24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən imtahanların mövcud qanun­vericiliyin tələblərinə uyğun təşkil edilməsi, namizədlərin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər oktyabr ayında da davam etdirilmiş, komissiyanın yeni proqram təminatı istifadəyə verilmişdir.

Komissiyanın test mərkəzində təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı mərhələsi keçirilmişdir. Attestasiyanın test imtahanı mərhələsində 6 nəfər iştirak etmiş, keçid balını toplayan 5 nəfər esse mərhələsində uğur qazanmışdır. Komissiya tərəfindən 29-31 oktyabr tarixlərdə dövlət ümumi təhsil müəssisələrində psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilmişdir. Müsabiqəyə çıxarılmış 97 vakant vəzifənin tutulması üçün 68 nəfər sənəd təqdim etmişdir. Test imtahanlarında iştirak edən 67 namizəddən 56-sı keçid balını toplamış və onların sənədləri vakant vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Həmçinin komissiya, müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 24 oktyabr 2018-ci il tarixdə növbəti müsabiqə elan etmişdir. Bu dövrdə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 1 namizəd vakant vəzifəyə təyin olunmuşdur.
Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 44 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmişdir. Həmçinin komissiya tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün keçirilmiş sınaq imtahanlarında 51 nəfər iştirak etmişdir. Bu dövrdə maarifləndirici tədbirlərin keçirilməsi də davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli bölmələri üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı ilə birlikdə dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün “Dövlət orqanlarının mətbuat xidmətləri tərəfindən ictimaiyyətlə əlaqələrin təşkili” mövzusunda seminarlar keçirilmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetində açıq dərs təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR