyn İmanov təlim iştirakçıları ilə işgüzar görüşlər, jest və mimikalar, əl hərəkətləri, işgüzar yeməklər və səfərlər haqqında müəyyən bilikləri paylaşıb. Təlimdə slaydlarla yanaşı, müxtəlif videoçarxlar nümayiş etdirilib, təlim iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim iki gün davam edəcək. Tədbirin ikinci günündə təlimdə fəal iştirak edən gənclər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən hazırlanmış sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

Xəbərlər şöbəsi

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının konfransı keçirilib.
Konfransın gündəliyinə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabatı, Rəyasət heyəti sədrinin, sədr müavininin, rəyasət heyəti üzvlərinin, İntizam Komissiyası sədrinin və üzvlərinin seçilməsi çıxarılıb.
Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ötən 5 il ərzində kollegiyanın gördüyü işlər barədə məlumat verib.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının müdiri Səbinə Hüseynova, vəkil Ələkbər Cəfərov çıxış ediblər.
Əvvəlcə 5 üzvdən ibarət Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyəti seçilib.
Sonra Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü Arif Ağayev vəkil Şükürov Kamil Qəzənfər oğlunun Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri seçilməsi təklifini irəli sürüb.
Təklif səsə qoyulub və Kamil Şükürov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri seçilib.
Kamil Şükürov konfransda çıxış edərək göstərilən etimada görə ­Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib və qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası bundan sonra daha səmərəli işləyəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Pərviz Novruzov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Bəhruz Seyidov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Ardını oxu...

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı – “TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb.

Ardını oxu...

Yolumuz Kiçik Qafqazın ən uca zirvəsi olan başı buludlarla çalmalı Qapıcıq dağının ağuşunda mürgüləyən Ordubad rayonunun səfalı kəndi Tiviyədir. Maşınımız yol aldıqca seyr etdiyimiz gözəl mənzərələr – xəfif əsən küləyin mehindən dəniztək dalğalanan bərəkət ətirli zəmilər, yamyaşıl çəmənliklərə rəngarəng naxış salan çiçəklər, zümrüd rəngli, gözyaşıtək saf bulaqlar, Nuh tufanına şahidlik etmiş məğrur Gəmiqaya bu yerlərin ecazkar tablolarıdır. Gözoxşayan mənzərələrilə insanı məftun edən bu əsrarəngiz yurd yerinin füsunkar gözəlliklərini qələmə almaq üçün coşqun təbiətli şair olmaq lazımdır bəlkə də... Ağrı, Kəmki dağlarını, Haçadağı keçərək Gəmiqayada lövbər salan Nuh Peyğəmbərin mübarək addımları bərəkəti bol, bənzərsiz naz-nemətlər bəxş edib bu yurd yerinə. 

Yol boyunca bir-birinin ardınca düzülən palıd, yulğun, əzgil, tut, cəviz, alça, gilas, yemişan, armud və adını sadalamaqla bitməyən növbənöv ağaclar, dağ yamaclarında bitən qırxbuğum, dağ zirəsi, ələyəz, əvəlik, boymadərən, bağayarpağı kimi müalicəvi əhəmiyyətə malik çoxsaylı bitkilər, nadir kollar Tivinin torpağının bar-bərəkətindən xəbər verir. Sehrinə düşdüyümüz mənzərələri ilə yanaşı, həm də kəndin zəngin keçmişindən soraq verən, əsrlərin tarixinə lövbər salan izlər də mövcuddur. Elə 1968-ci ildə kənd ətrafında qeydə alınan antik dövrə aid arxeoloji abidə – Tivi nekropolu bu yurd yerinin tarixi zənginliyindən xəbər verən faktdır, sübutdur. Bu abidə kəndin qədim və orta dövr tariximizin canlı salnaməsidir.

Ardını oxu...

İyun ayının ümumi mənzərəsi qazanılan uğurların davamlı xarakter aldığını göstərir

Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb. Doğma diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünəməxsus yeri vardır. Məhz, bu mənada, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açdı.

Ardını oxu...

Diplomatiya tarix boyunca hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahələrindən biri olmuşdur. Qədim tarixi və zəngin dövlətçilik ənənələri olan Azərbaycanın da diplomatiya tarixi olduqca parlaq keçmişə malikdir. Albaniya, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Səfəvi dövlətlərinin, Azərbaycan xanlıqlarının diplomatik fəaliyyətləri Azərbaycanın diplomatiya tarixinin şanlı səhifələrindəndir. XX əsr isə bütövlükdə Azərbaycan diplomatiyasının tarixində xüsusi mərhələ təşkil etmişdir. Müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda qurulmuş və böyük diplomatik uğurlara imza atmış, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyi yaradılmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən hər il bu tarix – iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan Respublikası əsrin əvvəllərində olduğu kimi yenidən Ermənistanın işğalçı siyasəti ilə üzləşmişdir. Bununla yanaşı, ölkə daxilindəki siyasi hərc-mərclik Azərbaycanı dərin xaosa sürükləmişdi. Nəticədə, ölkə ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu prosesin qarşısı alınmış, bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi dönüş yaradılmışdır. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olunmuş, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev ­deyirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətidir. Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı dünya miqyasında müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin...”

Ardını oxu...

Tədbirdə mərasimə hazırlıqla bağlı məruzə edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən zabitlər, məzunlar, əsgərlər və valideynlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ələ keçirilib. Tarixə qızıl hərflərlə yazılan Günnüt əməliyyatının uğurla nəticələnməsi ötən illər ərzində kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin sayəsində mümkün olub. Dövlət qayğısını hər zaman üzərində hiss edən, xalq-ordu birliyindən ruhlanaraq ən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır olan hərbi qulluqçularımızın sıralarına bu gün yeni üzvlər daxil olur. İnanırıq ki, hər biriniz kurslarda qazandığınız biliklər nəticəsində ordumuzun daha da güclənməsi üçün əlinizdən gələni əsirgəməyəcək, nümunəvi xidmətinizlə fərqlənəcəksiniz.
Sonra ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edilib.

Ardını oxu...

İyun ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşayan 16 əcnəbi aşkarlanıb. Onlardan 14-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 2-si barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1192 müraciət daxil olub. Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. İyun ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 1118 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 486-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

İyulun 4-5-də Naxçıvan şəhərində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Könüllü qayıdış və reinteqrasiya haqqında dialoqun təşkili üçün regional məsləhətləşmə” mövzusunda tədbir keçirilib. İlk gün “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov və Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı ofisinin siyasət məsələləri üzrə baş mütəxəssisi Amr Taha çıxış ediblər. 

Xidmət rəisinin müavini çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti 31 may 2010-cu il tarixdən etibarən fəaliyyət göstərir. Miqrantlara və cəmiyyətə fayda gətirən insani və nizamlı miqrasiya prinsipini əsas götürən Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri müvafiq sahələr üzrə beynəlxalq əməkdaşlığın, əlaqələrin genişləndirilməsidir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının miqrasiya sahəsində çoxcəhətli formada əməkdaşlıq etdiyi əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı çıxış edir. 1996-cı ildə təşkilatın Bakı ofisi yarandıqdan sonra Azərbaycanda miqrasiya sahəsi üzrə müxtəlif yardım və birgə layihələr həyata keçirilib, bu sahədə bir sıra nailiyyətlər əldə edilib.
Diqqətə çatdırılıb ki, readmissiya məsələlərinin tənzimlənməsi istiqamətində ölkələrarası ikitərəfli və çoxtərəfli sazişlər imzalanır. Readmissiya sazişlərinin normal icrası, bir qayda olaraq, dövlətlər qayıdışın təmin olunması üçün proqramlar hazırlayırlar.

Ardını oxu...

İyulun 5-də Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir­ ­keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Naxçıvan Muxtar Respublikası ­Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikamızın müasir iqtisadi və sosial inkişafında sığortanın rolundan bəhs edib. Vurğulanıb ki, sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə qurulmasında 2011-ci il 30 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqlar xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, ötən müddətdə Babək rayonunda da sığorta müqavilələrinin bağlanılması istiqamətində müəyyən işlər görülüb. Belə ki, rayon üzrə cari ilin yanvar-iyun aylarında, ümumilikdə, 6705 sığorta müqaviləsi bağlanılıb. Onlardan 850-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 2152-si isə daşınmaz əmlakın icbari sığortası üzrə olub.
Qeyd edilib ki, muxtar respublikamızda sığorta işi sahəsində əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və əhali arasında maarifləndirilmə işlərinə diqqət artırılmalıdır.

Ardını oxu...

Ali Məclis Sədrinin Günnüt kəndindəki hərbi hissədə əsgərlərlə görüşü bu ruhu daha da yüksəldib

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesinə ötən əsrin 90-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılmışdır. Azərbaycanda ilk milli hərbi birləşmələrin formalaşdırıldığı bu qədim diyarın strateji mövqedə yerləşməsi onun təhlükəsizliyinin daim ön planda saxlanılmasını zəruri etmişdir.
Dahi şəxsiyyətin siyasi dəst-xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən dövrdə muxtar respublikanın təhlükəsizlik məsələləri daim ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idarəçilik fəaliyyətində qırmızı xətlə keçmiş, Naxçıvanın hərbi gücünün daha da artırılması prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Ölkəmizin müharibə şəraitində olması isə bu amili daha da gücləndirmişdir. Buna görədir ki, ötən illər ərzində muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, birləşmə və hərbi hissələr üçün nümunəvi xidmət şəraiti yaradılmışdır. 2013-cü ildə yaradılmış Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi birləşmələrin təyinatı üzrə döyüş ləvazimatları ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlığının artırılması sahəsində görülən işlər Naxçıvanın hərbi gücünün peşəkar səviyyədə artırılmasına imkan vermişdir.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlərə start verilib.
Təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.
Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.

Nəriman NƏCƏFOV

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi vacib şərtdir. Muxtar respublikamızda kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə və mühafizəsinə, torpaq qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir.

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfat­hesablı Nəqliyyat İdarəsində sərnişindaşıma xidməti ilə məşğul olan sürücülər üçün növbəti ­seminar-müşavirə keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Zaur Əliyev və Elxan Novruzov, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əməkdaşı İman Adıgözəlov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaların müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha nəzərdən keçirilib, qrafiklər daha da təkmilləşdirilib. Xətlərə çıxan avtobus və taksilərin texniki baxışları təşkil olunub.
Vurğulanıb ki, bu gün muxtar respublikamıza gələn turistlərə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi, qonaqlarla ünsiyyətin düzgün qurulması əsas məsələlərdəndir. Bu mənada, sürücülərin iştirakı ilə maarifləndirici xarakterli seminar-müşa­virələrin keçirilməsi, muzeylərə ziyarətlərin təşkili, onların muxtar respublikanı təbliğ edəcək məlumat nəşrləri ilə təmin edilməsi xüsusi önəm daşıyır.

 Nail ƏSGƏROV

“Naxçıvan” Universitetində keçirilən konfrans Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AMEA Naxçıvan Bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agent­liyi və “Naxçıvan” Universiteti tərəfindən təşkil edilib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində və Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın 2018-ci il üçün iş planının icrası ilə əlaqədar olaraq keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “İslam dini və ailə dəyərləri: dövlət siyasətinin tərkibi kontekstində” mövzusunda çıxış edib. Bildirib ki, ailə dəyərlərinə və cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə qayğı ilə yanaşan ümummilli lider ölkəmizə rəhbərliyinin hər iki dövründə ailə siyasətinin formalaşdırılmasına xüsusilə diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib, möhkəm qanunvericilik bazasının yaradılmasına böyük töhfə verib. Reallaşdırılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milli dəyərlərimizə əsaslanan ailə modeli qorunub saxlanılıb. Ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ardını oxu...

Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Ayrı-ayrı vətəndaşlar tərəfindən müvafiq müşayiət sənədləri olmadan gətirilən və ya daxili bazarın qorunması məqsədilə saxlanılan, həmçinin müvəqqəti saxlanc müddəti bitən mallar vaxtaşırı olaraq bir sıra qapalı müəssisələrə, o cümlədən hərbi hissələrə təhvil verilir.
Bu tədbirlərin davamı olaraq gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılmış 4 ədəd paltaryuyan, 3 ədəd qabyuyan maşın, 3 ədəd televizor, 3 ədəd tikiş maşını, 2 ədəd qaz sobası, 1 ədəd stolüstü qaz plitəsi, 1 ədəd mikrodalğalı soba və 2485 kiloqram alçı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aktlaşdırılaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsinə təhvil verilib.
Mayor Natiq Mikayılov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, ordumuzun təchizatının ən yüksək səviyyədə olduğunu, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur. 

Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olmuşdur. Ümummilli ­liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, Vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Bu dövrdən etibarən şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra isə hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Həyata keçirilən kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli təşkilinə zəmin yaratmışdır. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi ölkədə cinayətkarlıqla mübarizənin möhkəm təməlini qoymuş, vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait ­yaradılmışdır.

Ardını oxu...

III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Türkiyədən olan iştirakçıları bu fikirdədirlər

Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresində qardaş Türkiyənin bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri də iştirak edirlər. Onlar qədim diyarın bir çox gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə də tanış olublar. Qonaqlarla görüşüb həmsöhbət olduq, bir neçəsinin Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.
Zəkəriya Bingöl – Marmaris Turizm Məslək Yüksekokulunun müdiri: – III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Naxçıvanda keçirilməsi qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və eyni zamanda Azərbaycan Respublikasının Gənclər Paytaxtı seçilməsi tədbirin burada keçirilməsinə səbəb olan əsas amillərdir.
Vurğulamaq istərdim ki, konqresin yüksək səviyyədə keçirilməsi üçün Naxçıvanda hər cür şərait yaradılıb. Onu da qeyd edim ki, muxtar respublikanın bir çox gəzməli-görməli yerlərində olduq. Naxçıvanın qədim tarixi və mədəni abidələri, ecazkar təbiəti, buradakı səliqə-sahman bizdə xoş təəssüratlar yaratdı.
Mən bir neçə dəfə Naxçıvanda olmuşam. Burada keçirilən festival və tədbirlərdə iştirak etmişəm. Deyə bilərəm ki, qədim diyar beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkandır. Ümidvaram ki, III Beynəlxalq Gənclik Araşdırmalar Konqresi kimi yüksək səviyyəli tədbirlər gələcəkdə daha tez-tez keçiriləcək və iki qardaş ölkənin sıx əməkdaşlığı bundan sonra da davam etdiriləcəkdir.

Ardını oxu...

Fəsillərin ən gözəli olan yazın yaşıl ­cazibəsi həmişə insanı doğma yuvasına, onun ilıq havasında yaşamağa çağırır. Axarlı-baxarlı gözəl bir gündə çağlayan bulaqların həzin zümzüməsinə dalaraq yarpaqların sanki nəğmə oxuyan ahənginə qulaq verən insan nə qədər yorğun olsa da, bircə gündə az qala iyirmi il əvvəlki gəncliyinə qayıdır. Dağı, daşı, çayı, gölü, şəlaləsi, buz bulaqları, yamyaşıl yamacları, işgüzar və qonaqpərvər insanları ilə Şahbuz rayonunun Kükü kəndi də özünün gözəl növrağına qovuşub.

Ardını oxu...

Ölkəmizdə dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini mühüm vəzifə kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. Ümummilli liderimiz bu sahədə hüquqi bazanın yaradılması və gənclərlə işin daha da təkmilləşdirilməsini diqqət mərkəzində saxlamış, onların potensialından düzgün istifadə olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Gənclər siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq icrası başa çatmış “Azərbaycan Gəncliyinin Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ölkə gənclərinin fəal həyat mövqeyinin düzgün formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Ardını oxu...

Ölkəmizdə dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini mühüm vəzifə kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. Ümummilli liderimiz bu sahədə hüquqi bazanın yaradılması və gənclərlə işin daha da təkmilləşdirilməsini diqqət mərkəzində saxlamış, onların potensialından düzgün istifadə olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Gənclər siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq icrası başa çatmış “Azərbaycan Gəncliyinin Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ölkə gənclərinin fəal həyat mövqeyinin düzgün formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Ardını oxu...

İyunun 28-də “Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi öz işinə başlayır. Muxtar respublikada ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlığının qorunması diqqətdə saxlanılır, zəruri infrastruktur yaradılır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada yüksək intellektli, vətənpərvər, milli düşüncəyə malik gənclər formalaşır. Onlar müxtəlif sahələrdə uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Məhz bu amillər nəzərə alınaraq Naxçıvan şəhəri 2018-ci il üçün Gənclər Paytaxtı seçilib. Bununla bağlı olaraq ilin əvvəlindən başlayaraq silsilə tədbirlər həyata keçirilir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin də Naxçıvan şəhərində keçirilməsi Naxçıvan Gənclər Paytaxtı tədbirlərinə bir töhfədir. Konqresin əsas məqsədi gəncliyin inkişafına töhfə verməkdir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin gənclərlə iş sahəsində fəaliyyətin daha da yaxşılaşdırılması istiqamətində məhsuldar olacağına əminliyimizi bildirir, konqresin işinə uğurlar arzulayırıq.

Ardını oxu...

Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib. Müsahibələrdə ilk olaraq Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində və Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlikləri, Televiziya və Radio Şurası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi üstünlük təşkil edib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilir. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Müsahibəyə hazırlıq məqsədilə iyunun 23-də komissiyanın iclas zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün seminar keçirilib.

Ardını oxu...

 Ordumuzun 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad bunu bir daha təsdiq etdi

İyunun 26-da Bakı şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirildi. Dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin respublikamızdakı səfirlərinin, hərbi attaşelərinin, o cümlədən ­beynəlxalq təşkilatların əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin izlədiyi parad bir daha Azərbaycanın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi.  

Ordu hər bir ölkənin müstəqilliyinin qarantı, xalqımızın milli ləyaqət rəmzidir. Ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın fəaliyyətinin nəticəsində yaradılan milli ordumuz çox qısa müddətdə mühüm formalaşma mərhələsi keçərək ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasına böyük töhfələr vermişdir. Çox çətin tarixi dövrdə yaradılmış Silahlı Qüvvələrimiz cümhuriyyətimizin süqutu ilə fəaliyyətini dayandırsa da, xalqımızın azadlıq arzuları yetmiş illik zaman məsafəsindən sonra yenidən baş qaldırmış, lakin mövcud ictimai­-siyasi vəziyyət ordu quruculuğu sahəsində lazımi addımlar atılmasına imkan verməmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbindən sonra ali hakimiyyətə qayıdışı ölkəmizdə bu strateji sahənin inkişafını reallaşdırmışdır. Bu da tarixin acı bir qismətidir ki, Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyünün pozulması faktı ilə qarşılaşmış, ordu quruculuğuna diqqət yetirilmədiyinə, vahid mərkəzdən idarəçilik olmadığına görə torpaqlarımızın 20 faizi düşmənlərimiz tərəfindən işğal olunmuşdur. Görkəmli dövlət xadiminin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı cəbhədə atəşkəsin əldə olunması ilə yanaşı, ordu quruculuğu sahəsində köklü islahatların da başlanmasına şərait yaratmışdır. Nəticədə, torpaqlarımızın işğalının qarşısı alınmış, Azərbaycan məhv olmaq təhlükəsindən qurtulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi 1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tariximizdə qalmışdır. Məhz bu dövrdə milli ordumuzda böyük kadr islahatları aparılmış, Silahlı Qüvvələrimizin komplektləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır. Ali Baş Komandan keçirilən hərbi paradda bu haqda belə demişdir: “2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.

Ardını oxu...

Bu yaxınlarda Naxçıvanda keçirilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri dünya mətbuatında geniş reaksiya doğurmaqdadır. UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılmış və 35 ölkədən 44 xəbər agentliyinin bir araya gəldiyi Asiya və Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) internet portalında bu barədə xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in təntənəli açılış tədbirində iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Qonaqlar ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın foto­şəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə etməsi də xəbərdə qeyd olunub.

Ardını oxu...

Qızılqaya zirvəsində, Günnütdə Azərbaycan bayrağının dalğalanması
İlham Əliyevin qalibiyyət yürüşünün növbəti zəfəridir 

Müstəqil Azərbaycan dövləti özünün məsuliyyətli və şərəfli tarixinin yeni mərhələsini yaşayır. Bütün yönləri ilə yüksək templərlə inkişaf edən ölkəmizdə artıq ərazi bütövlüyü məsələsinin həlli istiqamətində də qətiyyətli addımlar atılmaqdadır. 2016-cı ilin aprel döyüşləri süni şəkildə uydurulmuş yalançı erməni mifini dağıtmış, Azərbaycan Ordusunun qüdrətinə inam yaratmışdır.

Ardını oxu...

Yaşadığımız hər gün tarixə dönür. Tarixə yazılan günlərin isə hamısı yaddaqalan olmur. Amma bəzi günlər heç vaxt unudulmur, yaddan çıxmır, bir xalqın tarix yaddaşına əbədilik yazılır. Belə unudulmaz günlərdən birini də xalqımız yaxın vaxtlarda yaşadı. May ayının sonlarında düşmənin Naxçıvan istiqamətində əl atdığı təxribata cavab olaraq Əlahiddə Ümumqoşun Ordu 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklər əldə etdi. Günnüt qələbəsi hərbi­-strateji əhəmiyyətinə görə qüdrətli ordumuzun aprel döyüşlərindən sonrakı ən böyük zəfəri idi.
Günnütlülərin 26 illik torpaq həsrətinə son qoyuldu. 26 il sonra Günnüt kəndindən murdar erməninin izi birdəfəlik silindi, kənddə müqəddəs “Quran” səsi eşidildi, ən uca zirvəyə – Qızılqaya yüksəkliyinə Azərbaycan bayrağı sancıldı. Həmin gecə qələbə zəfəri yaşamağımız xalqımızın bir an belə düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan igid oğulları sayəsində oldu. Tatarov Adil Əli oğlu öz adını qədim Naxçıvanın qəhrəmanlıq tarixinə yazdı.
Bu günlərdə şəhidimizin valideynləri övladlarının şəhid olduğu, xatirəsinin əziz tutulduğu Naxçıvan Muxtar Respublikasında olublar. Onlarla həmsöhbət olduq. Adilin atası Əli Tatarovun dediklərindən: – Bu gün Naxçıvan şəhərində ilk olaraq bizə müstəqilliyi, azadlığı xalqımıza ərməğan edən ulu öndərin şəhərin mərkəzində əzəmətlə ucalan abidəsini və dahi rəhbərin xatirəsinin yaşadıldığı, mənalı ömür yolunun, Azərbaycançılıq ideyalarının təbliğ olunduğu Heydər Əliyev Muzeyini ziyarət etməyi bir vətəndaşlıq borcu bildik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən növbəti maarifləndirici tədbiri xidmətin əməkdaşı Şəhanə Seyidova açıb. Bildirilib ki, bu gün muxtar respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur, müraciətlərinə vaxtında baxılır, onların iştirakı ilə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı İman Alırzayev çıxış edərək “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün keçirilən tədbirin məqsədi də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək, onları maarifləndirməkdir.
Vurğulanıb ki, muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan türk-islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçılarının “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gəzintisi təşkil edilib.

 Nail ƏSGƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Yeni yayım və çəkiliş avadanlıqları da həmin sərəncamın icrası çərçivəsində alınıb.

Ardını oxu...

Tam 100 il bundan əvvəl – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur. Bu gün hərtərəfli inkişafı ilə diqqətçəkən ölkəmiz həm də qüdrətli ordusu ilə müstəqilliyimizin qarantına çevrilmişdir.

Ardını oxu...

2018-ci ilin hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda iyunun 18-dən iyunun 24-dək davam edən komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilib.

Təlimdə məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. 

Nəriman NƏCƏFOV

Naxçıvan dünyanın ən qədim, ilkin sivilizasiya mərkəzlərindən biridir. Naxçıvanda “sivilizasiyanın sübh çağı” olan Paleolit dövrünə aid Qazma və Daşqala kimi ilk insan düşərgələrinin olması qədim diyarın insanlığın ilkin beşiklərindən biri olduğunu nümayiş etdirir.

Ardını oxu...

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin 2006- cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişindən sonra ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Görkəmli dövlət xadiminin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılmasına diqqət artırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət ­Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının esse imtahanı mərhələsi keçirilib.
Test imtahanında uğur qazanan 13 nəfər bu mərhələdə iştirak edib. Əvvəlcə iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi ­aparılıb.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusu təqdim edilib.
Yazı işləri yoxlanılarkən tələb olunan meyarlar nəzərə alınıb və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR