23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olması və yaşaması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşərrəf Məmmədova Dövlət Miqrasiya Xidmətinin ali təhsil ocağı ilə sıx əməkdaşlığından söhbət açıb. Qarşılıqlı əməkdaşlıq sayəsində əcnəbi tələbələrin müvəqqəti yaşayışı üçün qeydiyyata alınmasının artıq universitetin Beynəlxalq əlaqələr şöbəsində də yüksək səviyyədə aparıldığı bildirilib.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov çıxışında qeyd edib ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maarifləndirilmələri, öz hüquq və vəzifələri ilə bağlı məlumat əldə etmələri, həm də muxtar respublikanın turizm potensialı ilə yaxından tanış olmaları baxımından əhəmiyyətlidir.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Vəli Quliyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olması və yaşaması qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Xidmətin əməkdaşı Qiyas Paşayev əcnəbilərin olduğu yer üzrə qeydiyyatı və müvəqqəti yaşama icazələrinin verilməsi üçün elektron müraciət qaydalarını əyani şəkildə təqdim edib.
Sonda əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və maarifləndirici bukletlər təqdim olunub, müvafiq müraciətlər qəbul edilib.
Sonra tədbir iştirakçıları Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.

Xəbərlər şöbəsi

“İki acgöz ayı balası yağlı, iri bir pendir tapır. Amma heç cür onu bölə bilmirlər. Qorxurlar ki, birinə az, o birinə çox düşər. Bir tülkü onlara yaxınlaşıb deyir:
– Verin, mən bölüm.
Tülkü pendiri bərabər olmayan iki hissəyə bölür. Ayı balaları o saat qışqırırlar:
– Biri o birindən böyükdür!
Tülkü onları sakitləşdirir:
– Dayanın, bu saat tən yarı bölərəm.
O, böyük hissədən bir parça dişləyib yeyir, ancaq bu dəfə həmin hissə o birindən kiçik olur.
O, yenə böyük pendir tikəsini dişləyir. Ayı balaları bu dəfə də narazı qalırlar. Tülkü pendiri hey dişləyir. Tülkü nə qədər “çalışırsa”, bir hissə o birindən böyük alınır. Ta o vaxta kimi ki tülkü qarnını doyurur. İndi artıq pendir parçaları eyni idilər. Amma onlar necə də balaca olmuşdular!
Ayı balaları öz paylarını aldılar və acıqlarından ağlamağa başladılar: ac ayı balaları bu pendirlə necə doysun?
Nə olsun ki?– dedi qaçaraq uzaqlaşan tülkü. Əvəzində tən ­yarıdır!”

Ardını oxu...

Culfa rayonunun Dizə Kənd Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimovun məruzəsi dinlənilib. O bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanan, dövlətimizi böhrandan qurtaracaq yeni siyasi qüvvəyə ehtiyac var idi. Belə bir siyasi partiyanın rəhbəri yalnız dahi şəxsiyyət, dünya səviyyəli siyasətçi və döv­lət xadimi, hə­min dövr­də Naxçıvan Mux­­tar Respublikası­ Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyev ola bilərdi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvan şəhərində keçirildi və ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın ­Sədri seçildi.
Ötən illər ərzində muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən ətraflı söhbət açan Qadir İbrahimov bu istiqamətdə Culfa rayonunda da görülən işlərdən danışıb. Qeyd edib ki, Naxçıvanın Şərqə açılan qapısı olan Culfada misligö­rünməmiş quruculuq tədbirləri, abadlıq işləri geniş vüsət alıb. Culfa şəhəri simasını dəyişib, 20 kənd abadlaşdırılaraq müasir yaşayış məntəqələri siyahısına daxil edilib. 17 kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları üçün iş otaqları ayrılıb, hərtərəfli şərait yaradılıb. Hazırda rayon mərkəzində və kənd yaşayış məntəqələrində quruculuq işləri uğurla davam etdirilir, yeni iş yerləri açılır, əhalinin həyat səviyyəsi yüksəlir. Bu tədbirlərdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının üzvləri fəallıq göstəriblər.

Ardını oxu...

Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunur. Oktyabr ayında da nazirliyin rayon dövlət yanğın təhlükəsizliyi şöbələrində yoxlama, ­taktiki-xüsusi təlim və məşğələlər keçirilmişdir. Texniki təhlükəsizliyin təmin olunması, qəza və hadisələrin vaxtında qarşısının alınması məqsədilə 2 obyekt, 7 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınmış, 2 müəssisədə 8 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılmış, 21 obyektdə mühafizə işinin təşkili yoxlanılmışdır.

Ardını oxu...

21 noyabr 1992-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
1992-ci il oktyabrın 24-də ziyalıların “Səs” qəzetində ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciətinə cavab məktubunda ümummilli liderin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirdi. Ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Ardını oxu...

Bu münasibətlə Naxçıvan Dövlət Universitetində keçirilən konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ildə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd edilib ki, tarixi zərurət nəticəsində yaranan Yeni Azərbaycan Partiyası çox qısa müddətdən sonra Azərbaycanda iqtidar partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. Bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərin düşünülmüş siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Partiyanın Universitet ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev “Yeni Azərbaycan Partiyasının dünəni və bu günü” mövzusunda çıxışında qeyd edib ki, universitetin professor-müəllim və tələbə kollektivinin ­ictimai-siyasi cəhətdən fəal hissəsi tam şəkildə Yeni Azərbaycan Partiyasının sıralarında, ərazi ilk təşkilatında birləşib.

Ardını oxu...

Dünyaya göz açdığım, mənim üçün çox əziz olan ­Şərur rayonu haqqında yazı qələmə almaq istəyi mənə bir hadisəni xatırlatdı.

Hələ 1999-cu ildə təhsil aldığım Gəncə Dövlət Universitetində ilk dərs günü müəllimimin: – Qızım, sən hansı bölgədənsən? – sualına çox böyük qürurla: “Naxçıvandanam”, – dedim. Qürurlanmağa səbə­bim çox idi... Qəhrəmanlar yurdunun, dahilər yetişdirən bir torpağın övladı idim çünki. Müəllimin mənə tərəf baxıb: – Naxçıvanda yağış yağanda yenə dizə kimi palçığa batıb yeriyə bilmirsiz? – deməsi məni çox məyus etdi. Sonradan bildim ki, indi kürsüdə dayanan həmin müəllim vaxtilə Naxçıvanda işləyib. Bu qədim diyarın necə çətin şəraitdə yaşadığının şahidi olub. Qazsız, işıqsız, bərbad vəziyyətdəki kəndləri görüb. Lakin şəraitsiz və çətin vəziyyətdə yaşayan naxçıvanlılar onun yaddaşında səmimi, qonaqpərvər, mübariz və cəsur insanlar kimi qalıb.

Ardını oxu...

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin tapşırığına əsasən hər il olduğu kimi soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə Ali Məclisin adından 6 ton 400 kiloqram sarımsaq Naxçıvan Qarnizonunun bütün hərbi hissə və birləşmələrinə təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülmüş, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunmuşdur. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilmiş, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlamlığının qorunması xüsusi yer tutur. Ali Məclis Sədrinin tapşırığına əsasən soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə 6 ton 400 kiloqram sarımsağın Naxçıvan Qarnizonunun bütün hərbi hissə və birləşmələrinə təqdim olunması da bu istiqamətdə görülən işlərin davamıdır.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.
Sonra gətirilmiş sarımsaq hərbi hissələrə təhvil verilib.

“Şərq qapısı”

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb. Kurs zamanı snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib. 

Növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə keçirilən tədbirdə əvvəlcə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himn­ləri səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin piyada qədəmli baş çavuşu Murad Bayraqdar dostluq və qardaşlığın əyani göstəricisi olan növbəti kursda qazanılan nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, məşğələlər zamanı hədəfin aşkar edilməsi, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilib.

Ardını oxu...

Naxçıvan şəhərində keçirilən “Ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə peşə yarışının həlledici mərhələsi başa çatıb. 

Məlumat üçün bildirək ki, ilkin mərhələ Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şəhər və rayon təşkilatlarında, müsabiqənin final mərhələsi isə nazirlikdə ­keçirilib.
Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində 30 nəzəri sualı yazılı cavablandırmalı, bundan sonra praktik işi normativə uyğun icra etməli idilər.
“Poçt əməliyyatçısı”, “Poçtalyon”, “Mis kabel lehimləyici”, “Xətt qurğularının rabitə mütəxəssisi” və “Kross işçisi” nominasiyaları üzrə birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Ali Məclisin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu öndər bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet ­sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.
Dahi şəxsiyyətin işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixində ilk və mühüm dövlət sənədi kimi özünəməxsus yerə malikdir. Həmin qərarda deyilirdi:

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Bayrağım – qürurum, mənliyim” adlı foto­video, əl işləri müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il no­ya­brın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2014-cü il avqustun 22-də ­imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Ali ­Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Sonra müsabiqənin qalibləri elan olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağını, digər rəmz­lərini də əks etdirən fotovideo, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib. Müsabiqəyə universitetin “İnstagram” səhifəsində yerləşdirilmək üçün, ümumilikdə, 100 şəkil, 30-a yaxın video, 20-yə yaxın əl işi buraxılıb. Qaliblər 20 gün müddətində ən çox bəyənilən hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyasında Menecment ixtisası üzrə III kurs tələbəsi Orxan Həsənov müsabiqənin qalibi olub. Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Əhməd Əhmədzadə II, Dövlət bələdiyyəsi ixtisası üzrə I kurs tələbəsi Emil Allahverdiyev III yeri tutub.

Ardını oxu...

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində keçirilən tədbiri mədəniyyət naziri Natəvan Qədimova açıb. Bildirib ki, bu gün milli siyasət və ideologiyanın ən mühüm simvolu olan Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin ­rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.
Qeyd olunub ki, müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir.
Vurğulanıb ki, çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyanın tarixi köklərini və mahiyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın üçrəngli bayrağı dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. 17 noyabr tarixinin – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi hər bir Azərbaycan vətəndaşına milli qürur yaşadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası ərazisində əlverişli ekoloji mühitin formalaşdırılmasında kompleks dövlət tədbirləri həyata keçirilir. Xüsusilə bu sahədə ən mühüm ekoloji amil olan yaşıllıqların, meşə ehtiyatlarının qorunması və yeni meşə massivlərinin, meyvə bağlarının salınması üçün tədbirlər icra edilir. Həyata keçirilən dövlət ekoloji tədbirləri və fəal vətəndaş mövqeyi nəticəsində son 25 ildə meşə və ­yaşıllıqların sahəsi dəfələrlə artıb. 

Ölkəmizdə, o cümlədən Naxçıvanda bu sahədə həyata keçirilən ekoloji siyasətin əsası ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş və bu gün də uğurla davam etdirilməkdədir. Muxtar respublika ərazisində “Yaşıllaşdırma aylıqlarının, şənbə iməciliklərinin keçirilməsi haqqında” qəbul edilmiş qərar, “Azərbaycan Respublikası ərazisində meşələrin bərpa edilməsi və artırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq, ümumilikdə, 18 min hektar sahədə meşə massivləri, yaşıllıq zolaqları salınıb. Təbii şəraiti, kontinental iqlimi günəşli saatların miqdarının çoxluğu ilə müşahidə edilən, təbii meşə ehtiyatı o qədər də zəngin olmayan diyarımızda yaşıllıqların artırılması göstərilən dövlət qayğısının bəhrələridir. Meşə ehtiyatlarının artırılması ilə bərabər, bu sahədə iqtisadi səmərəliliyə də önəm verilməsi üçün 2010-cu ildən etibarən muxtar respublika ərazisində meyvəçiliyin inkişaf etdirilməsinə də diqqət artırılıb.

Ardını oxu...

10-17 noyabr – Beynəlxalq ­Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən tədbirlərə yekun vurulub.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən tədbirdə əvvəlcə Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı məlumat verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev çıxış edərək bildirib ki, muxtar respublikada uğurla həyata keçirilən gənc­lər siyasəti gənclərin istedadlarının üzə çıxarılmasını, intellektual səviyyələrinin yüksəldilməsini, asudə vaxtlarının səmərəli təşkilini təmin edib. Muxtar respublikada gənclik mərkəzləri, elektron kitabxanalar, mədəniyyət evləri, olimpiya-idman kompleksləri, idman mərkəzləri gənclərin istifadəsinə verilib. Gənc­lərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikasında gənc­lər siyasətinin daha bir bəhrəsi isə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsidir. Naxçıvan gəncləri 2018-ci ildə yaradılmış bu tarixi imkandan səmərəli istifadə edir, Naxçıvan şəhərinin tanıdılmasında fəallıq göstərirlər.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk ­təşkilatı “Ulu öndər Heydər Əliyev və Naxçıvan: ideyadan reallığa” adlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ­görkəmli dövlət xadimi ­Hеydər Əliyеvin dövlətçilik ənənələrinin bərpa və inkişaf etdirilməsinə yönəldilən fəaliyyətindən geniş danışıb.
Bölmənin Yeni Azərbaycan Partiyası müəssisədənkənar ərazi ilk təşkilatının sədri, dosent Orxan Bağırovun adıçəkilən mövzuda məruzəsi dinlənilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1990-cı illərin əvvəlləri muxtar respublikaya rəhbərliyi dövrü qədim diyarımızı düşmən təcavüzündən qoruyaraq gələcək inkişaf mərhələsinin təməlini qoyması, milli dövlətçilik ənənələrinin təşəkkülü istiqamətində tarixi qərarlara imza atması ilə səciyyələnir.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ilk dəfə olaraq milli dövlətçilik ənənələrinin dirçəldilməsi baxımından qəbul edilən “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və digər qərarlar mühüm tarixi əhəmiyyət daşıyır.

Ardını oxu...

Əməliyyat hazırlığı çərçivəsində idarəetmə orqanlarının qarşılıqlı əlaqə səviyyəsinin təkmilləşdirilməsi, qərargah və xidmətlərin vahid idarəetmə orqanı kimi uzlaşmasına nail olunması məqsədilə Azərbaycan Ordusunda noyabrın 12-dən 16-dək komanda-qərargah hərb oyunları keçirilib. Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları yüksək nəticələr əldə ediblər.
Komanda-qərargah hərb oyunlarının ssenarisinə uyğun olaraq tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün Naxçıvan Qarnizonu qoşunlarının idarəetmə məntəqələri və praktik fəaliyyətə cəlb edilən bölmələri həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Təyin edilmiş ərazilərdə birləşmə və hissələrin səfərbərliklə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktik qəbulu həyata keçirilib. Birləşmə və hissələrin idarəetməsini həyata keçirmək üçün ərazidə idarəetmə məntəqələri açılıb.

Ardını oxu...

Şərur rayonunun Yuxarı Daşarx kəndində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin deputatı Əmir Babayev “Azərbaycanın təkcə bu günü deyil, həm də gələcək siyasi taleyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır” mövzusunda məruzə edib.
Qeyd olunub ki, respublikamızda ötən əsrin səksəninci illərinin sonlarından başlayan və doxsanıncı illərin əvvəllərində daha da gərginləşən ictimai-siyasi vəziyyət Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Bu gücün istinad nöqtəsi isə yalnız ümummilli lider Heydər Əliyev ola bilərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri də görkəmli­­ dövlət xadiminin rəhbər­liyi ilə siyasi partiya yaradılması təklifi idi. Bu məqsədlə bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da Naxçıvanda yaşayan və işləyən, lakin ürəyi daim Azərbaycanla birgə döyünən ulu öndərə müraciət ünvanladı. Ziyalılar həmin müraciətdə ölkəni mövcud siyasi böhrandan xilas etmək üçün ulu öndər Heydər Əliyevdən yeni bir partiya yaradılmasına razılıq verməsini və ona başçılıq etməyi xahiş edirdilər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Sarvanlar məscidində 16 noyabr – Beynəlxalq Tolerantlıq Gü­nü münasibətilə tədbir ­keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən dini icma sədrlərinin, din xadimlərinin və “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasında təhsil alan tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agent­liyinin direktoru Vüqar ­Babayev açaraq bildirib ki, 1996-cı ildən BMT-yə üzv ­ölkələr Bey­­­nəlxalq Tolerantlıq Gününü qeyd edirlər. Burada əsas məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün də burada irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməsi yolverilməzdir.
Vurğulanıb ki, bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsi nəticəsində ­ölkəmiz müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevrilib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident ­cənab İlham Əliyevin həyta keçirdiyi tədbirlər nəticəsində ölkədə tolerant düşüncə artıq tam bərqərar olub. Ölkədə formalaşmış tolerantlıq və dözümlülük Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur oluna bilməz.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən imtahanların mövcud qanun­vericiliyin tələblərinə uyğun təşkil edilməsi, namizədlərin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər oktyabr ayında da davam etdirilmiş, komissiyanın yeni proqram təminatı istifadəyə verilmişdir.

Ardını oxu...

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda “virtualnakhchivan.az” internet portalının təqdimatı ­keçirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində muxtar respublikanın orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev açaraq bildirib ki, XX əsrin 90-cı illərində demokratik proseslərin önündə gedən Naxçıvan doğma Azərbaycanımızın gələcəkdə suveren, demokratik bir dövlət kimi yaşaması üçün öz qəti iradəsini göstərərək müstəqillik tariximizdə əvəzsiz rol oynayıb. Milli dövlətçiliyimizin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Həmin tarixdə ümummilli ­liderimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilib. Elə həmin ildə görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ucaldılıb. Naxçıvan Muxtar Respublikasının hazırkı Dövlət Bayrağı muxtar respublika Konstitusiyasının 10-cu maddəsinə görə Azərbaycan Respublikasının Dövlət Bayrağıdır.

Ardını oxu...

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Naxçıvan şəhərindəki “Təbriz” otelində Avropa İttifaqının və BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində silsilə təlimlər başlayıb. 

Layihənin məqsədi insan alveri ilə mübarizəyə və insan alveri qurbanlarının müdafiəsində uyğun yanaşmaya və ölkəmizin xüsusi ehtiyaclarının nəzərə alınması ilə imkanların gücləndirilməsinə töhfə verməkdir. Təlimlər Beynəlxalq Miqrasiya Təşkilatının insan alverinə qarşı mübarizəyə dair hazırladığı təlim vəsaiti əsasında keçirilir.
Təlimlərin ilk günü Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Elnur Zellabdinov, Tural Bayramov və Həmid Muxtarlı çıxış edərək müxtəlif mövzular üzrə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Təlimdə tənzimlənməyən miqrasiya və ya insan alverinə baxış, beynəlxalq təriflər, milli qanunvericilik, miqrasiya məcəlləsi və milli fəaliyyət planı və digər məsələlər müzakirə olunub, praktik çalışmalar edilib. Çıxışlarda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən söhbət açılıb, bu sahədə mükəmməl qanunvericilik bazasının və maarifləndirmə sisteminin mövcud olduğu qeyd edilib.

Ardını oxu...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue noyabrın 12-13-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, səhiyyə, istehsal, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.
Əvvəlcə qonaq ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Səfər çərçivəsində Olav Nils Thue Naxçıvan Biznes və Duzdağ Fizioterapiya mərkəzləri ilə tanış olub. Naxçıvan Dövlət Universitetinə gələn qonağa ali təhsil ocağı barədə ətraflı məlumat verilib, universitetlərarası gələcək tərəfdaşlıq imkanları müzakirə olunub. Naxçıvan Avtomobil Zavodunun, “Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Mebel Fabriki” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal prosesləri ilə tanışlıq qonaqda böyük təəssürat yaradıb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu ­Məsələləri üzrə Komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikası rayon (şəhər) İcra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzusunda seminar keçirilib.
Seminarda muxtar respublikanın rayon ­(şəhər) İcra hakimiyyəti orqanlarının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdirləri və kargüzarlıq işi üzrə məsul olan əməkdaşlarından ibarət 20 dövlət qulluqçusu iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli seminarı giriş sözü ilə açaraq bildirib ki, dövlət orqanlarının fəaliyyəti sənədləşmədə öz əksini tapır. Bu mənada, kargüzarlıq dövlət orqanlarının fəaliyyətlərinin güzgüsüdür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açıb.

Bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat ­verməkdir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev çıxış edərək mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəz biliyin qiymətləndirilməsi üzrə 26 illik təcrübəyə malikdir. Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsilin və dövlət qulluğunun müxtəlif sahələrində yüksək əhəmiyyətli qəbul imtahanları və digər prosedurları həyata keçirir. Aparılan tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq mərkəzin fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

Ardını oxu...

5-8 noyabr tarixlərində Strasburqda keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 35-ci Sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
“İnteqrasiya və yerli və regional seçkili nümayəndələrin etik davranışı” devizi altında keçirilən konqresin növbəti sessiyasında açıq və şəffaf hökumət, maraqlar konflikti, yerli siyasi mühitə cəlb olunan şəxslərin davranış kodeksi barədə müzakirələr aparılmış və müvafiq sənədlər səsverməyə çıxarılmışdır. Həmçinin miqrasiya məsələləri, məcburi köçkünlərin inteqrasiyasının hazırkı vəziyyəti barədə debatlar keçirilmiş, müvafiq qətnamə və tövsiyələr qəbul edilmişdir. Sessiyada yerli və regional hakimiyyət orqanlarının mərkəzi hökumətlərlə məsləhətləşməsi mexanizmləri, həmçinin qurumun monitorinq fəaliyyəti çərçivəsində Litva və Sloveniya üzrə monitorinq, Gürcüstan, Moldova, Niderland və Tunisdə keçirilmiş seçkilərin müşahidə edilməsi ilə bağlı seçki müşahidə missiyalarının yekun hesabatları da müzakirə olunmuşdur.

Ardını oxu...

Naxçıvanın tarix və mədəniyyətinin geniş tədqiqi və öyrənilməsi istiqamətində son illər həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan tarix­şünaslığına əvəzsiz töhfədir. Aparılan arxeoloji qazıntılar, qədim diyardakı tarixi abidələrin bərpası, davamlı olaraq keçirilən elmi konfrans və simpoziumlar tarixə sahiblik və onu qoruyub yaşatmaq məramının ən dəyərli nümunələridir. Bu sıraya son illər mühüm tarixi fakt və sənədlər əsasında hazırlanıb nəşr edilən kitab və monoqrafiyaları da əlavə etsək, görülən işlərin sistemliliyi bir daha öz təsdiqini tapar.

“Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan tarixi atlası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Əlincəqala”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan türk-islam mədəniyyəti abidələri” kimi yüzlərlə fundamental əsərlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə meydana çıxan xüsusi əhəmiyyətli elmi-tarixi nəşrlərdir. Dəqiq tarixi faktlar, xəritələr, fotoşəkillər və digər sənədlər əsasında hazırlanan həmin nəşrlər Azərbaycan tarixinin öyrənilməsinə mühüm töhfələr verməklə yanaşı, həm də tariximizi saxtalaşdırmağa çalışan və sovet dövründə buna nail olan ermənilərə də ən tutarlı cavabdır.
Həmin siyahıya daxil olan daha bir nümunə bu günlərdə Naxçıvanda nəşr edilən “A.S.Qriboyedov: Şair-diplomat” kitabıdır. Publisist və politoloq Reyhan Mirzəzadənin qələmə aldığı bu kitabda Azərbaycan, eləcə də Naxçıvan tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamlar öz əksini tapıb.

Ardını oxu...

9 Noyabr – Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam ­imzalamışdır.

Ardını oxu...

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov noyabrın 6-8-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.
Əvvəlcə diplomat ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Xalça Muzeyində olan qonağa bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzeydə hazırda qədim xalq sənətimizi nümayiş etdirən 3 mindən çox eksponat var.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qorunub saxlanılan, eramızdan əvvəl V-III min­illiklərə aid nadir tarixi eksponatlar, Naxçıvanın 5 minillik şəhər mədəniyyəti barədə məlumatlar qonaqda böyük maraq doğurub.
Nuh Peyğəmbərin türbəsində olan qonağa məlumat verilib ki, bu abidənin qədim dövrlərdən mövcudluğu elmi araşdırmalarla öz təsdiqini tapıb. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
Noyabrın 8-də komissiyanın üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin 18 iyul, 19 iyul, 6 avqust, 29 avqust və 30 avqust 2018-ci il tarixli hökmləri, Naxçıvan Şəhər Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü və 10 sentyabr 2018-ci il tarixli qərarı, Şərur Rayon Məhkəməsinin 23 yanvar və 6 iyul 2018-ci il tarixli qərarları, Ordubad Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2 qərarı, Culfa Rayon Məhkəməsinin 17 may, 24 avqust 2018-ci il tarixli hökmləri və 28 avqust, 2 oktyabr 2018-ci il tarixli qərarlarına əsasən, ümumilikdə, 15 iş üzrə ayrıca bağlamalarda saxlanılan ümumi çəkisi 104 kiloqram 782 qram 67 milliqram olan heroin, 14 qram 542 milliqram qurudulmuş marixuana, 15 milliqram həşiş qatranı narkotik vasitələri, 164 qram 227 milliqram metamfetamin və 95 ədəd (89+6) “Tramadol” psixotrop maddələri naturada üzləşdirilib, bağlılığı, açılmadığı, möhürlərin yerində olduğu müəyyənləşdirilib. Sonra həmin maddələr Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən qazanxanada yandırılmaqla məhv edilib.
Tədbirdə Naxçıvan Muxtar ­Respublikası Ali Məclisi Aparatı ­rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.

 Səbuhi HƏSƏNOV

Naxçıvan Beynəlxalq Hava ­Limanında 2018-2019-cu illərin ­payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
Hava limanının aerodrom təminatı sahəsinin rəisi İlkin Nəsirov bununla bağlı keçirilən tədbirdə çıxış edərək bildirib ki, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib. O qeyd edib ki, hava limanı­nın soyuq və qarlı günlərdə də daim işlək vəziyyətdə saxlanılması, habelə hava gəmilərinin enib-qalxması zamanı təhlükəsizliyin təmin olunması üçün profilaktik tədbirlər həyata keçirilib. Fırçalı qartəmizləyən, qarkürəyən, istilik verən, rotorlu xüsusi avtomaşınlar saz vəziyyətə gətirilib, hava limanında uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik, işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışı həyata keçirilib. Uçuş-enmə zolağında normativ ilişmə əmsalının yoxlanılması üçün spidometr avadanlığı texniki baxışdan keçirilib. Həmçinin tələbata görə yanacaq və mal-material ehtiyatının yaradılması diqqət mərkəzində saxlanılır.
İlkin Nəsirov onu da diqqətə çatdırıb ki, görülən işlər soyuq qış aylarında, istənilən hava şəraitində cədvəl üzrə həm yerli, həm də beynəlxalq səviyyəli uçuşların rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir. Hava limanının uzunluğu 3300, eni isə 60 metr olacaq yeni uçuş-enmə zolağının inşası davam etdirilir.
Qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, noyabrın 2-də hava limanına 25 adda 30 yeni texnika və avtomobil təqdim olunub.

 Ramiyyə ƏKBƏROVA

Milli birlik və həmrəylik ideyası hər bir xalqın tarixi inkişafında mühüm şərtlərdəndir. Çünki milli birliyə nail olmadan bir xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birliyin olması isə milli mənlik şüurunun dərkindən başlayır. Bu gün qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə tərəqqi məqsədilə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür. Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, dünyanın sivil xalqı olduğunu hər kəsə sübut etmişdir. Lakin ikinci dəfə müstəqillik arzularını gerçəkləşdirən xalqımızın vahid ideologiya ətrafında birləşərək bu müstəqilliyi qoruması və milli özünüdərkə qayıdışı ümummilli liderimiz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Dahi şəxsiyyətin ümumxalq mənafeyi naminə atdığı tarixi addımlar dünyada yaşayan bütün soydaşlarımızın eyni hədəf uğrunda mübarizəsinin əsasını təşkil etmiş, onların Azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin başlanğıcını qoymuşdur.

Ardını oxu...

Bu il Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublikamızda həm ölkə, həm də beynəlxalq səviyyəli tədbirlər keçirilir. Bununla əlaqədar təsdiq olunan tədbirlər planına əsasən həyata keçirilən layihələrdən biri də muxtar respublikanın hər bir bölgəsində yeni “Gənc­lər bağı”nın salınmasıdır. Həyata keçirilən bu tədbirlər çərçivəsində ekoloji tarazlığın qorunması, yaşıllıqlara qulluq göstərilməsi istiqamətində ardıcıl işlər görülür.
Naxçıvan şəhəri ətrafında salınmış “Gənclər bağı”nda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə növbəti aksiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və tabeliyində olan təşkilatların əməkdaşları, 80-ə yaxın könüllü gəncin iştirakı ilə bağda 500 üzüm və 500 meşə ağacı tingi əkilib. Aksiyada əkilmiş tinglər suvarılıb və ağaclara aqrotexniki qulluq göstərilib. Ərazi alaq otlarından təmizlənib.
Sonda gənclər üçün çay süfrəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı.
Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazır­landıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Ardını oxu...

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar. Narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.
Belə ki, Naxçıvan Muxtar Respublikasına gələn 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı “Renault” markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.
Gömrükçülər tərəfindən 79 AA 509 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kiloqram narkotik vasitə – heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Naxçıvan üzərindən Türkiyəyə keçirməklə İstanbul şəhərinə aparacağını deyib.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi tədbiri giriş sözü ilə partiyanın Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açıb. Bildirilib ki, Azərbaycanın Dövlət Bayrağı 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verib. Həmin il oktyabrın 18-də isə Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı qəbul edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahəsində həyata keçiri­lən tədbirlərin əhatə dairəsini ­genişləndirmişdir.
Oktyabr ayında Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər Paytaxtının ən yaxşı Tələbə­-Gənclər Təşkilatı” adlı müsabiqə, “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda fotomüsabiqə, tələbələrlə görüş, gənclər arasında “Xəmsə” milli intellektual və “Poliqon” strateji intellekt oyunları keçirilmişdir. Bununla yanaşı, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar gənc­lərin Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında əsgər və zabitlərlə görüşü, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası təşkil olunmuşdur. Ay ərzində Naxçıvan gənclərinin VIII konfransı olmuş, o cümlədən yaradıcı gənclərin, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət müsabiqə keçirilmişdir.

Ardını oxu...

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamızda yüksək mənəvi dəyərlərə malik sağlamdüşüncəli, vətən­pərvər, xalqını, millətini sevən gənclik formalaşıb. Məhz bunun nəticəsidir ki, bu il üçün ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətəndaşlıq mövqeyi möhkəm­lənib. Naxçıvanlı gənclər muxtar respublikada onlara istiqamətlənmiş ardıcıl sosial layihələrdən bəhrələnirlər. Həmin layihələr çərçivəsində gənclər üçün yeni binalar inşa olunur. 

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açaraq yubiley münasibətilə partiya üzvlərini təbrik edib və “Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının keçdiyi tarixi yol və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Bildirilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən partiya kimi yaradılıb.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təsis konfransı partiyanın yaranmasından, təqribən, bir il sonra 1993-cü il noyabr ayının 5-də keçirilib. Təşkilatı hələ yaradılarkən artıq ciddi siyasi qüvvə kimi formalaşmış hesab etmək olardı. Belə ki, təsis konfransını 70 ərazi ilk təşkilatından seçilən 420 nəfər nümayəndə ilə keçirən Naxçıvan Şəhər Təşkilatı hələ o zaman öz sıralarında 5200 nəfər üzvü birləşdirirdi. 1993-cü ilin iyun ayında ölkədə milli dövlətçiliyin məhvi və vətəndaş müharibəsi təhlükəsinin yaranması ilə nəticələnən siyasi hakimiyyət böhranı şəhər partiya təşkilatının təsis konfransını bir qədər yubatmışdı. Belə ki, təşkilatımız təsis edilərkən artıq ulu öndərimiz Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçil­miş, başqa sözlə, partiya çox qısa müddətdə müxalifət ­təşkilatından iqtidar partiyasına ­çevrilmişdi.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə­-gənclər təşkilatı” müsabiqəsi çərçivəsində “Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda yazı müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan müsabiqədə qalib olan Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənovanın yazısını oxuculara təqdim edirik.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin məqsədi yeni nəsli fiziki, mənəvi-psixoloji cəhətdən sağlam, milli dəyərlərimizə sadiq gənclər kimi yetişdirmək, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdən ibarətdir. Ulu öndər gənc nəslin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsil və tərbiyəsini hər zaman vacib məsələlərdən biri hesab edirdi. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən siyasət milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaratdı.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda keçirilən elmi konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, 1918-ci il noyabrın 3-də yaradılan Araz-Türk Respublikasının fəaliyyəti təkcə o dövr üçün yox, bütövlükdə, bölgənin taleyi, bu günü və gələcəyi üçün çox böyük tarixi əhəmiyyət daşıyır. Akademik bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi ilk ildə çətin daxili və xarici amillərlə qarşılaşıb və Naxçıvan diyarına istənilən səviyyədə diqqət yetirə bilməyib. Bundan istifadə edən erməni daşnakları buraya ardı-arası kəsilməyən basqınlar edib, əhaliyə qarşı soyqırımı törədib, Naxçıvanı işğal etmək istəyib. Lakin yerli əhali düşmənə qarşı mübarizə üçün birləşib və qədim diyarımızın ermənilər tərəfindən zəbt olunmasına imkan verməyib.
Diqqətə çatdırılıb ki, paytaxtı Naxçıvan şəhəri, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyondan artıq olan Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur­-Dərələyəz qəzaları, Ordubad mahalını, Sərdarabad, Uluxanlı, Vediba­sar, Qəmərli, Mehri, Sürməli və digər əraziləri əhatə edib. Hökumətin hərbi qərargahı Naxçıvan xanlarının şəhərin mərkəzində olan binasında yerləşib.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Araz-Türk Respublikasının yaranması ərəfəsində bölgədə ictimai-siyasi vəziyyət”, Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyevin “Araz-Türk Respublikasının yaranması və bölgəni erməni işğalçılarından qorumaq uğrunda mübarizəsi”, Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilovun “Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə dair”, Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Araz-Türk Respublikasının fəaliyyətində Naxçıvan hərbçilərinin iştirakı” mövzusunda məruzələri dinlənilib.
Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ilə görüşmüş, Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin yekun tədbirində iştirak etmişdir.
Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məktub göndərərək göstərilən diqqətə və səmərəli əməkdaşlığa görə minnətdarlıq etmişdir.
Məktubda deyilir:

Ardını oxu...

Bu, tarixən belə olub: Nə qədər ki gücün-qüvvətin, topun-tüfəngin yoxdur, hər yerindən duran sənə darğalıq etməyə çalışıb: imkan düşən kimi vurub-yıxıb, itələyib çaya salıb, əlindən çörəyini, Vətənindən torpağını qoparıb. Yox, əksinə, elə ki gücün-qüdrətin, güclü ordun, dayanıqlı iqtisadiyyatın var, onda hamı öz arşınını buna görə ölçüb. Əsən də, coşan da, dağdan-yamacdan aşan da ətrafında hərlənib-fırlanıb sonra da sakitcə çəkilib öz qınına…

Uzun sözün qısası, oktyabrın 30-da Naxçıvanda keçirilən Naxçıvan Qarnizonu Qoşunlarının Xüsusi Təyinatlı Birləşmə və Hissələrinin birgə taktiki-xüsusi təlimi həm ölkə daxilində, həm də yaxın coğrafiyada böyük maraqla izlənildi.
Uğurla başa çatan bu təlimlər, heç şübhəsiz, bir neçə cəhətdən xüsusi əhəmiyyət daşıyır:

Birincisi:

Azərbaycanın, eləcə də Naxçıvanın ordusu ötən əsrin 90-cı illərində olduğu kimi sınıq-salxaq “Kalaşnikov”ların və ya ov tüfənglərinin ümidinə qalmayıb. İndi hər yerindən duran Naxçıvana tərəf boylana bilməz!

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində 17 sentyabr-17 oktyabr 2018-ci il tarixlərində elan edilmiş Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün 29-31 oktyabr tarixlərində test imtahanları keçirilib.
Müsabiqəyə çıxarılmış 97 vakant vəzifənin tutulması üçün 68 nəfər sənəd təqdim edib.
İmtahan zamanı iştirakçılara 80 sual təqdim olunub, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (40 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.
Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Bu da test suallarını cavablandırarkən iştirakçılara seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etmək imkanları yaradıb. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Test imtahanlarında iştirak edən 67 namizəddən 56-sı keçid balını toplayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Ötən günlərdə Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin İqdırda keçirdiyi konfransdan sonra birgünlük Naxçıvanda səfərdə olduq. Gömrükdən başlayaraq səfər boyunca Naxçıvanda bizə böyük diqqət göstərildi.
Mən bu yerlərə bələdəm. Lakin ilk dəfə Naxçıvana gedən jurnalist həmkarlarım yol boyunca burada müşahidə etdikləri nizam-intizam qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Şəhər mərkəzinə çatdıqdan sonra Naxçıvan Dövlət Tele­viziyasının əməkdaşı bizi qarşıladı və gəzintilərimiz başladı.
1992-ci ildən sonra Naxçıvana tez-tez gedib-gəlirdim. Cənab Vasif Talıbov Ali Məclisin Sədri seçildikdən sonra Naxçıvan tamamilə dəyişildi. Mən inanmıram ki, hansısa bir lider ölkə­sində Naxçıvandakı qədər nizam-intizam yarada bilsin. Şəhər mərkəzindəki sovetdənqalma kobud binalar belə, tamamilə yenidən qurulmuşdur. Sanki Naxçıvan yenidən inşa edilib. Park və xiyabanları, şəhərsalma quruluşu ilə gözoxşayan Naxçıvanda bizim təbirimizcə desək, “gül güllə danışır”.

Ardını oxu...

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 3 aylıq ilkin hazırlıq kursu keçmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov çıxış edərək bildirib ki, muxtar respublikanın daxili işlər orqanlarında kadr potensialının formalaşdırılmasına, əməkdaşların qanunçuluğa, xidməti və icra intizamına, etik davranış qaydalarına ciddi əməl etmələrinə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, həmçinin nəzəri-praktik, mənəvi-psixoloji hazırlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi kadr ­hazırlığı işində mühüm əhəmiyyətə malikdir. Hazır­da Orta İxtisas Polis Məktəbinin inzibati bina kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin dövlətçilik tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin oktyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda və 5 oktyabr tarixli qərarları ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin­daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda və “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişikliklər edilmişdir. Sonuncu Qaydalarda edilmiş dəyişikliklərə görə praktik psixoloq vəzifəsi üzrə müsabiqədə iştirak etmək üçün zəruri olan 1 ildən yuxarı pedaqoji staj məhdudiyyəti aradan qaldırılmış, müəllim köməkçisi, tərbiyəçi, defektoloq, loqoped, praktik psixoloq, məktəb uşaq birliyi təşkilatı rəhbəri, laborant, kitabxana müdiri, kitabxanaçı vəzifələrinə, habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul üçün keçid balı 40 bal müəyyən edilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə­-gənclər təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək keçirilən tədbirin muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunduğunu qeyd edib. Müsabiqə barədə məlumat verən nazirlik əməkdaşı bildirib ki, muxtar respublikada fəaliyyət göstərən tələbə-gənclər təşkilatları ilə işin canlandırılması, tələbə-gənclər təşkilatları sədrlərinin fəallığının artırılmasına stimul vermək məqsədilə həyata keçirilən “Gənclər Paytaxtının ən yaxşı ­tələbə-gənclər təşkilatı” müsabiqəsi dörd yarışmadan ibarətdir.
Müsabiqənin “Təbiətsevər” yarışmasında ilk üç pillədə müvafiq olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin komandaları ­qərarlaşıblar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR