24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların növbəti həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncamı respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da böyük ruh yüksəkliyi ilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şərur Rayon İdarəsində bu münasibətlə keçirilən tədbirdə çıxış edən idarənin rəisi vəzifəsinin icraçısı, polkovnik-leytenant Cəfər Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm tədbirlər ölkəmizin hərbi gücünü ildən-ilə artırır. Qeyd olunub ki, bunu cari ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndində və ətraf ərazilərdə keçirilən uğurlu əməliyyatlar da bir daha sübut etdi.
Çomaxtur kənd sakini Azər Əliyev valideynlər adından çıxış edərək hərbi xidmətə yola salınanlara Vətənin müdafiəsində uğurlar arzulayıb.

Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Nəsib Quliyev rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Zakir Bayramov, Gənclər və İdman İdarəsinin əməkdaşı Vüqar Paşayev çıxışlarında gənclərimizə nümunəvi hərbi xidmət arzulayıblar.
Çağırışçılar adından çıxış edən Saleh Əliyev əsgər olmağın, Milli ­Ordumuzun şəxsi heyətinə qatılmağın doğurduğu qürur hissini bölüşərək hərbi xidməti şərəf və ləyaqətlə, uğurla başa vuracaqlarına əminliyini bildirib.
Həmin gün Kəngərli rayonunda da çağırışçılar hərbi xidmətə yola salınıb.

E.MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR