24 Dekabr 2024, Çərşənbə axşamı

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Naxçıvan şəhərindəki “Təbriz” otelində Avropa İttifaqının və BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində silsilə təlimlər başlayıb. 

Layihənin məqsədi insan alveri ilə mübarizəyə və insan alveri qurbanlarının müdafiəsində uyğun yanaşmaya və ölkəmizin xüsusi ehtiyaclarının nəzərə alınması ilə imkanların gücləndirilməsinə töhfə verməkdir. Təlimlər Beynəlxalq Miqrasiya Təşkilatının insan alverinə qarşı mübarizəyə dair hazırladığı təlim vəsaiti əsasında keçirilir.
Təlimlərin ilk günü Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Elnur Zellabdinov, Tural Bayramov və Həmid Muxtarlı çıxış edərək müxtəlif mövzular üzrə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Təlimdə tənzimlənməyən miqrasiya və ya insan alverinə baxış, beynəlxalq təriflər, milli qanunvericilik, miqrasiya məcəlləsi və milli fəaliyyət planı və digər məsələlər müzakirə olunub, praktik çalışmalar edilib. Çıxışlarda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən söhbət açılıb, bu sahədə mükəmməl qanunvericilik bazasının və maarifləndirmə sisteminin mövcud olduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycanda artıq uzun illərdir, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməsinin əyani təsdiqi olaraq bu sahədə Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib. 2014-2018-ci illər üçün milli fəaliyyət planları təsdiq olunub, bu istiqamətdə tədbirlər uğurla həyata keçirilir. Bu sahədə qanunvericilik təkmilləşdirilməklə milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilmiş normativ-hüquqi aktlara əsasən insan alveri qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub.
Təlim müddətində mövzularla bağlı iştirakçılar arasında sual-cavablar edilib, insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.
Təlimlər noyabrın 16-da yekunlaşacaq, sonda iştirakçılara sertifikatlar veriləcək.
Qeyd edək ki, təlimlərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Könül Cəfərova və sərhəd idarəetməsi üzrə müstəqil ekspert Con Linehan iştirak edir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR