23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində “Bayrağım – qürurum, mənliyim” adlı foto­video, əl işləri müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il no­ya­brın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2014-cü il avqustun 22-də ­imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Ali ­Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Sonra müsabiqənin qalibləri elan olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağını, digər rəmz­lərini də əks etdirən fotovideo, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib. Müsabiqəyə universitetin “İnstagram” səhifəsində yerləşdirilmək üçün, ümumilikdə, 100 şəkil, 30-a yaxın video, 20-yə yaxın əl işi buraxılıb. Qaliblər 20 gün müddətində ən çox bəyənilən hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyasında Menecment ixtisası üzrə III kurs tələbəsi Orxan Həsənov müsabiqənin qalibi olub. Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Əhməd Əhmədzadə II, Dövlət bələdiyyəsi ixtisası üzrə I kurs tələbəsi Emil Allahverdiyev III yeri tutub.

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Samir Abbasov video nominasiyası üzrə qalib olub. Təhsildə qiymətləndirmə və monitorinq ixtisası üzrə I kurs magistrant Süməyya İmanova II, Kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Əfruz Mərdanov, Müalicə işi ixtisası üzrə I kurs tələbəsi Mojtaba Azam III yerə layiq görülüblər.
Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya axtarışları əsas götürülüb. Dünya iqtisadiyyatı ixtisası üzrə Kamal Babazadə müsabiqənin qalibi olub. Memarlıq ixtisası üzrə I kurs tələbəsi İlahə Babayeva II, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə II kurs tələbəsi İnci Qasımova, Rus dili ixtisası üzrə III kurs tələbəsi Fatma Babayeva III, Azərbaycan dili ixtisası üzrə II kurs magistrant Nuridə Məmmədova IV yerə layiq görülüblər. Bu nominasiya üzrə həvəsləndirici yeri Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə I kurs magistrantlar Həbib Allahverdiyev, Şəmsiyyə Zalova tutublar.
Tələbələr təhsildə onlar üçün yaradılan şəraitə görə min­nətdarlıq ediblər.
Qaliblər universitetin diplom və pul mükafatı ilə təltif ­olunublar.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR