23 Dekabr 2024, Bazar ertəsi

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri iyulun 10-da Naxçıvan Muxtar Respublikasına səfərdə olublar. Qonaqlar əvvəlcə ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Proqramın üzvləri qədim diyarın bir sıra tarixi-mədəni abidələrinə, mədəniyyət, təhsil və səhiyyə ocaqlarına ekskursiya ediblər. Duzdağ Fizioterapiya Mərkəzi də gənclərdə maraqlı təəssürat yaradıb. Sonra onlar Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində, Naxçıvan Müəllimlər İnstitutunda yaradılan müasir tədris şəraiti, ali təhsil müəssisələrinin fəaliyyəti barədə geniş məlumat əldə ediblər.
Qonaqlar Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzində də olublar. Naxçıvan Biznes Mərkəzində nümayiş edilən məhsullar onlarda böyük təəssürat yaradıb. Gənc liderlər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və “Əshabi­-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini də ziyarət edib, Döyüş Şöhrəti Muzeyində sərgilənən hərbi texnikalara baxıb, “Görüş yeri” kafesində çay süfrəsi arxasında mədəni istirahət ediblər.
Proqramın üzvləri “Şərq qapısı” qəzetinə müsahibələrində layihənin məqsədi barədə danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyində cari ilin birinci yarısının yekunlarına dair kollegiya iclasını Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 317,2 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Aparılan əkin işlərində, ümumilikdə, 144 min meyvə, meşə, həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilib. Muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişə­yaşıl ağaclara olan tələbat nazirlik tərəfindən təmin edilib.
Qeyd olunub ki, torpaq-­iqlim şəraitinə uyğunlaşması, mürəkkəb relyefli ərazilərdə səmərəliliyi əsas götürülərək müəyyən sahələrdə 132 hektarda toxumla əkin aparılıb, 1200 kiloqram həmərsin, yemişan, badamça, iydə toxumları əkilib.

Ardını oxu...

İyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimat mərasimi ­keçirilib.
Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi elm müəssisəsində aparılan tədqiqatlar, əldə olunan nəticələr barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının coğrafiyası haqqında danışan alim təqdim olunan nəşrdə zəngin təbii şəraitə və ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatlarının nəticələrinə dair məlumatların verildiyini deyib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa və digər çıxış edənlər də kitabın tariximiz, elmimiz üçün çox dəyərli mənbə olduğunu bildiriblər.

AZƏRTAC

Sərhəd bölgəsi Sədərək rayonu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı il avqust ayının 28-də Sədərək kəndinin bazasında yaradılıb. Bununla bağlı görkəmli dövlət başçısı Heydər Əliyev 2002-ci il avqust ayının 14-də Sədərək rayonunun sakinləri ilə görüşündə deyib: “Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını komitə sədri Hicran Rüstəmov açıb.
Bildirilib ki, 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 64 milyon 357 min manatlıq inşaat işləri yerinə yetirilib. Bunun 60 milyon 751 min manatını və ya 94,4 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib. Təhsil sahəsində həyata keçirilmiş quruculuq tədbirlərinə uyğun olaraq cari ilin ilk yarım ilində Şərur rayonunun Kərimbəyli kəndində 270, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün tədris binasının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi, 1148 şagird yerlik 5 nömrəli tam orta məktəb, Şərur, Babək və Şahbuz rayonlarının bəzi kəndlərində tam orta məktəb binalarının və Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbinin, Şərur rayonunun Muğanlı kəndində, Muğancıq Mehrab kəndində, Ordubad rayonunun Vənənd kəndində tam orta məktəb binalarının tikintisi və yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, bəhs olunan dövrdə Naxçıvan şəhərinin Əziz ­Əliyev küçəsində 2 nömrəli körpələr evi-uşaq bağçası üçün müasir bina tikilərək istifadəyə verilib, Şərur rayonunun Mərkəzi Xəstəxanasının əsaslı təmiri və rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kənd­lərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılıb.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində keçirilən ­müşavirədə 2019-cu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, 2019-cu ildə də rayonda geniş quruculuq və abadlıq işləri davam etdirilib, istehsal və xidmət sahələrinin, təhsil, mədəniyyət, səhiyyə ocaqlarının tikintisi və infrastrukturların yenilənməsi diqqət mərkəzində olub. Şərur şəhərində Uşaq Xəstəxanasının, Kərimbəyli kəndində tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi və ya yenidən qurulması, Mərkəzi Xəstəxananın əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib. Hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon filialı üçün inzibati binanın, Mərasim evinin, altımərtəbəli 40 mənzilli yaşayış binasının, Qarxun kəndi ərazisində Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastrukturların tikintisi, rayon mərkəzində Təqaüdçülər Klubunun, Mərkəzi Univermağın əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Naxçıvan-Sədərək avtomagistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu da yenidən qurulur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar ­arzulayıblar.

Ardını oxu...

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən kollegiya iclasını idarənin rəisi Fazil İbrahimov açaraq geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə 2019-cu ilin birinci yarısında dövlət təşkilatlarından 8-i elektron olmaqla, 43 məktub daxil olub. İdarə tərəfindən isə 20-si elektron olmaqla, 47 məktub dövlət təşkilatlarına göndərilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2019-cu ilin birinci yarısında təsdiq edilmiş iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbir­ləri çərçivəsində idarə tərəfindən 4 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri, 7 təşkilat üzrə auditin keçirilməsinə hazırlıqla əlaqədar kənar dövlət maliyyə nəzarəti tədbirinin planlaşdırılması, proqramı və işçi planı hazırlanıb və 5 təşkilatda audit yoxlamaları aparılıb.

Ardını oxu...

Görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsinin 50 illiyinin qeyd edildiyi bu günlərdə Onun ideyaları işığında inkişaf və tərəqqi istiqamətində yeni-yeni uğurlar qazanan Naxçıvan Muxtar Respublikası özünün yüksəliş dövrünü yaşayır. 30 ilə yaxındır, blokadada yaşayan muxtar respublikanın çətin şəraitdə tərəqqiyə nail olması isə Heydər Əliyev siyasi kursunun təntənəsi, Onun yoluna dərin sədaqətin, böyük əzmkarlığın, yurda bağlılığın ən parlaq nümunəsidir. Bu gün də ulu öndərimizin strateji inkişaf konsepsiyası diyarımızda uğurla davam etdirilir, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Baş nazirin müavini, Maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 40 milyon 836 min 600 manat təyinata qarşı 108 faiz icra edilib, büdcəyə nəzərdə tutulandan 3 milyon 267 min 635 manat çox vəsait daxil olub. Cari ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 37 milyon 189 min 353 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 12,8 faizi və ya 5 milyon 635 min 486 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,6 faizi və ya 1 milyon 153 min 809 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 125 min 577 manatı isə digər mənbələr hesabına daxil olub.
Qeyd edilib ki, 2019-cu ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 276 milyon 40 min 923 manat təyinata qarşı 234 milyon 903 min 157 manat və ya 85,1 faiz icra olunub. Bununla yanaşı, ilk yarım ildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosial­yönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 105 milyon 293 min 887 manat sərf olunub ki, bu da büdcə xərclərinin 44,8 faizini təşkil edib. Eyni zamanda büdcə xərclərinin 74,9 faizi və ya 176 milyon 31 min 735 manatı cari xərclərə, 25,1 faizi və ya 58 milyon 871 min 422 manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, həmçinin infra­strukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2019-cu ilin      I yarım ilində polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib. İclası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq geniş məruzə edib. 

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün muxtar respublikamızda Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən islahatlar ictimai sabitliyi təmin edib, muxtar respublikanın “Cinayətsiz region” prinsipi qorunub saxlanılıb. Muxtar respublikanın daxili işlər orqanları bu prosesdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərirlər.
Diqqətə çatdırılıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov hüquq-mühafizə orqanlarının da qarşısına konkret tapşırıqlar qoyaraq deyib: “Hüquq-mühafizə orqanları bundan sonra da ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalı, maarifləndirmə-profilaktika tədbirləri görülməlidir”.

Ardını oxu...

Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, bu gün muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələlərinin həll edilməsi, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri uğurla həyata keçirilir. Xidmət əməkdaşları muxtar respublikada miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, mexanizmlər əsasında idarə edilməsi üçün səylə çalışırlar.
Qeyd edilib ki, muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Belə ki, cari ilin birinci yarısında miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara rütbə və sertifikatların təqdim edilməsi mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlardan və silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan maksimum istifadə edilib. Kursa cəlb edilmiş heyətin virtual təlim meydançasında qazandığı yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.
Məzun Cəlal Kərimli peşəkarlıqlarının artırılmasına xidmət edən zabit hazırlığı kursunun muxtar respublikada təşkil olunmasının hərb işinə verilən yüksək dəyər olduğunu vurğulayıb, buna görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır.

Ardını oxu...

Türkiyənin İqdır Universitetinin təşkilatçılığı ilə bir qrup elm adamının Naxçıvan Muxtar Respublikasına səfəri olub. 25 nəfərə yaxın alimdən ibarət qrup üzvləri Naxçıvan Günəş Elektrik Stansiyasının işi ilə maraqlanıblar.
Burada qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması dövlətin əsas prioritetləri sırasındadır. Naxçıvanın təbii sərvətləri arasında mühüm yer tutan günəşli günlərin potensialından istifadə olunması məqsədilə qurulmuş bu stansiya ən yeni texnoloji avadanlıqlara və mütərəqqi menecmentə əsaslanır.
Qonaqların diqqətinə çatdırılıb ki, layihə gücü 24 meqavat olan Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının enerji tələbatının 9,3 faizini ödəməkdədir. Ümumilikdə, Naxçıvanda istehsal olunan enerjinin 72,66 faizinin alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi türkiyəli alimlərdə böyük maraq doğurub. Qonaqlar stansiyada tətbiq edilən texnoloji avadanlıqlar, onun iş prinsipi ilə tanış olub, muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində həyata keçirilmiş işlər barədə hərtərəfli məlumat alıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə nazir Nicat Babayev açıb.
Qeyd edilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı kompleks məşğulluq tədbirləri davam etdirilib, əmək bazarı təhlil olunub. 1329 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 80 nəfər ictimai işlərə cəlb olunub, kənd xidmət mərkəzlərində mövcud olan vakant yerlər üzrə 28 nəfər işlə təmin edilib. Əmək bazarının tələbinə uyğun olaraq təşkil olunmuş peşə kurslarına 178 nəfər cəlb edilib.
Bildirilib ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb. Ötən dövr ərzində 39 ailənin özünüməşğulluğu təmin olunub. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi, habelə cəzaçəkmə müəssisəsində xalçaçı kursu təşkil edilib.
Vurğulanıb ki, həyata keçirilən nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunan 346 işçi aşkar edilib. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün işəgötürənlərə xəbərdarlıq edilib, 15 halda isə əməkhaqqının real göstərilməsinə nail olunub. Cari ilin birinci yarısında muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 4,6 faiz artıb.

Ardını oxu...

Cari ilin birinci yarısının yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev çıxış edib. O bildirib ki, 2019-cu ilin ilk yarısı ərzində muxtar respublikanın elektroenergetika sisteminin inkişafını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası təmin olunub. Belə ki, bu dövrdə muxtar respublikanın elektrik şəbəkələrinə 214 milyon 720 min 701 kilovat-saat elektrik enerjisi daxil olub.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin altı ayı ərzində İran İslam Respublikasına 25 milyon 449 min kilovat-saat elektrik enerjisi verilib, bu ölkədən 16 milyon 470 min kilovat-saat elektrik enerjisi alınıb. Ümumilikdə, 2019-cu ilin altı ayında Naxçıvandakı elektrik stansiyalarında 198 milyon 250 min 701 kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu enerjinin 63,4 faizi su elektrik stansiyalarında, 27,3 faizi istilik elektrik stansiyalarında, 9,3 faizi Günəş Elektrik Stansiyasında istehsal olunub.
Vurğulanıb ki, Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istismara verilərək Günəş Elektrik Stansiyasının layihə gücü 24 meqavata çatdırılıb, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilməkdədir.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov, Gənc­lər və İdman nazirinin müavini Mirməcid Seyidov, Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Şakir Ağalarov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını dilə gətirib.

Ardını oxu...

Naxçıvanda keçirilən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın iştirakçıları tədbir çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Konfrans iştirakçıları qədim diyarın bir sıra tarixi-mədəni abidələrini, mədəniyyət və səhiyyə ocaqlarını ziyarət ediblər. Qarabağlar Türbə Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Duz Muzeyi ilə yaxından tanış olan qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.
Beynəlxalq konfransın iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibələrində konfransın əhəmiyyətindən danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 2019-cu ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. Tədbirdə çıxış edən agentliyin direktoru Samiq Sadıxov bildirib ki, ötən dövr ərzində agentlik tərəfindən icbari tibbi sığortanın tətbiqi diqqət mərkəzində saxlanılıb. Belə ki, agentliyin kadr potensialı formalaşdırılıb, maddi­-texniki bazası gücləndirilib, əhalinin sığortalanması prosesi davam etdirilib və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanaraq onlara icbari tibbi sığorta şəhadətnaməsi verilib. Keçən dövr ərzində Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilərək Şərur rayonunda da tətbiqi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq bir sıra işlər həyata keçirilib.

Ardını oxu...

Sistemli və peşəkar fəaliyyət növü kimi Azərbaycan diplomatik xidmətinin tarixi 9 iyul 1919-cu ildən başlayır. Məhz həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il 9 iyul tarixi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi altında bu siyasət özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirir. Bir sıra hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol ­oynayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cari ilin I yarısının yekunlarına həsr edilmiş kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açıb. Bildirilib ki, Azərbaycan Rеspublikasının dinamik və hərtərəfli inkişafında Naxçıvan Muxtar Respublikasının öz yeri və rolu vardır. 2019-cu il iyunun 28-də kеçirilmiş bеşinci çаğırış Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin onuncu sеssiyаsındа Аli Məclisin Sədri cənаb Vаsif Tаlıbоvun bu ilin birinci yarım ilində Nаxçıvаn Muxtаr Rеspublikаsının sоsiаl-iqtisаdi inkişаfının yеkunlаrınа dаir məruzəsindəki müvafiq tapşırıqları prokurorluq əməkdaşlarından öz işlərinə daha məsuliyyətlə yanaşmağı bir vəzifə kimi tələb edir.
Qeyd olunub ki, muxtar respublikada cinayətkar­lığın aşağı səviyyədə olması prоkurоrluq orqanlarını аrxаyınlаşdırmаmаlıdır. Cinаyətkаrlığа qаrşı mübаrizə, qаnunçuluğun möhkəmləndirilməsi, insаn və vətəndаş hüquq və аzаdlıqlаrının dаhа еtibаrlı müdаfiəsi üçün görüləcək işlər bundan sonra da digər hüquq-mühаfizə оrqаnlаrı ilə əlаqəli şəkildə, maarifləndirmə və profilaktik tədbirlərə üstünlük verməklə, yüksək tələblər səviyyəsində qurulmalıdır.
Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri 2019-cu ilin aprel və iyun aylarında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tələbələrə startap layihələri və istintaq hərəkətlərinin aparılmasına aid slaydlar nümayiş etdirilib, həmçinin kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında məlumatlar verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir, general-leytenant Şamı Abdullayev qeyd edib ki, ötən dövr ərzində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1136 obyektdə yanğın texniki müayinələr, fərdi yaşayış evlərində reydlər keçirilib, 118 obyektdə maarifləndirici tədbir təşkil edilib. 8 yaşayış binasının 227 mənzilində tüstü bacalarına baxış keçirilib, onlardan 182-nin tüstü bacası təmizlənərək dəm qazından zəhərlənmələrin qarşısı alınıb. 183 yaşayış binasının qaztənzimləyici qurğularında, 115 yaşayış binasının qaz sayğaclarında qaz sızmalarının qarşısı alınıb. Taxıl biçini zamanı kombaynların yanğın təhlükəsizliyi təmin olunub, intensiv biçin aparılan sahələrdə 11 yanğınsöndürmə avtomobilinin və 2 motosik­le­tin gündəlik xidməti təşkil edilib. Aparılan profilaktik tədbirlər nəticəsində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz azalıb.
Bildirilib ki, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində liftlərin və yükqaldırıcı kranların istismarına nəzarət edilib, 46 obyektdə texniki təhlükəsizliyin vəziyyəti yoxlanılıb, 17 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 192 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan, 41 qurğu isə sınaqdan keçirilib.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb.
Yekun tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət ­Həbibbəyli təlimin gömrük xidməti nümayəndələri üçün səmərəli keçdiyini, praktik bilik və vərdişlərin artırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qeyd olunub ki, beş gün müddətində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə edilməsi və riskin müəyyən olunması üsulları ilə bağlı təcrübə öyrədilib. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçirilib.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq geniş məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2019-cu ilin birinci yarısında da uğurla davam etdirilib.
Qeyd olunub ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müda­fiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. Bəhs olunan dövr ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və vaxtında araşdırılıb.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq geniş məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2019-cu ilin birinci yarısında da uğurla davam etdirilib.
Qeyd olunub ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müda­fiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. Bəhs olunan dövr ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və vaxtında araşdırılıb.

Ardını oxu...

Şəhidlik şərəf, qeyrət, ucalıq və qəhrəmanlıq zirvəsidir. Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir”.
Tarixən Azərbaycan xalqı Vətən müqəddəsliyini hər şeydən üstün tutmuş, igid oğullarımız yeri gəldikdə döyüşmüş, mübarizə aparmış, canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmişlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin ətrafında yumruq kimi birləşən naxçıvanlılar da bu qədim diyarı məhz belə qorudular. Sədərəkdə, Şadada, Buzqovda düşmənə tutarlı cavab verdilər, onları öz yerlərində oturtdular. Şəhidlər verdik. Amma torpağımızı vermədik, Vətənimizi, mənliyimizi qoruduq, saxladıq.
Xalqımızın qəhrəmanlıq tarixindən yoğurulub gələn bir böyük dəyəri də vardır ki, bu da Vətən uğrunda canından keçənlərə, sağlamlıqlarını itirənlərə verilən qiymətdir. Şəhid ailəsinə, Vətən yolunda sağlamlığını itirənlərə göstərilən qayğının mənəvi yükü ölçüyə gəlməz. Bu ancaq vətəndaşını düşünən, onun qayğısına qalan, insan amilinin hər şeydən üstün tutulduğu, xalqla dövlətin birliyi, vəhdəti olduğu ölkədə mümkündür. Yəni AZƏRBAYCANDA.
İyulun 2-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ­rəhbərliyinin 50 illiyi ərəfəsində dahi şəxsiyyətin adını daşıyan ilk yaşayış məntəqəsində – Sədərək rayonunun Heydərabad qəsəbəsində inşa olunmuş ilk yüksək mərtəbəli yaşayış binasının açılışı oldu. Binanın ilk sakinləri də şəhid ailəsi və Vətən qarşısında sağlamlıqlarını itirmiş şəxslərdi. Bu ilklərdən yola çıxaraq əminliklə demək olar ki, müstəqil və qüdrətli Azərbaycanın hər bir bölgəsi, hər bir sakini dövlətin diqqət və qayğısı əhatəsindədir.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib. İclasda Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ötən yarım il ərzində xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması diqqətdə saxlanılıb. İlin birinci yarısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Milli Qurtuluş Günü, filosof-şair İmadəddin Nəsiminin 650, görkəmli ədib Cəlil Məmmədquluzadənin 150, Azərbaycan mədəniyyətinin dəyərli simalarından olan Ərtoğrol Cavidin 100 illik yubileyləri ilə bağlı çoxsaylı silsilə tədbirlər keçirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının, bununla əlaqədar keçiril­miş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı nazirlikdə iş aparılıb, ekspert qrupu yaradılıb. Aprelin 19-da nazirlik aparatının, nazirliyə tabe olan müəssisələrin rəhbərlərinin və ekspert qrupu üzvlərinin iştirakı ilə görüş keçirilib.

Ardını oxu...

Kəndimizin problemləri

Bu barədə həmişə demişik, şikayət etmişik, aid təşkilatlara yazmışıq. Lakin mövcud problemlər öz həllini illərboyu tapmayıb. İndi kənd camaatı yenə də narazıdır. Muxtar respublika blokada şəraitində yaşayır. Bunu yaxşı başa düşürük. Lakin kəndimizdə informasiya blokadasında qalmağımız bizi çox narahat edir. Ən əvvəl onu deyim ki, radio xətləri nasazdır. Buna görə də həyatımızda baş verən hadisələrdən xəbər tuta bilmirik.
Kəndimizdə cəmi bir ədəd elektrik transformatoru var. Bu isə ilbəil əhalinin artan tələbatını ödəmir. İşıqlar tez-tez sönür, televiziya verilişlərinə də baxa bilmirik. Saat­larla, hətta günlərlə gecələr qaranlıqda qalırıq. Naxçıvandan Xal-xal kəndinə avtobus marşrutu açılması vaxtı çoxdan çatmışdır. Vayxır və Xal-xal kəndlərinə cəmi bir avtobus marşrutu işləyir. Bu isə iki kəndin əhalisinin tələbatını ödəmir. Onu da deyim ki, nəzərdə tutulmuş marşrut on il əvvəlki qayda ilə işləyir. Kəndimizin camaatı bu məsələnin həllini gözləyir. Görəsən, camaatın haqlı tələbinə fikir verən olacaqmı?

“Şərq qapısı” qəzeti, 1994-cü il

Xal-xalın bugünkü müasir mənzərəsi
muxtariyyətimizin bəhrələridir

Ötən əsrin sonlarında muxtar respublikanın ağır blokada şəraitində yaşadığı məşəqqətli günlər, sərhədyanı kəndlərdə mənfur düşmənə qarşı inadlı mübarizə, ulu öndər Heydər Əliyevin o illərdə naxçıvanlılarla birlikdə olması, bu diyarı işğaldan qoruması kimi faktlar Naxçıvanın canlı salnaməsinə çevrilən “Şərq qapısı” qəzetinin tarixdən soraq verən səhifələrində bu gün də yaşamaqdadır. Mətbu orqanın səhifələrində o dövr üçün kənd sakinlərinin yuxarı orqanlara çatdırmaq istədikləri ərz-gileylər, kitabdan-kitaba salınan, ildən-ilə keçən şikayətlər, nəticəsi və reallığı olmayan arzular olduğu kimi əks edilib. Fikrimizcə,“Kəndimizin problemləri” sərlövhəli yazıda Xal-xalın timsalında bütün Naxçıvan kəndlərində üst-üstə yığışıb qalan sosial problemlərin ümumi mənzərəsi əks olunub.

Aradan keçən 25 il ərzində nəinki Xal-xal, ümumilikdə, Naxçıvanımız fədakar əllərin qurub-yaratdığı möhtəşəm bir məkana çevrilib. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında doğma diyarımız elə bir inkişaf yolu keçdi ki, dosta sevinc, düşmənə gözdağı oldu bu yol. Muxtar respublikanın inzibati bölgüsündə kiçik bir yer tutan Xal-xal kəndi də böyüdü, müasir həyata vəsiqə aldı. O vaxt sakinləri narahat edən problemlər, yuxarı orqanlara ünvanladıqları məktublarda uzun-uzadı bəhs etdikləri qayğılar kökündən həll olundu. 600-dən çox sakin üçün isti ana qucağı, qonaqpərvər, mehriban insanların məskəni olan bu kənd 4 il bundan öncə müasir Azərbaycan kəndinə nümunə olan bir simaya qovuşdu. 2015-ci ilin sentyabr ayında kənddə Ali Məclis Sədrinin iştirakı ilə yeni sosial obyektlər – tam orta məktəb binası, müasir kənd və xidmət mərkəzləri, könüloxşayan, rahatlıq bəxş edən yol-nəqliyyat infrastrukturu istifadəyə verildi.
O vaxt giley-güzarın ana xəttində dayanan problem informasiya blokadası ilə bağlı idi. Kənd sakini Elçin Hüseynov o illərin canlı şahidlərindən biridir və həmin vaxt yaşanan çətinlikləri belə nəql edir: – Təsəvvür edin, o narahat günlərdə, torpaqlarımızda müharibə getdiyi bir vaxtda xal-xallıların heç bir yerlə əlaqəsi yox idi. Radiolar, telefonlar işləmirdi. Ümumiyyətlə, respublikada baş verən hansısa yenilikdən xəbər tutmaq üçün min bir əziyyət hesabına ya rayon mərkəzinə, ya da Naxçıvan şəhərinə üz tutmaq lazım gəlirdi. İndi isə hər evdən telefon səsi eşidilir, hərənin cibində, belə desək, 1-2 mobil telefon var. Yüzə yaxın şəxs internetdən istifadə edir. Təkcə kənd məktəbində 17 kompüter quraşdırılıb və internetə qoşulub. Hərənin evində “plazma” televizoru, kompüteri var. Mən özüm, hər gün internetdən “Şərq qapısı” qəzetini, “Nuhçıxan” İnformasiya Agentliyini izləyirəm, ölkəmizdə və muxtar respublikamızda baş verən hadisələrdən xəbərdar oluram. Sözümün canı budur ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində informasiya blokadası həmişəlik yarılıb. Son illər muxtar respublikanın kənd­lərində qurulan kənd mərkəzləri bizim kimi sadə adamların işini yaman asanlaşdırıb. Bütün növ xidmətlər də bir məkanda göstərilir. İndi qəzet və jurnalları da kəndimizdəki poçt bölməsindən alır, işıq və qaz sərfiyyatı üçün yaranan borcumuzu ovuc içi boyda olan kartlar vasitəsilə ödəyirik.
O vaxt yol da yox idi, varlığına vardı, amma bərbad gündə idi, heç buna yol demək olmazdı. Elektrik enerjisi 4-5 saatdan bir olurdu, olmasaydı ondan yaxşı idi, lampanın közərtisini güc-bəla ilə görürdük. Təbii qaz haqqında danışmağa dəyməzdi. Bir neçə il bundan qabaq dövlətimizin başçısı qərar verdi, vəsait ayrıldı, ustalar, iş icraçıları gəlib baxdılar və Hacıvardan Vayxır (Hacıvar-Vayxır-Sirab avtomobil yolu) kəndinədək uzanan yol yenidən qurularaq istifadəyə verildi. Bununla da təkcə biz yox, indi yoldan istifadə edən digər kəndlərin sakinləri də rahat və təhlükəsiz şəkildə mənzil başına çatırlar. Naxçıvan şəhərinə avtobuslar qrafik əsasında mütəmadi olaraq işləyir. Şəxsi avtomobillər də kifayət qədərdir. Sizi inandırım, yola çıxan kimi, necə deyərlər, “maşın düşür” və 5-10 dəqiqəyə çatırsan ünvana.
Müsahibim deyir ki, Naxçıvanın enerji təhlükəsizliyinə töhfə verən, muxtar diyarımızı enerji ixracatçısına çevirən elektrik stansiyalarından olan Günəş Elektrik Stansiyası Xal-xala çox yaxın ərazidə – çayın o tayında yerləşir. Yaxşı xatirimdədir, bu mühüm strateji obyektin açılışına ölkə başçısı da gəlmişdi. Bu işləri görən zaman bir vətəndaş kimi ürəyim dağa dönür. Hərdən öz-özümə deyirəm: yaxşı ki o çətin illərdə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdik, onunla həmrəy olduq. Bugünkü inkişaf və tərəqqinin təməlində dahi rəhbərin müəyyən etdiyi düzgün siyasi YOL dayanır. Bu yolun davamçıları elə bir zəhmət, iradə, fədakar əmək, Vətən təəssübkeşliyi göstərərək Naxçıvanı qurub-yaradırlar ki, bu yurdun sakinləri, gələn qonaqlar, rəsmi şəxslər, turistlər – hər kəs heyran qalır. Qurub-yaradanlara əhsən!

Xal-xal məktəbi bu gün

Məktəbin müəllimlərinin bir məqsədi var: Müstəqil Azərbaycanımızın gələcəyi naminə əsl vətəndaş, əsl ziyalı yetişdirmək. Sevindirici haldır ki, bunun üçün təhsil ocağında geniş imkanlar açılıb. Təvəkkül Həsənov uzun illər bu məktəbdə müəllimlik edib. Uşaqlara ilk dəfə qələm tutmağı, hərf yazmağı öyrədib. Zəhməti də hədər getməyib. Və bu zəhmət o illərdə çəkilib ki, kənd məktəbi yaman gündə idi. İndi o, kəndin mərkəzində saray kimi, imarət kimi ucalan məktəbdə çalışmasından qürur hissi keçirərək deyir: – Belə məktəbdə işləməyə nə var?! Xal-xalda təkcə bu günün yox, sabahın da məktəbi fəaliyyət göstərir. Gələcək perspektiv nəzərə alınaraq bina 192 şagird üçün nəzərdə tutulub. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb. Bu il 2 şagird məktəbdən məzun olub və onların hər ikisi yüksək nəticə göstərib.

Torpaqda izi olmayanın süfrədə üzü olmaz

Bu kiçik kənddə təsərrüfat inkişaf etdirilir, bol məhsul istehsal olunur. Əkinçi ömrünün ən məsul dövrü başlayıb, qayğılar artıb. Elin sərvəti olan taxıl biçini sürətlə aparılır. Xal-xalda az ailə tapılar ki, həyətində istixanası olmasın. Heydər Əliyev Su Anbarının sol sahil kanalı kəndin yaxınlığından keçdiyi üçün suvarma təminatı ilə bağlı olan bütün qayğılar öz həllini tapıb. Bütün bunlar isə təsərrüfat sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına rəvac verir.

O vaxt – heç kəs heç kəsin ərizəsini oxumadığı bir zamanda xal-xallılar Babək rayonunun rəhbərliyinə, daha yuxarı qurumlara çox yazdılar-pozdular, naçar qalanlara çarə tapılmadı. Dedilər ki, səbir edin, dözün. Müstəqillik illərində isə Xal-xal kimi yüzlərlə belə kənddə həmin problemlərin həllində, işlərin icrasında QURUCU RƏHBƏR imzası var. Düzgün idarəetmə sistemi ilə Vətən torpağını dərindən sevən, onun inkişafını, insanlarının yaxşı yaşayışını hər şeydən üstün tutan, şəhər, kənd, qəsəbə, yaxın-uzaq demədən güllük-gülüstana çevrilən Naxçıvan adlı qədim məmləkət müasirliyin işığında daha əsrarəngiz, daha cəlbedici görünür.

Muxtar RZAZADƏ
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

Ordubad Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarım­ ilinin yekunlarına həsr edilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Ordubad rayonu da 2019-cu ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub. Belə ki, cari ilin yanvar-may aylarında 3308 min manatlıq, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal olunub.
Bəhs edilən dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18529,9 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2,1 faiz artaraq 17977,3 min manat təşkil edib.
Məruzəçi qeyd edib ki, hesabat dövründə Vənənd kəndində yeni tam orta və musiqi məktəblərinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Ordubad şəhərində yeni yaşayış binasının, Anaqut kəndində məscid binasının tikintisi davam etdirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binaları əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən yığıncağı idarənin rəisi Mehman Məmmədov açaraq geniş məruzə edib.
Vurğulanıb ki, cari ilin birinci yarısında qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası və illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və tabeliyindəki Dövlət Arxiv təşkilatlarının daim diqqət mərkəzində olub. Bu ilin yanvar ayında istifadəyə verilmiş Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan yüksək şərait bu sahəyə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Ardını oxu...

Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski muxtar respublikamıza səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyində olub.
Diplomat səfər çərçivəsində muxtar respublikanın istehsal potensialı və səhiyyə turizmi ilə də yaxından maraqlanıb, tarixi-mədəni abidələrini ziyarət edib.
Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüb:
– İlk olaraq onu deyim ki, Naxçıvana ilk səfərim bu qədim diyar barədə yaddaşımda dərin təəssüratlar yaratdı. Keçirdiyim görüşlər zamanı aydın oldu ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, turizm, mədəniyyət sahələri üzrə geniş əməkdaşlıq etmək üçün böyük potensial imkanlar mövcuddur. Təbii ki, Naxçıvana konkret təkliflərlə gəlmişəm. Bunlardan ən vacibi Ukrayna Respublikasının perspektivli bir əyaləti ilə Naxçıvan Muxtar Respublikası arasında regionlararası əməkdaşlıq əlaqələri qurmaqdır.

Ardını oxu...

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının Bakıda keçirilən iclasına iyunun 29-da yekun vurulub.
İclasda FİDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi ilə Prezident Şurasının üzvləri, FİDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, ali şahmat qurumunun qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak ediblər.
İkigünlük toplantıda 40-a yaxın məsələ müzakirə edilib, təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb və müzakirəyə çıxarılan məsələlərlə bağlı qərarlar qəbul olunub.

Xəbərlər şöbəsi

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarındandır. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yаlnız mükəmməl hüquqа əsаslаnаndа güclü olur, vətəndаş yаlnız demokrаtik və ədаlətli hüquqlаrlа əhаtə olunаndа аzаd olur. Аzərbаycаnın dövlətçilik tаrixində bu ənənələr dаim əsаs götürülmüşdür. Hüquq-mühаfizə sistemində polisin rolu isə bütün dövrlərdə xüsusi əhəmiyyət kəsb etmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir tərəfdən ölkədə baş verən daxili çəkişmələr, bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, bir tərəfdən isə dövlət quruculuğunda iqtidarın səriştəsiz fəaliyyəti ictimai-siyasi vəziyyəti acınacaqlı hala gətirib çıxarmışdı. Həmin dövrdə polis orqanlarının fəaliyyətində də çətinliklər yaranmış, idarəedici heyətdə uyğun olmayan kadr dəyişiklikləri aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan polisi ön cəbhədə döyüşlərdə iştirak etmiş, eyni zamanda daxili sabitliyin qorunmasına töhfə vermişdir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hüquq-mühаfizə orqаnlаrı yeni inkişаf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdən etibarən polis orqanlarının fəaliyyəti üçün də hərtərəfli şərait yaradılmış, ciddi kadr islahatları aparılmış, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının 2019-cu ilin birinci yarısında gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı nazirlikdə ümumi yığıncağı keçirilib. Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, nazirlik aparatının aid xidmətlərinin, şəhər, rayon polis idarə, şöbələrinin, ictimai təhlükəsizlik bölmələrinin rəisləri və polis veteranlarının iştirak etdikləri yığıncaqda şuranın sədri, istefada olan polis polkovniki Yusif Həsənovun hesabat məruzəsi dinlənilib.
Şura sədri bildirib ki, 2018-ci ilin oktyabr ayında keçirilən ilk ümumi yığıncaqdan və nazirliyin Veteranlar Şurasının yaradılmasından sonra ərazi polis orqanlarında yığıncaqlar keçirilib, Veteranlar şuraları yaradılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2018-ci il 30 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının fəaliyyətinin təşkilinə dair Əsasnamə”yə uyğun olaraq şura daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində veteranların təcrübəsindən istifadə edir.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər muxtar respublikada polis veteranlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ardını oxu...

2019-cu ilin iyun ayının son 15 günü ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunmuşdur.
Belə ki, 2019-cu il 20 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar muxtar respublikada peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir. Həmçinin Qaydaya əsasən peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra – dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Ardını oxu...

İyul ayının 1-də Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təliminə start verilib.
Təlimin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında gömrük işinin səmərəliliyinin artırılması, innovativ layihələrin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, qaçaq­malçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına, transmilli cinayətkarlığa qarşı mübarizə və sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqi, dünya ölkə­lərinin gömrük xidmətləri ilə qarşılıqlı faydalı əlaqələr və birgə əməkdaşlıq uğurlu nəticələr verib.
Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının əhəmiyyətini qeyd edən komitə sədri Azərbaycan-Türkiyə birgə təliminin səmərəli olacağına əminliyini vurğulayıb və təlimin işinə uğurlar ­arzulayıb.
Türkiyə Gömrük Xidmətinin Mühafizə Baş Müdirliyinin rəisi Yaşar Baltacı yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.

Ardını oxu...

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar ­arzulayıblar.
Naxçıvan Qarnizonu­nun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif ixtisas hazırlığı kursları təşkil olunur. Bu kursları uğurla bitirən məzunlar da, öz növbəsində, ordu sıralarında şərəf və məsuliyyətlə xidmət edirlər. İnanırıq ki, sertifikat almaq həyəcanı ilə sırada dayanan məzunlarımız da kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar.
Sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

Nəriman NƏCƏFOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsini, eləcə də qarşıda duran vəzifələrin icrasını diqqətdə saxlamışdır.
Komissiyanın Test mərkəzində 13-18 may tarixlərdə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmişdir. Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim etmiş, onlardan 109-u test imtahanında iştirak etmiş və 85-i müvafiq keçid balını toplamışdır.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlər növbəti xidmət yerlərinə yola ­salınıblar.
Aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçirilib.
İxtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ­səsləndirilib.
Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibətilə təbrik ediblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Əlahiddə Ümumqoşun Ordunun nümunəvi Hərbi Orkestrinin 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr edilmiş konserti olub.
Əvvəlcə orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra marşlar və hərbi mahnılar ifa edilib. Naxçıvan şəhərinin sakinləri və qonaqlar tərəfindən izlənilən ifalar alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü hər il muxtar respublikada təntənə ilə qeyd edilir. Bu münasibətlə keçirilən tədbirlərdə xalqla ordunun vəhdəti bir daha nümayiş olunur.

Nail HƏSƏNOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün 27 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. Müsabiqədə iştirak etmək üçün sənəd təqdim etmiş 14 namizəddən 11-i test imtahanında iştirak edib, onlardan 7-si müvafiq keçid balını (50 bal) toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının əməkdaş­ları müşahidəçi kimi iştirak ediblər.
Nəticələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Ordu hər bir ölkənin təhlükəsizliyinin qarantıdır. Tarix də dəfələrlə sübut edib ki, güclü, qüdrətli ordusu olmayan dövlət öz müstəqilliyini qoruyub saxlamaq iqtidarında deyil. Buna görə də hər bir azad, müstəqil dövlət öz ordusunun nüfuzu ilə tanınır. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanda da ordu quruculuğu daim prioritet məsələlərdən olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ölkəmizdə ilk dəfə Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla da Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin Xalq Cümhuriyyətinin süqutu nəticəsində Azərbaycanın hərbi nazirliyi də rəsmən ləğv olunmuşdur. Bundan sonra Azərbaycanda yeni milli ordunun formalaşdırılması tam 70 il sonraya təsadüf etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə isə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.

Ölkəmizdə güclü, nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Görkəmli dövlət xadiminin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşıyır. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Bu cür peşəkar ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Belə ki, xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sen­tyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sen­tyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş moto­atıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil ­verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər may ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 11 əcnəbi aşkar­lanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 651 müraciətin 117-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 534 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 243-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.


Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

(poema)

95 yaşıdır Naxçıvanımın,
Təbriklər səslənir onun şəstinə.
Muxtariyyət adlı bu salnamənin,
Şəhid qanı dəyib dəsti-xəttinə.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazır­lığına malik ordu yaradılmasının ümummilli ­lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 2016-cı ilin Aprel döyüşləri, 2017-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla, 11 min hektar ərazinin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün və qüdrətinin göstəricisi kimi ­dəyərləndirilib.
Universitetin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nazim Həsənov “Ulu öndər Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxışında bildirib ki, ölkədə peşəkar ordu qurucu­luğunun əsası 1993-cü ildə qoyulub. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə tələbələr vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət ediblər. Sonda “Heydər Əliyev irsində hərb tarixi” adlı sənədli film nümayiş olunub.

Səadət ƏLİYEVA

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər, dispetçerlər və xətt nəzarətçilərinin ­iştirakı ilə “Avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində ­təhlükəsizliyin təmin edilməsi” ­mövzusunda seminar-müşavirə ­keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov, sektor müdiri Natiq Həsənov çıxış ediblər.
Bildirilib ki, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməli, avtomaşını saz vəziyyətdə saxlamalı, texniki qulluqları vaxtında həyata keçirməlidirlər. Sərnişinlərin rahatlığını və təhlükəsizliyini, onlara lazımi xidmət şəraitinin yaradılmasını təmin etmək üçün avtomobilə vaxtlı-vaxtında texniki baxış təşkil olunmalıdır.
Sonda sürücüləri maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

Güclü ordu müstəqilliyimizin, ərazi bütövlüyümüzün, sülh və əmin-amanlığın əsas təminatçısıdır. Bu gün müasir və qüdrətli milli ordusu formalaşan ölkəmizin ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordunun birləşmələrinin maddi-texniki bazası gücləndirilir.

Muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən hərbi qulluqçular lazımi sosial­-məişət şəraiti ilə təmin olunur və onların mənzil şəraitlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələrinə mənzillər verilir. Göstərilən diqqət və qayğı hərbi qulluqçuların nümunəvi xidmət etməsinə şərait yaradır.
İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının istifadəyə verilməsi sada­lananları bir daha təsdiq edir. 5 mərtəbəli, 44 mənzilli yaşayış binasında iki, üç və dörd­otaqlı mənzillərdə bütün kom­munal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunub. Bununla yanaşı, binanın həyəti də abadlaşdırılıb, istirahət köşkü istifadəyə verilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır.
Dövlət qulluğunda səmərəliliyin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixdə respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır. Qanunun qəbulundan sonra onun icrasını təmin etmək və tətbiqi mexanizmini yaratmaq üçün çoxsaylı normativ-hüquqi aktlar qəbul olunmuşdur. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, dövlət qulluqçularının icbari sığortası, hakimiyyət səlahiyyətlərinin icrasına, qulluq stajına, ixtisas dərəcələrinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınmış, inzibati və yardımçı vəzifələrin təsnifat toplusu təsdiq edilmişdir.

Ardını oxu...

Bu gün muxtar respublikamızda onlarla nümunəvi ailələrimiz var. Bu ailələr arasında hansısa bir sahədə fərqlənənlər də var, ömrünü bir sənətə həsr edib, onu ailəlikcə yaşadanlar da. İstehsalat təcrübəsi ilə seçilənlər də var, əməyi ilə böyük uğurlara imza atanlar da. Elə nümunəvi ailələrimiz də var ki, bu ailələr Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimizin ailələridir ki, onların vətənpərvərliklə dolu həyat yolları hər kəs üçün örnəkdir.
Silahlı Qüvvələr Günü ərəfəsindı belə ailələrdən birinə yollanıb, onun ocağının işığını yandıran yadigarları ilə görüşüb söhbətləşməyi mənəvi borc bildik. Bu, Culfa rayonunun Camaldın kəndinin igid oğlu, bu gün şəhidlik zirvəsindən məhəbbətinə doymadığı Vətənini və ailəsini seyr edən Mirəyyub Seyidovun ailəsi oldu.
Mirəyyub 1966-cı ildə anadan olub. Camaldın kənd orta məktəbində səkkizinci sinfi bitirəndən sonra rayondakı texniki peşə məkəbində dülgərlik peşəsinə də yiyələnib. Əsgəri xidmətini Rusiyada başa vurub, doğma Vətəninə qayıtdıqdan sonra Culfadakı istehsalat kombinatında fəhlə kimi işə başlayıb. Böyük məsuliyyəti, işə can yandırması ilə müəssisə kollektivinin dərin hörmətini qazanıb. Daha sonra isə əmək fəaliyyətini Culfa Rayon Polis Şöbəsində polis serjantı kimi davam etdirib. Sərhədlərimizin təhlükədə olduğu bir vaxtda Mirəyyub burada da fəallıq, canıyananlıq nümayiş etdirib. Gecə-gündüz ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlib, hansı posta göndərilibsə, canla-başla gedib, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. Şərurda, Sədərəkdə erməni hücumlarının qarşısının alınmasında iştirak edib. 1990-cı ildə xüsusi təyinatlı polis nəfəri kimi Sədərəkdə gedən qızğın döyüşlərdə iştirak edib, böyük şücaətlər göstərib. 1992-ci ilin 23 iyununda Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub.

Ardını oxu...

Bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir.
Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günləri ərəfəsində hərbi hissələrə sovqat aparmaları şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR