23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. 

Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə,  təmənnasız könüllü fəaliyyətin əsasən ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə  daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi özünəməxsus tarixi yol keçən cəmiyyət  ölkəmizdə xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr vermişdir. 

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr edilən kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət “Naxçıvan qadınları – 95” adlı sərgiyə baxış olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbir iştirakçılarını və muxtar respublika qadınlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından təbrik etmişdir. Muxtar respublika qadınlarının müxtəlif sahələrdəki uğurlarından danışan Ramilə Seyidova çıxışının sonunda yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə muxtar respublika qadınları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qadınları təbrik ­etmişdir.

Ardını oxu...

Tarixin heç bir dövründə Naxçıvan bugünkü qədər gözəl, abad olmayıb

Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin siyasi xətti vətənpərvərliklə davam etdirilərək doğma Azərbaycanımızın quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilir, qədim diyarın şəhər və qəsəbələri ilə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılır, müasir görkəm alır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən strateji hədəflərə hesablanmış siyasətin məqsədi sosial-iqtisadi inkişafın müasir mərhələsində kənd yerlərində şəhər rahatlığının yaradılması, gəlirgətirən sektorların təşviqi çərçivəsində ailə təsərrüfatlarının dəstəklənməsi, alternativ fəaliyyət sahələrinin inkişafı, həmin yaşayış məntəqələrinin sosial-ictimai, mədəni həyatının daha da canlandırılmasıdır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin esse mərhələsi keçirilib.

Ardını oxu...

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanəti, mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verir. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə daim böyük ehtiramla yanaşıb. Azərbaycanda, o cümlədən muxtar respublikamızda qadın əməyinə yüksək qiymət verilir, onların müxtəlif sahələrdə uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır.

Bu gün həmin qadınların yüzlərlə davamçısı olan zərif cinsin möhkəm iradəli nümayəndələri ictimai-siyasi həyatda öz bilik və bacarıqlarını əsirgəmir, ölkəmizin, eləcə də muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələr verirlər. Eyni zamanda çətin və məsuliyyətli peşələrdə öz işinin öhdəsindən layiqincə gələn, hüquq-mühafizə orqanlarında çalışan qadınlarımız da az deyil.

Ardını oxu...

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bununla bağlı keçirilən tədbirdə çıxış edərək bildirib ki, bələdiyyələr əhali ilə daim sıx əlaqədə fəaliyyət göstərən seçkili, demokratik təsisatlardır. Babək rayonundakı yerli özünü­idarəetmə orqanı olan bələdiyyələr də yarandığı gündən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub.
Qeyd edilib ki, 2018-ci ildən rayonun yaşayış məntəqələrindəki yerli bələdiyyələr tərəfindən ərazilərin təmiz saxlanılması üçün kənd­lərdə müqavilə əsasında işçilər cəlb edilib, texnikalar icarəyə götürülüb. Bu da yeni iş yerlərinin açılmasına zəmin yaradıb. Bələdiyyələr həmin yaşayış məntəqələrimizin abadlığını diqqətdə saxlamalı, yol verilən nöqsanları aradan qaldırmalı, seçicilərin göstərdiyi etimadı doğrultmalıdırlar.
Rasim Hüseynov bildirib ki, rayonun 82 min 842 hektar torpaq sahəsinin 43 min 235 hektarı bələdiyyə mülkiyyətindədir. Bələdiyyə torpaqlarının özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, torpaqların dövlət uço­tundan və qeydiyyatından gizlədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət və inzi­bati məsuliyyətə səbəb olur. Bununla bağlı rayonun qəsəbə və kənd­lərində aid qurumlar tərəfindən bir neçə dəfə maarifləndirici tədbir, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən seminar-müşavirələr keçirilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisin təşkili və səmərəliliyinin artırılması yolları” mövzusunda keçirilən konfransı giriş sözü ilə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq qeyd edib ki, dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutu bakalavr, magistr səviyyələrində kadr hazırlığı ilə yanaşı, muxtar respublikada təkmilləşdirmə və ixtisasartırma sahəsində də təcrübəyə malikdir. Hazırda müəllimlərin təkmilləşdirilməsi üçün institutda hər cür şərait mövcuddur. Əməkdaşlar da öz üzərlərinə düşən işlərin öhdəsindən gəlməyə çalışırlar.
Rektor bildirib ki, müasir dövrdə təhsilin inkişafında ibtidai təhsilin və sinif müəlliminin rolu əvəz­olunmazdır.
Sonra 30 saatlıq ixtisasartırma kursunda iştirak edəcək ibtidai sinif müəllimləri üçün konfrans öz işinə başlayıb.

Ardını oxu...

Enerji təchizatı hər bir ölkənin, cəmiyyətin sosial-iqtisadi inkişafına və tərəqqisinə təsir göstərən mühüm amillərdəndir. Bu sahənin inkişafı istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlər də yaxın dövrə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji əldə olunmasına hesablanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Pro­qramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə həyata keçirilən tədbirlər bütün sahələrlə yanaşı, energetika sektorunun inkişafına da geniş imkanlar yaradıb.
Muxtar respublikanın enerji təchizatını yaxşılaşdırmaq məqsədilə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.
Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa­olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmış, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.
Əhalinin elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın davamlı enerji ilə təmin olunması istiqamətində təkcə 2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramının icrası ilə əlaqədar muxtar respublikada 3 elektrik stansiyası tikilmiş, 622,7 kilometr elektrik xətləri çəkilmiş və əsaslı təmir olunmuş, 784 transformator və 181 yarımstansiya quraşdırılmış və ya əsaslı təmir edilmişdir.

Ardını oxu...

Martın 5-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olmuşdur.

Ardını oxu...

Martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olmuşdur. Xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri konsertdə iştirak ­etmişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkə­də idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır.

Ardını oxu...

Martın 4-də İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzi, “Cahan Sənaye Kompleksi”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmi­qaya Mebel Fabriki”, “Cahan Tobacco” Məhdud Məsuliyyətli cəmiyyətləri və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nəriman “Şərq qapısı” qəzetinə müsahibəsində səfərin məqsədi barədə danışaraq deyib:

Ardını oxu...

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.
Müsahibələrdə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Mərkəzi Seçki Komissiyasında işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Ali Məhkəmə və Təhsil Nazirliyi üstünlük təşkil edib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
27 fevral 2019-cu il tarixdə komissiyanın iclas zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün müsahibəyə hazır­lıq məqsədilə seminar keçirilib.

Ardını oxu...

Azərbaycanın ən qədim torpağı olan Naxçıvana ilk dəfə 1993-cü ildə Azərbaycan və Türkiyə xalqları üçün böyük mücadilə vermiş hacı babam Yusif Səngər ilə birlikdə getmişdik. Buradan da təyyarə ilə Bakıya uçmuşduq. Həmin illər Naxçıvan çox sıxıntılı və xeyli çətin günlərini yaşayırdı. Ürəyimizdəki bir sızıltı idi Naxçıvan. Aradan 25 il keçdi və mən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində Naxçıvanda olmaq şərəfinə nail oldum. 

Azərbaycanın Naxçıvan Muxtar Respublikası Türkiyə ilə türk dövlətləri arasında yeganə torpaq sərhədi olan bir diyardır. Ermənistan, İran və Türkiyəyə qonşu olan Naxçıvanın ərazi bütövlüyü 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə təmin olunub. Naxçıvan həm tarixi, həm də turizm baxımından olduqca əhəmiyyətli bir şəhərdir. Son dərəcə təmiz və abad, geniş prospekt və küçələri, gülərüzlü və səmimi sakinləri ilə insanın qəlbinə rahatlıq bəxş edən bir şəhərdir. Naxçıvan sakinləri Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə və onun layiqli davamçısı cənab İlham Əliyevə böyük rəğbət və hörmət bəsləyirlər. Hər kəs böyük lider Heydər Əliyevi çox sevir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu da çox sevirlər. Cənab Vasif Talıbovun yurdunun inkişafı, çiçəklənməyi naminə göstərdiyi xidmətlər hər kəsdə böyük sevinc hissləri yaradıb. O, Naxçıvanın inkişafı naminə çox böyük zəhmət çəkib.

Ardını oxu...

Müsahibim qədim diyarımızın dövlətçilik tarixi ilə bağlı sanballı elmi tədqiqatların müəllifi,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir

– İsmayıl müəllim, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı kitabınızın elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi Naxçıvan elmi mühitində bayram əhval-ruhiyyəsi yaradıb. Kitab həm də muxtariyyətimizin 95 illik yubileyinə dəyərli töhfədir. Bu münasibətlə sizi redaksiyamızın kollektivi adından təbrik edirəm.
– Çox sağ olun. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm ki, kitaba bu qədər yüksək dəyər vermişdir. Bu, ümumilikdə, muxtar respublikada hər bir elm adamına verilən qiymətdir. Qeyd etmək istəyirəm ki, Naxçıvanda elmi mühitin formalaşması Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından sonra canlanmışdır. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyev belə bir bölmənin yaradılmasına böyük siyasi uzaqgörənliklə yanaşaraq Sərəncam vermişdi. Ulu öndərimiz AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr edilmiş müşavirədəki nitqində Naxçıvan tarixinin zəif öyrənilməsi məsələsindən bəhs edərkən demişdir ki, Naxçıvanın qədim və zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycan tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvan tarixi haqqında, Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür. Göründüyü kimi, ulu öndər Naxçıvan tarixi ilə bağlı bölmə qarşısında çox ciddi vəzifə qoymuşdu. Fəaliyyətimiz dövründə bu vəzifəni yerinə yetirməyə çalışmış, Naxçıvan tarixi ilə bağlı ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar, elmi məqalələr yazılmış, elmi konfranslar keçirilmişdir. Ən ciddi fundamental əsər çoxcildli Naxçıvan tarixidir. Mükafata layiq görülmüş kitab Naxçıvanın Azərbaycan dövlətçilik tarixində tutduğu yer və oynadığı rolla bağlıdır.

Ardını oxu...

Beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində əhəmiyyətli rol oynayan Birləşmiş Millətlər Təşkilatı dünyada sülhün və təhlükəsizliyin təmin olunması kimi mühüm bir missiyanı yerinə yetirir. Bu mənada, dünyaya inteqrasiya kursunu seçən müstəqil Azərbaycan Respublikası qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Azərbaycan 1992-ci il martın 2-də dünyanın ən mötəbər dövlətlərarası təşkilatına – BMT-yə üzv qəbul edilib. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı martın 2-də Nyu-Yorkda qaldırılıb. Həmin il may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu fevral ayında gənclərin intellektual potensiallarının artırılması, milli dəyərlərimizin onlara aşılanması və asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində bir sıra işlər görmüşdür.
2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilmiş, muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən 24 istedadlı gənc mükafatlandırılmışdır. Həmçinin fevralın 2-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 270 gəncin iştirakı ilə Gənclər Gününə həsr edilmiş tədbir olmuşdur. 4-8 və 11-15 fevral tarixlərində isə ali və orta ixtisas təhsili müəssisələrinin fəal tələbələrinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi” təşkil olunmuş, ümumilikdə, 96 tələbənin istirahəti təmin edilmişdir. Məktəblilərin kinofilmlərə olan marağının artırılması, milli kino barədə biliklərin yoxlanması məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Milli filmlərimiz” kinoviktorinası təşkil edilmişdir.

Ardını oxu...

Bu məbəddə Vətənə məhəbbətin, milli dövlətçilik ənənələrinə
sədaqətin saysız-hesabsız nümunələri vardır

Naxçıvan şəhərinin baş meydanında öz əzəməti ilə ilk baxışda diqqəti cəlb edən bir bina var. Gözəl memarlıq quruluşu və dizayna malik bu binada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi yerləşir. Hazırda ölkə­mizdə dahi şəxsiyyətin adını daşıyan onlarla muzey və mərkəz fəaliyyət göstərsə də, bunlar içərisində Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur. 

Muzeyi digərlərindən fərqləndirən isə odur ki, bu mədəniyyət müəssisəsi ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Digər fərq isə ondan ibarətdir ki, bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir.
Bu il Heydər Əliyev Muzeyinin yaradılmasının 20 ili tamam olur. Artıq 20 ildir ki, muzeyə gələn çoxsaylı tamaşaçılar Türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi, canı qədər sevdiyi Azərbaycanı yenidən öz xalqına bəxş edən dahi Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında maraqlı məlumatlar əldə edirlər və həm də Azərbaycanın tarixini, mədəniyyətini, bir sözlə, dünənini və bu gününü öyrənirlər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Naxçıvan 1921-ci il martın 16-dаn başlayaraq əvvəlcə Nахçıvаn Sоvеt Sоsiаlist Rеspublikаsı, 1923-cü il iyunun 16-dаn sоnrа Nахçıvаn diyаrı, 1924-cü il fеvrаlın 9-dаn Nахçıvаn Muхtаr Sоvеt Sоsiаlist Rеspublikаsı, 1990-cı il nоyаbrın 17-dən isə Nахçıvаn Muхtаr Rеspublikаsı аdlаndırılıb. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il nоyаbrın 17-də keçirilən sessiyasında ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayraq qaldırılıb, dövlət atributları müəyyən edilib. Naxçıvan Muxtar Respublikasının adından “sovet ­sosialist” sözləri çıxarılıb. Rektor məhz 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini müasir Azərbaycanın inkişafının bünövrəsi kimi qiymətləndirib.

Ardını oxu...

Fevralın 28-də İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.
Qonaqlara Əshabi-Kəhfin sirli tarixi haqqında məlumat verilib, Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətindən bəhs olunub.

* * *

İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun mədəniyyət və turizm üzrə müavini Hüseyn Həmzəli “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə – iqtisadi, turizm, mədəniyyət, idman və digərlərində müşahidə olunan inkişaf bizi çox sevindirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin fevral ayında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2019-cu il 6 fevral tarixli qərarları ilə Naxçıvan Muxtar Respublikasında 2019-cu il yanvarın 1-nə torpaqların növləri, istifadəçiləri və mülkiyyətçiləri üzrə torpaq balansı təsdiq edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilmişdir.

Ardını oxu...

Hər il mart ayının 1-i “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanun­vericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuş, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə ­başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addımlardan biridir. Ötən dövrdə Ali Məclis Sədrinin qayğısı ilə Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə isə Sədərək rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmiş, təlim mərkəzində vertolyot meydançası tikilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2014-cü il 19 sen­tyabr tarixli digər Fərmanı ilə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılmış, nazirliyin səlahiyyətləri daha da genişləndirilmişdir.
Muxtar respublikanın hazırkı ­sosial-iqtisadi inkişafı rabitə və yeni texnologiyaların rolunu daha da artırmışdır. Son illərdə muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, geniş­zolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir.
Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin 4-ü artıq başa çatdırılıb. Culfa rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanmışdır. Layihənin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.
Ötən il iyul ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Ordubad rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin və Ordubad şəhərində yeni tikilən Rabitə Evinin açılışı olmuşdur. Həmçinin İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası da istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycanın geniş ərazilərində mövcud olan ilk yaşayış məskənlərindən biri kimi Naxçıvan çətin və şərəfli çoxəsrlik yol keçmişdir. Arxeoloji materiallar göstərir ki, təxminən 5 min il bundan əvvəl salınmış Naxçıvan protoşəhərində indiki azərbaycanlıların qədim əcdadları yaşamışlar. “Kitabi-Dədə Qorqud” dastanlarındakı toponimlər və süjetlər Naxçıvanın oğuzların qədim məskənlərindən biri olduğuna şahidlik edir. Bütün tarixi­-coğrafi və arxeoloji mənbələr, hətta əsatirlər, əfsanələr, toponimlər Naxçıvanın Azərbaycanın qədim tarixə malik ərazilərindən biri olduğunu göstərir. Qazma paleolit düşərgəsi, Kültəpə neolit abidəsi, Ovçular eneolit dövrü istehkamları burada yaşayan protoazərbaycanlıların qədim tarixi köklərindən xəbər verir. Sonrakı tarixi inkişaf mərhələlərində də Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmişdir.

XX əsrin əvvəllərində Naxçıvan əhalisi ermənilərin və onların havadarlarının ölkəmizin ərazi bütövlüyünə qarşı yönəldilmiş bütün cəhdlərinin qarşısını almış, bu qədim Azərbaycan torpağına kimsənin sahib çıxmalarına imkan verməmişlər. Fikrimizcə, təxminən bir əsr əvvəl meydana çıxmış Naxçıvan ərazisinin muxtariyyət statusu ideyası da, hər şeydən əvvəl, bu regionda Azərbaycan xalqının milli mənafeyini və dövlətçilik maraqlarını qoruyub saxlamaq və daha da möhkəmləndirmək niyyətindən irəli gəlmişdir. XIX əsrdə ermənilərin İranın Səlmas-Xoy ərazilərindən Naxçıvana və Dağlıq Qarabağa köçürülüb yerləşdirilməsi, tədricən erməni nümayəndələrinin çar Rusiyasının hakimiyyət dairələrində özlərinə müəyyən yer tutması onların Qafqazda, xüsusən də Azərbaycan ərazisində özlərinə dövlət yaratmaq iştahalarını artırmışdır. XX əsrin əvvəllərində ermənilərin Bakı şəhərində və Azərbaycanın digər ərazilərində, o cümlədən Naxçıvanda törətdikləri qanlı cinayətlər onların çar hökumətinin məkrli siyasəti nəticəsində Ermənistan dövləti yaratmaq niyyətlərinin təzahürləri idi. Belə gərgin hərbi-siyasi şəraitdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyat statusu uğrunda mübarizə aparmaqdan başqa çıxış yolu yox idi.

Ardını oxu...

Fevralın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışmışdır. Ermənilərin işğalçılıq siyasətini diqqətə çatdıran Baş konsul demişdir ki, soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətin­də ardıcıl tədbirlər görülür, Heydər ­Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımışdır.
Çıxışdan sonra Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilmiş, mərasim iştirakçılarına Xocalı faciəsindən bəhs edən videomateriallar, kitab, jurnal və bukletlər paylanılmış, soyqırımı kadrlarından ibarət fotostendə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Mərasimdə Şərqi Azərbaycan Vali­liyinin İctimai və Mədəniyyət Məsələləri üzrə Baş İdarəsinin müdiri Əli Bədr Şokuhi, Şərqi Azərbaycan Vilayətinin və Təbriz Şəhər İcra Hakimiyyətinin rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal­-Qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki Baş konsulu Hüseyn Güngör və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Təbriz şəhərində nəşr olunan “Mədəniyyət beşiyi” qəzetində “Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifəsidir” sərlövhəli məqalə dərc olunmuşdur.

“Şərq qapısı”

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək erməni millətçilərinin Azərbaycan torpaqları üzərində “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı dəfələrlə həyata keçirdikləri terror aktlarından, kütləvi qırğınlardan bəhs edib. Bildirilib ki, mənfur ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu olan Xocalı şəhərində törətdikləri soyqırımla vəhşi, xəyanətkar, qəddar millət olduqlarını dünyaya bir daha nümayiş etdiriblər.
Hər il Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdik­ləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayətə hüquqi qiymət verilməli, təcavüzkar cəzalandırılmalıdır.

Ardını oxu...

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun və İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçı­lığı ilə İqdır şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin, İqdır vilayətinin valisi Ənvər Ünlünün, İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın və digər ziyalıların çıxışları dinlənilib. Baş konsul Xocalı soyqırımının tanıdılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Ardını oxu...

Türkiyə Cümhuriyyətinin ayrı-ayrı bölgələrində yaşayan, müxtəlif peşə sahiblərindən ibarət 13 nəfər alpinist Xocalı soyqırımını anmaq üçün Naxçıvan Muxtar Respublikasında olublar. Onlar Naxçıvanın məğrurluq simvolu sayılan Haça­dağın zirvəsinə qalxaraq Xocalı soyqırımının qurbanlarını yad ediblər.
Qrupun rəhbəri, “İskəndər İqdır Ağrı Dağı Dağçılıq və Ekstremal idman növləri klubu”nun direktoru Umud Sönməz bu yürüşün Xocalı faciəsinin bütün dünyaya tanıdılması məqsədilə təşkil etdiklərini bildirib. O deyib ki, biz dost yox, qardaş ölkələrik. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Bu faciə bizi həmişə sarsıtmışdır. Bu məqsədlə biz 1992-ci il 26 fevralda Xocalıda baş verən soyqırımı anmaq üçün Türkiyənin müxtəlif bölgələrində yaşayan və fəaliyyət göstərən 13 peşəkar alpinistlə Haçadağa çıxmağı qərarlaşdırdıq.
Umud Sönməz əlavə edib ki, bu bizim Haçadağa sayca 3-cü yürüşümüzdü. Haçadağın zirvəsinə çox çətinliklə qalxa bildik.

Xəbərlər şöbəsi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il fevral ayının 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 1700-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dünən Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilib.

Xəbərlər şöbəsi

Şərur rayonu

Fevralın 26-da Şərur rayonunda Azərbaycanın yaxın tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir iştirakçıları “Bahar” kinoteatrının foyesində Xocalı faciəsini əks etdirən pannonun önünə tər qərənfillər düzüblər, faciə qurbanlarının xatirəsini yad ediblər.
Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib. Görkəmli dövlət xadimi hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər həyata keçirib. Görülən tədbirlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikada, istərsə də onun hüdudlarından kənarda qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Erməni silahlı birləşmələrinin, eləcə də onlara açıq-aşkar havadarlıq edənlərin bu soyqırımını törətməkdə məqsədi Azərbaycan xalqının mübarizə əzmini qırmaq və onu bütünlüklə məhv etmək idi. Lakin ötən müddətdə baş verən proseslər bir daha təsdiq etdi ki, düşmən niyyətinə çata bilmədi. Azərbaycan xalqı düşmənə nifrətlə silahlandı, dövlətimiz və dövlətçiliyimiz möhkəmləndi, iqtisadiyyatımız dirçəldi, qüdrətli və sarsılmaz milli ordumuz yaradıldı. Bu gün xalqımız tam əmindir ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, məkrli düşmən öz layiqli cəzasını alacaqdır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonun Günnüt kəndinin, strateji yüksəkliklərin, ümumilikdə, 11 min hektar ərazinin düşməndən azad edilməsi bunu bir daha təsdiq edir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının və bütövlükdə Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin səbəbləri və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, deportasiyaya məruz qoyub, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal edib. Nəticədə, xalqımız dəfələrlə ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.
İsmayıl Hacıyev ermənilərin Azərbaycan xalqına qarşı yönəltdikləri işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı soyqırımı zamanı törədilən cinayət faktlarını xatırladaraq vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib, öldürülənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr büsbütün məhv edilib.

Ardını oxu...

Fevralın 25-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Rəşad Xudiyev bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının və tarixi gerçəkliklərin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncam imzalayıb.

Ardını oxu...

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.
Naxçıvan Muxtar Respublikasında infra­strukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2018-ci il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.

Ardını oxu...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı aktından 27 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin davamı olmaqla, təkcə azərbaycanlılara yox, bütövlükdə, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi apardı, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilmədilər. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq idi. Əsas hədəflərdən biri də Azərbaycan xalqına məxsus olan buradakı mühüm əhəmiyyətli tarixi abidələri məhv etmək, onları yer üzündən silmək idi. Çünki məhz həmin abidələr bu yurdun azərbaycanlılara məxsus olduğunu təsdiq edirdi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan qədim Xocalı nekropolu xüsusi texnika ilə darmadağın edildi. Ermənilər Qarabağda tarixi və mədəni irsimizi özündə yaşadan və Xocalı şəhərinin ətrafında yerləşən abidələri də hədəf seçdilər, o abidələri də dağıntılara məruz qoydular. Bu abidələrin arasında Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid Xocalı kurqanlarının özünəməxsus yeri vardır. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkar olunmuş, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Araşdırmalar zamanı müəyyən edilib ki, Xocalı-Gədəbəy mədəniyyəti eramızdan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Məhz buna görə də Xocalının ərazisi siklopları, kurqanları və digər abidələri ilə Azərbaycanın qədim tarixini yaşadırdı.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi – 2019”da ölkəmizi layiqincə təmsil ediblər.
Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq “Qış təlimi – 2019”un yekun mərhələsində Türkiyənin müdafiə naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı yüksək səviyyəli qonaqlar günü keçirilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev də yüksək səviyyəli qonaqlar günündə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.
Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə ­qarşılanıblar.
Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış ediblər. Çıxışlarda bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə, 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkli çəkdirilib.

Nəriman Nəcəfov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün 6 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 2019-cu il fevral ayının 25-dən start verilib.
Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib.
Müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçün 10 nəfər tərəfindən sənəd təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq AMEA Naxçıvan Bölməsində işə qəbul mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilir.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 50, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Test imtahanları fevral ayının 27-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır… Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir”.

Ardını oxu...

Nədəndir deyə bilmərəm, amma onu dəqiq bilirəm ki, adam doğma torpağa ayaq basan kimi sanki iyirmi-otuz il qabaqkı bütün köhnə günləri kino lenti kimi gəlib keçir gözü qarşısından. Hələ bir də gedib uzaq məmləkətlərdə bir çox işlərlə ilgilənib, başı qarışan və ayamda-sayamda doğulduğu kəndə yolu düşən biriləri olsa onda mən inanıram ki, bu insanlar bəzi şeyləri gözünün alışdığı kimi görür və elə də düşünürlər.

Mən giley-güzar adamı deyiləm, amma bir-iki gündür bəzilərinin sanki banklara kredit borcu yğılıb qalmış adamlar kimi birdən-birə ürəyini boşaldaraq etdiyi söhbətləri oxuyanda 80-ci illərin əvvələrində əsgərlikdən təzə gəlmiş bir kəndlimizin indi lətifə olmuş bir əhvalatı yadıma düşür. Deməli, o vaxt hələ kəndlərimizə təbii qaz çəkilmədiyi bir dövrdə kömür sobalarını və təndirləri alışdırmaq üçün camaat nə bilim, odun-filan toplayıb qalaq-qalaq yığar, qışda da bundan istifadə edərdi. Kəndlimiz cavan oglan da əynində o dövrün modalı şalvarı, gözündə də qara eynək məhəlləyə gələndə bu qalaqları görüb əmisindən rus dilində soruşur ki, bəs “bunlar nədir qubba-qubba?” Onu da deyim ki, o vaxt ağsaqqal əmisindən bu sözə görə yağlı bir cavab da almış bu insan, sonralar öz halal zəhməti, torpağa məhəbbəti ilə hamının hörmətini qazandı və yeri düşəndə bu söhbəti özü də xatırlayıb həmişə gülümsəyərdi.

Ardını oxu...

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanəti və mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verirlər. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə böyük ehtiramla yanaşır.

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda qadın əməyinə yüksək qiymət verilir, müxtəlif sahələrdə onların uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bu gün bütün dövlət strukturlarında olduğu kimi, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrük orqanlarında da qadın əməkdaşların sayının ildən-ilə artması onların cəmiyyətimizdə fəal iştirakına göstərilən böyük etimaddan xəbər verir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi maraqlarının və mənafelərinin qorunması, gömrük xidmətinin formalaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirib. Həmin illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb. Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanda səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin təmin edilməsi məqsədilə atılmış ən mühüm addımlardan biri də gömrük orqanlarının vahid mərkəzdən idarə edilməsinin təşkili olub. “Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi yaradılmışdır.

Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi fəaliyyətin hərtərəfli təşkilinə səbəb olmuş, gömrük orqanları mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dahi rəhbərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gömrük sistemi də ilbəil təkmilləşir, bu sahəyə dövlət qayğısı artır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, fevralın 21-də Ordubad rayonunun Azadkəndində su təchizatı sisteminin ­inşası layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Tədbirdə iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, həmin layihə muxtar respublikada insanların rahat yaşayışına hesablanmış genişmiqyaslı quruculuq tədbirlərinin tərkib hissəsidir.
Onun sözlərinə görə, fond muxtar respublikada həyata keçiriləcək yeni layihənin də üzərində işləyir. Artıq Yaponiya səfirliyi həmin layihəyə müsbət münasibətini bildirib.
“Naxçıvanda böyük infrastruktur quruculuğunun həyata keçirildiyinin şahidi olduq. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də böyük abadlıq və quruculuq işləri görülüb. Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb, məktəb binaları yenilənib, yaşayış məntəqələrində tibb ocaqları yaradılıb, yol infrastrukturu müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb”, – deyən Əliməmməd Nuriyev vurğulayıb ki, Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki 1994-cü ildə Naxçıvanda, demək olar ki, ağacların çoxu kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti bütün bunların muxtar respublikada aparılan məqsədyönlü yaşıllaşdırma tədbirlərinin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Tural AĞAYEV

Fevralın 21-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Avtomobil Zavodunda olan qonağa məlumat verilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 15 modeldə avtomobil istehsal olunur.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq qonaqlarda ­maraq doğurub.

* * *

Fevralın 21-də Ordubad rayonunun Azadkənd kəndinin su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsinin imzalanması ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Azərbaycan elmi ictimaiyyətinin yaxşı tanıdığı gözəl ziyalı, bioloq alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Talıbovun 70 yaşı tamam olur.
Tariyel Talıbov 1949-cu il fevralın 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1974-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Kimya-biologiya kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989-2003-cü illərdə Naxçıvan Dövlət Universitetində ­Botanika kafedrasına rəhbərlik etmişdir.
Tariyel Talıbov istehsalatdan ayrılmadan Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş, 1986-cı ildə “Naxçıvan MSSR-də ərik genofondunun qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ilin mart ayında isə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi, 2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı almışdır.
Bütün uğurlarına, elmi işlərinin müvəffəqiyyətli nəticələrinə baxmayaraq, professor Tariyel Talıbov respublikanın paytaxtına can atmamış, muxtar respublikada yaşayıb-­yaratmışdır. Elmi nailiyyətləri, rəhbərlik qabiliyyəti nəzərə alınaraq 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur və indi də bu vəzifədə çalışır.

Ardını oxu...

2018-ci il ərzində muxtar respublika üzrə nümunəvi sərnişin­daşıma xidməti göstərən sürücülərə Naxçıvan Avtobus Parkında qiymətli hədiyyələr təqdim edilib.
Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaradıb. Ötən müddət ərzində Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələr yaradılır, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.

Ardını oxu...

Ordubad və Culfa rayonlarında “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında maarifləndirici seminarlar keçirilib.
Seminarlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Sonra Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” ilə bağlı çıxış edib və mövzunu slaydlar vasitəsilə izah edib. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, Kəngərli və Şahbuz rayonlarında da dövlət qulluqçuları üçün seminarlar təşkil olunub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyası ­keçirilib.
Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu, 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirilməsi aparılıb. “Avropada adi silahlı qüvvələr haqqında müqavilə”, “Təhlükəsizlik və etimad quruculuğu tədbirlərinə dair Vyana sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 millimetrdən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.
İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

Nəriman NƏCƏFOV

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyinin tabeli qurumları fövqəladə hallar və digər xoşagəlməz hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallara çevik reaksiyanın verilməsi, təbii və texnogen mənşəli fövqəladə hallardan (hadisələrdən) zərərçəkənlərin xilas edilməsi üçün müxtəlif taktiki-xüsusi təlimlər və əməli məşğələlər keçirir. Növbəti təlim Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində olub.
Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 14 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilib. Əsas məqsəd Qusar rayonunun Şahdağ və Qəbələ rayonunun Tufandağ İstirahət mərkəzlərində Avstriyadan gəlmiş mütəxəssislərin iştirakı ilə təlim keçmiş xilasedicilərin qazandığı bilik və bacarıqları öyrətmələridir. Eyni zamanda dağ şəraitində qar sürüşməsi zamanı kinoloqların xüsusi təyinatlı itlər, eləcə də qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə xilasedicilərin axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasıdır.

Ardını oxu...

Fevralın 19-da Naxçıvan şəhərində bədən tərbiyəsinin inkişafı, idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında mühüm rol oynayan bədən tərbiyəsinin və idmanın inkişafı Ali Məclisin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Naxçıvan şəhərində də uşaq və gənc­lərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. Hazırda şəhərdə 1 Olimpiya-İdman Kompleksi, 1 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Atıcılıq Mərkəzi, 2 Uşaq-gənclər idman məktəbi, Muxtar Respublika Stadionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, tamaşaçı tutumu 1500-dək olan 3 stadion, 14 süni örtüklü mini-futbol meydançası, 29 idman, 1 güləş, 11 trenajor zalları və 297 sadətipli idman avadanlığı vardır. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikamızın paytaxtı beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ötən il Naxçıvan şəhərində 3 beynəlxalq festival və turnir, 53 muxtar respublika, 62 şəhər çempionatı, turnir və birincilik keçirilib. İdmançılardan 137 nəfər beynəlxalq və Azərbaycan, 371 nəfər muxtar respublika birinciliklərində iştirak edərək müvafiq yerlərə layiq görülüblər.

Ardını oxu...

Hərbi qulluqçularımız Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi – 2019”da iştirak edirlər.
Qarlı, şaxtalı havalarda təyyarə və vertolyotlardan endirilən taktiki hava desantı qrupları ən çətin tapşı­rıqları praktiki yerinə yetirirlər.
Digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR